Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə69/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   65   66   67   68   69   70   71   72   ...   113

351

Açıqdır ürəyim on bir iqlimə,

Nə istər?

Aşmağa uca dağ istər.

Butun əsrlərdə,

Səyyarələrdə

Səninlə qol­boyun yaşamaq istər.

SAÇLARI ŞƏLALƏSƏN

İnanmıram gözümə,

Sən gəlmisən bu axşam.

Mən öz səadətimə

Özüm heyran qalmışam.

Zərli libasında sən

Sanki qızıl laləsən.

Gözləri bir cüt ulduz

Saçları şəlaləsən.

Balaca bir otaqda

Sonsuz göylər açılmış.

Gecənin qucağında

Sanki səhər açılmış.

Yanan dodaqlarımda

Bir sərin piyaləsən.

Gözləri bir cüt ulduz

Saçları şəlaləsən.

QƏZƏL

Sən incə çiçəklərdəki jaləm kimi gəldin,

Bir qan bahası, bağçama laləm kimi gəldin.



352

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Aldın da ucaltdın məni əflakə özünlə,

Endikdə, müqəddəs, yeni aləm kimi gəldin.

Doldum nəfəsindən saçılan rayihələrlə,

Getdikdə apardın fərəhi, qəm kimi gəldin.

Şahlar mənə qibtəylə baxır, ən ulu şah mən, ­

Çün sən ulu göydən ulu töhfəm kimi gəldin.

“Bir qanlı gül ağzında və mey kasəsi əldə”,

Bir cənnət ikən, ömrə cəhənnəm kimi gəldin.

Bircə telinə gözlərimin nuru da qurban,

Eşqim, fərəhim, ah ilə naləm kimi gəldin.

Dünya bağı qarlı, mən üzülmüş qoca bağban,

Ruhunda qərənfil, mənə həmdəm kimi gəldin.

Qüdrət də, məhəbbət də, mətanət də özünsən,

Yığdın dağınıq gülləri, bir cəm kimi gəldin.

Verdin... alıb içdim meyi... könlüm dağa döndü.

Dağdan tökülən nurlu şəlaləm kimi gəldin.

Aləmlərə bildir ki, Xəlil heç zaman ölməz,

Çün ovcuma əfsunlu piyaləm kimi gəldin!



1983

SƏN EŞQ ÜÇÜN YARANMISAN

Səni gördüm, xumar oldum,

Sevgi, sevinc umar oldum.

Gözlərin dan ulduzudur,

Bəs niyə göz yumar oldun?



353

Nə yaxşı ki, sən bizləri

Bu gecəyarı... anmısan.

Sən eşq üçün yaranmısan,

Sən mənimçün yaranmısan.

Yarı açıq, yarı bağlı

Düyməcəsən, tər qönçəsən.

Gözüm tutdu, könlüm sevdi,

Ürəyimcə, könlümcəsən.

Hörüklərin şüa­şüa,

Gülablanıb daranmısan.

Sən eşq üçün yaranmısan,

Sən mənimçün yaranmısan.

Yönün düşsə bizə sarı,

Qapımızı Günəş açar.

Sənə mənim əlim dəysə,

Gülüşlərin güllər saçar.

Mən gözəllik təşnəsiyəm,

Sən bulaqsan, duru susan.

Sən mənimçün doğulmusan,

Sən eşq üçün yaranmısan.

1965

GƏL, SƏNİ SƏSLƏYİRƏM

Gəl, səni səsləyirəm

Ən gözəl bir həyata.

Bircə evin içində

Bütöv bir kainata.



354

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Ömrüm – bir dəstə reyhan,

Oxşayıb ətrini çək.

Sənin nəfəsin dəysə,

Nə gül solar, nə çiçək.

Bircə qədəh şərbətlə

Sərinlər yanan nəfəs.

Sənin dodağın dəysə,

Heç bir bulaq tükənməz.

Gəl, səni səsləyirəm

Ağ üzlü bir səhərə.

Bircə evin içində

Hüdudsuz üfüqlərə.



1965

HİCRAN ÇAĞLARINDA

Hicran günlərində kəşf elədim mən

Dünyanın yeni bir səadətini.

Səni yad etməyin, səni anmağın

Köksümü göynədən xoş ləzzətini.

İşığı söndürüb girdim yatağa,

Gördüm başdan­başa cahan işıqdır.

Saçlar ağarmağa üz qoysa belə,

Könlüm südəmərdir, könlüm uşaqdır.

Gözüm çənəndəki kişmişi xalda,

Gözəldir gözündən gülümsəməyin.

İllah ki, dərdimdən “öldüyün” halda,

Başını bulayıb “yox, yox!” deməyin.



355

Dünyanın ən uca mərtəbəsində

Günəşə qərq olmuş qızıl otaqlar.

Hər şeyi: pərdəsi, pəncərəsi də

Sənin rayihəni canında saxlar.

Necə bəxtəvərdi o tül pərdələr,

Sənin əlin dəyir o pərdələrə.

Necə bəxtəvərdir o pəncərələr,

Sənin şölən düşür pəncərələrə.

Hər şeyin gözəldir. İllah ki, məni

Görəndə “yox!” deyə cilvələnməyin.

Gizli yan otağa qaçıb sevincək,

Ən gözəl donunu dərhal geyməyin.

1978

EŞQİM, VƏFADARIM MƏNİM

Sevincim, qəmxarım mənim,

Eşqim, vəfadarım mənim.

Bütün ömrüm, yarı canım,

Yarım mənim, yarım mənim.

Yarı böldük, ortaq olduq

Hər kədərə, hər sevincə.

Dərd azalar bölündükcə,

Sevinc artar bölündükcə.

Sevincim, qəmxarım mənim,

Eşqim, vəfadarım mənim.

Bütün ömrüm, yarı canım,

Yarım mənim, yarım mənim.



356

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Eşqimizin meyvəsidir

Şir balası – körpələrin.

Sən günəşli bir dənizsən,

Körpələrin – ləpələrin.

Sevincim, qəmxarım mənim,

Eşqim, vəfadarım mənim.

Bütün ömrüm, yarı canım,

Yarım mənim, yarım mənim.



1977

OCAQ MAHNISI

Üşüyürsən gülüm, sən,

Al, geyin pencəyimi.

İsinərsən indicə

Köksümdə canım kimi.

Quru çırpı yığmışam,

Ocaq indi yanacaq.

Bizim eşqimiz kimi

Ocaq alovlanacaq.

Bir bax, necə gurlayır

Şölə çəkir buxarı.

Alovu bəlkə qalxır

Ulduzlardan yuxarı.

Üşümürsən, deyəsən,

Ey odyanaq, gülnəfəs!

Sənə demədimmi bəs

Ev ocağı əzizdir,

Eşq ocağı müqəddəs.



1983


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə