Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   80   81   82   83   84   85   86   87   ...   101

150 
 
Təkcə XX əsrin son 4 ili ərzində Prezident fərmanı ilə Dövlət Simfonik Orkestrinin və Azərbaycan 
Dövlət  Xor  Kapellasının  əmək  haqlarının  dörd  dəfə,  balet  artistlərinin  əmək  haqlarının  isə  beş  dəfə 
artırılması  bu  sahədə  çalışanlara  əsl  dövlət  qayğısı  olmuşdur.  Prezidentimizin  bu  kollektivlərin  malik 
olduğu imici saxlamaq, onların milli sərvət kimi nüfuzunu artırmaq, qorumaq, təbliğ və inkişaf etdirmək 
sahəsindəki qayğısı bu fərmanlarla bir daha təsdiq edilmişdir. 
Son  illərdə  ölkədə  keçirilən  müxtəlif  müsabiqələr,  mahnı  bayramları  xalq  yaradıcılığına  əsl  baxış 
olmuşdur.  Bu  müsabiqələrdə  uğur  qazanan  gənc  istedadlara  sonsuz  qayğı  və  diqqət  Azərbaycan 
mədəniyyətinin  inamlı  sabahı  deməkdir.  Prezidentimiz  tərəfindən  təsis  edilmiş  "Qızıl  Kitab"a  adları 
düşən və hər biri xüsusi təqaüdə layiq görülmüş gənc sənətçilərə milli mədəniyyətimizi XXI əsrdə inkişaf 
etdirmək nəsib olacaqdır. 
Azərbaycanda muzey işinin inkişafında da ölkə başçısı Heydər Əliyevin böyük əməyi vardır. Onun 
muzey  işinə  qayğısı  nəticəsində  muzeylərimizdə  həmişə  yeni  ekspozisiyalar  yaradılır  və  mövcud 
ekspozisiyalar zənginləşdirilir. 
Görkəmli şəxsiyyətlərin xatirə muzeylərinin yaradılması Prezidentimizin fəaliyyətində mühüm yer 
tutur. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakı şəhərində Azərbaycan mədəniyyəti, ədəbiyyatı və 
incəsənətinin  çox  görkəmli  nümayəndələri  -dahi  bəstəkar  Üzeyir  Hacıbəyovun,  xalq  şairi  Səməd 
Vurğunun,  böyük  dramaturq  Cəfər  Cabbarlının,  yazıçı  və  ictimai  xadim  Nəriman  Nərimanovun, 
Azərbaycanda professional vokal sənətinin banisi Bülbülün, böyük  yazıçı, "Molla Nəsrəddin" jurnalının 
naşiri  Cəlil  Məmmədquluzadənin,  böyük  bəstəkar  və  dirijor  Niyazinin,  Naxçıvanda  böyük  ədib  və 
dramaturq Hüseyn Cavidin xatirə muzeyləri açılmış, Tbilisidə M.F.Axundovun ev-muzeyi yaradılmışdır. 
Heydər Əliyev M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının fəaliyyəti və problemləri ilə 
daim  maraqlanmış,  son  illərdə  bir  neçə  dəfə  burada  olmuş,  öz  şəxsi  kitabxanasından  300-dən  artıq 
qiymətli ədəbiyyatı kitabxanaya bağışlamışdır. 
Əlbəttə, möhtərəm Prezidentimizin mədəniyyətimizə göstərdiyi yüksək qayğıya dair belə misallar, 
faktlar olduqca çoxdur. Lakin elə burada sadalanan və ən qısa xülasə xarakteri daşıyan məlumatlardan da 
göründüyü kimi, Prezident Heydər Əliyevin şəxsi qayğısı nəticəsində ölkəmizdə mənəvi dəyərlərimizin 
qorunması  və  daha  da  zənginləşdirilməsinə,  əhalinin  bu  dəyərlərə  qovuşmasına  daim  gözəl  imkan 
yaranmışdır. 
Bütün  bunlar  qəti  olaraq  belə  bir  inam  yaradır  ki,  Azərbaycan  mədəniyyəti  XXI  əsrdə  ölkə 
prezidentinin qayğısı sayəsində hələ çox uğurlar qazanaraq dünyanı heyrətdə qoyacaqdır. 
 
 


151 
 
§ 3. Milli-mənəvi dəyərlərin qorunması 
 
Azərbaycan Respublikasının Prezidenti, dünyanın sayılıb-seçilən siyasətçi və dövlət xadimlərindən 
biri  Heydər  Əliyevin  müstəqil  Azərbaycan  Respublikası  gənclərinin  birinci  forumundakı  nitqində 
söylədiyi  "Hər  bir  gənc  Azərbaycanın  müstəqil  gələcəyini  təmin  etmək  üçün  Vətəni  sevməlidir,  ölkəni 
sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi 
sevməlidir, milli ənənələrimizi sevməlidir", - sözlərində milli-mənəvi dəyərlərə verilən yüksək qiymət öz 
parlaq ifadəsini tapmışdır, yəni bunlardan yaranan ümumi fikir tərif, yaxud ensiklopedik ədəbiyyata xas 
olan definisiya formasında elə dəqiq deyilmişdir ki, onu nə dəyişmək, nə də başqası ilə əvəz etmək olar. 
Çox  güman,  bu  sözlər  belə  ardıcıllıqla  ona  görə  seçilmişdir  ki,  onlardan  doğan  ülvi  mənalar 
müstəqilliyimizi itirdiyimiz 200 ilə yaxın bir dövrdə (əlbəttə, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq 
mövcudluğu  istisna  edilməklə)  həmişə  ürəklərdə  yaşamış,  qövr  eyləmiş,  lakin  heç  vaxt  sönməmiş  və 
unudulmamışdır. Müstəqil yaşadığımız, millətlər içində imzamızın olduğu indiki xoşbəxt günlərimizdə o 
hissləri bir daha yada salaraq, onların qədrini daha çox bilmək üçün səylərimizi bir qədər də artırmalıyıq. 
Heç də təsadüfi deyildir ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda milli-demokratik 
hərəkatın  genişləndiyi  bir  zamanda  çar  mütləqiyyətinin  müstəmləkəçilik  siyasətinin  qismən  də  olsa 
qarşısını  almaqda,  vahid  mentalitet  əsasında  formalaşmış  mənəviyyatımızın  amansız  təcavüzlərdən 
qorunmasında  məhz  yuxarıda  sadalanan,  millət  kimi  varlığımızı  nümayiş  etdirən  milli-mənəvi 
dəyərlərimiz bir yardımçı, kömək, dayaq olmuş və bizi əriyib yox olmaqdan xilas etmişdir. 
1918-ci  il  mayın  28-də  yaranan  Azərbaycan  Xalq  Cümhuriyyəti  mövcud  olduğu  23  ay  ərzində 
Azərbaycanda müasir cəmiyyət qurmağa, demokratik hüquqi dövlət yaratmağa, bir sözlə Məmməd Əmin 
Rəsulzadənin  sözləri  ilə  desək,  "...misli  Avropada  təqlid  olunmayan  həqiqi  bir  Xalq  Cümhuriyyəti" 
qurmağa və onun uğurlarından bəhrələnməyə can atmışdı. 
Bu  dövrdə  milli  mədəniyyətin  inkişafına  ciddi  əhəmiyyət  verilməsi  xüsusilə  təqdirəlayiq  bir  hal 
kimi qeyd olunmalıdır. Burası da maraqlıdır ki, Xalq Cümhuriyyəti hakimiyyət nümayəndələrinin, daha 
doğrusu  bu  dövlətin  qurucularının  çoxu  həmin  dövrün  mədəniyyətinin  yaradıcıları  olmuşdular. 
Mədəniyyətin oyanışı bir çox sahələrdə - elmdə, təhsildə, mətbuatda, nəsrdə, poeziyada, dramaturgiyada, 
musiqidə  və  s.  özünü  büruzə  verirdi.  Azərbaycan  dilinin  dövlət  dili  elan  edilməsi  (1918),  Bakı  Dövlət 
Universiteti  (1919),  Azərbaycan  Dövlət  Teatrı  (1919),  "İstiqlal"  muzeyi  (1919),  "Teatr  Xadimləri 
Cəmiyyəti"  (1919),  "Teatr  üzrə  Ədəbiyyat  Komissiyası",  "Müsəlman  Mühərrir  və  Ədiblər  Cəmiyyəti", 
"Yaşıl Qələm" ədəbi birliyinin, yüzlərlə məktəblərin açılması, milli rəmzlər olan gerb, bayraq və himnin, 
döş  və  xatirə  medallarının  təsis  edilməsi,  200-ə  yaxın  qəzet  və  jurnalın  nəşr  olunması,  Bakının  baş 
memarı  Zivər  bəy  Əhmədbəyovun  təşəbbüsü  ilə  erməni  vəhşilərinin  basqını  nəticəsində  tamamilə 
dağıdılmış  Şamaxı  şəhərinin  bərpa  edilməsi  məqsədilə  "Yeni  Şirvan  Cəmiyyəti"nin,  həmçinin  Bakının 
abadlaşdırılması  üçün  "Şəhər  Bağları  Cəmiyyəti"nin  təsis  olunması,  "İslam  Abidələrini  Sevənlər  və 
Qoruyanlar  Cəmiyyəti"nin  yaradılması,  parlamentdə  mətbuat  haqqında  qanunun  qəbul  edilməsi,  Qori 
seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi, 100 nəfər tələbənin ali təhsil almaq üçün 
xarici  ölkələrə  göndərilməsi,  digər  100  nəfərin  isə  İstanbula  göndərilmək  üçün  hazırlanması,  teatr 
rəssamlığının  müstəqil  bir  peşə  kimi  ayrılması,  əlifba  islahatı  barədə  konkret  təkliflər  irəli  sürülməsi, 
dünya  ədəbiyyatı  klassiklərinin  Azərbaycan  dilinə  tərcümə  olunması  -  bütün  bunlar  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  milli-mənəvi  dəyərlərin  qorunmasına  yönəldilmiş  böyük  işlərinin  yalnız  qısa  xülasəsi 
sayıla bilər. 
1918-1920-ci  illərdə  poeziya,  nəsr  və  dramaturgiya  Azərbaycan  mədəniyyətinin  ən  sürətlə 
irəliləyən sahələrinə çevrilmiş,  ədəbiyyat tarixi problemlərinə maraq olduqca güclənmişdi. Bu sahələrdə 
milli-mənəvi  dəyərlərə  söykənən  çoxsaylı  əsərlərin  yaranması  müstəqilliyin  əldə  olunması  iftixarından 
meydana  gələn  çox  mühüm  bir  prosesin  -  milli  mədəniyyətin,  ədəbiyyatın  öyrənilməsinin  və  təbliğinin 
son dərəcə vacib olduğunun dərk edilməsi ilə bağlı idi. 
Ümumiyyətlə, milli müstəqillik ərəfəsi və dövründə milli mədəniyyətin oyanışı istiqlal şüurunu və 
istiqlal  hərəkatını  hazırlayan,  formalaşdıran  və  istiqamətləndirən  başlıca  amilə  çevrilmişdi. 
Azərbaycançılıq  ideyası  mədəniyyətdə,  bədii  ədəbiyyatda  yaranmış,  sonra  isə  dövlət  quruculuğu 
gedişində  həyata  keçirilərək  gerçəkləşmişdi.  Məhz  o  illərdə  mədəniyyətin  oyanışı  onun  sonrakı 
intibahının hazırlanmasında güclü təkan rolunu oynamışdı. 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  fəaliyyətinə  yüksək  qiymət  verən  dövlət  başçımız  onun 
Azərbaycan  tarixindəki  rolundan  bəhs  edərkən  demişdir:  "Azərbaycan  Xalq  Cümhuriyyəti  gərgin  və 
mürəkkəb  ictimai-  siyasi  şəraitdə  cəmi  23  ay  fəaliyyət  göstərsə  də,  sonrakı  nəsillərin  yaddaşında 
xalqımızın tarixinin  ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır..., onun qısa müddətdə həyata 
keçirdiyi  tədbirlər  xalqımızın  tarixində  silinməz  iz  buraxmış,  milli  dövlətçilik  ənənələrimizin  bərpası 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə