Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə88/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   84   85   86   87   88   89   90   91   ...   113

455

Hərarət çoxalır Yer kürəsində,

Don tutmuş Arktika əriyə bilər.

Nəhəng buz dağları min­min nəhr olub

Bəşərin üstünə yeriyə bilər.

İsti su axarı Qolfstrimin

Dəniz günəşidir, öyünsün bəşər.

Tərk etsə Avropa sahillərini,

Başqa bir dənizdə cəhənnəmləşər.

Dünya gözəlliklər xəzinəsidir,

Ona daş atmayın, daş­qaş qoyunuz.

Adicə gilasa bağda fikir ver,

Yanır hər budaqda bir tabaq ulduz.

İnsan – kainatın ilkin əşrəfi,

Tanrılar insanın öz kölgəsidir.

Yer üzü – cahanın nəhəng sədəfi,

İnsan bu sədəfin dürdanəsidir.

Gürşad. Curumcubbur su içindəsən.

Sellər silkələyir sıldırımları.

Qaldırıb əlini qovursanmı sən

Orman üstündəki ildırımları?

Dolaşıb Şirvanı, Şərur düzünü

Dərədən keçirsən, dağ adlayırsan.

İldırım kəsərli böyük sözünü

Necə də yavaşdan pıçıldayırsan:

İri, nəhəng bir fırlanğıc

Fırlanmada bu fəzada.

İnsan!


Sən öz dünyanı quc,

Bu cahanı, vermə bada!



Sentyabr, 1977


456

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



ADIMIZ, SOYADIMIZ

Yenə əlim çənəmdə,

Yenə başım ovcumda.

Həqiqətin böyüyü yenə dilim ucunda,

Düşünürəm adımı,

Adımı, soyadımı.

Xəlil Rza.

Xəlil – ərəb dilində dost deməkdir, çox gözəl.

Rza – ərəb dilində razılıqdır, çox gözəl.

Xəlil Rza Xəlilov “ov” da rus şəkilçisi.

Dinlə, adda, soyadda hər hecanı, hər səsi.

Qəhrəman türklüyümdən məndə heç olmasa gör,

Bircə nişanə varmı?

Heç kişi də özgədən gedib ad oğurlarmı?

Yanır, aylanır başım.

Çarpayıda uyuyur neçə­neçə qardaşım:

Tofiq – ərəb, Məhəmməd – yenə ərəb,

Fərhad – fars.

Rüstəm – yenə fars adı.

Yönümüz başdan­başa

Ərəbədir, farsadır, bir azca da rusadır.

Bəs hanı, olmayıbmı bu millətin öz adı?

Yada düşür Cabbarlı – 34 yaşlı dahi.

Rəhbərimiz, atamız...

Ürəyində, ovcunda,

Qələminin ucunda çırpınardı adımız...

Aydın, Oktay, Ərtoğrul

Gülər, Sevil, Oddamdı...

Adlardakı ləyaqət

Odlar torpağındakı alovdandır, oddandır.

Aydın. Dinlə bu adı:

Ay tək aydınlıq saçar.

Doğmalığı, saflığı göz güldürər, qəlb açar.

Solmaz, Almaz, Yanardağ, Aslan, Dönməz, Gültəkin.

İyləmək istəyirəm hər hecanı gül təkin.



457

Hələ Yaşarım mənim, hələ Sevilim mənim.

Sevil, böyük sənətkar. Yaşa, böyük sənətkar!

Gülüşün tək gül açsın qəlbindəki arzular.

O kimdir Cəfərin dahiliyinə

Şəkk edən gözü dar, təfəkkürü dar?

Yüz ilin, min ilin, milyon illərin

Qanından süzülüb gələn nəğməkar

Üz tutub addımlar bir al səhərə.

Alqış o başdakı düşüncələrə.

Kim deyər, kim deyər yalnız Xızıda,

Bakıda doğulan qızıl quşdu o,

Babəkin odundan, qoç Koroğlunun

Misri qılıncından doğulmuşdu o.

Başlıca mövzumu yarımçıq qoyub

Onun başdaşını qucaqlayıram.

Bütün Azərbaycan gülşənlərindən

Cabbarlı qəbrinə gül bağlayıram.

Ərdöyüş, İldırım, Altunbəy, Solmaz.

Min illər keçsə də, bu adlar solmaz.

Mənim tanrım varsa, adı Cəfərdir.

Cəfərə baş əyən başlar alçalmaz.

Nədən bu sevgini duymadı atam?

Dünyadan gözləri qapalı getdi?

Mən iki yaşında bir cocuq ikən,

Gün batdı, Ay batdı, Cabbarlı getdi.

Yenə əlim çənəmdə, yenə başım ovcumda,

Həqiqətin böyüyü yenə dilim ucunda.

Nə qədər qat­qarışdı, nə qədər hərc­mərcdi

Adımız, soyadımız.

Diqqət elə: kimlərdi ən böyük ustadımız:

Bakıxanov, Axundov – tora ilkin düşən ov.

Ovlanıb tovlananlar.

Cüt başlı əjdahanın həzmi, hökmü altında

Yarımçıq yaşayanlar.

Azərbaycan qəlbini çar epoletlərinin altında daşıyanlar.




458

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Bakıxanov, Axundov, tora ilkin düşən ov.

Kirpiyinin arası,

Gözlərinin qarası ildırımlarla dolu

Bakıxanlı, Axundlu şir ikən quzu oldu.

Yox, tamam ölməmişdi, ölməmişdi həmin şir.

Abbasqulu gördü ki, ürəyini od deşir.

Gürzə gözləri kimi parıl­parıl alışan zər epoletlərini

Mundirini, kirini, saxta medallarını parçaladı, tapdadı.

Çarizmə üsyan üçün

Başqa bir yol tapmadı.

Pasportunu cıraraq

Ağappaq kəfən geydi Fatimə vadisində.

­ Bakıxanlıyam! – dedi bəlkə son nəfəsində.

Məni çox düşündürür bu soyadlar, bu adlar.

Əlimdəki dəftəri

Yandırır qələmimdən saçılan sönməz odlar.

Məni çox düşündürür soyadların sonluğu.

Ürəyimdə kin doğur, bəzən məni kin boğur.

 

Gözlərimə yaxşı bax.



Mənim baxışlarımda, mənim bəbəklərimdə

ildırımların rəqsi

Şıxlinski, Şuşinski, Şəkinski, Ağdamski...

Mənim bəbəklərimdə ildırımların rəqsi.

Sönməz bir qeyzin əksi.

Rədd ol.


İtil gözümdən,

 

Şuşamı “Şuşi” edən!



Sənin soyuq gözlərin, sənin buz baxışların

 

az seçilir şüşədən.



Hansı ayda, hansı gündə xoş gəlmədi Şuşa sənə?

Nə vermədi bu oylağın

Otu, suyu, daşı sənə?

Süd kimi saf qarını,

Şaqraq bulaqlarını, gülşən yaylaqlarını,

Təndirinin qorunu, gözlərinin nurunu,

Çörəyinin duzunu, ağzından son ruzunu



459

Sənə bəxş etmədimi?

Ovçunun yuvasında, ürəyinin başında

 

səni böyütmədimi?



Bəs nə üçün kor oldun

Bu qədər nankor oldun? Çörək itirən oldun?

Ağdamlı, Şuşalı, Şəkili, Şıxlı.

Mən bir az kədərli, bir az acıqlı

Dərdini yazıram Azərbaycanın.

Siz ey adı kimi, soyadı kimi

Bu doğma torpağa ögeyləşənlər!

Babək qılıncından, Qorqud sözündən

Üzeyir ruhundan uzaq düşənlər!

Dərdimiz təkcə bir soyad olsaydı

Mən bəlkə yazmazdım bu qəmli şeiri.

Qəzəbim yandırsın biganələri.

Sevdiyim bir sənətkar var Xoşginabi

Xoşum gəlmir. Kin saçıram onun soyad sonluğuna.

Doktor Tağı Əranini al qanına qəltan edən

Səttarxanın qəbri üstə tankla gedən,

Təbrizdəki tifilləri

Diri­diri oda basan, ağ günümə qəbir qazan

Faşistlərdən bir şəkilçi götürmüş o.

Bir şəkilçi itirməmiş, namus, qeyrət itirmiş o.

Dinlə, Fəthi Xoşginablı!

Bu gün sinəm inqilablı, alovludur.

Gücün varsa, tab elə, dur.

Fəthi! Nifrət bəsləyirəm adındakı fatehliyə.

Bu torpağı parça­parça, tikə­tikə eyləyənlər.

Xəlvətcə bir damla öd də yeritdilər iliyinə.

Şəkk etmirəm, diləyinə, Azərbaycan balasısan.

Şeirimizin, dilimizin, ruhumuzun qalasısan.

Elə bilmə mənim dərdim tək şəkilçi ya hecadır.

Dəniz dərdin qarşısında bu dərd bəlkə bir damcıdır.

Canım, gözüm, əziz qardaş, qəhrəmanlıq, igidlik yox,

Bizdən adi insaniyyət tələb edir bu dağ, bu daş.

Gəl düşünək yavaş, yavaş.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə