Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   77   78   79   80   81   82   83   84   ...   101

144 
 
Əliyev  13  iyun  2000-ci il tarixli fərman  vermişdir.  AMEA-nın  Rəyasət  Heyəti Nəsirəddin Tusinin  800 
illik yubileyinin hazırlanması və keçirilməsi məqsədilə Komissiya yaratmışdır. 
2001-ci  il  iyunun  29-da  Akademiyada  seçkilər  keçirilmişdir.  Seçkilər  nəticəsində  özlərinin 
hərtərəfli  bilikləri  və  elmə  verdikləri  töhfələri  ilə  seçilən  alimlər  dəstəsi  Akademiyanın  tərkibinə  qəbul 
edilmişdir.  AMEA-nın  Nizamnaməsinə  uyğun  olaraq  Akademiyanın  yeni  prezidenti  və  Rəyasət  Heyəti 
seçilmişdir.  Akademiyanın  prezidenti  vəzifəsinə  yekdilliklə  akademik  Mahmud  Kərim  oğlu  Kərimov 
seçilmişdlr. 
Son 10 ildə AMEA-nın müəssisələrində 1644 mühüm nəticə alınmış, 20000-ə yaxın məqalə (3000-i 
xaricdə)  çap  olunmuşdur.  200-e  yaxın  doktorluq,  650-ə  yaxın  namizədlik  dissertasiyası  müdafiə 
edilmişdir, 504 iş istehsalata tətbiq olunmuşdur. 
AMEA-da  birləşən  alimlərimiz  dövlət  başçısı  Heydər  Əliyevin  müstəqil  Azərbaycanın  hərtərəfli 
tərəqqisinə  xidmət  edən  islahatlar  siyasətini  ürəkdən  dəstəkləyir  və  onun  həyata  keçirilməsində  fəal 
iştirak edirlər. 
Azərbaycan Respublikasının  Prezidenti Heydər Əliyevin  imzaladığı "Azərbaycan Respublikasının 
dövlət  müstəqilliyinin  onuncu  ildönümü  haqqında"  fərmanda  ölkəmizin  milli  dövlətçilik  kontekstində 
irəli  sürülən  konseptual  müddəalar  işığında  müstəqil  dövlətlimizin  aparıcı  təsisatlarından,  təməl 
sahələrindən  olan  milli  təhsil  sisteminin  de  ötən  dövrdəki  nailiyyətlərindən,  nöqsanlarından, 
problemlərindən, təhsil quruculuğu və islahatın gedişindən, YUNESKO tərəfindən "Təhsil əsri - intellekt 
əsri"  elan  edilmiş  XXI  əsrdə  təhsilimizin  üstün  istlqamətlərindən,  perspektivlərindən  ətraflı  bəhs 
edilmişdir. 
Məlumdur  ki,  Azərbaycanda  təhsilin,  pedaqoji  fikrin,  təlim-tərbiyə  ocaqlarının  tarixi  qədimlərlə, 
köhnə çağlarla səsləşsə də, müasir, yeni, Avropa tipli məktəblərin əsası, çağdaş milli təhsilimizin təməli 
XIX əsrin sonlarından qoyulmuş, XX əsrin əvvəllərində genişlənmiş, "Birinci Respublika" - Azərbaycan 
Xalq  Cümhuriyyəti  dövründə  milli  təhsil  quruculuğu  dövlət  siyasətinə  çevrilmiş,  "İkinci  Respublika"  - 
Azərbaycan  SSR  dövründə  milli  dəyərlərin  kifayət  qədər  nəzərə  alınmaması  ilə  bağlı  müəyyən 
nöqsanlarına baxmayaraq, güclü  təhsil sistemi formalaşmış, Azərbaycanın zəngin intellektual  potensialı 
yaranmış, xalqımız kütləvi surətdə maariflənmiş, savadsızlıq ləğv edilmişdir. Bu mərhələdə, xüsusən 70-
cl illər - 80-ci illərin birinci yarısında sözün əsl mənasında ölkəmizdə Azərbaycan məktəbi yaranmışdır. 
Doğma  Azərbaycan  dilində  gənclərə  mükəmməl  təhsil  verən  orta  və  ali  məktəb,  güclü  intellektual 
potensial formalaşmışdır. Bu,  XX  əsrdə  mili  müstəqilliyə  aparan  yolda xalqımızın  əldə etdiyi  ən  böyük 
tarixi nailiyyətlərdin biridir. 
Bu  gün  iftixarla  demək  olar  ki,  xalqımızı  müstəqil  inkişaf  yoluna  hazırlayan  bütün  sahələrdə 
olduğu kimi, milli təhsil sahəsində qazanılmış böyük nailiyyətlərdə də Azərbaycanın rəhbəri missiyasını, 
aradakı kiçik fasilə istisna edilməklə, XX əsrin 30 ildən artıq bir dövrünü öz qüdrətli çiyinlərində uğurla 
üçüncü minilliyə daşımış böyük şəxsiyyət Prezident Heydər Əliyevin müstəsna xidmətləri vardır. 
1991-ci  il  oktyabrın  18-də  80  il  əvvəl  itirilmiş  dövlət  müstəqilliyimizin  bərpası  ilə  Azərbaycan 
tarixinin  yeni  bir  dövrü,  müstəqil  inkişaf  mərhələsi  olan  "Üçüncü  Respublika"-  müstəqil  Azərbaycan 
Respublikası  dövrü  başlandı.  Lakın  təəssüflə  qeyd  ovunmalıdır  ki,  Azərbaycan  təhsilinin  böyük 
himayəçisi Heydər Əliyevin yüksək dövlət vəzifələrindən uzaqlaşdırılması ilə onun başladığı və on ildən 
artıq bir müddətdə uğurla həyata keçirdiyi quruculuq işləri 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində 
dayandırılmışdı. 
1985-cl  ildən  başlayaraq  "yenidənqurma"  adı  altında  keçmiş  SSRİ-də,  o  cümlədən  Azərbaycanda 
gedən  ictimai-siyasi  proseslər,  sonra  isə  Qarabağ  müharibəsinin  başlanması  təhsilin  inkişafında 
geriləməyə,  böhrana  geniş  yol  açdı.  Bu  proseslər  müstəqilliyin  ilk  illərində,  xüsusən  1991  -1993-cü 
illərdə  daha  da  dərinləşdi.  Azərbaycan  təhsilində  müstəqilliyin  ilk  illərindəki  böhranlı  vəziyyətin 
yaranmasının  əsas  səbəblərindən  biri  də  1992-ci  ilin sonunda  qəbul  edilmiş  "Təhsil  Qanunu"  olmuşdu. 
Təhsil  quruculuğunda  səriştəsizliyin,  yalançı  pafosun  ən  bariz  nümunəsi  olan  həmin  qanun  təhsilimizə 
vurulan  ağır  zərbə  idi.  Prezident  Heydər  Əliyev  bu  barədə  danışarkən  demişdir:  "Təəssüflər  olsun  ki, 
Azərbaycanda  bu  mühüm  sahəyə  1992-ci  ildə  qəbul  olunmuş  "Təhsil  Qanunu"  ilə  böyük  zərbə 
vurulmuşdur".  Əslində,  1991-1993-cü  illər  milli  müstəqilliyimizin  qorunması  yolunda,  digər  sahələrdə 
olduğu kimi, təhsil sferasında da itirilmiş illər sayılır. 
Yalnız millətin xilaskarı, böyük maarifpərvər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə 
yenidən qayıdışı ilə təhsil sistemində də tənəzzülə son qoyuldu. 
Heydər Əliyevin tarixi qayıdışından sonra ölkədə hazırlanan və həyata keçirilən strateji xətt təhsil 
müəssisələrini  normal  fəaliyyət  halına  gətirməklə,  təhsilin  milli  tərəqqimizin  həqiqi,  güclü  amilinə 
çevrilməsi  üçün  bu  sahədə  geniş  islahatlar  proqramının  işlənib  hazırlanması  və  həyata  keçirilməsi 
vəzifəsini irəli sürdü. Təhsil sahəsində islahatlar aparılmasının dövlət təminatı gücləndirildi. Bu məqsədlə 


145 
 
ölkə prezidenti 1998-ci ilin martında "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət 
Komissiyası yaradılması haqqında" sərəncam imzaladı. Dövlət Komissiyası tərəfindən çox qısa müddətdə 
"Azərbaycan  Respublikasının  təhsil  sahəsində  İslahat  Proqramı"  hazırlandı,  hərtərəfli  müzakirələrdən 
sonra təkmilləşdirilmiş variantda 1999-cu ilin iyununda dövlət başçımız tərəfindin imzalandı və qüvvəyə 
mindi.  Həmin  proqram  Azərbaycan  təhsil  sisteminin  beynəlxalq  standartlara  uyğunlaşdırılmasını  vacib 
saysa  da,  eyni  zamanda  milli  təhsil  ənənələrimizə  sədaqətin  və  varisliyin  də  parlaq  təzahürünə  çevrildi, 
respublikamızda heç bir başqa ölkənin təhsil sisteminin olduğu kimi tətbiq edilməsinin yol verilməzliyini 
göstərdi. 
İslahat  Proqramının  üç  mərhələdə  (1999-cu  il;  2000-2003-cü  illər;  2004-cü  ildən  sonrakı  dövr) 
həyata keçirilməsi və bu mərhələlərdə 130-a qədər konkret tədbirin reallaşdırılması nəzərdə tutulmuşdur. 
İslahatın  aparılmasının  hüquqi-normativ  bazasını  yaratmaq  məqsədilə  indiyədək  hazırlanmış  142 
normativ-hüquqi sənəddən artıq 100-ü təsdiq edilib istifadəyə verilmişdlr. 
Hazırda  "Təhsil  Qanunu"nun  yeni  layihəsi  geniş  müzakirələrdən  sonra  Milli  Məclisin  təsdiqinə 
verilmişdir.  Yeni  qanun  islahat  prosesinin  hüquqi-  normativ  bazasının  tam  formalaşmasını  təmin 
edəcəkdir. 
Prezidentin "İnsan, təhsilinin əsasını orta  məktəbdə alır. Ona görə də bütün  təhsil sistemində orta 
məktəb...  xüsusi  yer  tutmalıdır",  -  konseptual  göstərişi  əsas  tutularaq  ümumi  orta  təhsilin  ahəngdar 
inkişafı  dövlət  təhsil  siyasətində  aparıcı,  həlledici  yer  tutur.  Azərbaycan  Respublikasının 
Konstitusiyasında (maddə 42) deyilir ki, dövlət bütün vətəndaşlara pulsuz icbari ümumi orta təhsil almaq 
hüququnu  təmin  edir.  Ölkə  əhalisinin  təxminən  20  faizini  təşkil  edən  ümumtəhsil  məktəb  şagirdlərinin 
dərsliklərlə  dövlət  təminatına  mərhələlərlə  (hələlik  1-4-cü  siniflərdə)  keçilməsi  haqqında  qərar  1994-cü 
ildə məhz Prezidentimizin təşəbbüsü ilə qəbul edilmişdir. 
Azərbaycan  təhsil  tarixində  ilk  dəfə  ümumi  orta  təhsilin  dövlət  standartları  və  bazis  tədris  planı 
1999-cu  ildə  hazırlanıb  təsdiq  edilib.  Şagirdlərin  yaş  və  fizioloji  xüsusiyyətləri  nəzərə  alınmaqla 
hazırlanan bazis tədris planı çoxvariantlı işçi tədris planlarının tətbiqinə, şagirdlərin meyl və maraqlarının 
nəzərə alınmasına imkan vermişdir. 
Ümumtəhsil  məktəblərinin  yeni  milli  dərsliklərinin  yaradılması  istiqamətində  ciddi  addımlar 
atılmışdır. Hazırda ümumtəhsil məktəblərinin 1-4-cü sinifləri üzrə dərslilərin 90 faizi, 5-11-ci siniflər üzrə 
75 faizindən çoxu məzmunca yeniləşdirilmişdir. Ümumiyyətlə, 1993-2001-ci illər ərzində ümumi təhsilin 
müxtəlif pillələri və müxtəlif tipli məktəblər üzrə 200-ə yaxın adda 12 milyon nüsxədən artıq orta məktəb 
dərsliyi  latın  qrafikası  ilə  nəşr  edilərək  istifadəyə  verilmişdir.  Hazırda  Təhsil  Nazirliyində  "Dərsliklərin 
hazırlanması, nəşri və təminatı sahəsində Dövlət Proqramı"na uyğun olaraq dərslik islahatı uğurla davam 
etdirilir. 
Ümumi təhsildəki ən ciddi yeniliklərdən biri müstəqilliyimizin yaşıdı olan yeni əlifbaya keçilməsi - 
latın  qrafikalı  əlifbanın  tətbiqinin  reallığa  çevrilməsidir.  Böyük  fəxrlə  qeyd  etmək  olar  ki,  Prezidentin 
"Bizim  bu  günümüz,  gələcəyimiz  məhz  latın  əlifbası  ilə  bağlıdır"  tarixi  çağırışı  hələlik  yalnız  təhsil 
sistemində özünün tam həllini tapmışdır. 
Son 10 ildə təmayüllü siniflərə, yeni tipli tədris müəssisələrinə diqqət xeyli güclənmişdir. Hazırda 
ölkədə istedadlı şagirdlərin təhsil aldığı 41 litsey və gimnaziya fəaliyyət göstərir ki, onlarda 17558 şagird 
təhsil alır. İstedadlı uşaqlara dövlət qayğısının artması üçün hüquqi bazanın möhkəmləndirilməsində ölkə 
prezidentinin  imzaladığı  "Azərbaycanda  gənc  istedadlara  dövlət  qayğısı  haqqında"  fərmanı  böyük  rol 
oynamışdır.  Həmin  fərmanla  Azərbaycanın  gənc  istedadlarının  "Qızıl  Kitab"ının  və  Prezidentin  xüsusi 
təqaüdünün təsis olunması bu sahədə aparılan işlərə güclü təkan vermişdir. 
Müstəqillik illərində ümumi orta təhsil müəssisələrinin şəbəkəsi də yüksələn xətlə inkişaf edərək, 
hətta  ölkədə  daxili  siyasi  sabitliyin  tam  bərqərar  olduğu  1995/96-cı  dərs  ili  ilə  müqayisədə  belə  xeyli 
artmışdır. Belə ki, əgər 1995/96-cı dərs ilində respublikada 4494 ümumtəhsil müəssisəsi (erməni təcavüzü 
nəticəsində  dağıdılmış  616  ümumtəhsil  məktəbi  istisna  edilməklə)  fəaliyyət  göstərirdisə,  2000/2001-ci 
dərs ilində onların sayı 4561-ə çatmışdır. 
Əldə  olunmuş  böyük  uğurlardan  biri  milli  təhsilimizin  mühüm  sahəsi  olan  texniki  peşə 
məktəblərinin  qorunub  saxlanmasıdır.  Azərbaycan  Prezidentinin  tapşırığı  ilə  1996-cı  ildə  respublika 
hökuməti  "Azərbaycan  Respublikasında  peşə  təhsilinin  təkmilləşdirilməsi  tədbirləri  haqqında"  qərar 
qəbul etdi; peşə məktəbləri və peşə 
litseyləri
 yaradıldı. Hazırda ölkədə 108 ibtidai peşə təhsili müəssisəsi, 
o cümlədən 47 peşə litseyi, 61 peşə məktəbi fəaliyyət göstərir ki, bunlarda 115 peşə üzrə 25 minə yaxın 
şagird təhsil alır. 
Müstəqillik illərində ali təhsil pilləsi də həm məzmun, həm struktur, həm də kəmiyyət baxımından 
inkişaf  yolu  keçib.  Azərbaycan  ali  təhsili  tarixində  ilk  dəfə  olaraq  1993/94-cü  dərs  ilindən  etibarən  iki 
pilləli ali təhsilə - 4 illik bakalavriat və 2 illik magistraturaya keçilmişdir. Dövlət ali məktəblərinin sayı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə