Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə90/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   86   87   88   89   90   91   92   93   ...   113

464

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Gəlsin köməyimə Gülmaya, Gülyar,

Güllücə, Gülnənə, Gülbədən, Gülxar,

Gülsavad, Gülsarı, Gülümcan, Gülyaz,

Gülşəndə, Gülağız, Gülənmən, Gülnaz...

Bu adlar bir şeirə, beş şeirə sığmaz.

Sən dəyiş adını, Roza Cəlilli,

Sənə gülzar verim, bülbül ləhcəli.

Götür, sənin olsun Gülşən, Gülşəkər.

Gülsevər, Gülməxmər, saysam çox çəkər.

İki yüz qırx iki ad deyərəm mən,

Başına tac qoyub Vətən gülündən.

Görünür, ad verən o Qorqud dədə

Ən zərif duyğular dərmək istəmiş.

Bizim xanımları, bizim qızları

Saflıqda gül kimi görmək istəmiş.

Sinif jurnalını yoxlayanda mən

Faterland adına tuş oldum dünən.

Addan söz düşəndə yazıq utandı,

Gülgün yanaqları alışdı, yandı.

Qızım, sən utanma, nə taqsırın var?

Utansın quşbeyin ata­analar.

Faterland deyilsən, sən yurdsevərsən,

Bəlkə də yaqutsan, ya mirvarisən.

Kim deyir, kim deyir islam elində

İnsanlar qadına, qıza kəm baxır?

Bu adlar yarandı sevgi selində,

Hər addan işıqlı bir aləm baxır.

Adlarda əks etdi arzularımız,

Əhdimiz, sevgimiz, iftixarımız.

Nə qədər diləklər sığır bir sözə.

Əməllə birlikdə yaşayır adlar.

Heyif ki, əməllər ucuzlaşanda,

Məhv olur addakı şərəf də, şan da.

Alması daş kimi daşıyır adlar.

Adlarım gözümdən qoy işıq içsin,

Çıxıb yad biçimdən qoy türkcələşsin!




465

Şükufə çiçəksə, Çiçək söyləyək.

Cəmilə göyçəksə, Göyçək söyləyək.

Əgər estetiklər inciməsələr,

Yepyeni siyahı, sözlər verərəm.

Eşib kül altından közlər verərəm.

Özləri özümü sıxışdıranlar,

Sözləri sözümü sıxışdıranlar

Həsləsin, çəkilsin qarşımdan geri.

“Sübh”ün əvəzinə buyur: “Dan yeri”.

Bədbəxt – qaragünlü, xoşbəxt – ağgünlü.

Mürəkkəb – çarpaşıq, hesabdar – sayar.

Bişərəf – şərəfsiz, istiqamət – yön.

Dön, dön, yad ellərdən doğma yurda dön.

Sözlərim gözümdən qoy işıq içsin,

Geri qalmışlarım irəli keçsin.

Göz üstə bəsləyək doğma sözləri,

Kökü ürəyimə bağlı sözləri.

Məndən inciməsin ərəb qardaşım,

Bəzən yad kəlmədən ağrıyıb başım.

Doğma sözlərimi dalda görəndə,

Üzülmüş, büzülmüş halda görəndə

Sözlər də el kimi, insan kimidir.

Vüqarlı kişinin, cəsur kişinin

Sözü də dağ kimi, vulkan kimidir.

Hüquqsuz insanın dili gödəkdir,

Dəmirdən, poladdan danışsa belə

Sözləri mum kimi əriyəcəkdir.

Yaşasın üzüağ, alnıaçıq söz.

Fikrin təndirində alov, çınqı söz.

Nə qədər ağırdır “müvəffəqiyyət”.

Mən “uğur” deyəcəm, qardaşım, əfv et.

Mənim çox sözlərim tək hecalıdır.

Daha kəsərlidir, daha canlıdır.

Kiçik sözlərimin gücü böyükdür.

Yanında yad sözlər xeyli sönükdür.

Nailiyyət – çatım, müasir – çağdaş.

İttifaq – “birlik”dir, həmkar da – işdaş.




466

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Min illər boyunca səng adlanan daş

Başımı, beynimi qazıdı, qardaş!

Qiyas et, tutuşdur hansı yaxşıdır:

Şəlalə – uçansu, çeşmə – çağlayan.

Əlaqədar – bağlı, səcdə – tapınmaq.

Hadisə – olacaq, yaxud da olay.

Gəlsin doğma sözlər qoy alay­alay.

Beşinci mərtəbə...

Yox, “Beşinci qat”,

At, at, mərtəbəni qatdan yerə at.

“Nöqteyi­nəzər”dən “baxım” gözəldi.

Yazdı Mehdi Hüseyn, bir söz düzəldi.

Hələ düzəlməli nə qədər iş var,

Dildə, təfəkkürdə min­min döyüş var.

Hələ gör nə qədər düşüncəsi dar,

Miskinlər bizimlə bərabər yaşar.

Mənə cavab versin düzü əyənlər,

ATİ­yə çox zaman AMİ deyənlər.

Varmı bu ulusun təbabət dili?

Orda hansı dildə dərslər keçilir?

Dilim yol açırmı şəfaxanaya?

Rentgenlər, reseptlər – nüsxələr rəng­rəng...

Mənimçün qorxulu deyildir xərçəng,

Qorxuludur dilin iflicləşməsi,

Yuxarı qatlarda gözdən düşməsi.

Bir qadın var: Zəhra Şahtaxtinski.

Yenə də başımda tufanlar əsdi.

Ozanlar vəsf edir o qayğısızı.

“Elmlər doktoru”, “TÜRKAZƏR” qızı!

Heyhat, sevgi çıxıb qandan, ilikdən.

Bircə adı qalıb Azərilikdən.

Dildən söz düşəndə qımışıb gülər,

Ağzından biganə sözlər tökülər:

- В области химии и биологии

Я не признаю азербайджанский язык.

Yazıq Vətən, yazıq... Başa düş məni:

Bu cür düşünməkdir mənim düşmənim,



467

Bu cür düşünməkdir sənin düşmənin.

Azdır vətənimdə vətəndaşlarım,

Çoxdur, lap hədsizdir öküzbaşlarım.

Hər gün tuş oluram, hər gün onlara,

Varlığa qarnıyla bağlananlara.

Mən oyaq qalmazdım səhərə qədər,

Bu doğma sayılan yad ürəklilər

Sənin bədəninə daraşmasaydı.

Bəlkə də hədərdi çəkdiyim qayğı.

İzn ver, sözlüyü davam etdirim,

Dənizə göz yumub damcıdan deyim.

Biz çəkə bilməyib bu yurda keşik,

Söz­söz, damcı­damcı əldən vermişik.

Barı damcı­damcı qaytaraq geri.

Öndəki, sondakı şəkilçiləri

Gəlin, birər­birər gözdən keçirək.

Sözləri ələyən bir ələk gərək.

Natəvan – tavansız, dilşünas – dilçi.

Gəlsin, yardım etsin alim­bilici.

Gündoğan­günbatan, güney və quzey –

Budur dörd cəhətə doğma əvəzlik.

Nə böyük dərd imiş sümürgə olmaq.

Keçir boğazına bir ilmək kimi,

Yabançı söz kimi, yad ahəng kimi.

Bir İraq türkünə baş çəkdim dünən,

Gəliblər Füzuli məmləkətindən.

Bir ata, bir ana, üç yaşlı bala...

Tutdum məhəbbətlə sorğu­suala.

Qarayev adına şəfaxanada,

Xalat işığıyla dolu binada.

Uşağın çatışmır qırmızı qanı.

Mosulu, Bağdadı, neçə ünvanı

Gəzib tapmayıblar dərdinə əlac.

Üç yaşlı Əhmədlə Xədicə ana

Pənah gətiriblər Azərbaycana.

Ana bir az solğun, bir az da dalğın.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə