Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə92/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   88   89   90   91   92   93   94   95   ...   113

473

Hünər tacı gəzdirən şöhrətli bir sərkərdə

Günlərin bir günündə məğlub olur, basılır.

Unudulur min dəfə qazandığı zəfər də

Baş daşına bəlkə də nakam sözü yazılır.

Ancaq mənim tacıma toxuna bilməz heç kim,

Çünki mənim tacımdır, gülüm, səni sevməyim!

30-cu SONET

İtirdiyim dostları yad edirəm arabir,

Ürəyimdə sızlayır köhnə, ağır yaralar.

Bu cəhənnəm beynimdə səssiz məhkəmə gedir,

Neçə parlaq incimi udub görün kor məzar.

Kimlər çıxıb əlimdən? Doğmalarım, dostlarım!

Düşünürəm... yaş axır yol çəkən gözlərimdən.

Kimlər köçüb məzara? Bütün dövlətim, varım.

Nə cür üzüm əlimi gedən əzizlərimdən?!

Haqq­hesaba vururam bütün itkilərimi,

Dəhşət bürüyür məni. Hər itkim – bir xəzinə.

Axır isti göz yaşım qanlı bulaqlar kimi,

Duzlu ləkələr salır neçə yerdən üzümə.

Ancaq min­min kədərim yaddan çıxır bir anda,

Sənin məhəbbət dolu gözlərinə baxanda.

66-cı SONET

Bəsdir! Ölmək istərəm! Rədd olsun bu cəmiyyət!

Əl açıban dilənir küçələrdə ləyaqət.

Əbləhlərin əynində şah paltarı görürəm,

İgidləri, mərdləri lağa qoyur kəmfürsət.



474

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Mənliyini satanlar ələ salır pakları,

Qısırlar eşq əhlini çəkir mühakiməyə.

Küt bəyənmir günəş tək nur saçan idrakları,

Qəhrəman möhtac olub bir mənəvi köləyə.

Haqsevərlər, cəsurlar axmaq, səfeh sayılır,

Səfehlər əyləşiblər peyğəmbərlik taxtında.

İlham yumruq altında qəşş eləyir, bayılır,

İlhamsızlar gül açır hətta boran vaxtında.

Baş götürüb gedərdim bu həyatdan lap asan,

Qorxuram bu aləmdə, gülüm, yalqız qalasan.



74-cü SONET

Çəkər bir gün məni də kor zülmətə o əntər,

Bəllidir, gora gedən bir də qayıtmayacaq.

Nə baş daşı, nə heykəl, nə xaç, nə zərli mərmər

Bu misralar olacaq mənim abidəm ancaq.

Udsun mənim cismimi qoy qara torpaq, nə qəm,

Yaşadacaq sözlərim ölməz məhəbbətimi.

Yenidən tapacaqsan hər misramda, əminəm,

Eşq adlı sərvətimi, ürək hərarətimi.

Meyxanələr dibini dolaşan veyil kimi

Əzrayıl çala bilər ömrün ancaq xıltını.

Sənə verib gedirəm qaynar diləklərimi,

Bu əzəli, əbədi könül kainatımı.

Qədəh qırıqlarını apara bilər ölüm,

Qədəhimdə gül meyi – könlüm sənindir, gülüm!



475

77-ci SONET

Solmuş gül camalını, gülüm, ayna göstərər,

Sovuşan gəncliyini çıqqıldayan bir saat.

Könlündən keçənləri qoruyar qələm, dəftər,

Oxuyanlar görər ki, qiyamətsənmiş bir vaxt.

Güzgüdə seyr etdiyin o qırışlar nə söylər:

Axır, bir yerdə durmur ömrün axar­baxarı.

Saatın zəng səsinə daldıqca ürək göynər,

Yada salar gülzarı, gülçəmbəri, məzarı.

Yadında qalmayanlar qalar ağ vərəq üstə,

Ürək qorumayanı beş­on cümlə qoruyar.

O fikirlər, o sözlər öz balandır əslində,

Bir gün qarşılaşarsan, könlün iftixar duyar.

Nə yaxşı ki, dadına çatıb kağız, mürəkkəb,

Dünən kiçik bir yazı – bu gün bütöv bir məktəb!

90-cı SONET

Məni atacaqsansa, gülüm, elə bu gün at,

Mən aləmi atanda, aləm məni atanda.

Qəm nədir ki? Qəlbimdə fəryad ol, dəli fəryad!

Göz yaşlarım görünsün hətta leysan altında.

Mən onsuz da bələdəm pis həyata, pis günə,

Gizli bir tələ qurma, açıq endir zərbəni.

Çiskinli səhər olma, ürək dözmür çiskinə,

Dəhşətli bir gecəm ol, tufana qərq et məni.

Elə bu gün at məni, sonra heç dözərəmmi?

Zəifləyən cism üçün meh də tufan kimidir.



476

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Elə bu gün at məni, hiss edim, anlayım ki,

Bu dərdimin yanında başqa dərdlər heç nədir.

Min­min qəmin fövqündə bir qəm varmış, ey mələk:

Qəm deyil, bəla imiş tapıb səni itirmək!



102-ci SONET

Sevirəm. Bu barədə hay­küy salmıram ancaq

Mənim incə sevgimi hər yetən duya bilməz.

Qəlbini cibləri tək açıb göstərən qoçaq

Bilmirmi ki, məhəbbət hay­harayla deyilməz.

Mən səni qarşıladım öz nəğməmlə bir səhər,

Ürəyi coşduranda məhəbbət adlanan yaz.

Bahar vaxtı gül üstə fəryad qılan bülbüllər

Bahar ötdümü, susar, bir də haray qoparmaz.

Özü bəzən sussa da, bülbülün qəlbi susmaz,

Qatar hərarətini yayın hərarətinə.

Hər güldən, hər şaxədən ucaldarsa bir avaz,

Heyran qalan olarmı onun məlahətinə?

Mən sənin əllərindən, gülüm, qəmlər yemişəm.

Nəğməmi bülbül kimi birdəfəlik demişəm.



477

ALMAN POEZİYASI

YOHAN VOLFQANQ GETE

ORMAN HÖKMDARI ƏRDO

O kimdir köhlən çapır bu küləkli gecədə?

Övladını bağrına basır görün necə də!

­ Belimdən möhkəm yapış, ay gözümün qarası,

Qısıl mənə, istidir qollarımın arası.

Axı nədən qorxursan?

 

­ Ata, irəli bax sən,



Meşə hökmdarını məgər orda görmürsən?

Odur, buynuzu dimdik... quyruğu yerə çatır,

­ Ömrüm, günüm, çəkinmə... O, bir əlçim dumandır.

“Uşaq olma, düş atdan, gəl, istəkli balam, gəl!

Mən səninlə ən gözəl oyunlar oynaram, gəl!

Çoxdu sahildə güllər... dərərsən, iyləyərsən.

Nənəm sənə ipəkdən köynək tikib... geyərsən.”

­ Ata, qulaq asmırsan məgər onun səsinə?

Eşitmirsən... yavaşca nələr vəd edir mənə?

­ Ömrüm, günüm, sakit ol, sarı xəzələ bax sən,

Küləkdi, yeldi ancaq xəzəllikdə səslənən.

“Qəşəng oğlan, mənimlə getmək istəməzmisən?

Necə öpər, oxşayar qızlarım səni bilsən!

Səni nənnidə yellər, şirin layla deyərlər,

Axşam aparıb toya... sənlə rəqs eləyərlər.”

­ Ata, görmürsən məgər meşə hökmdarını?

O yamacda oynayan, rəqs edən qızlarını?

­ Ömrüm, günüm, hər şeyi apaydın görürəm mən,

Qara basmasın bizi... Düzəndir o, boş düzən.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə