Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə70/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   66   67   68   69   70   71   72   73   ...   113

357

VÜSAL ƏRƏFƏSİNDƏ

Ömrüm­günüm.

 

Heç bilsən



Səndən nə istəyirəm:

Bir gecənin içində

Bütöv bir ömrə dəyən

Xatirə istəyirəm.

Bilsən nə istəyirəm:

Enib o sahilə gəl.

Bakı işıqlarından

Boynunda silsilə gəl,

Enib o sahilə gəl!

Fərqi yoxdur, bu axşam

Bahar olsun, qış olsun.

Ya dünyaya gül səpən

Gürşad bir yağış olsun,

Təki mənim rəfiqəm

Mənə doğru can atsın,

Təki vüsal

 

Hicranı


Yolda azdırmış olsun.

Göyərçin əllərini

Tutum,

 

Qəlbimlə tutum.



Öz­özümü unudum,

 

Yeri­göyü unudum.



Əllərinin ətrini,

 

Tellərinin ətrini



Çəmən­çəmən mən udum,

 

Bahar­bahar mən udum.



Yanında yer vermə,

 

yox,



 

Qəlbində yer ver mənə.

O gülü istəmirəm,

 

Gözündən gül dər mənə,



Könlündən gül dər mənə.


358

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Təkcə busə deyil,

Yox,


Ruhunu istəyirəm.

Ürəyinin başında

­ Xəlil! ­ deyə mələyən

Ahunu istəyirəm.

Sevincini,

qəmini,


ahını istəyirəm.

Ən təmiz duyğuların

Qaymağını ver mənə.

Vətən eşqilə dolu

Cəsur qız qəlbindəki

O qaynar diləklərin

Qaynağını ver mənə.

Vulkanlı dağ kimiyəm,

Ancaq elə bilmə ki,

Buz bulaq istəyirəm.

Füzulidən şeir oxu,

Odlanmaq istəyirəm.

Gəl, ağ bənizindəki

Natəvan səhərilə.

Ürəyinə sığmayan

Vətən şərqilərilə!

Dünyaya nur saçmağı

Eləmisən sən adət.

Ayaq tutub yeriyir

Ayağınla səadət.

Gəl! Ey mənim könlümdə

Baharı tər saxlayan,

Məni hörüklərilə

Bu dünyaya bağlayan!

Gəl! Ömrümüz qovuşsun

Şərikli ömür kimi.

Hardasa cida düşən,



359

Muğandasa görüşən

Araz kimi, Kür kimi.

“Bayatı­Şiraz” üstə

Ötəcəyik bu axşam.

Duyğular dünyasında

İtəcəyik bu axşam.

Qanadlanım bu axşam,

Uçum səninlə birgə,

Bütün Azərbaycanı

Qucum səninlə birgə!

Lənkəran.



1965

SƏN BƏZƏNƏNDƏ

Qırmızı geyinib sən çıxma evdən

Qorxuram od tutub alışa dünya.

Mavi geyinəndə cilvələnmə çox,

Qorxuram özünü göylər tanıya.

Sən ağ geyinəndə ehtiyatlı ol!

Səadət boynuna biçilir, ey gül.

Qorxuram qoşulub ağ buludlara,

Uçasan, qalxasan ulu qatlara!

Qara geyinəndə işıq saçırsan

Qaranlıqda yanan ulduzlar kimi.

Nə qədər gedirəm, uzaqlaşırsan,

Əlim ulduzlara çata bilərmi?

Amandır, bir azca sadə geyin sən.

Amandır, bir azca ucuz geyin sən.

Onsuz da sərməstəm, al da geyinsən,

Tirmə də, ipək də, şal da geyinsən.



360

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Bu gün geyinmisən qızılı donu

Payıza bürünmüş baharsan, nəsən?

Əynində atəşim, odum bil onu

Keçdiyin yollara qızıl səpirsən.

Mən dərzi olsaydım... kirpiklərimi

İynə­sap edərdim, başdan keçərdim.

Bütün geyimləri atıb bir yana,

Sənə öz könlümü paltar biçərdim.

Bütün geyimlərdə ehtiyatlı ol,

Xəbərdar edirəm səni, ey sənəm:

Bütün geyimlərdə məhəbbətimdən

Alışa bilərsən, yana bilərsən.



1987

SƏNİN GÖZLƏRİNİ SEVİRƏM ANCAQ

(“Məhəbbət dastanı” poemasından)

Bilgəh... axşam çağı... dəniz qırağı.

Hər gümüşü ləpə ayna qırığı.

Onlar çimib çıxmış sudan yenicə,

Ürəklər sevdalı, duyğular incə.

Batır yavaş­yavaş uzaqda günəş,

Yığışır sulardan narıncı atəş.

Tək­tək ulduzlar da sayrışıb gülür,

Ləpələr dəydikcə qumlar süzülür.

Onlar da sular tək coşub­daşırlar,

Deyirlər, gülürlər, qaqqıldaşırlar.

Səsləri dənizə min səda salır,




361

Qayalar dinləyib sükuta dalır.

Oğlan məhəbbətlə süzür yarını,

Qız sıxıb qurudur gur saçlarını.

Elə ki, hörərək atır arxaya,

Ay həsədlə baxır yerdəki Aya.

Əlində çəkməsi qız yeridikcə,

Ayağı altında qum xışıldayır.

Oğlan öz yarını seyr elədikcə

Özünü hamıdan bəxtiyar sayır.

Dönüb sual verir yarına birdən:

­ Əzizim, de, məni çoxmu sevirsən?

Qız ayaq saxlayır, dayanır, durur,

Oyanır qəlbində nəcib bir qürur.

Qız, qara qaşların altında gülən

İşıqlı, mehriban gözlərə baxır.

Qız elə baxır ki, sanki ömrünə,

Bəxtinə açılan səhərə baxır.

Bu gözlər həm məsum, həm saf, həm dərin,

Ən təmiz, ən dərin düşüncələrin

Aynası – gözlər.

Bu gözlər yarından bir cavab gözlər.

­ Əzizim, de, məni çoxmu sevirsən?

Qız gülür, ayrılır düşüncələrdən.

O necə söyləsin indi eşqini?

O, həm qürurludur, həm də utancaq.

Deyir: ­ Vallah, düzü, yaman qarasan.

Sənin gözlərini sevirəm ancaq.

Elə bu cümlə də bəsdir sevənə,

Şadlanır, nur yağır, gülər üzündən.




362

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Qızı qucaqlayıb qaldırır göyə,

Öpür iki dəfə ala gözündən.

Bu dəm bir meh əsir mavi Xəzərdən,

Xoş bir səda gəlir göy ləpələrdən.

Sahil bağları da səslənir birdən;

Elə bil dil açır hər incə yarpaq:

­ Sənin gözlərini sevirəm ancaq.

Ulduzlar içindən bir ulduz axır,

Göyün ətəyində bir iz buraxır.

Oğlan o işığa, o izə baxır,

Bircə xətt şeirdir o gümüş zolaq:

­ Sənin gözlərini sevirəm ancaq.

Qarşıda can alan bir qız dayanmış,

Baxır, bir aləmdir o xumar baxış.

Necə də gözəldir o canı yanmış.

Allah, gör nə deyir o dil, o dodaq:

­ Sənin gözlərini sevirəm ancaq.

1961

MƏHƏBBƏT ALƏMİ

Heç ola bilməz ki, tale bu boyda

Ümman məhəbbəti bəxş etsin mənə.

Bu qədər işıqlı bir sərvinazı,

Qaraqaş, qaragöz bir ağboğazı,

Sözü baldan dadlı, qəlbi qanadlı,

Addımı kamana, tara bənzəyən,

Bahar nəfəsilə ərzi bəzəyən,

Dinəndə ağzından güllər saçılan,

Gecələr hüsnündə səhər açılan,




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə