Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   78   79   80   81   82   83   84   85   ...   101

146 
 
17-dən 2001-ci ildə 30-a çatmışdır. Ali məktəblərimiz həm də sanballı elm mərkəzlərinə çevrilmişdir. Son 
10 ildə rəsmi dövlət qeydiyyatından keçmiş 18 qeyri-dövlət ali təhsil müəssisəsi də fəaliyyət göstərir. 
Ali  təhsil  sahəsində  yeniliklərdən  biri  də  "Azərbaycan  Respublikasında  təhsil  sisteminin 
təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə 
ölkənin  4  aparıcı  ali  məktəbinə  -  Bakı  Dövlət  Universiteti,  Azərbaycan  Dövlət  Neft  Akademiyası, 
Azərbaycan Tibb Universiteti və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına maliyyə müstəqilliyi, bir 
neçə  ali  məktəbə  isə  "Universitet"  statusu  verilmişdir.  Həmin  fərmanla  təhsil  sistemində  indiyədək 
ölkəmizdə  analoqu  olmayan  ali  tədris  müəssisəsi  -  Azərbaycan  Müəllimlər  İnstitutunun  və  onun  12 
bölgədə regional filiallarının yaradılması islahat istiqamətində atılan uğurlu addımlardandır. 
Hazırda  respublika  təhsil  sistemində  1814  məktəbəqədər  tərbiyə  müəssisəsi,  4561  ümumtəhsil 
məktəbi, 393 məktəbəqədər tərbiyə müəssisəsi, 108 peşə litseyi və peşə məktəbi, 72 orta ixtisas təhsili (4-ü 
qeyri-  dövlət),  48  ali  təhsil  müəssisəsi  (18-i  qeyri-dövlət,  6-sı  xüsusi  təyinatlı)  fəaliyyət  göstərir.  Bu  gün 
Azərbaycanın  məktəbəqədər  tərbiyə  müəssisələrində  112280  uşaq  tərbiyə,  ümumtəhsil  məktəblərində 
1689  682  şagird,  texniki  peşə  müəssisələrində  24454  şagird,  orta  ixtisas  məktəblərində  42598  tələbə,  ali 
təhsil müəssisələrində isə 123329 tələbə təhsil alır. 
Müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələr genişlənmişdir. Bu gün dünyanın inkişaf 
etmiş 40-a yaxın ölkəsində 160-a yaxın ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alır, təqribən 
50  xarici  ölkədən  isə  Azərbaycanın  müxtəlif  ali  məktəblərində  2000-dən  çox  tələbə,  magistr,  aspirant 
təhsil  almaqdadır.  Bu  gün  xarici  əlaqələr  sahəsində  əsas  strateji  məqsəd  hər  bir  ali  təhsil  müəssisəsinin 
beynəlxalq  fəaliyyət  subyektinə  çevrilməsinə  imkan  yaratmaqdan,  Avropa  İqtisadi  Birliyinin, 
YUNESKO-nun  və  digər  beynəlxalq  təşkilatların  müxtəlif  təhsil  proqramları  və  layihələrində  iştirak 
etməkdən ibarətdir. 
XXI əsrin əvvəlində Azərbaycan Respublikası dünyanın 30-dan çox ölkəsi ilə ali təhsil sahəsində 
geniş miqyaslı əməkdaşlıq edir. 
Müstəqillik illərində təhsilin inkişafına ayrılan büdcə vəsaitinin ardıcıl olaraq artması (1995-ci ildə 
ümumi dövlət büdcəsinin 17 faizini, 2001-ci ildə isə 23 faizini təşkil etmişdir) 1993-2001-ci illərdə təhsil 
işçilərinin əmək haqqını 9 dəfə artırmağa imkan vermişdir. 
Müstəqil  Azərbaycanda  təhsil  islahatının  aparılmasında  mühüm  uğurlardan  biri  Dünya  Bankının 
maliyyə  dəstəyi  sayıla  bilər.  Dünya  Bankının  Beynəlxalq  İnkişaf  Assosiasiyasından  alınan  Öyrənmə  və 
İnnovasiya  krediti  ilə  1999-cu  ilin  sentyabrından  Azərbaycanda  Təhsil  İslahat  Proqramının  həyata 
keçirilməsinə  başlanmışdır.  Kredit  müqaviləsini  Beynəlxalq  İnkişaf  Assosiasiyası  ilə  Azərbaycan 
hökuməti  bağlamışdır.  Layihəni  2002-cl  ilədək  başa  çatdırmaq  nəzərdə  tutulub.  Bu  sahədə  Təhsil 
Nazirliyi Dünya Bankı ilə əlaqələri genişləndirmək istiqamətində danışıqlar aparmış, 2002-2011-cl illərdə 
Azərbaycanda təhsilin inkişafı üzrə strateji istiqamətləri müəyyənləşdirmişdir. 
Deyilənlər  göstərir  ki,  hazırda  dünya  təcrübəsi  də  öyrənilməklə  Azərbaycanda  təhsil  sisteminin 
inkişafı üçün məqsədyönlü işlər görülür. 
Əminik  ki,  müasir  Azərbaycan  təhsili  özünün  zəngin  mütərəqqi  ənənələrinə,  milli-mənəvi  və 
ümumbəşəri  dəyərlərə,  beynəlxalq  təcrübəyə  əsaslanaraq  milli  təhsil  quruculuğu  sahəsində  başladığı 
lazımi islahatları uğurla başa çatdıracaq, təhsil islahatının memarı və qurucusu Heydər Əliyevin müdrik 
tövsiyələrini əzmlə həyata keçirəcəkdir. 
 
 


147 
 
§ 2. Mədəniyyətin inkiĢafı 
 
XX  əsr  Azərbaycan  xalqının  həyatında  silinməz  izlər  qoymuşdur.  Əslində  yüzilliklərin, 
minilliklərin  qovuşuğunda  yeni  bir  Azərbaycan  təşəkkül  tapmışdır.  Xalqımızın  tarixi  taleyi  elə  imkan 
yaratmışdır  ki,  son  yüzillikdə  Azərbaycan  köhnə  dünyadan  sürətlə  qopmuş,  elm,  mədəniyyət,  səhiyyə, 
təhsil, ictimai-siyasi intibah yolunu tutmuşdur. 
Bu gün böyük bir millətin üzvü kimi hər bir azərbaycanlı fəxr edə bilər ki, ata-babalarımız olduqca 
qısa  bir  zaman  ərzində  kütləvi  savadsızlığa  son  qoymuş,  vətənimiz  bütün  insanları  oxuyub-yazmağı 
bacaran  savadlılar  diyarına  çevrilmişdir.  Vətənpərvər  və  təəssübkeş  ziyalılarımızın  vətəndaş  fəallığı 
sayəsində Şərqdə ilk teatr, ilk opera, ilk kino və sair Azərbaycanda meydana  gəlmişdir. Kütləvi surətdə 
savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzini 
də, xarici görünüşünü də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur. 
Demokratik,  müstəqil  Azərbaycan  dövlətinin  bərqərar  olması  xalqımızın  həm  iqtisadi,  həm  də 
mənəvi  qələbəsi  olmuşdur.  Bu  gün  Azərbaycanın  təhsili,  mədəniyyəti,  ümumiyyətlə,  iqtisadi,  sosial, 
mədəni,  mənəvi  və  siyasi  həyatının  bütün  sahələri  dünya  sivilizasiyasına  tam  cavab  verən  bir 
səviyyədədir. 
Əsrin əvvəlində  əldə etdiyimiz  müstəqilliyin 70 illik ayrılıqdan sonra yenidən özümüzə qayıtdığı 
son 10 ildə minilliklərdən süzülüb gələn mədəniyyətimizin doğma qaynaqlara söykənməklə ümumbəşəri 
dəyərlərə  qovuşması  üçün  əsl  mənada  münbit  zəmin  təmin  edilmişdir.  Soy-kökə  qayıdış,  millətimizin 
özünü  dərk  etməsi,  xalqımızın  və  dövlətimizin  sivil bəşəriyyətin  birgəyaşayış  qaydalarını  mənimsəmək 
prosesi  gücləndikcə  Azərbaycan  xalqının  malik  olduğu  ümumbəşəri  mədəniyyətin təntənəsi  daha  aydın 
nəzərə  çarpır.  Müstəqilliyimizin  on  ili  ərzində  mədəniyyət  işçilərimizin  qazandığı  uğurlar,  bütövlükdə 
mədəni həyatımız belə deməyə əsas verir ki, XX əsr həqiqətən tarixə mədəniyyətimizin təntənəsi ilə daxil 
olmuşdur. 
XX əsrdə yaşayıb-yaradan sənətkarlarımızın, mədəniyyət və incəsənət xadimlərimizin layiqli həyat 
yolu  bir  daha  sübut  etdi  ki,  Qobustanın  qaya  təsvirlərindən,  Azıx  mağarasından  başlayaraq  mənəvi 
dəyərlərimiz  "Kitabi  -  Dədə  Qorqud"la,  Xaqani  Şirvani  və  Nizami  Gəncəvi  ilə,  Qazi  Bürhanəddin  və 
Nəsimi ilə, Şah İsmayıl Xətayi və Məhəmməd Füzuli ilə, "Şah İsmayıl", "Koroğlu", "Aşıq Qərib", "Abbas 
və  Gülgəz"  dastanları  ilə  necə  qiymətlidirsə,  ötən  əsrin  mənəvi  sərvətləri  ilə  də  bir  o  qədər  uca  və 
şöhrətlidir. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Səməd Vurğun və 
Rəsul Rza, İlyas Əfəndiyev və Bəxtiyar Vahabzadə, Üzeyir Hacıbəyov və Müslüm Maqomayev, Bülbül, 
Şövkət Məmmədova və Niyazi, Qara Qarayev və Fikrət Əmirov, Rauf Hacıyev və Tofiq Quliyev, Abbas 
Mirzə  Şərifzadə,  Ülvi  Rəcəb  və  Rza  Təhmasib,  Sidqi  Ruhulla,  Ədil  İsgəndərov,  Mehdi  Məmmədov  və 
Ələsgər  Ələkbərov,  Mərziyə  Davudova,  Hökumə  Qurbanova  və  Leyla  Bədirbəyli,  Səttar  Bəhlulzadə, 
Mikayıl Abdullayev və Tahir Salahov... Adları gələcək minilliklərə ərməğan olacaq sənətkarların bu nəsli 
artıq XX əsrin mədəniyyət tarixində qızıl sətirlərə dönmüşdür. 
Azərbaycan mədəniyyəti bu gün həmin qaynaqlardan qidalanaraq özünün böyük hamisi Prezident 
Heydər  Əliyevin  qayğı  və  diqqəti  sayəsində  daha  möhtəşəm  bir  dövrünü  yaşayır.  Müstəqillik  dövründə 
tarixi  şəxsiyyətlərimizin,  milli  mədəniyyətimizin  görkəmli  nümayəndələrinin,  habelə  ayrı-  ayrı  milli 
bayramların  və  tarixi  günlərin  qeyd edilməsi ilə  bağlı tədbirlər  dövlət  başçımızın  imzaladığı fərman  və 
sərəncamlarla  keçirilir.  Bu  sənədlərə  əsasən  görkəmli  şəxsiyyətlərimizin  adı  ilə,  tarixi  hadisələrlə  bağlı 
yeni küçələr, meydanlar salınır, muzeylər açılır, müxtəlif nəşrlər çap olunur, sənət ustalarımız ölkəmizin 
ali mükafatları ilə təltif edilir, onların istedadı, mədəniyyətimizin inkişafında xüsusi yeri və rolu bir daha 
təsdiq olunur. 
Ən  sevindirici  olanı  budur  ki,  Azərbaycan  artıq  öz  mədəniyyəti,  ədəbiyyatı  və  incəsənəti, 
şəxsiyyətləri ilə dünya meridianlarına çıxır. Prezidentimizin müvafiq fərmanları ilə dahi Azərbaycan şairi 
və  mütəfəkkiri  Məhəmməd  Füzulinin  500  illik  yubileyinin  Fransada,  Türkiyədə,  İraqda,  İranda  və 
Rusiyada,  dünya  şöhrətli  Bülbülün  100  illik  yubileyinin  Moskvada,  Tbilisidə  və  Ankarada,  məşhur 
bəstəkar Qara Qarayevin 80 illik yubileyinin Moskvada və Parisdə, görkəmli müğənni Rəşid Behbudovun 
80 illik yubileyinin Moskvada, türk xalqlarının Ana kitabı olan "Kitabi- Dədə Qorqud" dastanının 1300 
illik  yubileyinin  Parisdə  -  YUNESKO-nun  iqamətgahında  yüksək  səviyyədə  qeyd  olunması  müstəqil 
Azərbaycanı yenidən dünyaya tanıtmışdır. 
Hazırda  Azərbaycanda  27  professional  teatr,  50-dək  xalq teatrı  və  özəl  teatr,  13  konsert  təşkilatı 
fəaliyyət göstərir. Mədəniyyət Nazirliyi sistemində 2 böyük simfonik orkestr, xalq çalğı alətləri orkestri, 
bir neçə kamera və estrada kollektivi var. Ölkəmiz üçün ən çətin məqamlarda Prezidentimizin köməyi ilə 
Opera  və  Balet  Teatrının,  balet  truppasının,  Azərbaycan  Dövlət  Simfonik  Orkestrinin,  Dövlət  Xor 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə