Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə108/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   105   106   107   108   109   110   111   112   113

564

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

İpək əvəzinə yaşıllıq geyən

Bu gəlin dağların üzündən öp sən.

Gözəllik şahına tacdır yasəmən,

Üstündə dan şehi­gövhər, zərəfşan.

Gör hara yüksəlib şam ağacları?

Yoxsa kəmənd atır ülkərə sarı?

Yanındakı qəsri seyr elə barı,

Fələyin qəsrinə qoyub nərdivan.

Kəhrizlər – göylərin ulduz yolu tək,

Arxlar – bərəkətin uzun qolu tək.

Arı pətək­pətək, gül ətək­ətək,

Balla, bal ətrilə doludur hər şan.

Qarağac – Rüstəmin yaşıl xeyməsi,

Çinarlar – Söhrabın axşam kölgəsi.

Palıdlar ormanda qoşun yiyəsi,

Çəkmiş ordusunu xaqan Ərdəvan.

Səhənd dağı nazlı köhlənə bənzər,

Belinin yəhəri – açılan səhər.

Olsun üzəngisi ay ilə ülkər,

Qorxuram bu köhlən qaça ilxıdan.

İlxı. Göylər kimi kişnəyən ilxı,

Yanında ilxıçı – əzəmət dağı.

Sürülər, çadırlar, nehrə, süd arxı.

Yağı muncuq­muncuq süzülən ayran.

Kimdi o atlı qız?

 

Soyu ­ şahsevən.



Qocalmaz belə bir qibləgah sevən.

Qaralan qaşları ­ gərilmiş kaman,

Kirpiyi ox kimi, saçları çövkan.



565

Budur arslan bağrı yemiş igidlər,

Külüngü dağları sökmüş igidlər.

Qüdrətli əlləri dizinə çatan

Alpamış, Ərdəşir... min­min pəhləvan.

Hay vursa, pələngi bələr qanına.

“Gəl!” desə, ulduzlar gələr yanına.

Hünər, sarsılmazlıq hopub canına,

Biri bəbirboğan, biri şir yıxan.

Onlar düşmən üçün bir qəfil bəla,

Dost üçün can verən, eşqə mübtəla.

Görərsən, tutanda sorğu­suala,

Yanında Ərəstun, Əflatun yalan.

Gözəl, xeyir işi tez eləyənlər,

Köhnə dostlarını təzələyənlər,

Çadırda şah kimi ömür sürənlər

Kama çatmasa da, sanki kamiran...

Hatəm səxavətli qonaq sahibi

Səni əzizləyir cüt gözü kimi.

Qonağın yolunda keçər inan ki,

Varından­yoxundan, xanimanından.

Qonağın gözü tox. İyləsə əgər,

Adi bir gülə də gülüstan deyər.

Var olsun qonağı əzizləyənlər,

Qoy əskik olmasın qonaq bu yurddan.

Qadınlar cıdırçı, döyüşçü, ovçu,

Şüa hörüklərin hardadır ucu?!

Atın yəhərini gözəllik qucub

Ay çöhrə oxuyur yollara meydan.



566

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Bu cür qız yaraşır o cür ərlərə,

Yetsin dilrübalar dilavərlərə.

Versin öz könlünü Şəms ­ Qəmərə,

Ayın sevgisinə gündür yaraşan.

Gənclərin meydanı­bahar oylağı,

Qışı da bəzərlər bahar sayağı.

Keşikçi ərənlər­sərhəd dayağı,

Xalq üçün minnətsiz keçər canından.

Təbriz!

 

Azadlığın ulu başkəndi!



Neçə sel qaytarıb bərəsi, bəndi.

Hər qəsri az qala muzeydir indi,

Hər evi az qala bir qala, kurqan.

Bu həmin Təbrizdir – fəxrim, vüqarım,

Birinci səngəri inqilabların.

Qanından rəng alıb bu laləzarın,

Muğan da əlvandır, Araz da əlvan.

Bu həmin Təbrizdir şöhrəti ölməz,

Döyüş meydanında dizi bükülməz.

Qabarıq xətt ilə, qızıl xətt ilə

Tarixə söz yazıb burda Səttarxan.

Təbriz!


 

İgidliyin, eşqin bir zaman

Ali məktəbində vermiş imtahan.

Uğrunda can qoyan Xiyabanilər

Nə şöhrət istəmiş, tarixdən nə şan.

Bu həmin Təbrizdir nəbzini yoxla,

Yaşayır, atəşlə, amanla, ahla.

Bu nəhəng ürəyi düşmənlər oxla,

“Dostlar” sözlərilə alıblar nişan.



567

Xadimlə xaində fərq görməyənlər,

Onu töhmətləyər, məzəmmətləyər.

Nələr çəkməmişik gözləri açıq,

Ürəyi kor olmuş aşinalardan.

Şəhriyar, bitirmə sən bu şeirini,

Ayılt öz bəxtinin yatan şirini,

Necə istəyibsə Fərhad Şirini,

Sən də o eşq ilə köç bu dünyadan.

Nə qədər ki, yaşar cahanda günəş,

Nə qədər ki, sudan çəkinər atəş,

Şərq adlı üzüyün gövhər qaşı tək,

Parlasın, bərq vursun qoy Azərbaycan!



568

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



ÖZBƏK POEZİYASI

YUSİF BALASAQUNLU

QUTADĞU BİLİK

(Poemadan parçalar)

YAXŞILARA QATILMAQ

Yaxşılıq fürsəti keçibsə ələ,

Həm sözdə, həm işdə yaxşılıq eylə.

Sovuşar igidlik, sönər həyat da,

Bir gün uyuyarsan toprağın altda.

Ömrü qənimət bil, yaxşılıq et ki,

Odur qazandıran eşqi, ülfəti.

Üçüncü adlanır Körüd­Mərrix, Mars,

Hara baxsa görər yaşıl, göy, atlaz.

Dördüncü adlanır ya şıq, ya da Şəms,

Gözü qamaşdıran, özü müqəddəs.

Beşinci Nahiddir, ya Zöhrə, Sevit,

Sevib baxsa, şad ol, özünü ovut.

Yanında dörd tarid – Arzu ulduzu,

Kimə yaxınlaşsa bənd olur özü.

Altında Ay gəzər – ilk adı Yalçıq,

Günəşi görəndə tapar aydınlıq.

On iki bürc də var, hərəsi bir zər

İkixanəlilər, təkxanəlilər.

Quru – Yaz ulduzu, Ud da çıraqban,

Erəndiz – Jevzadır, Kürük – Səratan,

Sünbülə Arslana – Şirə həmnəfəs,

Ülgü – Mizan, Çazan – Əqrəb, Yay da Qövs.

Oğlaq ­ Jadiy, Qonaq­Dəvə, Balıq­Hut,

Doğarkən görünməz saf göydə bulud.

Üçü­yaz ulduzu, üçü yayınkı,




569

Üçü­payızınkı, üçü qışınkı.

Üçü­od, üçü su, üçü­havadır,

Üçü topraq oldu, dərdə şəfadır.

Bir­birinə yağı ulduzlar da var,

Gah hücum çəkdilər, gah barışdılar.

Qarışmaz, yarışmaz yağı ulduzlar,

Görüşməz... yadların qisas hissi var.

Gör yaradan Tanrım necə yaratdı,

Aləm yaraşıqlı... əlvan həyatlı.

Yetər... izn verin insandan deyim,

İnsanın sanbalı – idrak və elm.



İNSANIN QƏDRİ ELMİ İLƏ BİLİNİR

Mükəmməl yaratdı insanı Tanrım,

Ona bəxş elədi hünər, bilik, fəhm.

Ona könül verdi, bir də rəvan dil,

Əndişə, xülq, həm də gözəl qılıq, fel.

İnsan tilsimləri sındırsın deyə,

Ona fəhm, bilik verdi hədiyyə.

Bayat kimə verdi əql, idrak, bilik,

Çıxdı ürcahına min­min gözəllik.

Biliyi qüdrət say, fəhmi də ulu,

Ən böyük insana döndərir qulu.

Mən isbat edirəm, diqqət kəsil sən,

Dinlə nə deyirəm, söz götür məndən.

Zəka kimdədirsə ulu da odur,

Bilikli bəşərin böyük oğludur.

Elminə, fəhminə söykənir deyə,

İnsan çata bilir min­min diləyə.

Bilikli kişidən bəla uzaqdır,

Heç vaxt dar ayaqda qalmayacaqdır.

Elmsiz kişini tez haqlayır dərd,

Ölür, yox olmursa dərd, ələm, illət.

Gəl­gəl, ey biliksiz, öz çarəni bil,

Elmsiz alçaqsan, elmli­aqil.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə