Azərbaycanın görkəmli şəxsiyyətləri Üzеyir hacibəYLİ


-İkinci  cagırış  SSR  Ali  Sovetinə  deputat  seçilmişdir  (Naxçıvan MR-dan).    1948,  23 noyabr



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə12/232
tarix15.10.2018
ölçüsü4,92 Mb.
#74257
1   ...   8   9   10   11   12   13   14   15   ...   232

 

27 


-İkinci  cagırış  SSR  Ali  Sovetinə  deputat  seçilmişdir 

(Naxçıvan MR-dan). 

 

1948,  23 noyabr 

 

-Bakı şəhərində vəfat etmişdir. 

 

 

 




 

28 


 

Üzeyir Hacıbəyli sənət və sənətkarlıq haqqında 

 

*** 



Canlı  və  mənalı  danışmağı  xalqdan  öyrənmək  lazımdır.  Xalq  heç  vaxt  elə  söz 

deməz ki, boğaza ilişib qalsın. Dil gözəlliyinin isə ən vacib tələblərindən biri budur 

ki, söz, cümlə, ifadə dili rahat gəlsin, ağızda fırlanmasın, musiqidə də belədir. 

Azərbaycan  xalq musiqisinin əsaslarını öyrənmək nəticəsində mən ―Koroğlu‖nu 

yazdım. 

*** 


Mən  Çaykovskinin  yaradıcılığına  coşğun  pərəstiş  edən  adamlardan  biriyəm. 

Mən  öz  azad  yaradıcılıq  fantaziyamı  xalq  musiqi  dilinin  sarsılmaz  təməli  üzərində 

inkişaf etdirmək prinsipini Çaykovskidən götürmüşəm. 

 

*** 



Biz  ətrafımızda  törənən  hadisələrə  azacıq  belə  laqeyid  baxa  bilmərik.  Öz 

yaradıcılığında  həyatdan  qida  almayan,  xalqın  ruhunu  biməyən,  mübarizədən 

kənarda qalaraq hadisələrə qarşı laqeyd olan sənətkar cəmiyyət üçün deyil, özü üçün 

yarada bilər. 

*** 

Azərbaycan  xalq  musiqi  incəsənətinin  əsasını  təşkil  edən  ciddi  qanun-qaydalar 



(mən öz operamı yazarkən bunlara riayət etmişəm) nəinki mənim yaradıcılıq arzumu 

boğdu, əksinə bu qanun-qaydalar bir bünövrə olaraq azad yaradıcılıq fantaziyasının 

geniş üfüqlərini aydın işıqlandırıb mənə daha artıq cəsarət verdi.  

 

*** 



Deməli,  Bülbülün  üstünlüyü  ondadır  ki,  o,  hələ  sinədən,  boğazdan  oxuması  bir 

yana  qalsın,  hər  şeydən  əvvəl,  ifaçılıq    mədəniyyətinə  yiyələnmişdir.  Mən  bu 

əqidədəyəm  ki,  biz  tələbələrə  notla  çalmağı  öyrətdiyimiz  kimi,  notla  da  oxumağı 

öyrətməliyik.  

*** 

Əsrlər  boyu  baş  verən  tarixi  hadisələr  nəticəsində  Azərbaycan  xalqı  müxtəlif 



xalqların  malik  olduğu  ən  yaxşı  xüsusiyyətləri  mənimsəmiş  və  öz  musiqi  sənətini 

müstəqil  inkişaf  etdirmişdir.  Təsadüfi  deyildir  ki,    ən  yaxşı  ifaçılar,  ən  yaxşı 

müğənnilər məhz Azərbaycandan çıxır.  

 

*** 



Teatr  ictimai  həyatın  güzgüsü,  sənət  məbədi  olduğundan  teatrda  tamaşaya 

qoyulan əsərlər həyatımızın təkcə əxlaqi cəhətlərini tərbiyə etməməli, həm də insan 

təbiətinə  xas  olan  estetik  hisslər  aşılamalıdır;  deməli,  hər  bir  səhnə  əsərində  əxlaqi 



 

29 


ünsürdən başqa, bədii ünsür də olmalıdır; musiqi əsərində bədiilik ünsürü musiqi ilə 

ifadə olunur, dram əsərlərində isə poeziya və nəsrlə; səhnə sənətinin hər iki sahəsinin 

kütlə üçün zəruri olduğu burdan irəli gəlir. 

 

*** 



Əgər  ayrı-ayrı  şəxslər  bayağı  əsərlər  yazıb  bunları  operetta  adlandırırlarsa, 

yaxud  ifaçılar  çox  vaxt  operettaya  onun  adına  yabançı  olan  şit  hərəkətlər  daxil 

edirlərsə, buna operetta janrı günahkar deyildir. Operettanın tərkib hissələri olan incə 

melodiya,  sağlam  yumor,  yüngül  satira  heç  də  bayağılıq  və  ya  şitlik  əlaməti 

deyildir... 

*** 


Hörmətli  sənətkarımız  N.B.Vəzirov  və  N.Nərimanovun  komediya  və  dramları, 

Haqverdiyev,  H.B.Vəzirov  və  başqalarının  digər  əsərləri,  rus  dilindən,  əcnəbi 

dillərdən  tərcümə  olunmuş,  türk  dilindən  iqtibas  edilmiş  bir  çox  əsərlər    opera  və 

operettaların  meydana  çıxmasından  xeyli  əvvəl  həyatımızın  mənəvi-bəbii  tələbatını 

ödəmiş,  indinin  özündə  -  opera  və  operettalar  yarandıqdan  sonrta  da  ödəməkdədir. 

Əgər  dramın  geri  qaldığı  hiss  olunursa,  bunun  başlıca  səbəbi  hər  şeydən  əvvəl 

müsəlman teatrının olmaması ilə izah edilir. 

 

*** 



Opera və operettalar türklər arasında gizli qalmış olan bir çox talantları gözəl səs 

sahiblərini  meydana  çıxarıb,  türk  sənaye-nəfisiyyəsi  yolunda  böyük  addımlar  atıldı, 

dram və opera yazıçıları arasında bədii bir rəqabət salıb, bir çox ciddi dram əsərləinin 

meydana çıxamasına səbəb oldu. 

 

*** 


Azərbaycan  türkləri  musiqini  çox  sevir  və  olduqca  ona  həvəs  edirlər.  Musiqi 

əməlinin şəriət tərəfindən günah hesab edilməsi bu həvəsi heç də söndürə bilmədisə 

də, fəqət musiqinin tərəqqi etməsinə qarşı böyük məmaniət təşkil etdi, o səbəbdəndir 

ki, Şərq musiqisi və o cümlədən Azərbaycan türklərinin musiqisi qədim zamanlardan 

ta indilərə kimi heç bir tərəqqi və inkişaf üzü görmüyüb. Hənuz ata-babadan qalma 

bir halda davam etməkdə olduğu kimi, sazlarımız, yəni musiqi alətimiz dəxi bu gün 

ən intidai və naqis bir haldadır.  

Xanəndə üçün dəstgah oxumağın yaxşılığı ondadır ki, müəyyən bir hava və bir 

bəhr  qeydi  altında  olmayıb,  öz  ―fantaziya‖sına  geniş  bir  meydan  açır  və  səsini 

―bəm‖,  ―zil‖,  ―meyxana‖  kimi  müxtəlif  ―tessitura‖larla  işlədir.  Şərq  musiqisinin 

gələcək tərəqqisi əmrində dəsgahların ən böyük əhəmiyyəti olacaqdır. Çünki hər bir 

mövcud xalq havalarının hamısı bilistisna dəsgahların pərdələrindən götürülmüşdür; 

deməli, dəstgah pərdələri xaricində bir dənə də olsa mahnı tapmaq olmaz.    

 

*** 




 

30 


Təəssüf olsun ki, bizim türk çalğıçılarımız hənuz kamançanın qədrini lazımınca 

bilmirlər.  Odur  ki,  çalğıda  kamançanı  tamamilə  tara  tabe  edib  tarda  vurulan 

barmaqları kamançada yamsılayırlar... 

*** 


Qədim  alimlər  musiqiyə  tibbi  əhəmiyyət  verərək  deyirdilər  ki,  xəstəliklr  insan 

orqanizmindən hərarətin ya qalxmasına, ya da enməsinə səbəb olur. Hərarəti yüksək 

olan xəstənin kədər və qüssə oyadan musiqiyə qulaq asması faydalıdır; hərarəti aşağı 

olan xəstə isə şən və oynaq musiqini dinləməlidir.  

 

*** 


Bununla belə, ―Leyli və Məcnun‖ böyük müvəffəqiyyət qazandı.  Zənnimcə, bu 

müvəffəqiyyət  onunla  izah  edilir  ki,  artıq  Azərbaycan  xalqı  öz  səhnəsində 

Azərbaycan  operasının  yaranmasını  gözləyirdi,  ―Leyli  və  Məcnun‖da  isə  əsl  xalq 

musiqisi ilə məşhur klassik süjet birləşmişdir.  

 

*** 


Bu əsər birinci dəfə 1915-ci ildə oynandığı zaman Bakı burjuaziyasının ―Kaspi‖ 

qəzeti  tərəfindən  son  dərəcə  hörmətsizlik  və  nifrətlə  qarşılanmışdır.  Əsər  haqqında 

yazılmış ―tənqiddə‖ avtor söylürdü. Onlar bu əsəri ―qızlarımızı pis yola çağırmaqda‖ 

töhmətləndirirdilər.  Özlərini  qızlarımızın  ―havadarı‖  kimi  qələmə  verən  bu  ağalar 

əsərdə  müsəlman  dini  və  adətlərinə  vurulan  zərbəni  hiss  edirdilər.  O  zamanlar 

azərbaycanlı  qızlar  ən  elementar  hüquqlardan  belə  məhrum  edilmişdilər.  Bu 

komediyanı yazmaqdan da məqsəd səhnə və musiqili əsər vasitəsilə qadın azadlığına 

yardım, köhnə adət və ənənələri ifşa etmək idi.  

 

*** 


Ərəblinski səhnə fəailyyətinə başladığı gündən əsl sənətkar – professional aktyor 

olmaq üçün möhkəm bir istiqamət tutmuşdu. O, sənət aləmində qorxmaz və cəsur idi. 

Qara  qüvvələrin,  çar  satraplarının,  ruhanilərin  hər  cür  müqavimətinə  baxmayaraq 

Ərəblinski  Azərbaycanda  möhkəm  aktyor  kollektivinə  malik  olan  doğma  teatr 

yaratmaq  uğrunda  mübarizədə  ruhdan  düşməyən,  yorulmaq  bilməyən  bir  enerji  ilə 

çalışan,  hər  çətinliyə  sinə  gərən,  bu  yolda  büdrəməyən  bir  qəhrəman  idi.  O,  öz 

sənətini bütün varlığı ilə sevir və onu hər şeydən yüksək tuturdu.  

 

*** 



İlk  gözəl  nəğmə  və  rəqs  melodiyalarının  yaradıcısı  xalq  özüdür.  Bizə  bu  gün 

nümunə olan xalq nəğmələri əsrlərdən bəri işlənə-işlənə yaradılmış və yalnız bizim 

zəmanəmizdə həqiqi bədii formalar almışdır.  

Bununla  belə  xalq  yalnız  yaradıcı,  yalnız  kompozitor  deyildir;  xalq  eyni 

zamanda  misilsiz  tənqidçi  və  musiqi  əsərlərinin  ən  yaxşı    ―istehlakçısıdır‖,  xalq 



Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə