Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə74/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   70   71   72   73   74   75   76   77   ...   113

381

Mənə öylə gəlir: hardasa, kimsə

Bir insan ömrünə qələm çəkirsə

Özü də bilmədən yüz qan salır o.

Bəşər ağacına balta çalır o.

Bir insan köçürsə dünyadan əgər,

Öylə düşünmə ki, bircə can gedir.

Hər sönən baxışda saysız­diləklər,

Hər kiçik tabutda bir cahan gedir.

O gedir... qalırıq biz yana­yana,

Bu dərdi ürəkdə daşımaq çətin.

Hər gün yer üstündən yerin altına

Köçür bir parçası bəşəriyyətin.

Bəşər dedikləri vahid bir bədən...

Bəs neçin düşübdür ürəklər ayrı?

İnsan cəmiyyəti yaranan gündən

Yollar, təriqətlər, məsləklər ayrı.

Bəlkə buna görə biganəyik biz,

Bəlkə buna görə ürəyi daşıq.

Bəlkə div olmuşuq, divanəyik biz,

İnsanı insandan oğurlamışıq.

Bir kiçik budağı qıranda rüzgar,

Budaq qan­yaş tökər, ağac qan ağlar.

Bir durna ayrılsa öz qatarından,

Qatar mənziləcən gedər pərişan.

Bəs bir durna qədər olmadıqmı biz?

Neçin buza döndü qaynar qəlbimiz?

Axı biz həpimiz yaxın sirdaşıq,

Ata bir, ana bir, doğma qardaşıq.



382

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Eynidir havamız, suyumuz bizim.

Eyni torpaqdandır mayamız bizim.

Yoğurub yapanda xilqətimizi,

Eyni gözdə görüb təbiət bizi.

Heç kəsi heç kəsdən üstün etməyib,

Heç bir balasını ana atmayıb.

Sən ey qılınc çəkib əbəs qan tökən,

Kimə qaldırırsan o qılıncı sən?

Mundirli, kaskalı, avtomatlısan.

İnsan paltarında bir cəlladmısan?

Nədir bu azğınlq, bu qudurğanlıq?

Neynirsən? Əl saxla, düşün bir anlıq.

Atanın qanıdır axır dəmbədəm

Düşmən qardaşların sinələrindən.

Təbiət, ­ o böyük, ağ saçlı ata

Bizi bəxş edəndə bu kainata

Can verdi, qan verdi, qeyrət verdi o.

Bizə insaf verdi, mürvət verdi o.

Bizə əl verdi ki, imdada çataq,

Yıxılan bir kəsin qolundan tutaq.

Bizə ağıl verdi­qüdrətli, mətin.

Dərk edək dərdini bəşəriyyətin.

Sussun o ürək ki, buzdan soyuqdur.

Üzülsün o qol ki, yardımı yoxdur.

Kor olsun o göz ki, qeydə qalmaya,

Bir insan könlünə işıq salmaya.

İnsan dərdlərinə biganə insan

Əfidən, əqrəbdən əksikdir, inan.




383

Bu qoca dünyanın seyrinə bir gəl,

Təbiət qurulmuş necə mükəmməl.

Necə mehribandır çöldə çiçəklər,

Eyni səmtə əsir əsən küləklər.

Ceyranlar dəstədə həsbhal edir,

Dalğalar nəhrdə qol­boyun gedir.

Yeddi qardaş ulduz­işıqlı, iri.

Hələ bircə dəfə küsməyib biri.

İnsan da cahanda bir çiçək, bir quş,

Onun da xilqəti böylə saf olmuş.

Bəs neçin yarandı ikitirəlik?

Haçan zəhərləndi bu qan, bu ilik?

Biz ki, təmiz idik başdan, binadan.

Səni kim ayırdı eldən, anadan?

Ey təbiət qədər müqəddəs insan,

Ey mələklər kibi gülnəfəs insan

Gör hansı zirvədən yuvarlanmısan,

İnsan kəlməsinin ucalığından!

Luvru, Ermitajı sən yaratmısan,

Bəs neçin tökdüyün qana batmısan?

Dünən qurduğunu sökürsən bu gün,

Öz başına odlar tökürsən bu gün.

Göydə ulduzlara sığal çəkirsən,

Yerdə krematori, zindan tikirsən.

Baxıram əynində tazə paltara.

Zahirin parlaqdır, batinin qara.



384

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Başında biliyin, savadın da var.

Daha dəhşətlidir savadlı xunxar.

Savadsız olmağın bəlası birdir,

Savadlı canilik daha betərdir.

Hansı mərtəbəyə gör çatıb bəşər:

Savadlanıb fitnə, savadlanıb şər.

Əynində şıq kostyum, əlində silah

O, kimdir? Bəlkə də nitqli timsah!

Üzdə mədh eləyir mədəniyyəti.

İşdə bambaşqadır mədə niyyəti.

Niyyəti məhv etmək, parçalamaqdır.

Sözü ipək kibi, özü bıçaqdır.

Gecələr dalıram gur şəhərlərə,

Gecələr dönmüşdür ağ səhərlərə.

Heyhat, göz güldürən bu işıq, bu nur

Onun silahında şimşək, od olur.

Deyin, bunçünmü Edison məgər

Yatmadı, çalışdı uzun gecələr?!

Gözünün nurunu o gilə­gilə

Əritdi, axıtdı bir cüt naqilə.

Düşündü: insana bu bir köməkdir.

İnsan işıq görüb sevinəcəkdir.

Axacaq ürəyə, idraka işıq.

Bəs neçin umudsuz, naçar qalmışıq?




385

Siz ey yer üzünə matəm yayanlar,

Eşqi, ləyaqəti tapdalayanlar!

Siz ey müstəmləkə havadarları,

Dünyanın “mədəni” canavarları!

Yurdları qurd təki qamarlayanlar,

Aləmi yüz yerdən hasarlayanlar.

Raketlə, tank ilə, topla, tüfənglə,

Cılız bir ürəklə, dar bir diləklə.

Bu bütöv aləmi tikələyənlər,

Öz insan adını ləkələyənlər!

Elm sizin üçün fitnədi yalnız,

İşığı bəbəkdən qoparırsınız.

Baxıram dünyanın xəritəsinə,

Min yerə bölünmüş Yer kürəsinə.

Dünya zolaq­zolaq, dilim­dilimdir,

Çeynənən sərhədlər didim­didimdir.

qədər çəpərlər, nə qədər mərzlər...

Mərz üstə nə qədər mübarizələr!

Viran Xirosima küldü ­ bir qutu,

XX əsrin nəhəng tabutu!

Hələ dərya­dərya insan qəmləri,

Daxau, Buhenvald cəhənnəmləri.

Hələ canilərin nəfsi dipdiri,

Hələ Andronik, ­ Əhrimən sağdır.



386

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Bəs hansı qüvvətin polad əlləri

Onları dünyadan qoparacaqdır?

Neçin tərlan kibi qanadlanmayaq,

Bütün Yer üzünü Vətən sanmayaq?

Qınına çəkilmiş bağalar kibi

Hərlənmək, girlənmək eyib deyilmi?

Gözləri nə qədər dardı onların –

Beş qarış yer üstə boğuşanların.

Ad­sanmı gəzirsən, ey ucuz ad­san,

Axı nədən ötrü vurhavurdasan?

Bir bax ətrafına, gör dünya nədir –

Sonu görünməyən bir xəzinədir.

Nə zəngin yaranmış ana təbiət:

Torpaqda səxavət, suda səxavət.

Almalı, armudlu, heyvalı bağlar

Səni bu yerlərə ömürlük bağlar.

Özü boyda qızıl bu dağlar sənin,

Səadət qaynağı bulaqlar sənin.

Dünya sənin üçün nələr saxlayır:

Daşlar öz bağrında gövhər saxlayır.

Sənindir ağ saçlı şəlalələr də,

Ovcu zər dolusu tər lalələr də.

Yaxa düyməsini açmaq istəyən

İncə bir gözəldir qarşında süsən.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə