Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə101/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   97   98   99   100   101   102   103   104   ...   113

525

YEVGENİ YEVTUŞENKO

POEMADAN ÖNCƏ DUA

Şair Rusiyada, rus ölkəsində

Şair kəlməsindən yüksək dayanır.

Kimin ki, məhəbbət vurur nəbzində,

Elə o, əzəldən şair yaranır.

Şair Rusiyada – zamanın özü,

Ölkənin nəfəsi, səsi deməkdir.

O kimdir? Xalqının peyğəmbər gözü,

Sabahın bu gündə əksi deməkdir.

Yaxşını, yamanı düz göstərərək,

Şair yekun vurur olub keçənə.

Həqiqət qanadlı o cəsur ürək

Atılır çox zaman odun içinə.

Görəsən mən bunu bacararammı,

Çatarmı cürətim, mədəniyyətim?

Yırtıcı ilhamı, cəsur ilhamı

Ram edə bilərmi mənim xilqətim?

Rusiyam çıxmır heç qandan, ilikdən,

Mənə “Yarat!” deyir, mənə “Yaz!” deyir.

Sənin hüzurunda diz çökürəm mən,

Ey rus varlığında yaranan şeir!

Hazıram hər şeyə, hətta ölməyə!

Təki şairliyim səssiz olmasın!

Nəğməkar qəlbini ver mənə, Puşkin!

Cadulu, sehrli sənətini ver!

Şeirini yaşadan böyük bir eşqin,

Böyük bir ürəyin cürətini ver!



526

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Ver mənə, Lermontov, od baxışını,

Qılınc nifrətinin cövhərini ver!

Şeirini yaşadan böyük bir eşqin,

Böyük bir ürəyin cürətini ver!

Ver o qəlbini ki, orda cahan var,

Nifrətin eşqilə qol­boyun yaşar.

Nekrasov! Al mənim şıltaqlığımı,

Mənə dərdini ver, böyük dərdini.

Sonsuz Rusiyanın hər guşəsində,

Qarlı tayqasında, şam meşəsində

Zəng çalan şeirinin zəng qüdrətini!

Siz kömək olsanız, kamilləşərəm,

Hökmdar qüdrətli sənətkar kimi.

Çəkərəm çiynimdə misralarımı

Volqada yük çəkən burlaklar kimi.

Blok! Sən sehrkar, sən musiqarsan,

Bilməcən, əsrarın qoy mənim olsun.

Dumanlı şeirinlə yaxşı ki, varsan,

Qartal qanadların qoy mənim olsun.

Pasternak! Kömək ol, əl yetir mənə,

Parlaq idrakının əzəmətini,

Əsrin möhnətini, müsibətini,

Əks edən şeirinin dağ siqlətini

Ürək alovuna büküb ver mənə.

Bulaqlar kimisən, Sergey Yesenin,

Mənə o saflığı, ilkinliyi ver.

Asimanlar boyda qəlbin var sənin,

Sığsın könlümüzə bu səma, bu yer.

Boylu ağcaqayın­rəmzi aləmin,

Sənin ələmindir, mənim qələmim.




527

Hardasan? Ver mənə, Mayakovski,

Cəsur, mərd şeirinin zəfər marşını!

Umuram cəngavər hayqırışını,

Düşsün gözlərimə gözünün əksi.

Qoy bütün fəsillər dinləsin məni,

Əsillər, nəsillər dinləsin məni.

Hanı bu dünyada gərəksiz insan?

Hər insan taleyi­sonsuz bir cahan.

Hər insan həyatı bir xəzinədir.

Sirri açılmamış bir səyyarədir.

Əgər yer üzündə hardasa, kimsə

Gözə soxulmadan ömr eləyirsə,

Elə bu ömr ilə o, mənalıdır,

O, bəşər gövhəri sayılmalıdır.

Həyatda hər kəsin öz aləmi var,

Hər gizli aləmin sevda dəmi var.

Hər sevdalı ömrün bir qorxunc anı,

Bu anı duymağa iqtidar hanı?

Bir insan köçürsə dünyadan əgər,

Köçür gözlərində qaynar diləklər.

Onunçün ilk dəfə yağan qar köçür,

İlk məhəbbət köçür, ilk bahar köçür.

Kitablar, sərgilər, qələmlər qalır,

İmarətlər qalır, hüsnündə şölə.

Belə lap tutalım, aləmlər qalır,

Axı nəsə gedir onun özüylə.

Elə düşünmə ki, quru can gedir,

Yox, bir günəş batır, bir cahan gedir.

İnsanlar görmüşük bu dünyada biz,

Şanlı­şərafətli, şansız­şərəfsiz.

Görəsən onları tanıyırıqmı?




528

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Onların qəlbindən xəbərdarıqmı?

Çoxmu tanıyırıq atamızı biz,

Çoxmu tanıyırıq qardaşımızı?

Bizimlə bir yerdə duz­çörək kəsən

Ürək dostumuzu, sirdaşımızı?

Deyəsən qəlblərə girə bilmirik,

Çox şey bilə­bilə, heç nə bilmirik.

İnsanlar gedirlər... qaytarmaq çətin,

Dünyalar yıxılır... qaldırmaq çətin.

O batan dünyanın zülmətlərindən

Hər dəfə qışqırmaq istəyirəm mən.

QAR YAĞIR AĞAPPAQ...

Qar yağır, yenə qar yağır,

Mənsə gəldi­gedəriyəm.

Qəm çəkmirəm ölüm üçün,

Ölümsüzlük gözləmirəm.

Yaşamadım mələk kimi,

Günahım da, suçum da var.

Mən kim oldum, nəyi sevdim,

Qoy söyləsin doğma diyar.

Günlər gördüm şirin, acı,

Bəzən tamam olmadı gün.

Ancaq hər nə yaşadımsa,

Mən yaşadım bu yurd üçün.

Qoy lap məni unutsun o,

İtib gedim ilim­ilim.

Təki bilim o yaşayır,

O yaşayır, təki bilim.

Möcüzəyə inamım yox,

Nə ulduzam, nə baharam.



529

Heç bir zaman, heç bir zaman

Mən təzədən doğulmaram.

Sevdim doğma Rusiyamı

Yaxşı gündə, yaman gündə.

Sevdim daşqın çaylarını,

Buz altından axarkən də.

Yalnız bircə təsəllim var,

Çatmasam da arzu­kama,

Heç olmasa iynə boyda

Xeyir verdim Rusiyama.

Ölməməyə gücüm çatmaz,

Tək bir ümid daşıyıram:

Yaşayırsa Rusiyamız,

Demək, mən də yaşayıram.

Mənə deyirlər ki, cəsur adamsan,

Yox, uzaq görünür bu tərif mənə.

Yalnız ar bilmişəm mən alçalmağı

Dostların qorxaqlıq səviyyəsinə.

Kif atmış layları hələ sökmədən,

Bütlərə, kütlərə gülmüşəm ancaq.

Başsız başçılara şillə çəkmədən,

Yazmışam, qəlbimi demişəm ancaq.

Bəli, qorumuşam mərd insanları,

Cırıb maskasını bürünənlərin.

Kəsmişəm yolunu,

cır bir ürəklə

Sənət məbədinə sürünənlərin.

Mənə deyirlər ki, guya cəsuram.

Əslində gördüyüm ən adi işdir.

Saxtalıq sezəndə çətin susuram,

Susmamaq özü də bəlkə döyüşdür...




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə