Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   85   86   87   88   89   90   91   92   ...   101

158 
 
nin  yüksək  fəxri  adlarına  layiq  görülməsi,  SSRİ  respublikalarında  və  bir  sıra  sosialist  ölkələrində 
Azərbaycan  mədəniyyəti  və  incəsənəti  günlərinin  keçirilməsi  respublikamızın  qədim  və  böyük 
mədəniyyət diyarı olduğunu bütün dünyaya bəyan edirdi. 
Heydər  Əliyevin  uzaqgörən  siyasətinin  mühüm  cəhətlərindən  biri  də  həmin  illərdə  Azərbaycanı 
müstəqil  xarici  siyasət  yeritməyə  kiçik  miqyasda  olsa  belə  hazırlamaq  məqsədilə,  onun  beynəlxalq 
birlikdə  tanıdılmasına  nail  olmaq  idi.  Məlumdur  ki,  keçmiş  SSRİ-nin  xarici  siyasətində  müttəfiq 
respublikalar  birbaşa  iştirak  edə  bilmirdilər.  Lakin  bütün  maneə  və  sədlərə  baxmayaraq,  Azərbaycanın 
xarici  aləmlə  elmi-texniki,  iqtisadi  və  mədəni  əlaqələrinin  genişləndirilməsinə,  xarici  ölkələrdə 
Azərbaycan  mədəniyyəti  günlərinin  keçirilməsinə  maksimum  səylər  göstərilir,  Bakıda  beynəlxalq 
tədbirlər təşkil olunur, xarici ölkələrdə məskunlaşmış azərbaycanlılarla əlaqələrin qurulması istiqamətində 
müəyyən  addımlar  atılırdı.  Azərbaycanın paytaxtı  Bakı  şəhəri  həmin  dövrdə  dünya  miqyasında tanınan 
mədəniyyət və elm mərkəzinə çevrilmiş, azərbaycanlılar özünəməxsus tarixi, mədəniyyəti, ənənələri olan 
bir millət kimi tanınmış, Cənubi Qafqaz respublikaları içərisində Azərbaycan ön mövqeyə çıxmışdı. 
Azərbaycan dili ilk dəfə Heydər Əliyevin respublikada rəhbərliyi dövründə tədricən həqiqi dövlət 
dili statusu aldı və bu tarixi akt Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında təsbit olundu. Yenə də 
Heydər  Əliyevin  hakimiyyəti  dövründə  biz  ilk  dəfə  Cənubi  Azərbaycanın  adını  ucadan  çəkə  bildik, 
cənubda  yaşayan  milyonlarla  həmvətənimizin  dərdləri,  qayğıları  ilə  yaxından  tanış  ola  bildik.  Məhz  bu 
böyük  şəxsiyyətin  təşəbbüsü  ilə  Azərbaycan  Elmlər  Akademiyasının  Ədəbiyyat  İnstitutunda  Cənubi 
Azərbaycan  ədəbiyyatı,  Tarix  İnstitutunda  Cənubi  Azərbaycan  tarixi  şöbələri  yaradıldı,  Azərbaycan 
Yazıçılar İttifaqında Cənubi Azərbaycan ədəbiyyatı üzrə katiblik təsis olundu. 
Yuxarıda  deyilənlər,  dövlət  başçımızın  Azərbaycan  rəhbəri  olduğu  1969-1982-ci  illərdə 
azərbaycançılıq  və  soykökə  qayıdış  ideyalarının  dirçəldilməsinə,  həyata  keçirilməsinə  yönəldilmiş 
çoxcəhətli fəaliyyətinin yalnız ayrı-ayrı epizodlarıdır. Lakin elə bu epizodların özləri də belə bir nəticəyə 
gəlmək  üçün  kifayətdir  ki,  Heydər  Əliyev  imperiya  siyasətinin  tüğyan  etdiyi  mürəkkəb  şəraitdə  yalnız 
böyük  dövlət  xadimlərinə  və  mahir  siyasətçilərə  xas  olan  uzaqgörənliklə  Azərbaycan  xalqının  milli 
mənlik  şüurunun  yüksəldilməsi,  azərbaycançılığın  və  söykökə  qayıdışın  sürətləndirilməsi  üçün  əlindən 
gələni  etmiş,  ölkənin  gələcək  müstəqilliyinin  bünövrəsi  olacaq  qüdrətli  iqtisadi  zəmin  yaratmış,  bütün 
xalqı güclü və müstəqil Azərbaycan uğrunda gələcək mübarizəyə hazırlamışdı. 
Dövlət başçımızın 1982-1987-ci illərdə SSRİ siyasi rəhbərliyində ali vəzifələrdən birini tutması da 
onun  fəaliyyətinin  milli  məzmununa  heç  bir  xələl  gətirməmiş,  əksinə,  doğma  xalqın  müqəddəratı  onu 
daim düşündürmüş, Vətənini azad etmək, müstəqil dövlətə çevirmək arzusu bu qüdrətli dövlət xadimini 
heç vaxt tərk etməmişdi. 
Xalqın sədaqətli oğlu Azərbaycan müstəqillik mücadiləsinə qalxdığı günlərdə də səsini onun haqq 
səsinə qatmış, 1990-cı il yanvarın 20-də Bakıda sovet qoşunlarının törətdiyi qanlı cinayətə etiraz edərək 
ertəsi  günü  Moskvada  yürüşə  çıxan  on  minlərlə  həmvətənlərimizin  ön  sırasında  getmiş,  bəyanatla  çıxış 
edərək, xalqımızın haqq səsini dünyaya çatdırmışdı. 
Xalq  hərəkatının  təzyiqi  altında  1991-ci  il  oktyabrın  18-də  "Azərbaycanın  dövlət  müstəqilliyi 
haqqında"  Konstitusiya  Aktı  qəbul  edilməsilə  XX  əsr  tariximizin  dördüncü  mərhələsi  başlasa  da,  o 
zamankı  Azərbaycan  rəhbərliyi  onu  əsl  müstəqilliyə  çevirmək  uğrunda  heç  bir  əməli  iş  görə  bilmədi. 
Heydər  Əliyevin  Moskvadan  Vətənə  qayıtdıqdan  sonra  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 
sədri  seçilməsi  Azərbaycanın  istiqlalı  yolunda  xüsusi  mərhələ  oldu,  başqa  sözlə,  azərbaycançılıq  və 
soykökə  qayıdış  istiqamətində  görülən  işləri  dövlət  səviyyəsində  həyata  keçirməyə  imkan  yaratdı. 
Nəticədə Naxçıvan Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliləməsində bayraqdar rolunu öz üzərinə 
götürdü. SSRI-ni saxlamaq üçün qurulmuş qondarma referendum burada boykot edildi, Azərbaycan Xalq 
Cümhuriyyətinin  üçrəngli  bayrağı  dövlət  bayrağı  kimi  ilk  dəfə  qəbul  olundu,  rus-sovet  qoşun  hissələri 
muxtar  respublikadan  çıxarıldı,  20  Yanvar  faciəsinə  siyasi  qiymət  verildi.  Bir  sözlə,  o  zaman  Heydər 
Əliyevin  başçılığı  altında  Naxçıvan  bütün  Azərbaycan  üçün  milli  azadlıq  və  milli  dövlət  quruculuğu 
nümunəsi göstərdi, xaos və təhlükələr, ictimai narazılıqlar və qarşıdurmalar, dövlət çevrilişləri dövrünü 
yaşayan ölkəmiz üçün ümid yerinə çevrildi. 
1993-cü  ilin  may-iyununda  Azərbaycanda  dövlət  böhranının,  hakimiyyətsizliyin,  xaosun,. 
başıpozuqluğun  kulminasiya  nöqtəsinə  çatması  ilə  vətəndaş  müharibəsi  və  müstəqilliyin  itirilməsi 
təhlükəsi yarandıqda xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və bu, 
ümummilli  hərəkata  çevrildi.  Müdrik  siyasətçi,  təcrübəli  və  iradəli  dövlət  xadiminin  Azərbaycanda 
yenidən hakimiyyətə qayıdışı günü - 15 iyun 1993-cü il tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 
Bu gün, həmçinin azərbaycançılıq və soykökə qayıdışın qələbəsi günü oldu. 
Hər şeydən əvvəl, əmin-amanlıq, qanunçuluğun bərpa olunması, müstəqilliyin qorunub saxlanması 
istiqamətində uğurlu addımlar atıldı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə