Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə73/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   69   70   71   72   73   74   75   76   ...   113

375

Sıxır hər hüceyrəmi, kürəyimi, əynimi.

Sıxa bilmir beynimi, alovlu ürəyimi.

Nə yaxşı ki, cahanda düşünmək fürsəti var,

Təfəkkürdən saçılır şüa­şüa arzular.

Gözüm qəzetlərdədir... qırır qandalı Polşa,

Parçalayır Varşava öz cəza köynəyini.

Buxarestdə Ağ qəsri dağıdır Rumıniya,

Paslı darvazaların sındırır biləngini.

Qalxır çeçen­inquşlar, osetinlər ayağa.

Dönür cəza köynəyi qana batmış bayrağa!

Qorxma, Xəlil Rza, döz! Dön zülmətdə mayağa!

Həmnəfəs ol bəşərlə, aləm qalxır ayağa.

Qan açıldı burnumdan... basdım gümüş düyməni

Gəldi ağ xalatlı qız... xilas edərmi məni?

Pambıq soxur burnuma... qan dayanmır, dayanmır.

İynə vurur qoluma... Qan dayanmır, dayanmır.

Zəhmət çəkmə, can həkim!

Kəsə bilməzsən qanı. Get, dinc əyləş yerində.

Qanın bir ucu burda, bir ucusa – ordadır

Bakı küçələrində!

Moskva, Lefortovo zindanı,

23 şubat 1990



376

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



KEŞİKÇİLƏRİM

Keşikçilər cürbəcür... cavan da var, ahıl da.

Dörd yol növbə dəyişir hər gün qıfıllı zalda.

Hər qıfıllı qapının gözü, göz alması var.

İki dəqiqədən bir keşikçim ordan baxar.

Keşikçilər cürbəcür... zər paqonlu, paqonsuz.

Nə o mənsiz dolanar, nə də, inan, mən onsuz.

Mənim gözətçilərim məgər birmi, ikimi?

Gözətçimdir dörd divar, daş ürəkli hakimim.

Gözətçimdir gecələr sönmək bilməz çıraq da,

Müstəntiq qələmilə doldurulan varaq da.

Dürlü­dürlü keşikçi keşik çəkir zindana.

Yazığım gəlir ancaq gecələr yatmayana.

Saqqalı ağ, bığı ağ, çal saçları gümüşü.

Qeybə çoxdan çəkilib gözlərinin gülüşü.

Gedir, gəlir aramsız, var­gəl edir sübhədək

Neçin bərkdən öskürür, boğur onu öskürək.

Siqar çəkir, dərd alıb bəlkə başı üstünü.

Qovur, əlilə qovur həlqələnən tüstünü.

Bir ömür gəldi, keçdi tüstü, duman içində,

Səadətə, ağ günə uzaq güman içində.

Daz başına bəlkə də peşəsini qaxan var:

­ Nə vaxtacan keşikdə duracaqsan, a kaftar?



377

Get özünə bir iş tap, heç olmasa bağban ol.

Montyorluq et barı, beş evdə çıraqban ol!

Qırx ildir ki, güdürsən qapıda bir deşiyi,

Haçan güldürəcəksən bəs sən evi, eşiyi?

Yakovlevin aşnası “Mersedes”də hərlənir,

Sənin zövcən qırx ildir kor mətbəxdə girlənir.

Balaların tamarzı adicə portağala,

Şorqoğala, zoğala.

Qızlarının əynində nənəsinin paltarı...

O dondan utan barı.

Qırx ildir bağa kibi çəkilmisən qınına,

Peşən dərddir qanana.

Qızıl meydan hayqırır, bir bax tətilçilərə

Barı bir gün kişi ol, bayraq götür bir kərə.

Lənətlə qul ömrünü, ölgün, yoxsul ömrünü,

Bəs haçan görəcəksən səadəti, ağ günü?

Nəfəsini kəsibdir keşik çəkdiyin zindan,

Fərqin çoxmu bayırda qarıldayan qarğadan?

Qarğanın heç olmasa qarğa səadəti var.

İstəsə uçar, gedər, başqa budağa qonar.

Dovşandan da əfəlsən, ey soxulcan, ey çibin.

Gecə­gündüz hərlənib var­gəl edirsən neçin?

Keşikçim gələr­gedər düşüncələr içində,

Acı tütün qoxusu, tüstü, zəhər içində.



378

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Qorxar, car çəkə bilməz

Fikrini, niyyətini.

Yazıq, məndən qoruyur

İki qitəyə sığmaz Sovetlər dövlətini!



Moskva, Lefortovo zindanı,

25 şubat 1990

GÖZLÜK SEÇƏN GÖZ HƏKİMİ

Üzü qara zindanda üzü nurlular da var,

İşıq ucu olmasa can zülmətdə boğular.

Xalatı qar kibi ağ, papağı ağ, üzü ağ,

Özü bahar yaşında, gözəl gəlin, gülyanaq...

Heç bir şikayətim yox, məni özü çağırmış,

Müstəntiqin əlindən almış, bu hüsnə alqış!

Çəkdi ipək pərdəni, şölə düşdü guşəyə,

Qoşalaşdı günəşim, ikimiz birik deyə.

Ağ əlinin altında dürlü­dürlü linzalar...

Balaca qutularda böyüdücü şüşə var.

­ Tanışam anketinlə... Xəlil, uzaqgörənsən,

Yaxınları bəs necə? Çətin görürsənmi sən?

Bu gün sənə təptəzə eynək seçək biz gərək,

Qaşlarıma toxunan zərif əllər – ağ çiçək.

Rayihəsi, nəfəsi nəfəsimə qarışır,

Gümüş kəhkəşandayam, ulduzlarmı sayrışır?



379

Öndə görmə cədvəli.

­ Diqqət yetir cədvələ.

Söylə, hansı hərfdir?

“A” deyirəm gözələ.

­ Bəs onun altındakı?

“Ş” deyirəm gözələ.

­ Al, linzanı təzələ!

Linza mənim əlimdə soyuq şüşə parçası,

Linza onun əlində bir qızılgül qonçası.

Görür taxa bilmirəm şüşəni öz yerinə,

Ağ göyərçin əlləri toxunur əllərimə.

Dibçəkdəki Çin gülü birdən­birə canlanır,

Baharı gəlmiş sanır, qalxır, həyəcanlanır.

İşıqlanır, nurlanır öndə görmə cədvəli,

Bapbalaca hərfi də aydın görürəm, bəli.

­ Zəhmət çəkmə! ­ deyirəm ­

Linzaşünas gözəlim!

Gözəlliyin önündə sizə raport verirəm:

Gözəl insanları mən gözlüksüz də görürəm.



Moskva, Lefortovo zindanı,

27 şubat 1990

MAĞARA

Qobustandan keçəndə o, maşını saxladı,

Nişan verdi uzaqda qaralan bir kahanı.

Elə bil zəncirləyib qollarımı bağladı,

Üz­gözümdə hiss etdim alov saçan ahını.



380

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

­ O kahada yerləşib – bir qaçqın ailəsi.

Mağara çox genişdir, beş ailə yerləşər.

Önündə arx, içində elektrik şöləsi.

Döşəmə əvəzinə mərmər döşənib, mərmər.

İlan ilə, əqrəblə bərabər yaşayanlar

Öldürüblər, atıblar ilanı, əqrəbi də.

Tavanında qərənfil, kəklikotu qomu var,

Cocuqları dərs alır Qobustan məktəbində.

Gedək baxaq, aləm var bostanında, bağında,

­ Yox! – söylədim – ölərəm mən qoşmasam yardıma.

İyirminci yüzilin bitər­bitməz çağında

Hansı üzlə gedək biz on min ilin ardına?



Moskva, Lefortovo zindanı,

1 mart 1990

ŞƏHRİYAR ÜSLUBUNDA

Bu nurani dünya, pirani dünya

Əzəldən ətirli bir bağa bənzər.

Bəşərin qocaman, sərt ağacında

Hər insan bir gülə, yarpağa bənzər.

Yarpaqlar, budaqlar ayrı olsa da,

Bu dünya bağının bəhəri birdi.

Birdi nuş etdiyi hava da, su da,

Yerdən şirə çəkən kökləri birdi.

Budaq heç yaşarmı budaqdan ayrı?

Ömr edə bilərmi insan insansız?

O doğma gülşəndən, o bağdan ayrı

İnsan xəzəl kibi ölüdü yalnız.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə