Azərbaycanın görkəmli şəxsiyyətləri Üzеyir hacibəYLİ



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə9/232
tarix15.10.2018
ölçüsü4,92 Mb.
#74257
1   ...   5   6   7   8   9   10   11   12   ...   232

 

18 


Məşhur  əfsanədə  Anteyin  qeyri-adi  qüdrətini  onun  torpaqla  bağlılığında 

görürlər.  Üzeyir  Hacıbəyli  özü  də  bu  müqayisəni  sevirdi  və  bəstəkarın  gücünü-

qüvvəsini  onun  xalq  həyatına,  xalq  sənətinə  bağlılığında  görürdü.  Ü.Hacıbəylinin 

tələbəsi  Fikrət  Əmirov  özünün  ―Üzeyir  məktəbi‖  məqaləsində  bu  müqayisəni 

gətirərək,  Azərbaycan  bəstəkarlarını  ―Üzeyir  yaradıcılığının  bu  Antey  qüdrətinin 

sirrlərini öyrənməyə çağırırdı‖.

14

 

―Sənətkar üçün ümumxalq rəğbəti və  məhəbbəti qazanmaq çətindir  Xalq öz 



qəlbini  ancaq  əsl  böyük  insanlara,  böyük  qəlbli  sənətkarlara,  tamamilə  özünü  xalqa 

bəxş  edənlərə  açır  və  əgər  o,  xalq  məhəbbətini  qazanırsa,  bu  məhəbbət  insanların 

ürəklərində  əsrlərlə  yaşayır  və  heç  vaxt  sönmür‖.

15

  Bu  da  bəstəkarın  digər  tələbəsi 



Qara Qaryevin sözləridir. 

Xalq  sənətkarı  Üzeyir  Hacıbəyli  məhz  belə  məhəbbət  qazanmışdır.  Bu 

məhəbbət onun ölməz musiqisi kimi yaşayacaq və nəsildən nəslə keçəcək. 

―Mən  Azərbaycan  bəstəkarlarına  Üzeyir  Hacıbəylinin  böyük  ənənələrini 

müqəddəscəsinə  qorumağı  və  inkişaf  etdirməyi  arzu  etmək  istərdim‖.  Bu  sözlər 

zəmanəmizin  böyük  bəstəkarı  Dmitri  Şostakoviçindir.  Bu  gün  Azərbaycanda  bu 

ənənələr müqəddəscəsinə qorunur və inkişaf etdirilir, bəstəkarın xatirəsi əziz tutulur. 

Bəstəkarın  ölümündən  sonra  Bakı  Dövlət  Konservatoriyası,  Azərbaycan 

Dövlət  Simfonik  Orkestri,  Bakıda  küçə  dahi  bəstəkarın  adını  daşıdı.  Bakıda  onun 

abidəsi  ucaldıldı.  Şuşa  və  Bakıda  bəstəkarın  ev-muzeyləri  açıldı,  iki  seriyalı  bədii 

televiziya  fılmi  çəkildi.  ―Uzun  ömrün  akkordları‖  (ssenari  müəllifi  və  rejissoru  – 

Anar),  Azərbaycan  MEA  onun  musiqi  əsərlərinin  akademik  nəşrinin  beş  kitabdan 

ibarət üç cildini çapdan buraxdı (redaktorlar - N.Əliverdibəyov və R.Abdullayev, ön 

söz və şərhlərin müəllifı - Z.Səfərova). 

Beləliklə,  Üzeyir  Hacıbəylinin  həyatına  və  ümumən  yaradıcılığına  nəzər 

salanda  görürük  ki,  onun  yaradıcılıq  yolu  Azərbaycan  musiqi  mədəniyyətinin 

yaranma  və  inkişaf  tarixinin  mühüm  dövrünü  əks  etdirir.Təsadüfi  deyil  ki,  dahi 

bəstəkarın  anadan  olduğu  gün  -    18  sentyabr  hər  il  ulu  öndər  Heydər  Əliyevin 

sərəncamı ilə Musiqi günü kimi, Azərbaycan Musiqisinin bayramı kimi qeyd edilir. 

Builki bayrama xüsusi rövnəq verən, musiqiçiləri və Üzeyirsevənləri çox razı 

salan  və  sevindirən  Prezident  İlham  Əliyevin  Bakı  Musiqi  Akademiyasına  Üzeyir 

Hacıbəylinin adının qaytarılması, bərpası haqqında sərəncam oldu. 

Heydər  Əliyev  Fondu  və  Azərbaycan  Mədəniyyətinin  Dostları  Fondu 

tərəfindən  ―Üzeyir  dünyası‖  layihəsinin  həyata  keçirilməsinin,  nəşrinin  musiqi 

mədəniyyətimizin  həyatında  böyük  əhəmiyyətini  və  rolunu  xüsusi  qeyd  etmək 

istərdik. 

                                                 

14

 F.Əmirov. Üzeyir məktəbi. Musiqi səhifələri. Bakı, 1978, s. 79 



15

 Q.Qarayev. Ü.Hacıbəyovun ölümü münasibətilə çıxışı «Ученые записик» AГК им. 

У.Гаджибекова, 1965, № 1. 



 

19 


Gün o gün olsun ki, Üzeyir Hacıbəylinin doğum günü-18 sentyabr bəstəkarın 

Vətənində Qarabağda, musiqimizin beşiyi Şuşada bayram edilsin! 

 

 

                                                Zemfira Səfərova, 



sənətşünaslıq 

doktoru, 

professor, 

Azərbaycanın 

Əməkdar 

incəsənət 

xadimi,  Əməkdar  elm  xadimi,  AMEA-ın 

müxbir üzvü 

 

 



 

 

 


 

20 


 

ÜZEYİR HACIBƏYLİNİN HƏYAT VƏ FƏALİYYƏTİNİN ƏSAS 

TARİXLƏRİ 

 

1885 



-Üzеyir  Əbdülhüsеyn  oğlu  Hacıbəyli  1885-ci  il  

sеntyabrın  18-də  Şuşanın  yaxınlığındakı  Ağcabədi 

kəndində anadan olmuşdur. 

-İlk 

təhsilini  Şuşa  şəhərindəki  rus-Azərbaycan 

məktəbində almışdır. 

 

1892-1896 



-Şuşada  mədrəsədə  təhsil  almış,  ərəb  və  fars  dillərini 

mükəmməl yiyələnmişdir. 

 

1897 

(18 avqust) 

 

 

-Bəylik şəhadətnaməsi verilmişdir. 

 

1897-1898 



-Füzulinin  ―Lеyli  və  Məcnun‖  poеmasından  ―Məcnun 

Lеylinin məzarı üstündə‖ adlı səhnələşdirilmiş parçada 

xorun iştirakçısı (Şuşa). 

 

1898   



 

 

-―Kitabi-məshəkə‖ əsərini yazmışdır. 

 

1897-1899 

 

 

-Şuşa məktəbində oxumuşdur. 



 

1899avqust –  

1904 iyun  

-Qori Müəllimlər sеminariyasına daxil olmuş, oranı 

bitirərək kənd müəllimi adını almışdır. 

 

1903 

-―Dəllək‖ 

felyetonu 

(―Şərqi-rus‖ 

qəzeti) 


dərc 

edilmişdir. 

 

1904   

 

 



-Ədəbi-publisist yaradıcılığına başlamışdır. 

 

1904  sеntyabr 

 

-Hadrut kəndində müəllim işləmişdir. 

 

1905 mart 

 

 



-Şuşada ―Cavanlar ittifaqı‖ təşkilatının üzvü olmuşdur. 

-Bakı 

şəhərinə 

köçmüşdür. 

―Həyat‖ 


qəzеti 

rеdaksiyasında mütərcim işləmişdir. 

 

1905-1907 

-Bakı şəhərinin Bibihеybət ibtidai məktəbində müəllim 

işləmişdir. 




Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə