Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə92/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   88   89   90   91   92   93   94   95   ...   101

163 
 
Dövlət  Bədən  Tərbiyəsi  və  İdman  Akademiyasının  rektoru  Ağacan  Əbiyev  çıxış  edərək  Azərbaycan 
idmanının inkişafına göstərdiyi diqqət və qayğıya görə bütün idmançılar adından dövlət başçısı Heydər 
Əliyevə öz minnətdarlıqlarını bildirdilər. 
Qeyd  olunmalıdır  ki,  2001-ci  ilin  əvvəlindən  başlayaraq  idmançılarımız  bir  çox  beynəlxalq 
yarışlarda iştirak edərək yüksək nəticələr gostərmişlər Bu isə Azərbaycan gəncliyinin, o cümlədən onların 
ən sağlam, gümrah və güclü hissəsini təşkil edən idmançılarımızın yeni əsrdə və minillikdə daha böyük 
uğurlar  qazanacağından,  ərazi  bütövlüyümuzə  nail  olacağından,  öz  torpaqlarının  qanuni  sahibləri  kimi 
daim  onun  keşiyində  duracağından  xəbər  verməklə  yanaşı,  həm  də  xalqımızın  yeni  gözəl  nəsil  tərbiyə 
etdiyini  və  yetişdirdiyini  bir  daha  bütün  dünyaya  nümayiş  etdirir.  Bu  uğurlar  ilk  növbədə  dövlətimizin 
gənclər siyasətinin parlaq nəticəsi kimi qiymətləndirilə bilər. 
 
 


164 
 
VI FƏSĠL 
 
SAĞLAMLIQ VƏ ƏTRAF MÜHĠTĠN QORUNMASI 
 
§ 1. Səhiyyə islahatları 
 
Respublikamızda  səhiyyənin  inkişafı  və  əhalinin  sağlamlığının  qorunması  sahəsində  son  on  ildə 
əldə  edilən  nailiyyətlər  möhtərəm  Prezident  Heydər  Əliyevin  adı  ilə  bilavasitə  bağlıdır.  Məhz  ölkə 
başçımızın  yeritdiyi  böyük  siyasətin  nəticəsində  səhiyyə  sahəsində  də  həyata  keçirilən  islahatlar  xalqın 
sağlamlığına  dövlət  səviyyəsində  göstərilən  müstəsna  qayğı  və  diqqətin  əsl  mənada  parlaq  nümunələri 
sayıla bilər. 
İndi Azərbaycan səhiyyəsinin uğurları təkcə respublikamızda, keçmiş postsovet məkanında deyil, 
həm  də  inkişaf  etmiş  ölkələrdə,  o  cümlədən,  ABŞ,  İngiltərə,  Fransa,  Almaniya,  Kanada,  İtaliya  və  s. 
tərəfindən təsdiq edilir və qəbul olunur. Əlbəttə, qısa müddətdə belə yüksək səviyyənin əldə edilməsi həm 
də  onunla  izah  edilir  ki,  hələ  1969-1982-ci  illərdə  respublikamıza  rəhbərlik  edərkən,  eləcə  də  1982-1987-ci 
illərdə SSRİ rəhbərlərindən biri olarkən Heydər Əliyev respublika həyatının bütün sahələri kimi, səhiyyəmizin 
də  yüksəlişini  təmin  etmiş,  onun  hərtərəfli  inkişafı  üçün  bütün  mümkün  tədbirləri  həyata  keçirmişdir. 
Həmin dövrdə yüzlərlə müasir səhiyyə obyektləri inşa edilmiş, mövcud tibb müəssisələrinin yarıdan çoxu 
yenidən  qurulmuş,  Bakıda  və  respublikanın  digər  şəhərlərində  ittifaq  əhəmiyyətli  ixtisaslaşdırılmış 
mərkəzlər açılmış və bunlar saysız-hesabsız miqdarda ən yeni cihaz və avadanlıqlarla, tibbi ləvazimatlarla 
təmin olunmuş, ittifaqda və xarici ölkələrdə çoxsaylı yüksək ixtisaslı elmi- tibbi kadrlar hazırlanmışdır. 
Beləliklə,  səhiyyəmiz  indiki  mövcud  ağır  iqtisadi  şəraitdə,  ilk  növbədə  həmin  möhkəm  təməlin 
əsasında inamla yaşamış, uğurla tərəqqi etmiş və xalqımızın sağlamlığının keşiyində dayanmışdır. 
Son illərdə ölkə başçısının bilavasitə rəhbərliyi, diqqəti və dəstəyi ilə Səhiyyə Nazirliyi sistemində 
ardıcıl və məqsədyönlü iş görülmüş, islahatlar aparılmışdır. Bu işdə ilk əvvəl səhiyyənin hüquqi-normativ 
bazasının  təkmilləşdirilməsi  və  dünya  standartları  səviyyəsinə  qaldırılması  daim  diqqət  mərkəzində 
olmuşdur.  Həmin  məqsədlə  bir  sıra  qanunlar  ("Əczaçılıq  fəaliyyəti  haqqında",  "Özəl  tibb  fəaliyyəti 
haqqında",  "Tibbi  sığorta  haqqında"  və  s.)  işlənib  hazırlanmış  və  Milli  Məclis  tərəfindən  təsdiq 
edilmişdir. 
Azərbaycan  Respublikası  ərazisində  AİDS-in  yayılmasının  qarşısının  alınması  üzrə  və  vərəm 
əleyhinə proqramlar fəaliyyət göstərir. 
Səhiyyə  Nazirliyinin  islahatlar  proqramı  hazırlanmış  və  onun  icrasına  başlanmışdır.  Azərbaycan 
Prezidentinin respublikada "Səhiyyə sahəsində İslahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə" 
13  mart  1998-ci  il  tarixli  sərəncamı  səhiyyənin  bütün  sahələrini  əhatə  edən  islahatların  daha  geniş 
miqyasda və sürətlə aparılması üçün şərait yaratmışdır. 
Səhiyyə  orqanlarının  idarəetmə  aparatlarında  bir-birini  təkrarlayan  struktur  bölmələrin  ixtisar 
edilməsi; 
müalicə-profilaktika  müəssisələri  tərəfindən  əhaliyə  göstərilən  pullu  xidmətlərin 
genişləndirilməsi; özəl, qismən və tam təsərrüfat hesabı ilə işləyən tibb müəssisələri yaradılması yolu ilə 
əhaliyə göstərilən tibbi xidmətin keyfiyyət və səmərəsinin artırılması və s. həmin islahatların əsasını təşkil 
edir. 
Hazırda  Səhiyyə  Nazirliyi  sistemi  strukturu  ümumi  çarpayı  fondu  74600  olan  783  xəstəxanadan, 
1646 ambulator poliklinika müəssisəsi, 743 həkim ambulatoriyası, 12 elmi-tədqiqat institutu, Azərbaycan 
Tibb Universiteti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və 9 orta tibbi 
təhsil məktəbindən ibarətdir. Respublikanın tibb müəssisələrində 29 min həkim və 67 min orta tibb işçisi 
çalışır. 
Ölkə Prezidentinin tövsiyəsinə uyğun olaraq, səhiyyə sistemində islahatlar yuxarıdan, yəni Səhiyyə 
Nazirliyinin  aparatından  başlanılmışdır.  Nəticədə  Səhiyyə  Nazirliyi  və  Bakı  Baş  Səhiyyə  idarəsinin 
aparatında struktur dəyişikliyi aparılaraq bir-birini təkrar edən paralel vəzifələr və idarələr ləğv edilmiş, 
struktur bölmələrinin sayı azaldılmışdır; respublikanın şəhər və rayon səhiyyə orqan və müəssisələrində 
də  analoji  struktur  dəyişiklikləri  aparılmışdır;  respublika  rayonlarının  demoqrafik,  coğrafi-  iqlim 
xüsusiyyətlərini,  müalicə-profilaktika  müəssisələrinin  iş  yükünü  nəzərə  alaraq,  onların  strukturunun  və 
ştat vahidlərinin sanitar-texniki normativlərə və əhalinin tələbatına uyğunlaşdırılması istiqamətində geniş 
iş aparılmış, artıq struktur və vəzifələr ixtisar edilmişdir. 
Keçid dövründə səhiyyədə mütərəqqi dəyişikliklərin aparılması və yeni səhiyyə sistemini qurmaq 
məqsədilə  1994-cü  ilin  dekabrında  Azərbaycan  Respublikası  Prezidenti  ilə  BMT-nin  YUNİSEF 
təşkilatının  rəhbərliyi  "əməkdaşlıq  proqramı"  imzalamışlar.  Proqrama  uyğun  olaraq,  islahatlara  digər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə