Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə103/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   99   100   101   102   103   104   105   106   ...   113

536

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Yapıxmış ot, əsən külək, oxuyan meşə,

Yaddan çıxıb qalan zənbil durur eləcə.

Hər şey, hər şey öz yerində durur sərbəsər,

Təkcə yoxdur, təkcə yoxdur tər çiyələklər.

Ürəyimdə bu yerlərlə küsü bağladım,

Çəmənliyə üzüqoylu düşüb ağladım.

O vaxt başa düşdüm qəbahətimi,

Gizlətdiyim pünhan sirrin aqibətini.

Çıxdı qızıl buludlardan mehriban günəş,

Gözüyaşlı bir cocuğu oxşayan günəş.

Ata kimi gülümsəyir, mənə baxırdı,

Mən susurdum... quşlar ötür, sular axırdı...




537

TÜRK POEZİYASI

NAMİQ KAMAL

VƏTƏN TÜRKÜSÜ

Düşmən odur qarşıda... hazır silah,

Arş, igidlər, vətən imdadına!

Arş irəli, arş, bizimdir sabah,

Arş, igidlər, vətən imdadına!

Yurda nicat, ölkəmizə qol­qanad

Etmədədir süngümüzə istinad.

Milləti eylərmisiniz namurad?

Arş, igidlər, vətən imdadına!

Cümləmizin validəmizdir vətən,

Hər kəsi lütfüylə odur bəsləyən.

Yad ala bilməz onu... biz sağ ikən,

Arş, igidlər, vətən imdadına!

Rəhbərimiz qeyrəti ­ mərdanədir,

Hər daşımız, hər qayamız qələdir.

Hiddətimiz, nifrətimiz güllədir,

Arş, igidlər, vətən imdadına!

Yarə nişandır təninə ərlərin,

Ölməyi son rütbəsidir əsgərin.

Altı da bir, üstü də birdir yerin,

Arş, igidlər, vətən imdadına!



538

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



TOFİQ FİKRƏT

SİS

Sarmış yenə afaqını bir kinli duman, çən,

Getdikcə coşan zülmətə, ağ zülmətə bax sən.

Təzyiqinin altında silinmiş kimi yer­göy.

Bir tozlu kəsafətdən ibarət kimi hər şey.

Bir tozlu və heybətli kəsafət ki, baxışlar

Diqqətlə nüfuz eyləyəməz məğzinə, qorxar.

Lakin sənə layiq bu qaranlıq, qara rubənd,

Layiq bu dumandır sənə, ey səhneyi­zülmət!

Ey səhneyi­zülmət, fəqət ey səhnəsi parlaq,

Ey faciələr, hailələr məskəni, bədbaxt.

Ey səltənətin, şan­şərəfin məhdi

1

, məzarı,



Şərqin əzəli hakimeyi­cazibədarı!

Ey qanlı məhəbbətlərə titrək, acı nifrət,

Nifrət belə hiss etmədən ağuş açan afət!

Ey Mərmərənin mavi, gözəl qoynu içində

Ölmüş kimi dalğın uyuyan tudeyi­zində

2

!..



Ey köhnə Bizans, ey qoca kaftar və müsəxxir,

Ey min kişinin artığı, dul qız kimi bakir!

Hüsnündə hələ tazəliyin sehri apaşkar,

Titrər hələ üstündə tamaşaçı baxışlar.

1

Məhd – beşik.



2

Tudeyi­zində – diri kütlə.




539

Xaricdən, uzaqdan açılan gözlərə süzgün,

Göy gözlərin ilə necə munis görünürsün.

Munis, fəqət ən kirli qadınlar kimi munis,

Üstündəki göz yaşlarının həpsinə bihiss.

Təsis olunurkən hələ... bir dəsti­xəyanət

Torpağına qatmış kimi lənət suyu, lənət.

Həp qövsi­riya dalğalanır zərrələrində,

Bir damcı təmizlik tapmazsın içərində.

Həp kirli riya, kirli həsəd, kirli dilək, kam.

Yalnız belə... yalnız belə yüksəlməyə imkan!

