Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə99/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   95   96   97   98   99   100   101   102   ...   113

514

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

O cəhənnəm ada atəş yığını,

Çatdı gecə yarı bir yalqız yelkən.

Başına gələnlə barışdığını

Burda daşla yazdı qayaya bəzən.

Dikib dalğalara məhzun gözünü,

Qılınc səslərini salardı yada.

Harda hiss elədi, harda özünü,

Gah soyuq səmada, gah Fransada.

Bəzən də taxtını, nəsil zoğunu,

Qanlı vuruşları çıxarıb yaddan,

Oğlunu düşündü, yalnız oğlunu,

Fikirlər beynində alovdan, oddan.

Tacsız kölgəsini qılınclayanlar,

Onu qınayanlar, ar olsun sizə.

Deyin, kimə gərək bu giley­güzar?

Gileylər yaraşır yalnız acizə.

Eşq olsun!

Göstərdi rus ölkəmizə

Böyük qismətini, ülviyyətini.

Sürgün zülmətindən bildirdi ərzə

Əbədi azadlıq vəsiyyətini.

1821

ŞİRİ TANIYARLAR PƏNCƏLƏRİNDƏN

(EX UNGU LEONEM)

Şeirimlə fit çaldım. Aldı payını,

Şeirim rəvac tapdı imzasız, qolsuz.

İmansız, yolsuz bir jurnal təlxəyi

Məqalə buraxdı imzasız, qolsuz.



515

Nə olsun? Gizlənə bilmədi heç kim:

Nə küçə təlxəyi, nə mən­fitçalan.

O, məni tanıdı pəncələrimdən

Mən onu tanıdım qulaqlarından.

A.P.KERNƏ

Heç yadımdanmı çıxar ülvi bir an?

Endi göydənmi, buluddanmı mələk?

Dahilik nurmu əmib büllurdan,

Bir gözəllik, bir işıq yavrusu tək!

Nə ümid var, nə sevinc... qüssə həzin.

Könlüm incik... həyəcanlar da dərin.

Mənə can verdi qəfil incə səsin,

Uyquma girdi lətif cilvələrin.

Keçdi il... hansı burulğan ləpəsi

Çaldı daşdan­daşa saf arzuları.

Mən unutdum o zərif, incə səsi,

Sənə göydən verilən caduları.

Keçdi həsrət dolu günlər nə yaman,

Qara məhbəsdə sükut, qəm qat­qat.

məhəbbət, nə bir Allah­ilham,

Nə də bir göz yaşı, eşq adlı həyat.

Ürəyim aldı qanad bir nurdan,

Endi göydənmi, buluddanmı mələk?

Dahilik nurmu əmib büllurdan,

Bir gözəllik, bir işıq yavrusu tək.

Yenə çılğın ürəyim­nur dolu cam,

Geri dönmüş dirilib toyla büsat.

Həm məhəbbət, həm o allah­ilham,

Həm də saf göz yaşı, eşq adlı həyat.

1825



516

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



MİXAİL LERMONTOV

ROMANS

Sal qayanın önündə ucsuz­bucaqsız ümman,

Düşdü qəfil ildırım, parçalandı ortadan.

Qayanın sinəsində dar bir məcra yarandı,

Ağ köpüklü ağ sular daşlar ilə darandı.

Yanmış, yarılmış qaya bir yox, iki olsa da

Yarğan yaralarını saxladı yaddaşında.

Gülüm, elə bizi də ayırdı fitnə, fəsad,

Ancaq heç vaxt özümü yad bilmədim sənə, yad.

Bir də görüşmərik biz. Fəqət sənin yanında

Yada salsalar məni... Tutulmazmısan onda?

“O kimdir?” deyib sorar, məlul, məhzun durarsan.

Özünə də, mənə də lənətlər yağdırarsan.

Ancaq silə bilməzsən yaddaşından sən məni,

Nə özümü, sözümü...

Nə də ötən günlərin bircə dəqiqəsini.



DUSTAQ

Yarın, parçalayın daş zindanları,

Günəşli dünyaya yetirin məni.

Qaytarın qaraqaş, qaragöz yarı,

Bir də qara yallı dəli köhləni.

Mən o gənc yarımı, şux nigarımı

Basaram bağrıma, öpüb qucaram.



517

Oxşaram atımın ipək yalını,

Atılıb üstünə, yel tək uçaram.

Zindan pəncərəsi ucadır, fəqət,

Zindan qapıları ağır kilidli.

Bəlkə o qaraqaş, qaragöz afət

İpək yatağında uyuyur indi.

Qaraca köhlənim gəzir çölləri

Yəhərsiz, yüyənsiz azad dolaşır.

Oxşayır boyunu səhər yelləri,

Dərələrdən keçir, dağlardan aşır.

Mənimsə nə dostum, nə qəmxarım var,

Sıxır dörd tərəfdən dörd divar məni.

Sancılır gözümə ölgün şüalar,

Əritmək istəyir bu məzar məni.

Hərdən eşidirəm ... qapı dalında

Gəzən gözətçinin ayaq səsini.

Heyhat, o eşitmir ... Daş zindanlara

Sığmayan qəlbimin döyünməsini.

***

Mən neçin elə bir dalğa olmadım,

Köpüklü bir dalğa, mavi bir ləpə?

Tufanda keçərdi ömrüm, həyatım,

Gecə ay doğanda, nur səpə­səpə.

Heç bilsən nə qədər coşğun eşq ilə

Qızılı qumları mən yalayardım.

Qayıq yan almamış hələ sahilə

Çırpardım daşlara, parçalayardım.



518

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

İnsanın dünyada sevib­seçdiyi

varsa qəhr edər, söküb tökərdim.

Basardım bağrıma cəfakeşləri

İslanmış saçlara sığal çəkərdim.

Qorxuda bilməzdi cəhənnəm məni,

Tovlaya bilməzdi cənnət vədləri.

Narahat suların sərin yelkəni

Olardı könlümün xəyal şəhpəri.

Başımda belə bir sevda havası

Onda mən Şimala etməzdim səfər.

Doğulmaq, yaşamaq, ölmək qayğısı

Sıxmazdı ruhumu bəlkə bu qədər.



***

Yenə tək çıxıram gecə yollara,

Yollar ağ dumanlı, yollar daş­kəsək.

Çöllər qulaq asır pərvərdigara,

Ulduzlar sayrışır, söhbətləşərək.

Göylər çilçıraqban, göylər füsunkar,

Yerlər xumarlanır mavi yataqda.

Bəs nədir qəlbimdə bu qəm, bu qubar?

Bəs nə istəyirəm mən belə çağda?

Mən ki, gözləmirəm həyatdan heç nə,

Təəssüf etmirəm olub keçənə.

Azadlıq arayır narahat ürək,

Düşüb üzüqoylu uzanmaq gərək.

Yox! Məzar sükutu istəmirəm mən,

Kim istər ömrünü yellər aparsın?!

Zövq alım həyatın cilvələrindən,

Köksüm bir eşq ilə qalxıb qabarsın.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə