Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə86/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   82   83   84   85   86   87   88   89   ...   101

153 
 
əsasında  tərbiyələnməlidir.  Gənclərimiz  bizim  tariximizi  yaxşı  bilməlidir,  milli  dəyərlərimizi  yaxşı 
bilməlidir.  Milli  dəyərlərimizi,  milli  ənənələrimizi  yaxşı  bilməyən,  tariximizi  yaxşı  bilməyən  gənc 
vətənpərvər ola bilməz". Maraqlıdır ki, Heydər Əliyev tariximizdən bəhs edərkən onu mənəviyyatımızla 
sıx  əlaqədə  görür  və  göstərir  ki,  xalqımızın  tarixinin  əsasını  təşkil  edən  bütün  mərhələlərdə  yüksək 
mənəviyyat  olmuşdur  və  keçmiş  tariximizdən  bizə  qalan  simaları  bu  gün  dünyada  məşhurlaşdıran  da, 
bizim üçün nümunə edən də onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır. 
Milli-mənəvi  dəyərlərimizin  mənimsənilməsində  doğma  dilimizin  rolu  olduqca  böyükdür. 
Məlumdur ki, sovet hakimiyyəti illərində bütün milli dillər kimi Azərbaycan dilinə münasibətdə də böyük 
ədalətsizliklərə  yol  verilmiş,  ayrı-ayrı  vaxtlarda  isə  Azərbaycan  dilinin  qanuni  hüququnun  özünə 
qaytarılması  üçün  göstərilən  cəhdlər  Mərkəzin  ciddi  müqaviməti  ilə  qarşılaşmışdı.  Azərbaycan  rəhbəri 
Heydər  Əliyevin  təşəbbüsü  ilə  1978-ci  ildə  Azərbaycan  SSR  Konstitusiyası  qəbul  olunarkən,  orada 
Azərbaycan  dilinin  dövlət  dili  statusu  təsbit  olunmuşdu,  lakin  Sovetlər  İttifaqının  ümumi  dili  -  rus  dili 
hakim dil olduğundan Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsi yolunda çoxlu maneələr 
yaradılmışdı.  Yalnız  müstəqillik  illərində  bilavasitə  dövlət  başçımızın  hərtərəfli  qayğısı  sayəsində 
Azərbaycan dilinin bütün hüquqları özünə qaytarıldı, eyni zamanda doğma dilimiz barədə AXC-Müsavat 
hakimiyyəti  dövründə  yol  verilmiş  əllaməliklərə  son  qoyuldu.  Müstəqil  Azərbaycan  Respublikasının 
1995-ci il noyabrın 12-də ümumxalq referendumu əsasında qəbul olunmuş ilk Konstitusiyasında (maddə 
21)  təsbit  olundu  ki,  "Azərbaycan  Respublikasının  dövlət  dili  Azərbaycan  dilidir.  Azərbaycan 
Respublikası Azərbaycan dilinin inkişafını təmin edir". 
Azərbaycan  dilinin  dövlət  dili  statusunda  təkcə  azərbaycanlılara  deyil,  Azərbaycan  ərazisində 
yaşayan bütün xalqlara eyni dərəcədə sədaqətlə xidmət etməsi milli-mənəvi dəyərlərimizin qorunması və 
tərəqqisi baxımından yeni və mühüm bir mərhələni təşkil edir. 
Müstəqil  dövlətimiz  üçün  taleyüklü  məsələlərin  həyata  keçirilməsi  tariximizin  bir  çox  qaranlıq 
səhifələrini  açmaqla  kimliyimizi  tam  müəyyən  etməyi,  milli  kökləri  ilə  bağlı  yeni  təfəkkürlü  gənc  nəsil 
yetişdirilməsini zəruri edir. Müstəqilliyimizin sonuncu 8 ilində keçid dövrünün bütün çətinliklərinə, ağır 
proseslərinə  baxmayaraq,  Prezidentimizin  dəyərli  tövsiyə  və  göstərişlərini  həyata  keçirərək  tarixi 
keçmişimizin  çox  qiymətli  səhifələrini  açıb  xalqa  göstərməyə  çatdırmaq  yolunda  uğurlu  addımlar  ata 
bilmişik.  Xalqımızın  hər  bir  övladı  öz  tarixi  keçmişini,  varisi  olduğu  mədəni  irsi  daha  dərindən 
öyrəndikcə böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir. 