Minlərcə bu hifz eylədiyin can arasından

Göstər neçədir alnıaçıq, qəlbi saf insan?!

Örtün, əvət, ey faciə, örtün, əvət, ey şəhr,

Örtün! Əbədi yat, uyu, ey facireyi­dəhr

3

.



Ey dəbdəbələr, təntənələr, şanlar, alaylar,

Qatil quyular, qələli, zindanlı saraylar!

Ey xatirələr məbədi, ey köksü sədəf, zər,

Ey qürrə sütunlar ki, donan divlərə bənzər.

Keçmişləri atilərə

4

nəql etməyə məmur,



Ey dişləri düşmüş qala, ey qafileyi­sur!

Ey qübbələr üstündə yanan odlu minacat,

Ey doğruluğun düz yolu tək incə minarat!

Ey səqfi çökük mədrəsələr, məhkəməciklər,

Ey sərvlərin kölgəsi altında qalan yer!

3

Facireyi­dəhr – dünyanın pozğun qadını.



4

Ati – gələcək.




540

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Axır gecə tapdı səni gündüz dilənənlər,

Keçmişlərə rəhmət deyən ey baş daşı – mərmər!

Ey türbələr, ey hər daşı donmuş, acı fəryad,

Tufana salıb bizləri sakit yatan əcdad!

Palçıq dolu yollar, küçələr, kirli sokaklar

5

,



Kor pəncərəsi, lal qapısı vaqiə saxlar...

Viranələr, ey şillərə, yurdsuzlara mərhəm,

Ey qapqara damlarda ayaq üstə duran qəm!

Dərd heykəli evlər, uca qəm qülləsi – çardaq,

Ey hər biri bir leyləyə, bir qartala sığnaq!

Kül basmış ocaqlar ki, yanan ahları udmuş,

İllərcə... haçandan bəri yanmaq nə... unutmuş.

Ey köhnə ağızlar ki, didər, çeynər havadə, ­

Dolsun deyə, köpsün deyə bir zəhr ilə mədə.

Sərvət dolu, nemət dolu, dövlət dolu ölkəm,

Mədənləri zəngin, özü ac, qayğulu ölkəm!

Hər qisməti, hər fəzli, hər ümmidini yeksər

Göydən diləyən... göy kimi bomboş qalan əllər!

Ey it hürüşü, nitqi ilə olsa da mümtaz,

İnsandakı alçaqlığa lənət deyən avaz!

Ey göz yaşı aciz, gülüşü ağulu xəncər,

Dərdin, ələmin natiqi, nifrətli nəzərlər!

Ey təkcə nağıllarda qalan namus – oyuncaq,

Ancaq ayaq öpməklə başa yüksələn alçaq!

5

Sokaklar – küçələr.




541

Öksüz, dul ağızlardakı mətləblərə zindan,

Zindan açan ey qorxu ki, hazır dayanıbsan!

Ey sözdə hüquqa, günə, hürriyyətə vurğun,

İşdə yox olan, qeyb olan əfsanəvi qanun!

Ey vədi yalan, saxtalığı var olan ancaq,

Boş məhkəmələrdən mütəmadi sürülən haqq!

Ey dahiliyi qamçılayan əllər, ayaqlar!

Vicdanlara casus kəsilən gizli qulaqlar!

Ey qorxular altında kilidlənmiş ağızlar,

Ey qeyrəti milliyə ki, nifrət deyər əfkar.

Ey seyfü


6

qələm, ey iki məhkumi­siyasi,

Feyzin, ədəbin susdurulan nitqi, sədası.

Ey qorxu yüküylə ikiqat gəzməyə məcbur,

Zəngin, fağır abdal, özü heç, milləti məşhur.

Ey hər əyilən baş ki, ağappaq, fəqət iyrənc,

Ey tazə qadın, ey onu təqibə qoşan gənc!

Ey firqətə düşmüş ana, ey dərdə batan ər,

Ey kimsəsiz, avarə cocuqlar, hələ sizlər, hələ sizlər...

Örtün, əvət, ey faciə... Örtün, əvət, ey şəhr,

Örtün, əbədi yat, uyu, ey facireyi dəhr...

6

Seyf – qılınc.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə