Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə98/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   94   95   96   97   98   99   100   101   ...   113

508

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



MİLLİ NƏĞMƏ

Macar, qalx ayağa, çağırır vətən,

Bu gün qalx! Sabahdan gec olacaq, gec.

Sən ya məzar boyda qul qismətini,

Ya da göylər boyda azadlığı seç!

Macar tanrısına and içirik biz,

Andımız polad.

Heç kəsə əyilib qul olmamalı,

Heç yerdə, heç vaxt!

Babalar önündə cavabdehik biz,

Babalar məzarı nurlu, müqəddəs.

Yurdu yad çəkməsi tapdalayırsa,

Babalar məzarda dinc yata bilməz.

Macar tanrısına and içirik biz,

Andımız polad.

Heç kəsə əyilib qul olmamalı,

Heç yerdə, heç vaxt!

Özünü xalqından üstün tutanlar

Kişi yox, bir yığın mitildir, mitil.

Nə qədər miskindir yurdu atanlar,

Həyatda olsa da onu meyit bil.

Macar tanrısına and içirik biz,

Andımız polad.

Heç kəsə əyilib qul olmamalı,

Heç yerdə, heç vaxt!

Zəncir işıldayır... ancaq bərq vurur

Bizim oddan iti qılınclarımız.

Neçin qollarımız keçsin qandala,

İgidin bəzəyi qılıncdır yalnız.



509

Macar tanrısına and içirik biz,

Andımız polad.

Heç kəsə əyilib qul olmamalı,

Heç yerdə, heç vaxt!

Macar! Əzəmətlə doludur bu ad,

Üstündə çələngdir qədim şöhrəti.

Bizə haram olsun bu dadlı həyat

Ləkəli saxlasaq bu məmləkəti.

Macar tanrısına and içirik biz,

Andımız polad.

Heç kəsə əyilib qul olmamalı,

Heç yerdə, heç vaxt!

Öldüyümüz yerdə qalxacaq təpə,

Nəvələr gələcək ziyarətinə.

Bizi anacaqlar, dağ sanacaqlar,

İnanıb dağların qüdsiyyətinə...

Macar tanrısına and içirik biz,

Andımız polad.

Heç kəsə əyilib qul olmamalı,

Heç yerdə, heç vaxt!

Peşt, 1848



510

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



RUS POEZİYASI

ALEKSANDR PUŞKİN

ŞAİRƏ

Nə böhtanı, nə mədhi alma əsla eyninə,

Şair! O hay­küylərin köpüyü tez yatacaq.

Qoy nadanlar sürüsü bağırsın, gülsün sənə,

Yerində dağ kimi dur!... Sakit ol, sərt ol ancaq.

Sən özün hökmdarsan! Öz bildiyin yolla get!

Ağlının göstərdiyi zirvələrə qalx, ucal!

Ən təmiz duyğuları bəsləyib tərənnüm et,

Qəhrəmanlığın üçün nə ad istə, nə medal.

Hər şey öz əlindədir. Sənsən müttəhim, hakim,

Sənin özündən gözəl tənqidçin kimdir, de kim?

Yaratdığın əsər gör öz ürəyincədirmi?

Şairi ilham doğub, nadanı saya salma,

Qoy lap tüpürsünlər də şamın yanan ehrama

Atılsınlar, düşsünlər anlamaz uşaq kimi.

NAPOLEON

Heyrət! Görün tale kimi apardı:

Böyük bir insanın söndü gözləri.

Soyuq sürgünlərdə qüruba vardı

Məşhur Napoleonun dəhşətli əsri.

Hardadı ittiham edilən ... ulu,

Saysız zəfərlərin ərköyün oğlu?!

Bütün kainatdan sürgün olunmuş...

Ardınca yeni bir nəsil doğulur.



511

Qanlı bir xatirə qoyub dünyada

Ey ərzi hələ də çalxalayan ər!

Sənin ad­sanınla qərib bir ada

Bomboz dalğalar da şöhrətləndilər.

Böyük zor, bir məzar dumanda, sisdə,

Kim onu bir ovuc soyuq kül sanır?

Xalqların nifrəti o qəbrin üstə

Ölməzlik nuruna qərq olub yanır.

Şərəfi tapdanmış Yer kürəsindən

Qanlı quzğunların çoxdanmı köçmüş?

Qəzanın əlilə dağılıb birdən

Yekə bir səltənət torpağa düşmüş.

Bayraqlar dünyaya saçdı bəla, kin,

Sərt bir iradəyə təslim olaraq.

Şığıdın üstünə qəbilələrin,

Ağa damğasıyla damğalayaraq.

Ümid şəfəqləndi

Qara bəxtindən,

Kölə uyğusundan ayıldıb yeri,

Köhnəlmiş bütünü saldı təxtindən

Hiddətli bir qallın qəzəb dişləri.

Elə ki boz külün içində yatdı

Qiyam meydanında tacidar nəşi.

Ən vacib, ən labüd gün gəlib çatdı,

Qalxdı azadlığın parlaq günəşi.

Qəzəb tufanları ləngərlənəndə

Uzaqlardan gördün öz qismətini.

Nifrinlər sovurdun bəşəriyyətə,

Sezərkən ellərin pak niyyətini.




512

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Səni ovsunladı hakimiyyətin,

Tutdu gözlərini böyük şöhrətin.

Sən ölüm, qan saçan səadətinə

Cəsur ürəyinlə inandın qəti.

Gəncləşən millətin coşğunluğunu

Dəmir əllərinlə ram elədin sən.

Körpə azadlığı, el cocuğunu

Boğdun beşikdəcə aman vermədən.

Qullar arasında bal şərbət içdin,

Söndürdün hökm uman od ciyərini.

Əkdin kölələri ölümə min­min,

Dəfnəylə bəzədin zəncirlərini.

Fransa zəfər saydı udduqlarını,

Sənə heyran qaldı, gəlib riqqətə.

Gör nəyə dəyişdi umudlarını?

Rüsvayçı ad­sana, ucuz şöhrətə!

Süfrəyə gətirdin qılınc qorxusu,

Qarşında lal durub diz çökdü hamı.

Məhv oldu Avropa.

 

Məzar yuxusu,



Ölüm sakitliyi sardı cahanı.

Tapdadın abırsız zorbalığınla

Xalqın sinəsini sən harın­harın.

Tilzit!


 

Çəkilərkən bu ad bir daha

Saralmaz, ağarmaz rəngi rusların.

Tilzit son çələngi ucalıq bilib

Məğrur bahadırın başına qoydu.

Heyhat, rus qəlbinə enə bilmədin.

Böyük bir yanğında yandı qəlbimiz,

Sən bunu duymadın. Zənn etdin, əfsus




513

Sülhü sovqat kimi gözləyirik biz,

Əfsus, gec anladın nə deməkdi rus.

Sən ey şərafətli, ağ saçlı şölə,

Rusiya, bir zaman söyülən yuvam!

Austerlits günəşi, bat, qürub elə,

Sən nurlan, işıqlan, böyük Moskvam!

Özgə dövran gəlib, başqadır yazı.

Qərq olsun heçliyə rəzalətimiz.

Alqışla, Rusiya, Moskvamızı,

Qəbrəcən döyüşmək – budur əhdimiz.

İflic əllərilə səssiz­səmirsiz

Dəmir çələngini alıb başından,

Gördü uçurumu, girdabı dibsiz,

Bildi ki, öləcək, yetişib zaman.

Qaçır Avropanın fateh yığını,

Əriyir yollarda odur qanlı qar.

Faş edib onların basılmağını,

Yuyur izlərini bulaşıq sular.

Çovğunlar çovuyur belədən­belə,

Kölə zəncirini qırır Avropa.

Yıxılmış zalımı lənətləriylə

Qarğıyır, ağzından od qopa­qopa.

Xalq Nemizidası əl qaldırarkən

Əsdi içəridə bir soyuq rüzgar.

Bütün incikliklər son gileyəcən

Üzünə çırpıldı, qansız zülmkar!

Alındı əlindən həm təmtərağın,

Hərbi möcüzələr soyudu, söndü.

Yad göylər altında sürgün dustağın

Gözündə min zəfər bir çöpə döndü.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə