Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə104/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   100   101   102   103   104   105   106   107   ...   113

542

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



MEHMET AKİF ƏRSOY

İSTİQLAL MARŞI

Qəhrəman ordumuza

Qorxma! Sönməz bu şafaklarda süzən al sancaq

1

Sönmədən yurdumun üstündə tütən



2

ən son ocaq!

O bənim millətimin ulduzudur, parlayacaq,

O bənimdir, o bənim millətimindir ancaq!

Çatma, qurban olayım, çöhrəni, ey nazlı hilal,

Qəhrəman ırkıma bir gül, nə bu şiddət, bu cəlal?

Sana olmaz tökülən qanlarımız sonra halal,

Haqqıdır, haqqa tapan

3

millətimin istiqlal.



Bən əzəldən bəridir hür yaşadım, hür yaşarım,

Hansı çılğın bana zəncir vuracaqmış? Şaşarım.

Kükrəmiş sel kibiyim, bəndimi çeynər, aşarım.

Yırtarım dağları, ənginlərə sığmam, daşarım.

Qərbin afaqını

4

sarmışsa çelik



5

zırhlı


6

divar,


Bənim iman dolu köksüm kibi sərhəddim var.

Ulusum, qorxma, nasıl böylə bir imanı boğar

Mədəniyyət dediyin tək dişi qalmış canavar?

Arkadaş, yurduma alçaqları uğratma, sakın.

Sipər et gövdəni, dursun bu həyasızca axın.

Doğacaqdır sənə vəd etdiyi günlər haqqın

Kim bilir bəlkə yarın, bəlkə yarından da yaxın.

1

Sancaq – burda bayraq mənasındadır.



2

Tütən – tüstülənən.

3

Tapan – tapınan, səcdə edən.



4

Afaq – üfüqlər.

5

Çelik – polad.



6

Zırh – zireh.




543

Basdığın yerləri topraq deyərək keçmə, tanı!

Düşün altındakı minlərcə kəfənsiz yatanı.

Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı,

Vermə, dünyaları alsan da, bu cənnət vatanı!

Kim bu cənnət vatanın uğruna olmaz ki, fəda?

Şühəda

7

fışqıracaq toprağı sıxsan, şühəda.



Canı, cananı, bütün varımı alsın da xuda,

Etməsin tək vətənimdən beni dünyada cüda

8

.

Ruhumun səndən, ilahi, budur ancaq əməli:



Dəyməsin məbədimin köksünə naməhrəm əli.

Bu əzanlar ki, şəhadətləri dinin təməli,

Əbədi yurdumun üstündə bənim inləməli!

O zaman vəcd ilə min səcdə qılar varsa daşım,

Hər cərihəmdən

9

, ilahi, boşanıb qanlı yaşım,



Fışqırar ruhi­mücərrəd kibi yerdən naşım!

O zaman yüksələrək ərşə dəyər bəlkə başım.

Dalğalan, sən də şafaqlar kibi, ey şanlı hilal!

Olsun artıq tökülən qanlarımız həpsi halal.

Əbədiyyən sənə yox, ırkıma yox zülm, zaval:

Haqqıdır hür yaşamış bayrağımın hürriyyət,

Haqqıdır haqqa tapan millətimin istiqlal!

1921

7

Şühəda – Şəhidlər.



8

Cüda – Ayrılıq.

9

Cərihə – yara.




544

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



YƏHYA KAMAL BƏYATLI

VÜSAL

Bir uyquyu cananla bərabər uyuyanlar

Ömrün bütün iqbalını vüslətdə duyanlar.

Bir həzzi tükənməz gecə sanmaqla zamanı,

Görməzlər üfüqlərdə şafaq sökdüyü anı.

Gördükləri röya əzəli bağçadır aşka,

Hər mövsümü bir yaz və əsən rüzgarı başqa.

Bülbüldən o əyləncədə fəryad eşidilməz,

Gül solmayı, mehtab azalıb bitməyi bilməz.

Göy qübbəsi hər ləhzə bütün gözlərə mavi,

Zənginlər o cənnətdə fəqirlərlə müsavi.

Sevdaları xülyalı hovuzlarda sərinlər,

Sonsuz kibi bir musiqi ahəngini dinlər.

Bir ruh o dərin bağçada bir dəfə yaşarsa,

Boynunda onun qolları, qoynunda o varsa,

Dolmuşsa onun saçlarının rayihəsilə,

Sevməkdəki əfsunu duyar hər nəfəsilə.

Ulduzları boydan­boya doğmuş kimi varlıq,

Bir musiqi halində o gözlərdədir artıq.

Doymaz ən uzun busədən, öpdükcə susuzdur.

Zira susatan zövq o dodaqlardakı duzdur.

İnsan nə yaratmışsa, yaratmışdır o duzdan,

Bir sir kibidir, az­çox ilah olduğumuzdan.

Onlar ki, bu güllər tutuşan vadidədirlər,

Bilsən haradan, hansı təsadüflə gəlirlər?

Aşq onları sövq etdiyi günlərdə, qədərdən

Rüzgar kibi bir şövq alır olduqları yerdən.



545

Gəldikləri yol... ömrün işıqdan yoludur o.

Aləmdə bir axşam nə səmavi qoşudur o.

Dörd atlı o gərdunə gəlirkən yolu qəmgin,

Sevmiş iki ruh üfqü görürlər daha əngin.

Simaları getdikcə parıldar bu zəfərlə.

Göy hər tərəfindən dolanır məşələlərlə.

Bir uyquyu cananla bərabər uyuyanlar,

Varlıqda bütün zövqü o cənnətdə duyanlar.

Dünyanı unutmuş bulunurkən o sularda,

Zalım saat ehmal edilən vaxtı çalar da...

Bir an oyanırlarsa ləziz uyqularından,

Başdan­başa hər yer kəsilir qapqara, zindan.

Bir faciədir böylə bir aləmdə oyanmaq,

Gündən­günə hicranla bunalmış kimi yanmaq.

Ey taleh, ölümdən də betərdir bu qaranlıq,

Ey aşq, o könüllər sənə mal oldular artıq.

Ey vüslət, o aşiqləri əfsununa ram et,

Ey dadlı və ülvi gecə, illərcə davam et!

NƏZƏR

Gecə. Leylayı ayın on dördü

Göldə tənha yuyunarkən gördü.

“Qız, vücudun nə gözəl böylə açıq!

Qız, yaxından görəyim, sahilə çık!”

Baxdı ətrafına ürkək­ürkək,

Dedi: “Tənhada bu səs nolsa görək?”

“Qız, vücudun sarı güllər kibi tər,

Çık sudan, cismini üryan göstər!”



546

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Arayırkən ayın ölgün səsini,

Soyuq ay öpdü bəyaz çöhrəsini.

Sardı hər üzvünü bir incə sızı,

Bu öpüş gül kimi soldurdu qızı.

Soldu gündən­günə, səssiz soldu,

Dedilər: “Ah, qıza bir hal oldu!”

Qəlbinin vardı dərin bir qırığı,

Ta içindən ötüşən hıçqırığı.

Yatdı, bir nəşə duyurmuş kibi lal,

Yatdı, aylarca davam etdi bu hal.

Sindi simasına axşam hüzünü,

Böylə yastıqda görənlər üzünü.

Ovudurlarkən uzun sözlər ilə,

O, susub baxdı dərin gözlər ilə.

Evi rüzgar kimi bir sir gəzdi,

Hər kəs əndişəli bir şey sezdi.

Bir sabah söylədi son sözlərini,

Yumdu dünyaya gözəl gözlərini.

Qopdu evdən acı bir vaveyla,

Odalar inlədi: “Leyla!.. Leyla!”

Gəldi köy qızları, əl bağladılar,

Diz çöküb ağladılar, ağladılar.

Neçə günlər bu şəamətli ölüm

Oldu çox kimsəyə bir gizli düyüm.

Neçə günlər baxaraq dalğalara,

Dedilər: “Uğradı Leyla nazara!...”




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə