Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə63/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   59   60   61   62   63   64   65   66   ...   113

Sağdan sola - Süleyman Rüstəm, Zakir Bağırov, Mikayıl Abdullayev və Xəlil Rza

Oljas Süleymenov ilə


Məmməd Araz və Zəlimxan Yaqub ilə

“Ürəyi, zəkası nur saçanları

Tufan da, səmum da söndürə bilməz...”


“Qorxma, mən sarsılmaz dağ qalasıyam

Min-min ölüm gələ, sağ qalasıyam...”

“...Ən parlaq incilər dərin dəryada,

Ən zərif çiçəklər dağ başındadır”


“...Hətta ölüm belə kişi üzündən

Kişilik nurunu qopara bilmir!”

Arif Məlikov ilə


“Od tapılmayanda özü od tutan

Kişilər yaşayıb bizim dünyada...”


“Apar Azərbaycanı qürubdan sübhə doğru, 

                                    Ey Atatürk nəfəsli Heydər Əlirza oğlu!...” (1992)


Ulu öndər Heydər Əliyev Xəlil Rza Ulutürkün

təltif olunduğu “İstiqlal” ordenini şairin

ömür-gün yoldaşı Firəngiz xanıma təqdim edir. 1995


Həmin mərasimdən


Salyan şəhərində xalq şairi Xəlil Rza Ulutürk və Azərbaycanın Milli Qəhrəmanı

Təbriz Xəlil Rza oğlunun xatirəsinə ucaldılmış memorial abidə


Şairin Fəxri Xiyabandakı 

qəbirüstü abidəsi


“Qəbrimin üstündə mərmər qalacaq,

Bir də, mərmər kimi iki yüz cildim...”



Şairin 40 ilə yaxın bir dövrdə yazıb topladığı gündəliklər


Şairin əlyazmaları





321

VÜSAL ÇAĞLARINDA

Mənim nəfəsimdən yaranıb bu yaz,

Çiçəklər sığınıb məhəbbətimə.

Sanki səmalar da dar gəlir bir az

Mənim sevincimə, səadətimə.

Əlimdə, ovcumda, gözlərimdəsən,

Saçını dağıdıb, bir də hörürəm.

Yaxandan, boynundan, dodaqlarından

Qönçələr üzürəm, güllər dərirəm.

Ölüb dirilirəm gündə yüz dəfə,

Ürəyim göylərə sığmayan quşdur.

Dirilmək bir yana, loğmanım mənim,

Sənin qucağında ölmək də xoşdur.

Gedirsən, canım da səninlə gedir,

Gəlirsən, qayıdıb mənə can gəlir.

Hər şey nəzərimdə ülviləşibdir,

Hər şey doğma gəlir, mehriban gəlir.

Sən bulaq başında dayanıb bir an,

Üzünə, gözünə su çırpan zaman,

Düşündüm bu suyun hekayətini.

Yığıb var gücünü, var qüvvətini.

Neçə laydan keçir, suxurdan gəlir.

Bir ovuc sevincin olmaqdan ötrü,

Bəlkə də yeraltı dağları dəlir.

Bunu anladınmı, günüm­gündüzüm,

Sənin olmaq üçün dirilik suyun,

Dağ yaran bulağın mənəm, mən özüm.

Qıyıb tapdamaram qarışqanı da,

Heç bilsən nə qədər kövrək olmuşam.



322

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Sənmi ülviləşib mələkləşmisən?

Mənmi başdan­başa ürkək olmuşam?

Dərya sevincimdə bir gilə qəm var,

Səhərim, saçların şüa­şüa nur.

Sənin ki, vüsalın bunca dadlıdır,

Onda gör hicranın nə yaman olur.



1978

VÜSALA AZ QALMIŞ

Gördüm həsrətinə dözə bilmirəm,

Külüng, bel götürüb yanaşdım bağa.

Bel ağzı ay kimi alışdı, yandı,

Səma gözəlliyi verdim torpağa.

Gördüm həsrətinə dözə bilmirəm,

Çaldım külüngümü yeraltı dağa.

Fışqırdı borudan dirilik suyu,

Başladı şəlalə, sel qışqırmağa.

Gördüm həsrətinə dözə bilmirəm,

İslatdım əhəngi, başladım işə.

Yaşıllıq içində ağappaq bir ev

Gör nəyə bənzədi? Qızıl günəşə.

Gördüm həsrətinə dözmürəm. Açdım

Laybalay, taybatay pəncərələri.

Şüşələr əlimdə büllura döndü,

Günəş göylə birgə girdi içəri.

Həsrətin bağrımı didəndən bəri,

Bütün tikanları, çör­çöpü yığdım.



323

Göz­göz, papaq­papaq qızılgülləri

Əllərin bilərək köksümə sıxdım.

Gördüm həsrətinə tabım yox daha,

Dünyanın nəbzinə mən qulaq asdım.

Açdım qollarımı kəhkəşan qədər,

Bütün ulduzları bağrıma basdım.

Həsrətin canımda, gözüm masada,

Dünyada ən gözəl bir süfrə açdım.

Bir cüt qızılqurşaq piyalə seçdim,

Sənin içdiyinə inanmasam da.

Qoyuldu pilləkən. Nə yaxşı. Aman!

Hamıdan qarşıda cilvələnirsən.

Səhər günəşinin əlindən tutub

Gümüş pillələrlə gördüm enirsən.

Sevincim bulaqdı, çaydı elə bil,

Şadlıqdan az qala dilim tutuldu.

Sənə gətirdiyim bir cüt qızılgül

Dəyərkən əlinə, gülüstan oldu.

1979

***

Yenə yollarda bahardır yeriyən,

Təzə­tər gül kimi, gülzar kimisən.

Aman Allah, aman Allah, qıza bax:

Nur olub göylərə qalxar kimisən.

Kirpiyin könlümü döyməkdə neçin?

De, qızılgül, ya tikan – xar kimisən?



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə