Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə71/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   67   68   69   70   71   72   73   74   ...   113

363

Canımı alsa da, mənə can verən,

Günümü az qala əsrə döndərən.

Ay kimi lütfükar, çay kimi çağlar,

Məni buludlardan ucada saxlar.

Bir qızı bəxş edib, dursun kənarda,

Üstündən verməsin bircə qubar da.

Tale keçdi bir az, heç zaman qıymaz

Üç­dörd xəzinəni bircə nəfərə.

Mənim qismətimsə bir cüt sərvinaz

Razıyam, rast gəlim min­min kədərə,

Dözüm bəlalara, müsibətlərə.



1984

UMACAĞIM

Nə rütbəm, vəzifəm, nə ad­sanım var,

Mən sənin gözündə hamıdan adi.

Bilirəm, çələngi xoşlayır qızlar,

Qadınlar çox sevir şöhrəti, adı.

Düşün, ömrüm­günüm, bir azca dərin,

Gör hansı kəlmələr dilimdən çıxır.

Rütbəsinə görə sevilənlərin

Gec­tez sevgisi də əlindən çıxır.

Mən ağbəxt istərəm hamını, ağbəxt,

Ancaq gizlətmirəm bu pak hissimi:

Şöhrət düşkünləri inan ki, çox vaxt

Özü qəbrə qoyur öz sevgisini.

Bu gün mən qıy vuran qızıl quşamsa,

Sənin eşqinlədir bu qıyım, qıyyam.

Sənin gözlərinə vurulmuşamsa,

Yerin də, göyün də hökmdarıyam.



364

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Dirilik suyudur içdiyimiz su,

Yağla bal kimidir daddığımız duz.

Oğlumuz olacaq arslan yavrusu,

Qızımız bəlkə də ən parlaq ulduz.

Fikir ver, gözlərim Qoşabulaqdır,

Bir az Çənlibelə bənzəyir çiynim.

Yadında saxla ki, neçə Rövşənə

Koroğluluq verib gözlərim mənim.

Məndən çələng umma, könül istə sən,

İstə dünya boyda təmiz bir sevinc.

İgidlər anası olmaq istəsən,

Əyil, gözlərimin bulağından iç!

Fikir ver, üzümdə al şəfəqli dan,

Bu tale yolumu mən özüm seçdim.

Ən böyük şöhrətə vurulduğumdan

Cılız şöhrətləri tapdayıb keçdim.

Sərvətə, ad­sana, təslimmi olmaq?

Yox, söz memarıyam bir məmləkətin.

Gözlərim o qədər ayıq, sayıq ki,

Məni nam, nişanla aldatmaq çətin.

Heç nə istəmirəm... biləsən təki

Kimdir bir eşq üçün yüz yol doğulan.

Əlləri ulduza, aya çatsa da,

Sənin ayağına baş qoyan oğlan.



1980


365

DUSTAQ


Sil gözünün yaşını, ömrüm-günüm, şad ol, şad,

Min-min dustaq içində mənəm bir təkcə azad!


366

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



 ZİNDAN TÜRKÜSÜ

Barmaqlığın milləri

Qızıldandı, qızıldan.

Çünki onun dalında

Mən yaşaram, mən varam!

Dəmir­beton divarlar

İşıqlıdır büllürdan.

Gözlərimdəki nurdan

Yer də, göy də çıraqban.

Su lüləyim mis deyil,

Yaqutdandı, yaqutdan.

Çünki altında hər gün

Mənəm qalxıb obaşdan

Əl­üz yuyan, oxuyan.

Sıçramasın damcılar

Ağappaq fişəng kibi.

Hər qətrəni öpərəm

Ətirli çiçək kibi.

Zindan – badam qabığı,

Boz qabıqda ağ badam.

Vur, çatdasın bu qabıq,

Ey badam sevən adam!



Moskva, Lefortovo zindanı,

5 mart 1990


367

ÇIXARAQ BAHARA AZƏRBAYCANI!

Görüş yerindəyəm bayaqdan bəri,

Bir gözüm saatda, biri yolunda.

Vaxtında gəlirsən dilim əzbəri,

Saat yox, nəbzindir vuran qolumda.

Gəlirsən, bürünüb qar işığına,

Azca qaldırmısan boyunluğunu.

Gendən göz qoyuram yaraşığına

Sənə ağ don biçən qarın, çovğunun.

Uzun kirpiyində qar çiçəkləri,

Bu qar dənizində ilk baharmısan?

Göydənmi gəlirsən ağ taclı pəri,

Bu ağ zəncirləri nə cür qırmısan?

Üşüyür deyəsən zərif əllərin,

Ver öpüm, hovxurum barmaqlarını.

İsitsin nəfəsim islaq telləri,

Bir az rəngi qaçan yanaqlarını.

Bəri ver çantanı, qarlı kürkünü,

Ver asım asqıdan xidmətçin kibi.

Almadan vecinə bu soyuq günü,

Sən uçub gəlmisən göyərçin kibi.

Sən kişi qızısan, cəsur mələyim,

Bəlkə qız cildinə girmiş bir ərsən.

Sən mənim uğrumda bu qar nədir ki,

Səmumdan, buzlaqdan, oddan keçərsən.

Mən sənin uğrunda and içmişəm ki,

Hökmümlə susdurub bu ağ tufanı,

Cahanda heç kəsin nuş etmədiyi

Bahara çıxarım Azərbaycanı.



368

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Yağmasın! Yandırar nəfəsim qarı.

Çaxmasın! Udaram ildırımları.

Qanadlar vermisən, dörd qanadımla

Doğraram, kəsərəm sıldırımları.

Hanı kirpiyində qar çiçəkləri,

Hanı o bayaqkı soyuq əllərin?

Çalıram... saçından ayır ver bəri

Mənim kamanıma düşən telləri.



Türkan-Moskva, Lefortovo zindanı,

1983-1990

O YERLƏR

Gərək o yerləri gəzəm, görəm mən,

Səni hansı oba, hansı kənd doğub?

Nə ata, nə ana... sanki əzəldən

Səni bir tanrısal təbiət doğub.

Elə bil bələkdə bələnməmisən,

Sən hazır gəlmisən qoca dünyaya.

Bir ay parçası tək göydən enmisən

Bu ülvi dünyaya, uca dünyaya.

Gərək o yerləri gəzəm, görəm mən,

Yenidən dinləyəm sarıköynəyi.

Sənin adi sözün xoşdur nəğmədən,

Hər cümlən­nəğməkar bülbül ürəyi.

Mən gərək dinləyəm sarıköynəyi,

Bir az sənə bənzər yaz səmasını.

Təkcə bülbülün yox... o ağ ovcunda

Bütün kainatın oxumasını.



369

O yerdə bulaqlar – gözümün nuru,

Mənə söylə görüm, ey büllur insan.

Sənə bulaqlarmı verib bülluru,

Ya sən bulaqlardan büllur almısan?

Sənin o yerlərdə min ovsunun var,

Sellər qanad alıb tərpənişindən.

Qanyaxa lalələr, yaşıl reyhanlar

Yaranıb bəlkə də bir gülüşündən.

Özünsən deyəsən həm zərgər, həm zər.

Həm əsər yaradan, həm də əsərsən.

Oxuyan qayalar, ötən dərələr,

Qol­qol, saçaq­saçaq şəlalələrsən.

Tapsam, aça bilsəm o xəzinəni,

Bəlkə də anlaram biryolluq, qəti:

Anan təbiətmi yaradıb səni,

Ya sən yaratmısan qız təbiəti.

Axır qıjhaqıjla hökmünlə çaylar.

Ovcunda dolanır ulduzlar, aylar.

Ey günəş... ey səma... Ey gülüm... könlüm

Yalnız səni səslər, səni haraylar.

Nə cür o yerləri gəzim səninlə?

Bu gün bayramdasan, sabah toydasan.

Sən mənim köksümdə bir qız boyda yox,

Kainat boydasan, cahan boydasan.

Dünyamız dünyaya sığışmır bizim,

Məgər yetiribdir bircə el səni?

Bu aləm yetirib səni, əzizim,

Öpürəm aləmin hər zərrəsini!

Türkan-Moskva, Lefortovo zindanı,

1983-1990



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə