Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə85/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   81   82   83   84   85   86   87   88   ...   101

152 
 
işində böyük rol oynamışdı. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda 
azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu". 
1920-ci  il  aprelin  28-də  Azərbaycanda  sovet  hakimiyyəti  elan  edilməsi  ilə  ölkədə  milli-mənəvi 
dəyərlərin  qorunması  məsələsi  əsl  mənada  ciddi  sınaqlardan  çıxmalı  oldu.  Rusiya  sovet  hökumətindən 
asılı  olan  Azərbaycan  Sovet  Sosialist  Respublikası  hökuməti  1920-1922-ci  illərdə  formal  da  olsa 
müstəqilliyini qoruyub saxlaya bildiyindən və həmin dövrdə hökumətə Azərbaycan xalqının böyük oğlu 
Nəriman  Nərimanov  başçılıq  etdiyindən  milli-mənəvi  dəyərlərimizdən,  onların  qorunub  saxlanmasının 
vacibliyindən  dövlət  səviyyəsində  az  da  olsa,  danışmaq  mümkün  olurdusa,  1922-ci  ilin  sonunda 
Azərbaycan  artıq  üzvü  olduğu  ZSFSR  tərkibində  SSRİ-yə  daxil  edildikdən  sonra  ümumiyyətlə, 
azərbaycançılıq,  soykökə  qayıdış,  milli-mənəvi  dəyərlər  mövzularında  hər  hansı  söhbət  açmaq  belə 
millətçilik  kimi  damğalanır  və  təqib  olunurdu.  20-30-cu  illər  repressiyaları  qurbanlarının  əksəriyyətini 
təşkil edənlər elə milli ruhu və dəyərlərini qoruyub saxlamış adamlar olmuşdular. Dövlət başçımız Hey- 
dər Əliyev həmin dövrdən danışarkən demişdir: "...bu dövr çox mürəkkəb, ziddiyyətli dövr - bir tərəfdən, 
hakim rejimin repressiyaları, xalqımızın ənənələrinə, mənəviyyatına göstərilən təzyiqlər, məhrumiyyətlər 
və məhdudiyyətlər, ikinci tərəfdən isə, eyni zamanda xalqımızın böyük inkişaf yolu olmuşdur". 
Əlbəttə,  sovet  hakimiyyəti  illərində  nailiyyətlərimiz  də  olmuşdu,  xalqımız  savadlanmış,  onun 
mədəni  səviyyəsi  yüksəlmiş,  Azərbaycanın  böyük  elmi  yaranmış,  respublikamızın  milli  mədəniyyəti 
yüksək səviyyələrə qalxmışdır. Lakin bunlar kommunist ideologiyasının rəhbər və istiqamətverici rolunu 
tanımaq şərtilə əldə edilmişdi. Çünki başqa cür düşünmək belə olmazdı. Milli-mənəvi dəyərlər, soykökə 
qayıdışla bağlı hər hansı müstəqil ideyalarla çıxış etmək sadəcə olaraq qadağan idi. 
1991-ci  il  oktyabrın  18-də  SSRİ-nin  dağılması  ərəfəsində  Azərbaycanın  dövlət  müstəqilliyi 
haqqında  Konstitusiya  Aktının  elan  edilməsi  ilə  Azərbaycan  yenidən  itirilmiş  istiqlaliyyətini  özünə 
qaytarsa  da,  istər  daxili,  istərsə  də  xarici  siyasətində  əsl  müstəqilliyə  nail  ola  bilmədiyi  kimi,  dövlət 
səviyyəsində  milli-mənəvi  dəyərlərin  qorunması  və  yaşadılması  üçün  də  əslində  heç  nə  edə  bilmədi. 
Sanki  hamının  başı  hakimiyyət  uğrunda  mübarizəyə  qarışmışdı.  Heç  kimin  yadına  düşmürdü  ki,  axı 
Azərbaycan  Müsəlman  Şərqində  birinci  olaraq  öz  müstəqil,  demokratik  dövlətini  yaratmış,  lakin  onu 
daxili  ziddiyyətlər  və  mürəkkəb  beynəlxalq  şərait  üzündən  cəmi  23  ay  saxlaya  bilmişdi.  Axı  70  il 
keçdikdən  sonra  yenidən  əldə  etdiyimiz  müstəqilliyimizin  də  aqibəti  elə  ola  bilər  və  biz  bir  xalq  kimi 
ümumiyyətlə  dövlətçilikdən  məhrum  ola  bilərik.  Bəs  nəticəsi  necə  oldu?  Ölkəmizin  ərazisinin  20  faizi 
Ermənistan tərəfindən işğal olundu, bir milyondan artıq qaçqın və məcburi köçkünlərimiz çadırlarda ağır 
vəziyyətdə  yaşamağa  məcbur  edildi,  ölkəni  separatçılıq  meylləri  bürüdü,  hakimiyyət  böhranı  vətəndaş 
müharibəsinə  gətirib  çıxardı...  Azərbaycanın  başının üstünü  yenidən  öz  müstəqilliyini  itirmək  təhlükəsi 
aldı. 
Belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdan Heydər 
Əliyev  qısa  müddətdə  bütün  bu  neqativ  hallara  son  qoyaraq  hər  cür  separatçılıq  meyllərini  aradan 
qaldırdı,  ölkədə  ictimai-siyasi sabitliyi  bərqərar  etdi, iqtisadiyyatı  fəlakətli  vəziyyətdən  qurtarmaq  üçün 
islahatlar  proqramını  işləyib  hazırladı  və  həyata  keçirməyə  başladı,  ölkənin  təbii  sərvətlərindən  xalqın 
faydalanması  üçün  inkişaf  etmiş  dövlətlərlə  çoxsaylı  neft  müqavilələrinin  bağlanmasına,  Ermənistanla 
müharibədə atəşkəs əldə edilməsinə nail oldu. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərtilə 
Ermənistanla müharibəyə son qoymaq üçün fəal sülh siyasəti yeritmək mövqeyini bütün dünyaya bəyan 
etdi. Bu siyasət dünya birliyində, beynəlxalq təşkilatlarda rəğbətlə qarşılandı. Hazırda dünyanın ən aparıcı 
dövlətləri Azərbaycanın mövqeyini dəstəkləyir və onu müdafiə edirlər. 
Digər məsələlərdə olduğu kimi, milli-mənəvi dəyərlər məsələsinə münasibətdə də Heydər Əliyevin 
mövqeyi  aydın  və  qətidir:  "Müstəqilliyi  elan  etmək,  onun  qorunması  və  möhkəmləndirilməsi 
istiqamətində  dövlət  tədbirləri  həyata  keçirmək  nə  qədər  vacib  olsa  da,  əsl  müstəqilliyi  qazanmaq  üçün 
bu, hələ azdır. 
Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı 
ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün 
isə  o,  ilk  növbədə  yüksək  mənəviyyata  malik  olmalıdır,  xalqımızın  milli-  mənəvi  dəyərləri  onun 
şəxsiyyətinin  mahiyyətini  təşkil  etməlidir.  O,  azərbaycançılığın,  mənsub  olduğu  Azərbaycan  xalqının 
mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir". 
Müstəqillik  illərində  biz  dövlət  başçımızın  bu  dəyərli  tövsiyələrini  rəhbər  tutaraq  milli-mədəni 
irsimizi, tariximizi, milli sənətimizi ideoloji buxovlardan və qadağalardan xilas etmək yolunda çox uğurlu 
addımlar ata bilmişik. 
Milli-mənəvi dəyərlərimizə yiyələnməkdə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi dövlət 
başçımız  tərəfindən  əsas  vəzifələrdən  biri  kimi  irəli  sürülmüşdür.  Dövlət  başçımız  bu  məsələdən  bəhs 
edərkən  belə  deyir:  "Gənclərimiz  milli  ruhda  tərbiyə  olunmalıdır,  bizim  milli-mənəvi  dəyərlərimizin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə