581
Qayıtsın Afrikam – varlığım mənim
Mərdliyə, paklığa, insaniyyətə!
Mənim əllərimə hörülü əllər!
Mən sizdə tapmışam yeni rəqsimi.
Qoy tufanlı dəniz aşsın başımdan
Təbilin sanballı sədası kimi.
Oyanan, yüksələn, gülən cahanda
Mən bir təbil səsi, bayram şeypuru.
İnkarın, kədərin, ümidsizliyin
Dibindən qalxıram günəşə doğru.
Qanı dilə gələn od barmaqlarım
Tamtam dərisini az qalır deşə.
Yalnız bu ahənglə, yalnız bu səslə
Yüksəlir vətənim qızıl günəşə.
– Döysün yenə dünya yeni təbili.
Yol yoxdur geriyə. Yalnız irəli!
582
Xəlil Rzaya ona görə “dəlidolu” deyirik ki, onun sənəti
yazmaq xatirinə yazmağa deyil, boşalmaq xatirinə yazmağa
xidmət edir. Dolmayan ürəkdən süzülən şeirin səsi mənadan
xali, boş səsküy, dolu ürəkdən çıxan şeirin səsi isə fikir fəryadı,
məna nəğməsi olar. Fikirsiz sənətdərzi dükanlarındakı ülgüyə
bənzər. Şəkli var, canı yox, nəfəsi yox!
Qədim zamanlardan bu günə qədər bir çox psixoloqlar yara
dıcılıq prosesinin nədən ibarət olduğunu öyrənməyə çalışırlar.
Sənətkarı yaratmağa vadar edən qüvvə nədir? O, nə üçün yaradır?
Bu yaranma prosesinin özü nədir? Bizə elə gəlir ki, sənətkarın
qəlbinə od, əlinə fırça, ya qələm verən, onun beynində ocaq qa
layan fikirləri, onu narahat edən duyğuları, onu qanadlandıran,
yaratmağa çağıran diləkləridir. O öz fikrinə, öz duyğusuna və
diləklərinə öz tanrısı kimi tapınır, bu fikrin, bu duyğunun və bu
diləklərin Məcnununa çevrilir, quluna dönür, onlara səcdə edir.
Yalnız bundan sonra o, özü bilmədən fikir və duyğularının, istək
və arzularının danışan dilinə, oxuyan nəğməkarına çevrilir.
Bu zaman, o özünü yox, fikrini görür. Ətrafını yox, amalı
nı görür, ona deyilənləri yox, qəlbindəkiləri eşidir və qəlbində
hələ lal olan, hələ gözə görünməyən, hələ eşidilməyən səsləri,
sözləri, rəngləri dilləndirməyə, ətəqana gətirməyə başlayır.
Bizcə, budur yaradıcılıq! Mən yaradıcılığı başqa cür təsəvvür
edə bilmirəm. İlhamla yaranan əsərlər bizi isidir, düşündürür,
POEZİYA ALOVU
583
duydurur. Oxuduğum əsərlərin qüvvəsini, mən həm də onun
isitmə, düşündürmə, duydura bilmə dərəcəsilə ölçmüşəm. Bu
mənada Xəlil Rza Ulutürkün şeirləri həmişə məni isitmiş və dü
şündürmüşdür. Xəlil Rza həmişə öz oxucusunu nəyəsə çağırır,
ona nəyisə təlqin edir. O, yaşamağın mənasını nəyəsə can atmaq
da, nəyəsə sahib olmaqda, nəyinsə uğrunda mübarizə aparmaq
da görür. Burada “nə” mücərrəd, qeyrimüəyyən məfhum deyil,
ilk növbədə ülviyyət və qəhrəmanlıqla bağlı olan bir anlayışdır.
“Hər şeyin yaxşısı” əsərində şair oğluna sevməyi tövsiyə edir.
Yəni vurğunluğu, aludəliyi, heyranlığı!
Sevsən...
biləcəksən nədir bu cahan.
Dolanmaq, sürünmək, yaşamaq nədir.
Ən gözəl yaşamaq əslinə baxsan
Gözəllik uğrunda mübarizədir!
Yalnız sevənlər, nə isə böyük bir məramın, eşqin, yaxud
ülvi bir anlayışın vurğunu, dəlisi olanlar həyatın mənasını dərk
edirlər. Yalnız geniş mənada sevməyi bacaranlar dolanmağı,
yəni sürünəsürünə yaşamağı əsl yaşayışdan ayırd edə bilirlər.
Bəs əsl yaşamaq nədir? Gözəllik, ucalıq, təmizlik və insan səadəti
uğrunda mübarizə! Bunlar nə zaman mümkündür? Böyük bir
mərama xidmət edəndə! Əqidəsiz, məsləksiz nə təmizlik var, nə
böyüklük!
Bir bənd şeirə nələr sığdırılmayıb. Sərrast və yığcam yazılmış
bu şeir qaynağını babamız Nəsimidən götürən bir çeşmənin bu
günkü davamı, müasir deyim şəklidir.
İnsanın mənəvi təkamül yolugözəlliyi idrak yoludur. İnsan
bu yolda yüksəlir, nəhayət son zirvəyə təkamülə çatır.
584
Bu zirvədə insan ətrafına mənəvi gözlə baxır. Hər şeyin
bəzəyini deyil, qabığını deyil, mahiyyətini görməyə başlayır.
Gözəllik aləmin genişlənəcək,
Almasdan bahalı şeh görəcəksən,
Sevincdən dəyərli insan kədəri,
Qılıncdan kəsərli ah görəcəksən.
Bu görüş mənəvi görüşdür. Şair oğluna deyir ki, mənəvi
təkamülün zirvəsində sən mənəvi dünyanı maddi dünyadan üs
tün görəcək və bu nöqtədə özünü dərk edəcəksən. Almas bahalı
daşdır. Lakin sən dünyaya idrakının gözü ilə baxmağı bacarsan,
onda çiçək ləçəyindəki şeh damlasını üzük qaşından, insan ahı
nın gücünü qılıncın kəsərindən, nəcib kədəri yüngül sevincdən
üstün tutacaqsan. Şair övladının simasında bu günün gəncliyinə
mənəvi zənginlik, mənəvi böyüklük aşılayır:
İşdir özün üçün bir gül istəsən,
Oğlum ellər üçün gülüstan istə!
Yaxşı yadımdadır, neçə il əvvəl Şəkidə yay istirahətində
idim, “Ədəbiyyat və incəsənət” qəzetində Xəlil Rzanın “İgidlər,
dahilər” şeirini oxudum, sehrləndim. Şeirdən aldığım böyük
ləzzəti müəllifinə çatdırmaq üçün dərhal ona məktub yazdım.
Bu şeir müasir poeziyanın ən gözəl incilərindən sayıla bilər.
Şair xalqın yetirdiyi dahilərin və qəhrəmanların şəxsində iki
böyük məsələyə toxunub. Birinci, ölüm – haqdır! Lakin dahilər
və qəhrəmanlar öz əməlləri ilə ölümdən güclü olduqlarından
ölüm onlardan qorxur, onlara qüdrətini göstərə bilmir:
585
Fikirlər içində çırpınır könlüm
Gedən, yer üzünə bir daha gəlmir.
Həyatdan hamını qoparır ölüm,
Yalnız dahilərə toxuna bilmir,
Yalnız igidlərə toxuna bilmir.
Sübutmu? Əsrlərlə bundan əvvəl ölmüş dahilərin qəbri
dünən ölmüşlərin qəbrindən təzədir, hörmətlidir. Bu qəbirlər
“Torpağın şöhrətidir”. Çünki:
Dahilər torpağa ölü kimi yox,
Bəlkə basdırılır xəzinə kimi.
Bundan sonra şair dahilərin məzarlarını ziyarətə çıxır:
Qədim Şıx düzündə ayaq saxla, dur,
Ölməz sənətkarı yada sal bir an.
Ölüm, elə bil ki, qurd oğlu qurddur,
Qorxur dahilərin göz işığından!
Gözəldir! Tutarlıdır! Qurdun vəhşi təbiətinə görə ölümə
bənzədilməsi təbiidir. Qurdun işıqdan qorxma əlamətinin
dahilərin göz işığı ilə qarşılaşdırılması bədii kəşfdir, bu beytin
mənasını açanda düşünürük ki, dahilər dünyaya işıq saçır. Bu
işıq qurd təbiətliləri qorxudur, mələk təbiətlilərin qəlbinə nur
gətirir, onları yaşamaq üçün qanadlandırır.
Həmin şeirdə toxunulan ikinci məsələ dahilərin və igidlərin
Vətənlə qarşılaşdırılmasıdır. Türk şairlərindən birinin “Tor
paq, əgər uğrunda ölən varsa, vətəndir” misrası bu şeirin ikin
ci tərəfinə dəstəkdir: torpağın uğrunda ölən varsa, o torpaq adi
torpaqlıqdan çıxıb Vətənə, Vətən torpağına çevrilir. Həm də bir
Dostları ilə paylaş: |