Sovet hakimiyyəti illərindən qalan ən ağır, çətin problemlərdən biri bu müddət ərzində dinimizdən 
məhrum  edilməyimiz  olmuşdur.  Ancaq  dini  heç  kəs  unutmamışdır,  dini  xalq  öz  qəlbində,  ürəyində 
yaşatmışdır. Müstəqillik əldə olunan kimi müqəddəs dinimiz - islam da sürətlə inkişaf etməyə başlayıbdır. 
Məlumdur  ki,  yaxın  keçmişin  uzun  sürən  totalitar  rejimi,  ateizm  ideologiyası  konfessiyaların, 
xüsusən də islam dininin sərbəst fəaliyyəti üçün ciddi qadağalar qoymuşdu. Azərbaycan SSR-də əhalinin 
mütləq əksəriyyəti islam dininə mənsub olduğu halda rəsmən fəaliyyət göstərən 53 dini icmadan ancaq 
18-i  islam  dini  təşkilatı  idi.  Həmin  dövrdə  Azərbaycanda  31  xristian  dini  təşkilatı  və  təriqəti,  4  yəhudi 
dini təşkilatı qeydə alınaraq fəaliyyət göstərirdi. 
Xalqımız dövlət müstəqilliyi əldə etdikdən sonra ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən 
vicdan  və  dini  etiqad  azadlığı  beynəlxalq  standartlara  uyğun  bərpa  edilmişdir.  Dini  etiqad  azadlığı 
Azərbaycan siyasətində demokratik hüquqi cəmiyyət quruculuğunun zəruri atributu kimi dərk edilir və bu 
sahədə  Azərbaycan  Respublikası  Konstitusiyası,  həmçinin  "Dini  etiqad  azadlığı  haqqında"  Azərbaycan 
Respublikası Qanununa müvafiq olaraq ardıcıl mütərəqqi tədbirlər həyata keçirilir. 
İslam dininin bəşəriyyətə bəxş etdiyi mənəvi dəyərlərin əhəmiyyətindən və onların öyrənilməsinin 
vacibliyindən bəhs edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin hələ 1996-cı il fevralın 
2-də  müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunda söylədiyi fikirlər bu gün üçün də 
çox  aktual  səslənir:  "...bizim  Konstitusiyamıza  görə  ölkəmizdə  dünyəvi  dövlət  qurulur,  din  dövlətdən 
ayrıdır. Təbiidir, bütün dünyəvi ölkələrdə bu belədir. Bu, heç kəsdə təəccüb doğurmasın. Bu, bizim dinə 
münasibətdə  başqa  bir  mövqe  tutmağımızı  göstərmir.  Ancaq  gənclərimizin  islam  dinini  mənimsəməsi 
üçün,  hesab  edirəm  ki,  lazımi  tədbirlər  görülməlidir.  Çünki  bu  tədbirlərin  olmaması  nəticəsində  bəzi 
mənfi  hallar  meydana  çıxır,  ayrı-ayrı  qruplar  gənclərə  fanatizm  əhval-ruhiyyəsini  aşılamaq  istəyirlər  və 
bunlar da bizim gənclərin tərbiyəsinə zərər vurur. Ona görə də islam dininin məktəblərdə tədris olunması, 
hesab  edirəm  ki,  günün  tələblərindən  biridir  və  bu  barədə  Təhsil  Nazirliyi,  müvafiq  təşkilatlar 
düşünməlidirlər, lazımi tədbirlər görməlidirlər. Yəni bizim gənclərimiz dinimizi olduğu kimi öyrənməli, 
qəbul etməli və ondan istifadə etməlidirlər. Biz heç vaxt yol verə bilmərik ki, ayrı-ayrı şəxslər, ayrı-ayrı 
qüvvələr  öz  şəxsi  mənafelərini  güdərək  islam  dini  pərdəsi  altında  Azərbaycan  gənclərinin  tərbiyəsinin 
zədələnməsinə  gətirib  çıxarsınlar".  Zənnimizcə,  bu  gün  dini  təbliğat  sahəsində  baş  verən  xoşagəlməz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə