Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə100/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   96   97   98   99   100   101   102   103   ...   113

519

Hər axşam, hər səhər nəfəsində od,

Bir gözəl qoy mənə türkülər desin.

Başımın üstündə göyərən palıd

Coşsun, dalğalansın, tüğyan eyləsin.

SERGEY YESENİN

Bakı ... sağlıqla qal, ey dost ölkə!

Bəlkə heç görməyəcəyəm bir də səni.

Əlim altında ürək xəstəsə də,

Duyuram dost sözünün qüvvəsini.

Əlvida, can Bakı, türk maviliyi!

Qan sönür, tərk eləyir güc biləyi.

Balaxan... May çiçəyi, aylı Xəzər

Qalacaq yadda, inan, qəbrə qədər.

Əlvida, şən Bakı, şərqim, şəfəqim!

Qucuram son dəfə öz qardaşımı.

Yasəmən rəngli duman sardı səni,

Gəl öpüm, köksümə qoy gül başını.

May, 1925



520

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



MARİNA SVETAYEVA

MƏNİM POEZİYAM

Bir az erkən doğuldun,

Heç şair olduğumu dərk etmədiyim anda,

Qızıl damcılar kimi fəvvarədən sıçrayıb

Günəşə can atanda...

Qığılcım şeirim mənim, saçıldın ləçək­ləçək,

Bayram gecələrində zəfər fişəngləri tək.

Buxurlu, daş yuxulu kəlisaya soxuldun

Qanadında gələcək, şeytan yavruları tək.

Cavanlıqdan, ölümdən bəhs açdın dönə­dönə,

Tapıldımı inanan ovsununa, sehrinə?

Çox vaxt tamarzı qaldın bir oxucu mehrinə,

Mağaza rəflərində toz da bassa üstünü,

Gözlə, gələcək günü.

Mənim mərd poeziyam, nə qüssə ye, nə qəm çək,

Torpağa basdırılmış küp­küp köhnə şərab tək

Sənin vaxtın gələcək.

Sənin baxtın güləcək!



1913


521

ANDREY VOZNESENSKİ

REKVİYEM-AĞI

Çələng qoyun dənizlərə,

Bu ellərdə bir adət var:

Batanların məzarına

Sağ qalanlar çələng qoyar.

Üzüb gedən balıqçılar bir gün orda nə gördülər:

On min insan skeleti dik dayanmış ayaq üstə.

On min cəsəd al günəşi axtarmada səhər­səhər,

Nə adları, nə üzləri fikrimizdə.

Dərinlikdən can atırlar hey bizlərə,

Çələng qoyun dənizlərə!

Onurğalar hərdən azca tərpənsə də,

Zəncirlənmiş qəbiristana ayaqları.

İncigülü, ağ qərənfil dərə­dərə,

Çələng qoyun dənizlərə!

Uzunboğaz çəkmələri ayağında vedrə kimi,

Yaxasında yekə, yumru gözmuncuğu.

Güllələmək əvəzinə batırdılar igidləri,

Su üzündə həlqə­həlqə ölən arzu, solan duyğu.

Dul gəlinlər gözü yolda, yaş bəbəkdə gilə­gilə,

Nə məktubla kömək mümkün, nə zəng ilə.

Şeypur çalın, haray salın, çəkin də car!

Gumbur­gumbur gumbuldasın nağaralar!

Qızıl güldən, yasəməndən güldəstələr hörə­hörə,

Çələng qoyun dənizlərə!

Çələng qoyun Yer kürəsi üzərinə,

Orda yatır mərd ərənlər.

Qızıl güldən, yasəməndən süs, yaraşıq verə­verə.

Çələng qoyun dərələrə, təpələrə!



522

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Göy üzündə alov tutmuş pilotlara

Dəmət tutun yer üzünün çiçəyindən.

Duz daddınız onlarla bir süfrədə siz,

Sağlığına içdiyiniz igidləri ana­ana

Çələng qoyun asimana!

Nə qanuna təslim olub, nə cazibə qüvvəsinə,

O çələnglər göy üzündən enməyəcək.

“Kim sağdırsa, çələng qoysun göy üzünə!”

Gənc nəsillər bu qaydanı bilsin gərək.

Çələng asın əsrimizin yaxasından,

Yandıq, yandıq, külə döndük bu əbədi atəşdə biz.

Qoy boylansın alovların arasından

Ağ yasəmən, tər bənövşə, şehli nərgiz.

Çələng qoyun alovlara!



ŞUKŞİNİN ÖLÜMÜ

Gör kimi tapşırır qara torpağa

Moskva Şukşini dəfn eləməkdə.

Susmaz vicdanının sənətkarını,

Kəndçi bir kişini dəfn eləməkdə.

Üçdə bir hissəsi çiçək içində,

Daha indən belə əl yetməz ona.

Qabaqca göstərib öz vəfatını,

Ekrandan göstərib rus dünyasına.

Bu yas Rusiyanın hər şəhərində,

Rəngi­rufu qaçmış ekran kətanda.

Öz evinə girir, kinozala yox,

Hər bir vidalaşan bu ağır anda.

O, hərdən üşüyüb tütün çəkəndə

Bu cür üşüyərdi doğma diyar da.



523

Ölkə qaldırardı yaxalığını

Taxta çarpayıda, soyuq qatarda.

Qayınlar, cökələr, şamlar yurdunu

Onun təki duyub kim sevərdi, kim?

Evinin aynası Baykal gölünə

Bacarsam, bir qara pərdə çəkərdim.

LƏNƏT

Pablo Nerudanın xatirəsinə həsr edirəm

Yatır Çilidə... sanki qardaşlıq məzarında

Öldürüldü Neruda!

Öldürənlər, əlində saxta, süni çələnglər

Üz qoyur dəfnə sarı.

Soldatlar tərk etdilər sizin darvazaları,

Bitdi dustaq olmanız. Raundu onlar uddu.

Şair ölür – azadlıqdır ölən, demək.

Azadlıqdır ölən –

demək, şair ölür.

Yatır üzü göylərə, üstündə tər gül­çiçək,

Bir zaman qan içində gənc Lorka yatdığı tək.

Pərişandır, dərdlidir bu gün Çili qızları.

Ucaboy Matildanı

Batman­batman göz yaşı əyir tabuta sarı.

Şairləri dərk eləmir zülmkarlar,

Dərk edəndə, öldürürlər gizli, aşkar.

Zeytun gövdəli Pablo nilufər gözlərilə

Adlı­sanlılar içrə

tək, bircə nəğməkardı.




524

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Çağırdınız gəmiyə,

İlkəsdi bayramına.

Süfrə qisməti­ortaq,

ölüm payı­ayrıca.

Çağırdınız oxuyum stadionda şeirimi,

Bütün nekroloqları, məzar yazılarını.

Lənət sizə, min lənət, saldafonlar mafiyası –

Nadanların, kütlərin quldurlar cəmiyyəti!

Qurtulan tək­tək oldu “İlyuşin” uçağıyla.

Lənət,


Boş, demokratik xülyalarıma lənət!

Şair qatillərinə siyahıda adbaad,

Əlifba qaydasınca bir­bir

Lənət!


Min lənət!

Buraxın, Nerudanın məzarına gedirəm,

O məzara bir ovuc rus torpağı tökəcəm.

Xəcaləti, qüssəni boğub öz əllərimlə

Vidalaşam gərək mən

Boğulmuş azadlığın sonuncu şairilə!




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə