Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə88/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   84   85   86   87   88   89   90   91   ...   101

156 
 
Azərbaycan  Xalq  Cümhuriyyəti  olduqca  çətin  və  mürəkkəb  şəraitdə  cəmi  23  ay  yaşamasına 
baxmayaraq  həmin  qısa  müddətdə  böyük  işlər  görmüş  və  Azərbaycanın  gələcəkdə  də  müstəqil  olması 
üçün ciddi zəmin yaratmışdı. 
Azərbaycan  dövlətinin  sərhədləri  müəyyən  olunmuş,  dövlətçilik  atributlarımız  qəbul  edilmişdi. 
Milli  dövlət  quruculuğu  sahəsində  mühüm  işlər  görülmüş,  Azərbaycan  dilinin  tətbiq  olunması, 
mədəniyyətimizin,  təhsilin  inkişafı,  iqtisadiyyatın  nizamlanması  sahələrində  irəliyə  doğru  ciddi  əməli 
addımlar atılmışdı. 
XIX  əsrin  son  rübündən  başlayaraq  oyanmış  və  getdikcə  güclənən  ümummilli şüur inkişaf  etmiş, 
azərbaycançılıq  ümumşərq,  ümummüsəlman  mücərrədliyindən  ayrılaraq  artıq  Azərbaycan  Xalq 
Cümhuriyyəti  dövründə,  xalqın  düşünən  hissəsinin  fikir  və  əqidəsində  özünə  möhkəm  yer  tutmuşdu. 
Nəticədə milli mənlik şüuru güclənmiş, onun inkişafı düzgün, yaradıcı istiqamətə yönəlmişdi. 
Daxili  ziddiyyətlər,  başlıcası  isə  xarici  təcavüz  nəticəsində  Azərbaycan  Xalq  Cümhuriyyəti  süqut 
etsə  də,  onun  fəaliyyəti  Azərbaycan  xalqının  qəlbində  ümid  çırağı  kimi  yanmaqda  davam  etdi.  Heç  də 
təsadüfi  deyildi  ki,  əsrin  sonunda  öz  müstəqilliyini  bərpa  edən  Azərbaycan  Respublikası  Xalq 
Cümhuriyyətinin varisi olaraq bu dövlətin himnini, üçrəngli bayrağını və gerbini bərpa elədi. 
XX əsr tarixinin üçüncü mərhələsi 1920-ci ilin aprelindən başlanır və Azərbaycan Sovet Sosialist 
Respublikası elan edilməsindən sonrakı  -71 il davam etmiş dövrü  əhatə edir. Bu  mərhələnin birinci iki 
ilində  Azərbaycan  qismən  də  olsa  öz  müstəqilliyini  qoruyub  saxlaya  bilmişdisə  də,  1922-ci  ildə  SSRİ 
yaradıldıqdan sonra onun tərkibinə daxil edilmişdi. 
Əlbəttə, dünya proletar inqilabını həyata keçirməyi qarşısına məqsəd qoymuş bir dövlətin tərkibinə 
daxil olan yarımmüstəqil bir dövlət qurumunda milli mənlik şüurundan, azərbaycançılıqdan və soykökə 
qayıdışdan danışmaq belə qadağan edildiyindən milli mədəniyyətimiz, xalqımızın milli-mənəvi dəyərləri 
amansız  təqiblərə  məruz  qaldı.  Hələ  1920-ci  ilin  aprelindən  başlayaraq  Azərbaycanın  milli  ruhlu 
ziyalılarına münasibətdə həyata keçirilən repressiya tədbirləri, xüsusilə 1937-1938-ci illərdə Azərbaycan 
elminə və mədəniyyətinə böyük  zərbələr vurdu. Bu illərdə Azərbaycanın xüsusi xidmət orqanlarında və 
hüquq-mühafizə orqanlarında özünə möhkəm yuva salmış, erməni millətçiləri Azərbaycan xalqının milli 
azadlıq  ruhuna  son  qoymaq  üçün  daha  çox  canfəşanlıq  etmək  imkanı  qazandılar,  nəticədə  50  min 
nəfərdən artıq adam güllələndi, 100 mindən çox insan Sibirə və Qazaxıstana sürgün edildi. Hüseyn Cavid
Mikayıl Müşfiq, Tağı Şahbazi, Salman Mümtaz və bir çox başqaları kimi yüzlərlə görkəmli şəxsiyyətlər 
və milli ideya carçıları məhv edildi. 
Bununla  belə,  20-30-cu  illərdə  Azərbaycan  xalqının  qəhrəman  əməyi  ilə  neft  sənayesində  böyük 
yüksəliş  əldə  edilmiş,  sənayenin  yeni  sahələri  yaranmış,  kənd  təsərrüfatı  dirçəldilmişdi.  Azərbaycan 
elliklə  savadlanmış,  orta  ümumtəhsil  məktəblərinin,  xəstəxana  və  poliklinikaların,  ali  və  orta  ixtisas 
məktəblərinin, elmi-tədqiqat və mədəni-maarif müəssisələrinin şəbəkəsi xeyli genişləndirilmişdi. 
İkinci  dünya  müharibəsində  faşist  Almaniyasının  antihitler  koalisiyası  tərəfindən  darmadağın 
edilməsində misilsiz xidmətləri olmuş Azərbaycan xalqı çox dözümlü və qəhrəman xalq olduğunu bütün 
dünyaya bir daha nümayiş etdirdi. 
Müharibədən  sonrakı  illərdə  də  respublikamız  iqtisadiyyat  və  mədəniyyət  sahələrində  mühüm 
nailiyyətlər  qazanmaqla  yanaşı,  SSRİ-nin  digər  respublikalarının  iqtisadiyyatının  bərpa  olunması  və 
inkişafı işində də fəal iştirak etdi. 
Azərbaycan  xalqı  sovet  hakimiyyəti  illərində  mövcud  şəraitə  uyğunlaşsa  da,  eyni  zamanda  onun 
qəlbində  tam  müstəqillik,  milli  azadlıq  hissləri  yaşamış,  yeri  gəldikdə,  əlverişli  şərait  yarandıqda  bu 
hisslər  barədə  açıq  danışmaqdan,  mübarizə  aparmaqdan  çəkinməmişdir.  70  illik  sosializm  rejimi 
dövründə də bu hisslər xalqı heç vaxt tərk etməmiş, lakin sərt cəza tədbirləri və repressiyalar hər dəfə onu 
həmin  hissləri  qəlbində  qoruyub  saxlamaqla  müəyyən  müddət  susmağa  məcbur  etmişdir.  Totalitar 
kommunist rejimi dövründə Azərbaycana rəhbərlik etmiş şəxslər, ayrı- ayrı istisnalar nəzərə alınmazsa, 
demək  olar  ki,  70-ci  illərə  qədər  respublikada  milli  mənlik  şüurunun  dirçəldilməsi,  azərbaycançılığa  və 
soykökə qayıdış məsələlərində Moskvanın göstərişlərinə dönmədən əməl edərək sərt maneələr yaratmış, 
özlərinin "proletar beynəlmiləlçiliyi" prinsiplərinə sədaqətini nümayiş etdirmək üçün nə lazımdırsa etmiş, 
bəzən  isə  bu  sahədə  düşünülmədən  atılan  uğursuz  addımlar  milli  ruhda  tərbiyə  işini  daha  da 
çətinləşdirmiş,  mərkəzin  yerli-yersiz  hücumları  üçün  respublikamızı  hədəf  seçməsinə  bir  növ  zəmin 
yaratmışdı. 
Yalnız  1969-cu  il  iyulun  14-də  Azərbaycanın  böyük  oğlu  Heydər  Əliyevin  respublikaya  rəhbər 
seçilməsi  ilə  belə  uğursuzluqların  qarşısı  alınmış,  Azərbaycan  cəmiyyətinin  mövcudluğunun, 
fəaliyyətinin,  bütövlükdə  həyatının  ideya-konseptual  prinsiplərində  yeni  milli-mənəvi  dəyərlərin 
başlanğıcı qoyulmuşdur. Bu baxımdan, 14 iyul 1969-cu il Azərbaycanın ən yeni tarixinə dönüş mərhələsi 
kimi daxil oldu. Bu, 60-cı illərin sonlarında iqtisadi və mədəni tənəzzül, milli ideya yoxsulluğu dövrünü 


157 
 
yaşayan  Azərbaycanın  tərəqqiyə  dönüşü,  cəmiyyətin  keyfiyyətcə  irəliyə,  milli  özünüdərkə,  milli 
özünəqayıdışa dönüşünün başlanğıcı idi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qısa müddətdə cəmiyyət 
həyatının  bütün  sahələrinin  sürətli  yüksəlişi,  istehsalın,  elmin,  mədəniyyətin,  mənəviyyatın  tərəqqisi 
əslində  daha  böyük  nailiyyətlərin  -  milli  ruhun  inkişafına,  milli  özünüdərkin  və  milli  qürurun 
yüksəlməsinə səbəb oldu. Beləliklə, gələcəkdə müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edən 
əzəmətli planın tərkib hissələrini təşkil etdi. 
Bu  gün  qətiyyətlə  demək  olar  ki,  Heydər  Əliyevin  Azərbaycana  uzunmüddətli  rəhbərliyinin  ən 
sanballı göstəriciləri həm də respublikada azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, 
milli özünüdərkin keçmişin bütün buxovlarından azad olması, xalqın tarixi yaddaşının özünə qaytarılması 
kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsinə, real siyasi 
amilə  çevrilməsinə  nail  olunmasıdır.  İndi  təkcə  respublikamızda  deyil,  həm  də  dünyanın  qabaqcıl 
ölkələrində  belə  Azərbaycanın  müasir  intibahı  dövrü  kimi  dəyərləndirilən  70-ci  illər-  80-ci  illərin 
əvvəllərinin  böyük  inkişaf  epoxası  xalqımızın  qəlbində,  düşüncələrində  illərlə  yığılıb  qalmış  milli 
ideyanın - azadlıq, müstəqillik, suveren Azərbaycan dövləti ideyalarının canlanmasına, gələcəkdə qüdrətli 
milli  azadlıq  hərəkatının  ideya-mənəvi  əsası  və  hərəkətverici  özəyi  dərəcəsinə  yüksəlməsinə  zəmin 
yaratdı. 
80-ci  illərin sonu  -  90-cı  illərin  əvvəllərində  müstəqillik  hərəkatının  genişlənməsinə  aparan  çətin, 
ziddiyyətlərlə  dolu  tarixi  yolun  mühüm,  bəlkə  də  başlıca  mərhələlərindən  biri,  şübhəsiz,  70-ci  illərin 
ümumi  milli  yüksəlişi  və  onun  sayəsində  xalqın  daha  da  qabarıq  mübarizlik  ruhunun  formalaşması 
olmuşdur. 
Bu  illərdə  Azərbaycanda  milli  özünüdərk  prosesi  xüsusilə  qüvvətlənmişdi.  Həmin  proses  Heydər 
Əliyev tərəfindən çox böyük həssaslıq və uzaqgörənliklə idarə olunur və tənzimlənirdi. Sovet rejiminin 
ağır təzyiqinə baxmayaraq, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atılır, SSRİ-nin ayrı-
ayrı  respublikalarında  totalitar  rejimin  əleyhinə  çıxan  elm  və  mədəniyyət  xadimləri,  ziyalılar  təqiblərə 
məruz qaldıqları halda, Azərbaycanda yaradıcı ziyalılar üçün sərbəst düşüncə və iş şəraiti hökm sürürdü. 
Məlumdur  ki,  millətin  siyasi  müstəqilliyinin  bazisini  iqtisadi  müstəqillik,  iqtisadi  qüdrət 
şərtləndirir.  Bu  baxımdan  Azərbaycanın  70-80-ci  illərdə  iqtisadi  sahədə  əldə  etdiyi  nailiyyətlər  siyasi 
müstəqilliyə  aparan  yolda  mühüm  vasitə  idi.  İqtisadiyyatda  baş  verən  sürətli  yüksəliş  sosial  sahədə 
əvvəlki onillər ərzində yığılmış çoxsaylı problemlərin həlli üçün zəmin yaratdı. Sosial sahənin inkişafı isə 
öz  növbəsində  adamların  həyat  səviyyəsində  və  yaşayış  tərzində  nəzərəçarpan  dəyişikliklər  etdi. 
Azərbaycanda  bu  illərdə  baş  verən  böyük  quruculuq,  yaradıcılıq  və  inkişafın  nəticəsi  idi  ki,  SSRİ 
məkanında yalnız iki respublika - Rusiya Federasiyası və Azərbaycan İttifaq büdcəsindən heç bir dotasiya 
almadan fəaliyyət göstərirdi. 
1969-1982-ci  illərdə  Azərbaycan  intibahını  şərtləndirən  amillər  sırasında  təhsilin.  elmin, 
mədəniyyətin yüksəlişi xüsusilə diqqəti cəlb edir. Bu amil Azərbaycanın 70-ci illərdən başlayan mənəvi 
yüksəliş  tarixinin  inkaredilməz  reallığı  sayılmalıdır.  Həmin  illərdə  Azərbaycanın  şəhər,  kənd  və 
qəsəbələrində  700-ə  qədər  məktəb  binası  istifadəyə  verilmiş,  ali  təhsil  müəssisələrinin  şəbəkəsi 
genişlənmişdi.  Nəticədə  1980-ci  illərin  əvvəllərində  respublikada  ali  məktəblərin  sayı  12-dən  17-yə, 
bunlarda təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdı. 
Bu  illərdə  Heydər  Əliyevin  uzaqgörənliklə  istiqamətlənləndirdiyi  ən  dəyərli  təhsil  ənənələri 
sırasında azərbaycanlı gənclərin respublikamız üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş SSRİ-
nin  qabaqcıl  ali  məktəblərinə  göndərilməsi  praktikası  idi.  Bu  yolla  Azərbaycanın  elmi  və  kadr 
potensialının yüksəldilməsi ilə yanaşı, ən qabiliyyətli gənclərimizin vasitəsilə xalqımızın mədəniyyətinin, 
mənəvi-əxlaqi dəyərlərinin təbliği kimi çox vacib bir vəzifə də yerinə yetirilirdi. Bu mühüm işə göstərilən 
böyük  diqqət  və  qayğının  nəticəsi  idi  ki,  əgər  1969-cu  ildə  respublikadan  kənarda  təhsil  almağa 
göndərilən  və  əksəriyyəti  qeyri-azərbaycanlı  olan  tələbələrin  sayı  cəmisi  47  nəfər  idisə,  80-ci  illərin 
əvvəllərində  bu  rəqəm  hər  il  1000-1400  nəfərə  çatırdı  ki,  onların  da  böyük  əksəriyyəti  azərbaycanlı 
gənclərdən ibarət olurdu. 
Xalqın  müstəqil  gələcəyini  aydın  görən  Heydər  Əliyev  milli  hərbçi  kadrlar  hazırlamağın 
əhəmiyyətini yüksək qiymətləndirərək bu sahədə də təxirəsalınmaz tədbirlər həyata keçirirdi. Əgər 1972-
ci  ildən  başlayaraq  Azərbaycandan  hər  il  300-400  gənc  hərbi  təhsil  almaq  üçün  SSRI-nin  müxtəlif  ali 
məktəblərinə  qəbul  olunurdusa,  80-ci  illərin  əvvəllərində  bu  rəqəm  800-1000  nəfərə  çatmışdı.  Həm  də 
xüsusi diqqət yetirilirdi ki, hərbi məktəbə oxumağa göndərilənlərin əksəriyyəti azərbaycanlı olsun. 
1969-1982-ci  illərdə  Azərbaycanın  şöhrətinin  artırılması,  onun  bütün  dünyada  tanıdılması 
xalqımızın  elm  və  mədəniyyətinin,  tarixi  adət  və  ənənələrinin  təbliği  istiqamətində  həyata  keçirilən 
tədbirlər  də  azərbaycançılıq  və  soykökə  qayıdış  ideyalarının  dirçəldilməsində  mühüm  yer  tuturdu. 
Azərbaycanın tarixi şəxsiyyətlərinin adlarının əbədiləşdirilməsi, görkəmli mədəniyyət xadimlərinin SSRİ-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə