Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə89/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   85   86   87   88   89   90   91   92   ...   113

460

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Cabbarlım sağ olaydı kaş, Vurğunum sağ olaydı kaş.

Üz tutaydı bu “i”lərə, “zadə”lərə, bu “pur”lara.

Adı­soyu çopurlara.

Özgəsini yamsılayan bu nəfəssiz şeypurlara.

Və deyəydi:

­ Ay quzu birçəkli, keçi papaqlı,

Anan şəkilidir, atan qazaxlı.

Üç ay o yanlarda oxudun deyə,

Nə tez çanağından çıxmısan çölə?

Yaşa, Səməd Vurğun!

 

Alım qadanı.



Günəşdən əmdiyin istedadını

Son damlasınacan həsr elədin sən

Doğma torpağına, doğma elinə.

Rusiya şeirinin şah əsərini

Çevirdin Vaqifin şirin dilinə.

Vaqifin dilini çəkib bülövə

Qılınca döndərdin, Misri qılınca.

Çiynimi dağ kimi tuturam uca,

Görəndə mübarək sətirlərini,

Şir kimi od ürək sətirlərini.

Deyən ayrı düşdüm mətləbdən bir az.

Soyadlar müxtəlif. Çoxu keçəl, daz.

Qaynar damarımda nifrətim, kinim.

Yaşasın doğmalıq.

 

Yadlara qənim



Mənim öz şəkilçim, mənim öz adım,

Öz ruhum, öz soyum, öz istedadım!

Yaşasın Cabbarlı, Köçərli, Şıxlı.

Mən bir az kədərli, bir az acıqlı

Qaranlıq içində nur axtarıram.

Gərək kirpiyimin şimşəkləriylə

Yaram bu zülməti, mən özüm yaram.

Bağrımın başında ağrıyan yaram

Məndən özü boyda məlhəm istəyir.



461

Buyur, al, mən sənə məlhəm verirəm –

Al bizim adların siyahısını

Açılsın fikrimin tunc qanadları:

Ataman, Alpamış, Alp, Arslan, Araz...

Bayqurd, Bamsı Beyrək, Bahadır, Buraz...

Bunlar ər adları, ərən adları.

Yüz illər ardında çapan atları

Dikəldib günəşə şahə qaldırar.

Yağılar əlindən qalxan saldırar.

Addakı qüdrətə, ülviyyətə bax

Elə bil günəşə qanadlanacaq.

Qaraquş, Qazanxan, Qılıncxan, Qaya

Sığır cüt hecaya, sığmır dünyaya.

Gəlsin Dəli Domrul, Dəmirçioğlu

Hər bir hüceyrəsi tufanla dolu.

Dalğa, Dalğın, Dönməz, Dəmir, Daşdəmir

Bu adlar bağrımdan od­alov əmir.

Ayıqlıq zülmətin gözünü deşsin,

Adlarım kif atıb. Azəriləşsin.

Gücünü yellərdən, sellərdən alsın,

Eloğlu adını ellərdən alsın:

Eldəniz, Elsevər, Elturan, Elxan...

Ad yox, doğmalıqdır qanımdan axan.

Var olsun bu yurdun özümlükləri,

İçində qaynayan gözəllikləri.

Almaq istəyirəm qüdrəti ordan:

Şirin nağıllardan, bayatılardan.

Nağıl yox, bəlkə də söyləmələrdən,

Dayan, yaddan çıxar adlarım birdən.

Ərtoğrul, Əraslan, Ərtəpər, Ərən...

Yadlar mizrağına köksünü gərən

Qılınclı, qalxanlı babalarımız

Yurdun tarixində ad­san qoyublar,

Düzümün adını Muğan qoyublar.

Hey – Hey!.. o adları bəri ver, bəri.

Olsun gözüm nuru, dilim əzbəri:



462

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Koroğlu, Köprülü, Səlcuq, Savalan...

Doğma ad, fikrimdə şığı, havalan.

Gəlsin Tüpdağıdan, Təmərxan, Teymur.

Turandan, Təbrizdən gözlərim doymur.

Ulus, Uyğun, Uğur, Ucal və Umar.

Ulu Qaf dağına ucalmaq umar.

Sevirəm adların musiqisini,

Ruhunu, səsini, yarımsəsini.

Hər bir hecasını, hər ünsürünü,

Onun Arazını, onun Kürünü.

Görəsən elə bir gün gələcəkmi

Xətai ürəkli doğma dilimi

Döndərib Təbrizin ağ bayrağına

Qaldırım günəş tək səma tağına!

Unutma adları, doğma adları.

Adlarda qaynayan istedadları.

Gəlsin Halaypozan, Çingiz, Cığatay,

Bir yanı Türkiyə, bir yanı Altay.

Bir ucu Çin səddi, bir ucu Kərkük,

Zamandan qüdrətli, tarixdən böyük.

Diləm, kök atmışam Yer kürəsinə.

Qulaq as qəlbimin zənguləsinə.

Hələ sayacağam qız adlarını,

Bizim gözəllərin öz adlarını.

Aybəniz, Aypara, Alagöz, Ayna

Anaqız, Azərtac, gəlim toyuna.

Aytən, sevgilim ol, girim qoynuna.

Aytək, bir dənəmsən, bircəmsən mənim,

Təzə düymələnən qönçəmsən mənim.

Mənim öz yurdumda, öz bağımdasan,

Bu alışıb yanan od bağrımdasan.

Hələ Banuçiçək, Bənövşə, Badam,

Anam Burlaxatun, sənə qurbanam.

Sənin pozmaq üçün ləyaqətini,

Yağı kabab etdi mənim ətimi.

Gətirib qoydular sizin süfrəyə.




463

­ Övladın deyilsə, buyur, ye! – deyə.

Süfrənin başında qırx incəbel qız.

Məni doğrudanmı tanımadınız?

Yox, yüksək tutdunuz namusu, arı.

Atamın saçında ağaran qarı.

Var ol, əziz Anam, alqışlar sənə.

Ər kimi yanaşdın yad süfrəsinə.

Gözündən az qala daşıb tökülən

Qanlı göz yaşını qəlbinlə uddun.

Bala sevgisinin Qaf zirvəsindən

Qadın şərəfini sən uca tutdun.

Ana, halal olsun o saflıq sənə.

İzn ver, gül səpim qədəmlərinə.

Sayım gül bəzəkli qız adlarını:

Gülbahar, Gülbəniz, Gülbaxış, Gülər.

Gülbəyim, Gülbutə, Gülçin, Gülazər...

Dünya bağlarını başdan­başa gəz,

Harda var bu qədər ətirli güllər?

Gülyanaq, Gülöyşə, Güldəstə, Gülsər,

Gülqədəm, Güldərən, Güldostu, Gülnar.

Güllərin sanınca gülüzlümüz var.

Yox, sönməz nəfəsim, sayımmı yenə?

Səpimmi gülümü Yer kürəsinə?

Güldənə, Gülqəmzə, Gülyanaq, Gülqız.

Nə qədər zərifdir qız adlarımız.

Bəs nədən, bəs nədən, de ay insafsız,

Balana sən Roza adını verdin?

Vətən güllərinə arxa çevirdin?

Sənin ola­ola öz doğma adın,

Neçin özgəsindən ad oğurladın?

Dayan, o adları bir də oxuyum.

Güllərdən yarama bir məlhəm qoyum.

Eyzəngül, İncəgül, Təzəgül, Tərgül.

Bir qız nəfəsindən yaranıb hər gül.

Səhərgül, Səringül, Sonagül, Səngül...

Hər adda gül kimi incə bir könül.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə