Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə97/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   93   94   95   96   97   98   99   100   ...   113

502

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Əzəlki qeyrəti hanı macarın,

Söndümü o atəş, o güc, o hünər?

Əvvəlki qeyrəti hanı macarın,

Bəlkə bu sözləri doğru deyirlər!

Gəbərsin həyasız iftiraçılar,

Macar ayrılsa da fırtınalardan,

Onun varlığında gizli bir od var, ­

Macar şərabı tək alovu pünhan.

Qoy döyüş şeypuru bir daha coşsun,

Sellənsin qanımız... yox, qorxmuruq biz.

Vur, qardaş, elə vur sərilsin yerə, ­

Gəbərsin qan içən düşmənlərimiz!

Xalqım! Qalx ayağa! Şöhrət çələngin

Görsünlər, üstündə aydı, günəşdi.

Sənin şərəfini de, hansı miskin

Hansı yad çəkməsi tapdadı, keçdi?

Buluddan sıyrılan şüalar təkin

Qınından çıxanda qılıncın sənin,

Gözü kor, qulağı kar olacaqdır,

Görəcək gücünü qarı düşmənin.

Yetər! Yad əllərdə oyuncaq olduq,

Orduya çevrilək gəl alay­alay!

Yetər! Təskin etdi bizi fleyta,

Döyüş şeypurları qoparsın haray!



Peşt, 1848


503

YURDSEVƏRLİK NƏĞMƏSİ

Bütün varlığımla, bütün ruhumla

Səninəm, Vətən!

Söylə hansı ölkə, hansı məmləkət

Təndir, sənə tən?

Ürək nəyə bənzər? Yanar bir dağa,

O dağı belə

Bölüb dilim­dilim verərəm sənə

Öz əllərimlə!

Qoy bu gün qəlbimin dərinliyindən

Ucalsın bir ah.

Bu dərdli yurduma özün kömək ol,

Ey qadir Allah!

Ucadan demərəm bu sözləri mən,

Ey əziz ana!

Vermərəm, vermərəm, vermərəm səni

Cümlə cahana.

Ağ günündə səni qara kölgə tək

İzləmədim mən.

Daim səninləyəm, əlimdə tüfəng,

Səngərim – Vətən.

Başında buludlar sıxlaşır yenə,

Hər yanın zülmət.

Sənin şir qəlbini qüssə, qəm yeyir,

Mənisə möhnət.

Gedirəm qoşulam səfillərinə,

İçəm bir qədər.

Yalvaram göylərə, açıla bəlkə

Baxtına səhər.



504

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Piyaləm bir ümman, mey zəhər təki,

İçirəm ancaq.

Acı göz yaşımdır piyaləmdəki,

Ey ana torpaq.



AZADLIQ VƏ MƏHƏBBƏT

Azadlıq və məhəbbət!

Yalnız budur qəlbimdə ən böyük arzu­məqsəd.

Məhəbbətin yolunda qurban gedərəm, fəqət

Azadlığın uğrunda mən səndən də keçərəm,

Ey müqəddəs məhəbbət!



MACARISTAN

Sən xoşbəxt deyilsən, ey mehribanım,

Ey mənim könlümə ən yaxın həmdəm.

Bir yanın cənnətdir, içində zəmzəm,

Bir yanın od saçan qaynar cəhənnəm.

Büllur sarayların başı göylərdə,

Şişman cənablara kef verən zaman,

Üryan cocuqların zibilliklərdə

Quru çörək gəzir, ölür acından.

MİLLƏTƏ XİTAB

Çal zəngi! Mən özüm dartıram ipi,

Gurlasın, car çəksin qoy bütün zənglər.

Qorxu yox, qəzəbdir titrədən məni,

Qanımda qeyzim var dəryalar qədər.

Nə cür qəmlənməyim? Zülmət buludlar

Vətən göylərini hədələməkdə.



505

Neçin gözümüzdə qara pərdə var,

Neçin ağnayırıq yorğan­döşəkdə?!

Yalnız bircə anlıq göz açır millət,

Dönür sağ böyründən sol böyrü üstə.

Baxın, dörd tərəfdə qopub qiyamət,

Buludlar sürünür sifətimizdə.

Göylərmi qarğadı sənə, ey Vətən?

Ayıl, mürgüləmə! Son qoy bu dərdə.

Birinci olmusan sən ki, əzəldən,

Neçin sürünürsən sonuncu yerdə?

Xalqım, qalx ayağa! Silah başına,

Vaxtında qalxmasan sönəcək ocaq.

İnan ki, adını məzar daşına

Yazmağına belə vaxt qalmayacaq!

“Ya zəfər, ya ölüm!” ­ yaz bayrağına,

Dərk elə dünyanın bir hikmətini:

Yalnız qəhrəmanlar qaytara bilər

Yurdun oğurlanmış ləyaqətini.

Yaşadıq vətəndə qəriblər təki,

Rəvamı nakəsə kişi əyilsin?

Ayılaq! Heç kəsə yol verməyək ki,

Gəlib üstümüzdə hökm edə bilsin.

Düşmənə əl verib “Bəli!” deməkdən

Bir qəfil gülləyə gəlmək yaxşıdır.

Qul kimi sürünüb baş girləməkdən

Səngərdə mərdanə ölmək yaxşıdır.

Macarlar! Məhv olaq qəhrəman təki,

Köləlik yaraşır yalnız acizə.

Elə igidliklə ölə bilək ki,

Düşmənin özü də ağlasın bizə.



506

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Elə döyüşək ki, əbədi, ölməz

Mikloş Zrini də heyrətdə qalsın.

Elə döyüşək ki, özünü hər kəs

Vətənin yeganə dayağı sansın.

Nökər yox, vətənin sahibi olsaq,

Gülər gözümüzdə min illik arzu.

Qeyrət bayrağıyla birgə ucalsaq,

Yaşarıq bəlkə də əsrlər boyu.

Qanadlan döyüşə, ey cəsur ölkəm!

Sarsılma, mərd dayan öz səngərində.

Get düşmən üstünə ildırım təki,

Kül olsun, gəbərsin qədəmlərində.

Hardadır düşmənlər? Öz aramızda!

Bizi aldatmasın çiçək səpənlər, ­

Düşmənin bəlkə də ən iyrəncidir

Açıb qollarını gözdən öpənlər!

Qardaşını satan qardaşa bir bax,

Necə ləkələyir yurdu, mahalı.

Bir damcı zəhərə bənzəyir qorxaq,

O damcı zay edir bir çəllək balı.

Satqının əlacı yalnız ölümdür.

Ölüm! Əfsanə bil özgə cəzanı.

Yüz min xaini as dar ağacından,

Güllələ, küçədə göllənsin qanı.

Yadelli düşməndən qat­qat qorxulu,

Düşmən yuvalanıb öz içimizdə.

Yerə qoy rübabı! Zəngi çal, zəngi!

Milyon ürək çarpsın bir parça misdə.



Peşt, 1848


507

QADINIM VƏ QILINCIM

Göydə gümüş ulduzlar, yuvada quşcuğazlar,

Mənimsə qucağımda yarım­iftixarım var.

Ona qurban olaram, qadasını alaram,

Dizim üstə uyusa, laylasını çalaram.

Əlimdə­ovcumdadır, bəs nə üçün öpmürəm,

Bəs nə üçün başına bənövşələr səpmirəm?

Dayan, hər şey olacaq, dayan, canım­ciyərim,

Bir busəyə dönəcək deyilməmiş sözlərim.

Gör nə böyük səadət! Nur selində üzürəm,

Sevinc incilərimi ağ boynuna düzürəm.

Bəs o qarşı divarda nədir o cür qaralan?

Döyüş vaxtı zəhmindən düşmən bağrı yarılan

Mənim macar qılıncım,

Odlu, yanar qılıncım!

Neçin tutqunsan belə, ay dost, nəyi anırsan?

Bəlkə məni yarıma, eşqimə qısqanırsan?

Bəlkə güman edirsən sarıb məni ehtiras,

Qadın qoynuna girmək qəhrəmana yaraşmaz.

Qısqanma, canım­gözüm, nəyə lazım bu təlaş?

Sən ki, dostumsan mənim, sevgilimlə də dostlaş.

Qəlbinə girə bilsən, onu dərya görərsən,

Sönər qeyzin, qəzəbin, bəlkə gülümsəyərsən.

Düşmənlə döyüşməyi əmr eləyəndə vətən,

Fikirləş, kim asacaq səni mənim belimdən.

Məgər bu gözəl qadın olmayacaqmı onda

Bizə uğur diləyən qalibiyyət yolunda?!

Peşt, 1848



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə