Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə80/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   76   77   78   79   80   81   82   83   ...   113

414

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Qəlbim boyda kainatı əlimizdən alanlar var.

Bu aləmə bahar gəlib qış gülü tək solanlar var.

Barmaqlığım üçcə qarış, beşcə qarış paslı dəmir,

Susur yazıq gecə­gündüz ömür yeyir, heç nə yemir.

Heç nə demir. Bəlkə deyir: ­ qılınc, mizraq, ox olmalı!

Dar gözlərin zülmətinə ildırım tək soxulmalı!

Qəsbkarlar bu dünyadan ilim­ilim yox olmalı!

Altdan, üstdən qıfıllanıb hörümçəkli dəmir qapım.

Hanı İkar? Kometanı mən səmadan nə cür qapım?

Qapım, tapım, köhlən çapım. Çıxım cahan yollarına

Haqsızları söykəməli haqqın polad divarına!

Vətənimin boğazına keçib dəmir barmaqları,

Mıxla tabut taxtasına qan hərisi caynaqları.

Fövqəladə vəziyyəti nicat bilən alçaqları.

Bu qurdları mən ovcumun içi kibi tanıyırım,

Döyüşdəyəm, özün mənim dayağım ol, ulu Tanrım!

Yalnız bircə silahım var, qələm adlı pənahım var,

Varsa qələm, keçmişim var, bu günüm var, sabahım var.

Keçmişin də, bu günün də, sabahın da qüdrətini

Cürətini bəxş et mənə, bəxş et, ulu pərvərdigar!

Min ildırım kəsəri ver mənim qələm qılıncıma,

Bu gürzəgöz qatilləri qılıncımın tax ucuna!

Fərqi yoxdur mən hardayam – cəhənnəmdə – ya cənnətdə.

Döyüşdəyəm, günüm keçir qəlbim boyda planetdə.



Moskva, Lefortovo zindanı,

21 nisan 1990


415

QANADLI GÜNLƏRİM

“Zindanda hər günüm bir ildən 

uzun...” – M.Y.Lermontov

Mixail Yuryeviç, məni bağışla,

Görünür bambaşqa təbiətəm mən.

Çopur divarların, kor pəncərənin

Buzunu əridən bir xilqətəm mən.

Görünür bambaşqa təbiətəm mən.

Zindanda sürünmür... şığıyır, uçur.

İldırım qanadlı hər günüm mənim.

Ekvator qollarım aləmi qucur

Vətən hökmündədir sürgünüm mənim

İldırım qanadlı hər günüm mənim.

Ömrümdə ilk dəfə istirahətim

İnan ki başlanıb elə bu yerdə.

Bir az uzun çəkən ezamiyyətim

Darısqal guşədə, dəmir səngərdə

İnan ki, başlanıb elə bu yerdə.

Orda mən kim idim? Müşahidəçi,

Burda hər döyüşün tən ortasında.

Bəşər yüksəlişi qanımdan keçir

Günəşəm gündüzün günortasında

Burda hər döyüşün tən ortasında.

Apaydın görürəm... yırtıcı, quduz,

General cildinə təpilən şəri.

Varlığı bir əqrəb, gözləri bumbuz

Qızıl epoletli goreşənləri;

General cildinə təpilən şəri.

Çevirdim ən yaxşı şeirlərini

Sabirin, Cavidin böyük dilinə.

Yanar ürəyinin şölələrini



416

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Çatdırdım Arazla Kür sahilinə,

Sabirin, Cavidin böyük dilinə.

“Şairin ölümü”, “Kazbek”, “Əlvida”...

Qılıncdan itidir, sənətin, sözün.

Bütün Dantesləri, Martınovları

Rentgen işığında göstərən gözün.

Qılıncdan itidir sənətin, sözün.

Hərbi qiyafədə yaraşıqlısan,

Paqonsuz olsaydın ondan da yaxşı.

Mətin, mütəfəkkir, şəvə bığlısan.

Alim gözlərində şair baxışı.

Paqonsuz olsaydın ondan da yaxşı.

Əfv elə, duruxdum dünən şeirində

“Basurman” sözünə rast gələndə mən.

Ey hər zərgər işi yerli­yerində,

Təsadüfmü kəlmən? İncidim səndən

“Basurman” sözünə rast gələndə mən.

Sovuşur Moskva zindanlarında

Qanadlı günlərim, atlı günlərim.

Gündəlik dözümüm­mənəvi qida,

Şan balı, qaymaqdı dadlı günlərim,

Qanadlı günlərim, atlı günlərim.

Mixail Yuryeviç, məni bağışla,

Görünür bambaşqa təbiətəm mən.

Bəşər güzgüsündə hətta ən xırda

Ləkəyə dözməyən bir xilqətəm mən.

Görünür, bambaşqa təbiətəm mən.

Moskva, Lefortovo zindanı,

25 nisan 1990



417

ELƏ GÜNÜM OLUBMU Kİ...

Həbs evində günlərimi

 

bu gün saydım bircə­bircə.



Elə günüm olubmu ki,

 

sənsiz gələ, sənsiz keçə?



Sevincimdə, ahımdasan,

 

nəfəsimdə, bağrımdasan.



Kirpiyimdə, yuxumdasan

 

səhər­axşam, gündüz­gecə.



Elə günüm olubmu ki,

 

bu dünyada sənsiz keçə?



Yalnız sənin gözlərinlə

 

sevinmişəm, gülmüşəm mən.



Yalnız səni görmək üçün

 

bu dünyaya gəlmişəm mən.



Bu aləmə cüt gəlmişik

 

yüz il qabaq, min il qabaq.



Sevincimiz, kədərimiz

 

ulduzlarda tabaq­tabaq.



Ayı, Marsı dolaşmışam

 

mənzil­mənzil, küçə­küçə.



Elə günüm olubmu ki,

 

sənsiz gələ, sənsiz keçə?



Minnətdaram Allahıma,

 

göydən gələn qismətimsən.



Cahan boyda səyahətim,

 

məhəbbətim, ismətimsən.



İstambula qoşa getdik,

 

Səmərqənddən döndük necə?



­ Söylə, dünya qurulubmu

 

ürəyincə, ürəyimcə?



Yadındamı bu sualı

 

verdin mənə min il öncə.



Elə günüm olubmu ki,

 

bu dünyada sənsiz keçə?




418

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Göylər­ulduz çıraqbanı,

 

bax göylərə gecə yarı.



Nəfəsimin alovuyla

 

yandırmışam ulduzları.



Səndən ötrü yandırmışam,

 

ey baharım, ey gülqönçəm.



Elə günüm olubmu ki,

 

bu dünyada sənsiz keçə?



Əkiz gəldik bu aləmə

 

nə yalqızıq, nə də yetim.



Dağıdacaq zindanları

 

səni doğan məhəbbətim.



Səma kimi, yer­göy kimi

 

əbədiyəm, əbədisən.



Ayağına baş qoyuram,

 

kainatın məbədisən.



Sənsiz, mənsiz bu Ay, Günəş

 

batar necə, çıxar necə?



Elə günüm olubmu ki,

 

bizsiz gələ, bizsiz keçə?



Moskva, Lefortovo zindanı,

3 mayıs 1990

AĞ ÇƏLƏNGLİ AZƏRBAYCAN

Bu bir qədim əfsanədir əsir düşən bir cavanı

Qara zindan, zülmətxana lapdan çəkir öz kamına.

Əli qanlı, gözü qanlı, ağzı qanlı neçə cani

Məhkəmədə qərar verir, qol çəkilir edamına.

­ Son məqamda əhdin nədir? – soruşurlar o cavandan

­ Anam gəlsin, anam! – deyir görməliyəm mən anamı.

Ana gəlir, işıqlanır birdən­birə qara zindan,

Övladına bəxş eləyir süddən gələn bir inamı.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə