Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə68/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   64   65   66   67   68   69   70   71   ...   113

346

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Mənim canımdakı cəhənnəmlərə

Beş, üç damla atıb ötən yağışsan.

......

Mən sizə yağışlar yağanda gəldim.



1986

BİRCƏMSƏN

Sən mənim yeganə məhəbbətimsən

Tanıdım nə qədər vəfasızları.

Bircəmsən, yanında sıfır bilirəm

Eşq cildi geyinmiş ehtirasları.

Biri qəmzələndi, biri çəkdi ah

Gözəllər yanından sakit sovuşdum.

Bu sonsuz aləmi açılan sabah

Necə min­min qolla qucaqlayırsa,

Mən uçdum, mən sənə o cür qovuşdum.

Öpdüm bircə­bircə kirpiklərini,

Söylədim: nə quzum, nə ceyranımsan.

Sənin qanın gəzir can­ciyərimi,

Mənim yəzdanımsan, yaradanımsan.

Başımın üstündə ayım, ülkərim,

Milyon il ardınca sürünmüşəm mən.

Sinəmdə sökülən qızıl dan yerim,

Hüsnünün nuruna bürünmüşəm mən.

Min il susuz qalsam dözərəm... çünki

Bircə damlasıyla məni dirildən

Abi­zəmzəmsən.

Polad iradənə söykənib sinəm,

Səngərim, ağ saçlı mübarizəmsən.



347

Əməllər, arzular bayraqdarıyam, ­

Çünki mənimsən.

Bütün əsrlərin nəğməkarıyam,

Çünki mənimsən.

Bütün vuruşlardan qalib çıxmışam.

Çünki sarsılmayan qalamsan mənim.

Yalın əllərimlə dağlar yıxmışam,

Çünki başım üstə yandırmısan şam.

Bəlkə də anamsan, balamsan mənim.

Keçdi ilk görüşdən otuz il, qırx il,

Sən mənim gözümdə adiləşmədin.

Hər gün Şah dağına ucalır könül,

Ey daim zirvədə ulu məbədim!

İyirmi dörd saatın iyirmi dördünü

Sənə həsr edirəm... inan ki azdır.

Masamın üstünə qoyduğun gülü

Öpürəm.... gül deyil, əbədi yazdır.

Qanıma keçmisən... mübarizədən

Aldığım zövq, ilham, pak duyğu kimi.

Sənə vuruluram hər gün təzədən

İyirmi bir yaşında olduğu kimi.



1986

SƏADƏTİM, MƏHƏBBƏTİM!

Ömrün dadlı çağlarında, qaynar, odlu çağlarında,

Xumarlanar, tumarlanar yerlər mənim qucağımda,

Göylər mənim qucağımda.

İkicə söz qönçələnər səni uman dodağımda:

Səadətim, məhəbbətim!




348

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Nə ceyransan, nə quzusan, çörəyimin bal, duzusan.

Başım üstə daim yanan ən uca dan ulduzusan.

Elə bəlkə buna görə sənin şüa tellərini,

Ay parçası əllərini aram­aram sığallaram,

Aram­aram pıçıldaram:

Səadətim, məhəbbətim!

Üç eralıq bir yol kimi otuz ili vurduq başa.

Sıldırımlı dolayları qalxdıq qoşa, gəldik qoşa.

Sən yenə də novbaharsan, ömrüm­günüm, min il yaşa!

Nəfəs almaq sənsiz çətin,

Səadətim, məhəbbətim!

Ata getdi, ana getdi, indi atam, anam da sən.

Gəlib dövlət quşu kimi sağ çiynimə qonan da sən.

Ürəyimə kimsə dəysə, əhvalıma yanan da sən.

Sən ki, varsan, mənə yarsan, yox dünyada ölüm­itim.

Mən sədəf, sən dürri­yetim,

Səadətim, məhəbbətim!

Dünən zərif bir budaqdın, bu gün artıq barlı bağsan,

Türkayıma layla çalan, beşikbaşı çilçıraqsan.

Ürəyimin odunu dər, yüz il axsan, min il axsan.

Nəfəsindən qüvvət alır əzəmətli məmləkətim,

Türkayıma layla çalan səadətim, məhəbbətim!



1987

İLAHİ BİR GÖZƏLƏ

Sən getdin... əksin qaldı gözlərimin yaşında.

Təkcə göz yaşımdamı? Ürəyimin başında!

Odun, rayihən, ətrin üz­gözümdə, əlimdə,

Bir də gül adın qaldı dil ucunda, dilimdə.



349

Sənin adın İlahə... Sənin özün ilahə.

La ilahə illəllahə ilahə.

Mən dünən bir dərd idim, bu gün sevinc qəhqəhə.

Hardan çıxdın baxtıma? De, bu hansı ətirdi?

Səni qızıl şüalar, rüzgarlarmı gətirdi?

Bəlkə endin səmadan mələklər qanadında,

Bu yaz dünyaya sığmaz çiçəklər qanadında!

Göydən gəlmiş bir qızın Yer üstündə durması,

Yanbayan oturması... saçlarının burması...

Hərdən qıya baxması, süzülməsi, axması,

­ Sağ ol! ­ deyib getsə də dönüb bir də baxması.

Qızıl kəsən qədəmi, qədəminin qu səsi,

İncə addımlarıyla dünyanı titrətməsi.

Təbəssümü, vədəsi bir atəşdir canımda,

Mən indi naşı bağban gülşənimin yanında!

O, mənim başımın tacı... mən onun bir zərrəsi,

Heç xəbərin varmı ki, ey gözümün giləsi.

İlahi hüsnünlə sən bu dünyanın ziddisən,

Bizi şərdən ayıran gözəllik sərhəddisən.

Bəxtim məni yetirdi ilahi bir gözələ.

Vəslin qismətimizsə, ömrümüzü təzələ.

Canım­gözüm, tez elə!

Mən indi bir ağ yelkən, sən də mavi bir dəniz.

Bütün yaralarımın yeganə məlhəmidir

Bizim məhəbbətimiz.



Bakı, 26 iyun 1988


350

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



***

Tut mənim əlimdən, buraxma, gülüm,

İtərəm, bitərəm, çəmən olaram.

Qoşulub gedərəm ağ buludlara,

Uzaq dəryalarda yelkən olaram.

Bərk tut əllərimdən, buraxma, gülüm,

Bilirsən, könlümün qeylü qalı var.

Bir dəli köhlənin yatıb belinə

Qitələr dolanmaq ehtimalı var.

Kiçik, ağ əlinlə ürəyimi tut, ­

Ürəyim nəhrlər axımındadır.

Köklərim torpağın yeddi qatında,

Əllərim ulduzlar salxımındadır.

Mənə səma boyda qəlbində yer ver,

Bütün Yer üzünü gəzək əl­ələ.

Özün bilirsən ki, taparam səni,

Simurq qanadında gizlənsən belə.

Xəyyam da məndədir, Hafiz də məndə.

Vaqif sevgisiyəm, Sabir səsiyəm.

Bütün tanrıları yığ, kənara qoy,

Bütün tanrıların birləşməsiyəm.

Nə gözəllik ölmüş, nə qəhrəmanlıq,

Sağdır Kərəm eşqi, Məcnun eşqi sağ.

Hansı Fərhad isə süd arxı üçün

Hansı bir dağısa parçalayacaq.

Sən Kürsən, mən sənə can atan Araz.

Qaynayıb qarışaq, axaq qol­boyun.

Mən gümüş kəhkəşan sən göz­göz ulduz,

Ayla gün qızımız, oğlumuz olsun.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə