Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə105/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   101   102   103   104   105   106   107   108   ...   113

547

İRAN POEZİYASI

HAFİZ ŞİRAZİ

QİTƏLƏR

Bir yanda minacat, bir yanda rübab,

Bizimsə eşqdən bağrımız kabab.

Vaiz vədi hara, axı mən hara,

Rübaba qurbanam, ey xanəxərab!

Rind ilə zahidin nə qohumluğu?

Yolun təfavütü gör hardan hara.

Bizim gözlərimiz sənin qapında...

Yar gəlir... qurbanam o addımlara.

Dönük dost üzünə baxmaq ilən sən

Düşmən ürəyini nə cür görəsən?

Uzandım günəşi qucaqlamağa,

Ölgün çıraq imiş əlimə gələn.

Hara tələsirsən, ey könül, hara?

Aldanma sehrinə hər cadugərin.

Zənəxdan çökəyi zahirən dayaz,

Əslində ən zülmət quyudan dərin...

Vüsal rüzgarını salanda yada,

Anıb... məst oluram uzaq dünyada.

Hanı o qəmzə, naz, o cilvə, ey yar,

Xəyalmı damağı gətirən dada?

Alım qadasını o şən gözlərin,

Öpüm uclarını ox kirpiklərin.

Uzun kirpiyinlə, xumar gözünlə

Qəlbimə vurduğun yaralar dərin...



548

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Dostlar unutdular... Ey can həmdəmi,

Səni ürəyimə, gəl bir də sıxım.

Dünyada elə bir günüm olmasın,

Yadımdan çıxasan, yadından çıxım.

Əcəl qapısından köç gecəsində

Hurilər qəsrinə düşərəm, inan.

Ömrümün sonuncu dəqiqəsində

Mənim yatağımın çırağı olsan.

Sənin uzaqlığın can atəşidir,

Ey uzaq gülşəni bürüyən ətir!

İsti tər içində yandım, alışdım,

Sən mənə bir nəfəs xoş nəsim yetir.

Bu Fərhad öldürən dünyadan fəryad!

Əlhəzər! Cəllad tək keçdi yanımdan.

Hiyləsi, əfsunu, min bir oyunu

Məni bezikdirir şirin canımdan.

Bülbüllər nə deyir: ­ Sabahın xeyir!

Saqi, taparmısan o aycamalı?

Başımda bu səhər tufan kimidir

Gecəki röyanın şirin xəyalı.

Sən mənim yerimə bir özgəsini

Seçsən... neyləməli, hakim özünsən.

Mənə haram olsun bu həyat, bu can,

Əgər səni qoyub canı götürsəm.

Cahan sultanlığı nəyimə lazım?

Eşqdir mənimçün ən böyük əfsun.

Ölməz, gəldi­gedər, əbədi dünya

Yarımla saqimin qurbanı olsun.

Mənim diləklərim ülvi, mükəmməl,

Diləklər tanrısı ey nazənin, gəl!




549

Hafiz varlığının eşqi, arzusu,

Dünyada bəlkə də dünyadan gözəl.

Ürək əldən gedir hər gələndə o,

Həyatım, varlığım onundur ancaq.

Ürək sahibləri, bir əlac edin,

Gəlir... gizli sirrim aşkarlanacaq.

Biz kimik? Gəmidə əyləşənlərik,

Ey külək, ey bizə qanad verən, qalx!

Bəlkə o sahildə bir gül dərərik,

Bəlkə baxar bizə o şux gülyanaq.

Bu dünya beş günlük oyundur, oyun,

Mehri, ülfəti də əfsanə, ovsun.

Dostun da yerinə yaxşılıq et sən,

Yaxşılıq etməyə yubansa dostun.

Ey kərəm sahibi, şuxsan, gözəlsən,

Ver bu lətafətin şükranəsini.

Mən yazıq dərvişə barı bəxş elə

Rənginin, ətrinin bir cilvəsini.

İki söz məğzidir iki dünyanın,

Gərək onlar sənə cüt qanad ola:

Yoldaşla, dost ilə ülfət yapasan,

Hətta düşməni də verəsən yola.

İsgəndər aynası bir mey camının

Qalan qırığıdır, bax, diqqətlə bax.

O, Dara mülkünün şərhi­halını

Sənə çatdırmaqçün sağ qalıb ancaq.

Ey alov dilli şam, azalt odunu,

Gör kimin hüsnünə salmısan şölə.



550

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Yanar qeyrətindən o nazənin ki,

Ovcunda mum olur qara daş belə.

Əlin aşağısa, can at işrətə,

Lap yoxsul da olsan, cilvələn, bəzən.

Göz qoy bu xilqətə, bu təbiətə:

Dönüb harun olur bir lüt də bəzən.

Bizi qoymadılar baş çəkək barı

O paklar, yaxşılar məhəlləsinə.

Könlünə yatmırsa, dəyiş gərdişi,

Yaxud döz fələyin zülm etməsinə.




551

FƏRRUX YƏZDİ

QİTƏLƏR

Xalqımın göz yaşı axır su kimi,

Naləsi od kimi kükrəyir, daşır.

Nə qəm, oddan, sudan keçmək gücünə

Dəmir poladlaşır, can poladlaşır.

Hər yan xarabalıq... ancaq könlümdə

Min kədər içində bir sevinc də var:

Deyirlər dünyaya abadlıq gəlir,

Aşanda həddini xarabalıqlar.

Dünya gülşənində lalələrik biz,

Dodaqlarda gülüş, canda hıçqırıq.

Gizlədib sinədə dağlarımızı,

Dünyaya səadət, sevinc saçırıq.

Yerimiz dağ kimi səhra bucağı,

Nə şaha möhtacıq, nə hökmdara.

Əgər bizim kimi olmaq istəsən,

Çəkil səhralara, yanaş dağlara.

İran dedikləri ey böyük ana,

Nə qədər kişilər verdin cahana.

Qırdılar... doğmaqdan usanmadın sən,

Yeni məşəl tutdun köhnə zindana.

Sürgün... dar ağacı... növbənöv dərdlər,

Tufanlar bərkitdi iradəmizi.

Əgər olmasaydı bu fəlakətlər,

Hardan tanıyardı bu dünya bizi?

Baxırsan, qarşında əlvan pərdələr,

Deyirsən: rənginə, hüsnünə əhsən.



552

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Heyhat, pərdələri qaldırsan əgər,

Nə qədər eybəcər sirlər görərsən.

Göz qoy bu məclisin üzvlərinə:

Zahirdə insandı, batində ilan.

Dişinin dibində zəhər gizlədib

Əlhəzər, əlhəzər, əlhəzər ondan.

Söhbətlə, şeirlə daha kar aşmır,

Bu bürüyüb artan məlunları sən

Böyük bir nifrətin süpürgəsilə

Yurddan yerli­dibli süpürməlisən.

Bircə dar ağacı azdır... şübhəsiz,

Qurun cərgə­cərgə dar ağacları.

Bütün zalımları çəkək dara biz,

Bütün qan qoxulu qızıl tacları.

Əlindən verməsin qılıncını mərd,

Yaşamaq çətindir, kirlənmək asan.

Gündəlik döyüşdə öz haqqını sən

Şirlərin ağzından qoparmalısan.

Azadlıq çarpışır istibdad ilə,

Sən bu vuruşlardan nə bez, nə usan.

Ruhunu səmada, beş barmağını

Qılınc qəbzəsində saxlamalısan.

Kəndlinin haqqını ərbab alıbsa,

Aç... can qəfəsindən sıçrasın arslan.

Kəndlinin haqqını acgöz ərbabın

Yeddinci qarnından çıxartmalısan.

Toxluqdan ağnayır bir ovuc kübar,

Aclıqdan ağlayır nə qədər insan.

Sənin insanlığın ölməyibsə... qalx!

Zülümdən, zalımdan öc almalısan!




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə