Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə79/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   75   76   77   78   79   80   81   82   ...   113

409

Zəif şamlar qüvvət alır

 

Xəlil Rza nəfəsindən.



Firəngizim göy səməni,

 

şamlar təki pak, müqəddəs.



Sil gözünü, ey gülnəfəs,

Çırağımız haqdan yanır,

 

Onu heç kəs söndürəmməz!



Səp göylərə bu kişmişi,

 

dönəcək ağ ulduzlara.



At torpağa o buğdanı,

 

yol açacaq bəhrə­bara.



Bələnsə də al qanına,

 

çəkilsə də min yol dara,



Çörək verir, ürək verir

 

Azərbaycan dünyalara.



Sil gözünü, məğrur əyləş mənim ürkək novbaharım,

Cibi dolu, əli dolu, qəlbi dolu gələn yarım!

Sənsən mənim dünya boyda, səadətim, ilhamım da,

Min zindanı parçalayan gur çırağım, bayramım da.



Moskva, Lefortovo zindanı,

6 aprel 1990

AZƏRBAYCAN

Zindandakı cismimdi tək,

Canım orda, ruhum orda.

Qaf dağının zirvəsində –

Ucalardan ucalarda!

Görün harda havalanır

Dağ qartalı görün harda.

Hər sətrimi üfüqlərə

Qanadıyla yaza­yaza.

Xəbər verir yaxınlaşan

İlk bahara, güllü yaza:



410

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

­ Şimal qütbü üşüyürsə

Qoy sığınsın bağrımıza.

Od içində səməndərdi

Azərbaycan – Xəlil Rza!

Xəlil Rza atılsa da

Bucağına zindanların,

Azərbaycan sığa bilməz

Qucağına zindanların.

Aman dostlar, siz gəlməyin

Ayağına zindanların.

Lənət deyin qan­qırmızı

Bayrağına zindanların!

Qarı düşmən soxulmasın

Poladlaşan sıramıza.

Biri dağdır, biri qaya:

Azərbaycan – Xəlil Rza!

Haray sellər, şəlalələr

Dağ sinəmdən gəlin, keçin!

Tukənməzəm, tükənsəniz

Ürəyimdən badə için.

Gülüstanam, ətrafımdan

Tikanları qırın, biçin.

Ağciyərlər aləmində

Yalqız qalan mərdi seçin!

Durulmuşam, sal qayadan

Damla­damla, sıza­sıza

Biri dəniz, biri bulaq:

Azərbaycan – Xəlil Rza!

Kordu gözü. Qoy təpəgöz

Güvənməsin gövdəsinə.

Baş əymədik gülləsinə,

Qandalına, kündəsinə.

Dinlə, nitqi nəyə bənzər

Top səsinə, tank səsinə.




411

El tüpürür Avropada

O kabusun kölgəsinə.

Asiya da, Afrika da

Bu lənətə atır imza.

Bu döyüşün bayrağıdır

Azərbaycan – Xəlil Rza!

“Qan­qan!” deyən qatilləri

Bir gün gələr qandıraram.

Canilərə cəhənnəməm,

Atəşimdə yandıraram.

Haçan, harda, hansı seldən,

Hansı oddan yan duraram?

Əbədiyəm, məbədiyəm.

Cahan varsa, mən də varam.

Kainat bir gülüstandır,

Uzaq olsun bizdən qəza.

Dəymə, bülbül yuvasıdır

Azərbaycan – Xəlil Rza!

Moskva, Lefortovo zindanı,

8 aprel 1990

SƏNİN GÖZ YAŞLARIN

Mən səni ömrüm boyu təbəssümlü görmüşəm,

Gülümsər gözlərindən sevinc, fərəh dərmişəm.

Sənin səadətinə həyatımı vermişəm,

Bəs nədir bu hıçqırıq?.. Göz yaşın almaz­almaz?

Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

Bir bax, öndə, arxada, paqonlular dayanıb,

O da fələk dustağı... çoxu naçar dayanıb.

Şimaldayıq, dizəcən ləkəli qar dayanıb,

Qoltuqlara sığınır burda bahar, burda yaz.

Canavarlar önündə, gülüm, ağlamaq olmaz!



412

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Göz yaşların tökülür Moskvanın qarına,

Çırpılır kor məhbəsin soyuq divarlarına.

Qana batmış dağam mən, güvən yalnız yarına.

Bizim dərin yaramız göz yaşıyla sağalmaz.

Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

And olsun Vətənimin qarsalanmış daşına.

Yüz­yüz general dəyməz sənin bir göz yaşına.

Bahar kimi gəlmişəm, günəş kimi qarşıla,

Camalından utansın ruhu keçəl, beyni daz.

Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

Yanaqların islanıb... gözlərindən öpüm gəl.

Qırıq­qırıq, odnəfəs sözlərindən öpüm gəl.

Diz çökmədin nakəsə, dizlərindən öpüm gəl.

Gedər qış da, gələr yaz, bu dövran belə qalmaz.

Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

Azadlığın havası dolubsa milyon qəlbə,

Əvvəl­axır bizimdir, bizimkidir qələbə.

Bu qanlı nəm divarı qoparaq qəlpə­qəlpə.

Yalnız haqqındır zəfər, nahaq özü matəm, yas.

Aç başından bu şalı, qara bağlamaq olmaz.

Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

Gülüm, ağlamaq olmaz.!



Moskva, Lefortovo zindanı,

9 nisan 1990

VƏTƏNİMİ DÜŞÜNÜRƏM

Xırda­xuruş qəmlər ilə əylənməyə yoxdur vaxtım,

Qışda belə pardaxlanan qızıl güldür mənim baxtım.

Fərqi yoxdur, mən hardayam, ya zindanda, ya gülşəndə,

Ömrüm­günüm gəlib keçir sözlə qələm döyüşündə.

Elə bilmə ya qafiyə, ya rədiflə əylənirəm,

Sözün səngər havasını reyhan kibi iyləyirəm.



413

Vətənimi düşünürəm, bəxti dönük vətənimi,

Əhdi böyük, dərdi böyük, özü böyük vətənimi!

Orda ümid tarlasını yolum­yolum yolanlar var,

Evə girən, cibə girən, gözə girən yalanlar var!

Orda rütbə nökərləri sürü­sürü.

Burnu dimdik, özü alçaq... iş başında dövran sürür.

Doğmalara dal çevirən, yada ağuş açanlar var,

Anaların göz yaşını badə kibi içənlər var.

Gedib­gələn nəfəsi də yalan, saxta,

Bir soxulcan, alabaxta, bir quşca da faydası yox,

Amma qalxıb qızıl taxta.

Cocuqların üzərinə tank sürənlər hələ sağdır,

Qatillərin qarşısında diz qatlayan kölə sağdır.

Nə canı var, nə də qanı, yeyib içən bağırsaqdır,

Dərin qəbrə möhtac ikən hökm eləyən qurumsaqdır.

Hələ yazıq ürəklərdə qorxular var ləkə­ləkə,

Qorxulara əsir düşən insan özü – müstəmləkə!

Mən qovmasam kim qovacaq bu ahları, amanları?

Yumruq vurub kim ayıltsın başı, beyni samanları?

Hələ durur cənnətimi cəhənnəmə döndərənlər,

“Kalaşnikov” lüləsilə çırağımı söndürənlər.

Dolaşıram üç addımlıq, beş addımlıq kamerada.

Zindanları dağıtmasaq, kim çatacaq, kim murada?

Hələ ağlı, düşüncəsi, beyni zindan olanlar var,

Zər paqonu parıl­parıl ictimai ilanlar var.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə