Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə55/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   51   52   53   54   55   56   57   58   ...   113

283

Yaraqlılar yaman imiş,

Dişindən qan daman imiş.

Sənsiz həyat yalan imiş,

Yalan, Təbrizim, Təbrizim!

Əlimdə bir kisə topraq,

O tay... Təbriz göndərib, bax!

Sən tapınan, o – tapınaq.

Cüt Təbrizi qovuşduraq

Ey bəxtəvər, ey üzüağ

Balam – Təbrizim, Təbrizim!

Qalam ­ Təbrizim, Təbrizim!

Sən yenidən doğulmusan,

Salam, Təbrizim, Təbrizim!



Bakı, 5 şubat, 1992

TƏBRİZİMİN QAN BAHASI

Birinci zəng edən Əlican oldu,

İkinci zəng edən Çingiz Abdulla.

­ Xəlil, dərdi, qəmi kənara tulla.

Təbrik! Fərman çıxıb... Xalq şairisən.

Ağ sədəf içində saf mirvarisən.

Hazırlaş!

Gəlirik nuş eləməyə

Dünyanın ən dadlı piyaləsini.

Sənin hər sətrindən daşıb tökülən

Böyük Poeziya şəlaləsini!

Zənglər ara vermir... Təbrik edənlər,

Muştuluq umanlar görün nə qədər.

Söykəyib arxamı mərmər divara,

Sakit dayanmışam, əlimdə dəstək.

Baxın gözlərimdən axan yaşlara.

Deyirəm: ­ Balamın qan bahasıdır.



284

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Başıma qoyulan bu qızıl çələng.

Telefon naqili ­ ekvatormudur,

O başda şadlanan, aşıb­daşan el.

Bu başda şairin göz yaşı sel­sel.

Əlində avtomat... mükafatımı

Gedib o dünyadan gətirmiş özü.

Tökülən qanıyla möhür basaraq

Özü imzalamış balam hər sözü.

Deyin, divaramı arxalanmışam,

Yoxsa Təbriz adlı nəhəng bir dağa?

Gedir, Qarabağdan lalələr dərir,

Gəlir, qucaq­qucaq səpir otağa.

Bu hansı rahiyə, hansı ətirdi,

Baharmı qılıncı sıyırdı qından?

Getdi, mənim üçün çələng gətirdi

Qaynar cəhənnəmin tən ortasından!

Sağ ol, əziz balam, canım­ciyərim,

Ata məramını duyan Təbrizim!

Çıxarıb quyunun qaranlığından

Məni dağ başına qoyan Təbrizim!

Sağ ol, canım­gözüm, ikinci ömrüm,

Mənim yox, sənindir bu hünər, ad­san.

Apar, istəmirəm minnət götürüm.

Hətta ən sevimli, doğma balamdan.

Min illər keçsə də, sağam­diriyəm,

Yaşaram, sənin tək döyüşə bilsəm.

Sanaram ən böyük Xalq şairiyəm,

Bircə qəsbkarı məhv edə bilsəm.

Çələng sənin olsun, avtomat mənim,

Şövqümü səninlə bölmək istərəm.

Sən Vətən uğrunda keçdin canından,

Mən sənin uğrunda ölmək istərəm.



Bakı, 24 nisan 1992


285

QAYTAR MƏNİM QÜDRƏTİMİ, AZƏRBAYCAN!

Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş:

Gözlərimdə ildırımdır damla­damla axan qan­yaş.

Mən yenidən doğulmasam, daşam, inan, qupquru daş,

Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş­yavaş.

Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı,

Qaytar mənim qüdrətimi, Odər yurdu, Od torpağı!

Varım­yoxum, cismim, canım Təbrizimi itirmişəm,

Bağ bağçamı, gülşənimi, nərgizimi itirmişəm.

Yetim qalan bir dalğayam, dənizimi itirmişəm,

Dürdanəmi, yeganəmi, əzizimi itirmişəm.

İtirmişəm başım üstə kəhkəşanı, çilçırağı,

Qaytar mənim çırağımı, Odər yurdu, Od torpağı!

Cüt qolumu çiynimdəncə vurub saldı qarı düşmən.

Arxasında qoca gürzə – qızıl xallı sarı düşmən.

Yurdumun da içərisi yarı dostdur, yarı düşmən.

Silib həyat kitabından irz­namusu, arı düşmən.

Köməyim ol, aça bilim dor­dolaşıq bir yumağı,

Qaytar mənim səbatımı, Odər yurdu, Od torpağı!

Əlvan­əlvan, xonça­xonça neçə məzar, neçə gülzar.

Mənə yardım edə bilməz nə göz yaşı, nə ahü­zar.

Qəhrəmanlar məbədisən, ey əbədi, şanlı diyar!

Qərənfillər tonqalında yanar odlar, sönər odlar.

Başımda ağ tacım olsun, ensin göydən ağ buludlar.

Şırım­şırım parçalayım kəsafəti, qaranlığı,

Qaytar mənim cürətimi, Odər yurdu, Od torpağı!

Sol böyründə Namiq yatır, sağ əlində Elşad, Aydın, ­

Onlar candan keçərdimi, sən od içrə yanmasaydın?

Daşaltıdan, Xocalıdan fəryadını ərzə yaydın,

Ən qeyrətli mərdlərini harayladın, həyan saydın,

Atıldılar cəhənnəmə ilk gəncliyin bahar çağı,

Moskvadan gələn tanklar şırımladı Od torpağı.




286

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Qurban olum mən onların qana batmış tellərinə, ­

Silahsız da, tüfəngsiz də düşmən boğan əllərinə.

Qoy döşənim, qoy üz sürtüm solmuş məzar güllərinə,

Düzülməmiş, ya düzülmüş mərmərinin dan yerinə.

Su səp yetim anaların kabab olmuş dillərinə,

Su səp, azca durulsun qoy o gözlərin qan çanağı,

Qüdrətim ol, cürətim ol, ey qəhrəman Od torpağı!

Mən bilirəm dərdlərini yumruğunda sıxacaqsan,

Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan... Üzüağsan.

Nurlu dağsan... zülmət dağı devirəcək, yıxacaqsan!

Boğazından yapışanı boğmalısan, boğacaqsan!

Təbrizləri, Ülviləri sən yenidən doğacaqsan!

Öz bətnindən doğacaqsan İstiqlalı, Azadlığı.

Qüdrətim ol, ey ümidim, ey qəhrəman Od torpağı!

Planetin paytaxtı yox, başdan­başa planetsən,

On səkkiz min aləm səslər, sən özünsən, hara getsən.

Bəşəriyyət yoxa çıxar, itər­batar, bir gün itsən.

Odda yanmaz, suda batmaz, ərzə sığmaz bir igidsən.

Min illərin arxasında insanlığın gur mayağı,

Bir də alış, bir də parla Odər yurdu, Od torpağı!

Nə Bağ Ata əfsanədir, nə Nizami, nə də Babək.

Gözlərinə Nəiminin, Nəsiminin şəklini çək.

Həqiqəti dəfn eləmək istəyənlər gəbərəcək.

Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək.

Göyərəcək çiçək­çiçək, lalə­lalə, ləçək­ləçək.

Gözlərimin çeşməsilə suvarıram o növrağı, ­

Növrağımsan, bayrağımsan, Odər yurdu, Od torpağı!

Yox, ölməyib... gömülməyib, dağ başında dağdı mərdlər.

Al günəşin haləsində qanad çarpır... sağdı mərdlər.

Məhv olmadı, kainata şüa­şüa axdı mərdlər,

Bu inamdır sərinlədən sinəmdəki çarpaz dağı, ­

Yüksəl, dağım, dayağımsan, Odər yurdu, Od torpağı!




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə