Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   79   80   81   82   83   84   85   86   ...   101

148 
 
Kapellasının,  Dövlət  Rəqs  Ansamblının  qorunub  saxlanması,  üstəlik  də  yeni  Xalq  Çalğı  Alətləri 
Orkestrinin yaradılması həqiqətən əsl incəsənətə vurğunluq, bu yolda fədakarlıq nümunələri sayıla bilər. 
Bu gün Mədəniyyət Nazirliyi sistemində 3275 klub müəssisəsi, 4313 kitabxana, 61 mədəniyyət və 
istirahət parkı fəaliyyət göstərir. Xalqımızın mənəvi sərvətlərinin qoruyucusu, tədqiqatçısı və təbliğatçısı 
olan 137 muzey, 27 dövlət şəkil qalereyası və 2 bədii sərgi salonunda əsrin nailiyyətləri öz əksini tapır. 
Bakı  Musiqi  Akademiyası,  Mədəniyyət  və  İncəsənət  Universiteti,  Bakı  Xoreoqrafiya  Məktəbi,  musiqi, 
rəssamlıq  texnikumları,  300-ə  yaxın  uşaq  musiqi,  rəssamlıq  və  incəsənət  məktəbləri  Azərbaycan 
mədəniyyətinin gələcəyini yaşadacaq kadrlar hazırlayır. 
Yaxın və uzaq xariclə mədəni əlaqələr əsrin son illərində geniş vüsət almışdır. Hər il Azərbaycan 
mədəniyyəti və incəsənəti dünyanın bir çox ölkələrində geniş nümayiş etdirilir və özünə hər dəfə çoxlu 
təzə pərəstişkarlar tapır. 
Ölkə  daxilində  keçirilən  yubiley  tədbirləri  dövlət  başçımızın  mədəniyyətimizin  tərəqqisinə 
göstərdiyi  daimi  qayğını  əks  etdirir.  Təkcə  2000-ci  ildə  keçirilmiş  yubileylər  və  dövlət  əhəmiyyətli 
tədbirlər  sadalanarsa,  uzun  bir  siyahı  alınar.  Bu  siyahıya  Cəlil  Məmmədquluzadə,  Üzeyir  Hacıbəyov, 
Müslüm Maqomayev, Səməd Vurğunun anadan olduğu tarixi günlər, Əbdürrəhim bəy Haqverdiyevin 125 
illiyi, tarzən Qurban Pirimovun 120 illiyi, xalq artistləri Möhsün Sənani və Məmmədəli Vəlixanlının 100 
illiyi,  Leyla  Bədirbəylinin  80  illiyi,  görkəmli  rejissor  və  pedaqoq  Tofiq  Kazımovun  75  illiyi,  pianoçu 
Vaqif  Mustafazadənin  60  illiyi  və  öz  həyatlarını  milli  mədəniyyətimizin  inkişafına  həsr  etmiş  adlarını 
çəkə bilmədiyimiz onlarca digər sənətkarımızın yubileyləri daxildir. 
Belə  bir  faktı  da  qeyd  etmək  yerinə  düşər  ki,  təkcə  "Kitabi-Dədə  Qorqud"  dastanının  1300  illik 
yubileyi  münasibətilə  Nəbi  Xəzrinin  Akademik  Milli  Dram  Teatrında  tamaşaya  qoyulan  "Burla  xatun" 
pyesi, Əzəl Dəmirçizadənin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanan "Qaraca çoban" 
pyesi,  "Yuğ"  Dövlət  Teatrında  səhnələşdirilən  "Dürlü  xəbər",  Şəki  Dövlət  Dram  Teatrında  "Dirsə  xan 
oğlu  Buğac"  tamaşaları  teatrsevərlərə  milli  soykökümüzün  zənginliyini  bir  daha  aşıladı.  "Respublika" 
Sarayında xalq yazıçısı Anarın ssenarisi əsasında səhnələşdirilən təntənəli gecədə Azərbaycanın görkəmli 
incəsənət  ustaları,  Bülbül  prospektindəki  Fəvvarələr  Meydanında  keçirilən  şənliklərdə  isə  folklor 
kollektivləri,  sirk  ustaları  çıxış  edərək  tədbirin  möhtəşəmliyini  artırmışdılar.  Dünyanın  müxtəlif 
ölkələrindən gələn qonaqlar bu tədbirlərin fonunda Azərbaycan adlı ulu məmləkəti yenidən tanıdılar. 
Azərbaycan  Respublikası  Prezidentinin  sərəncamı  ilə  3  ildən  bir  keçirilən  Bülbül  adına 
Vokalçıların  Beynəlxalq  Müsabiqəsi  artıq  dünya  musiqiçilərinin  nüfuzlu  yarışına  çevrilmişdir.  2000-ci 
ildə keçirilən ikinci müsabiqədə 11 ölkədən (Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Moldova, Özbəkistan, 
Türkmənistan,  Qazaxıstan,  Çin,  Koreya  Respublikası  və  Azərbaycan)  78  vokalçı  iştirak  etmişdir. 
Müsabiqədə  Qran-Pri  mükafatına  həmyerlimiz  Eldar  Əliyev,  üçüncü  mükafata  Fəridə  Məmmədova, 
"Artistlik  məharətinə  görə"  mükafatına  Seymur  Kərimov,  "Ümid"  prizinə  Timur  Abdigeyev  layiq 
görülmüşlər. 
Xalqımızın  əsrlərlə  qoruyub  saxlaya  bildiyi  mədəni  dəyərlər  sırasında  qüdrətli  teatr  sənəti  öz 
qabaqcıl mövqeyini müstəqillik illərində daha da inkişaf etdirmişdir. Hər il teatr müəssisələrində 100-110 
yeni tamaşa hazırlanır. Yeni dramaturqlar, teatrlar üçün işləyən yeni bəstəkarlar, rəssamlar yetişir. Teatr 
kollektivlərinin xarici dövlətlərdə, o cümlədən Moskvada, Sankt-Peterburqda, Ufada, Tiflisdə, Rustavidə, 
Ankarada,  İstanbulda,  İzmirdə,  Bayburtda,  Tehranda,  Dehlidə,  Havanada,  Praqada,  Sofiyada  keçirilən 
beynəlxalq festivallarda uğurlu iştirakı, xarici ölkələrə uzun müddətli qastrol səfərləri sübut edir ki, milli 
teatrımız inkişaf və tərəqqi yolundadır. 
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcılığı, son illərdəki bədii axtarışları 
respublika  ictimaiyyətinin  daim  diqqət  mərkəzindədir.  Teatrın  hazırladığı  bir  çox  tamaşalar  müasir 
tələblərə cavab verən səhnə tərtibatı, habelə, rejissor, xoreoqraf, dirijor və rəssamın işbirliyindən yaranan 
yüksək sənət əsərləri kimi tamaşaçılar və musiqi ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanır. 
Ötən  on  il  ərzində  respublikamıza,  onun  incəsənət  dünyasına  maraq  daha  da  artmış,  planetin  ən 
müxtəlif ölkələrinin tanınmış kollektivləri və ifaçıları qastrol proqramları ilə Azərbaycana gəlmiş, milli 
səhnəmizin ustad sənətkarları ilə birlikdə çıxış etmişlər. Onların arasında dünya şöhrətli musiqiçi Mstislav 
Rostropoviç,  belçikalı  dirijor  Jan  Beyli,  Amerika  pianoçusu  Nikolay  Suk,  dünya  balet  ustası  Maya 
Plisetskaya,  İqor Moiseyevin rəhbərlik etdiyi Rusiya Dövlət Rəqs Ansamblı, Fransa və Türkiyənin teatr 
sənəti  ustaları,  Çin  Xalq  Respublikasının  rəqs  kollektivi  və  bir  çox  başqa  sənət  adamlarının  və 
kollektivlərinin adlarına rast gəlmək olar. 
Bu gün dünyada milli ifaçılarımızın yaradıcılığına da maraq çox artmışdır. Alim Qasımov, Səkinə 
İsmayılova, Brilyant Dadaşova, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Nazpəri Dostəliyeva və Almaz 
Ələsgərovanın,  "Aşıqlar"  qrupunun  "Respublika"  Sarayında  dünya  standartları  səviyyəsində  solo 
konsertləri bir daha sübut etdi ki, ifaçılıq sənətimizin taleyi etibarlı əllərdədir. 


149 
 
Bənzərsiz  xanəndə  Alim  Qasımov  muğam  sənətinin  inkişafındakı  xidmətlərinə  görə  1999-cu  ildə 
YUNESKO  Milli  Şurasının  ali  mükafatına  və  "Pikasso-miro"  qızıl  medalına  layiq  görülmüşdür.  Bu 
mükafatın vaxtilə Dmitri Şostakoviçə, Leonard Bernstayna, Ravi Şankara təqdim edildiyi nəzərə alınarsa, 
o zaman görkəmli xanəndəmizin necə yüksək mükafata layiq görüldüyünü təsəvvür etmək çətin deyildir. 
Bu  isə  ilk  növbədə  Azərbaycan  milli  mədəniyyətinin  böyük  uğuru  sayıla  bilər.  Bunu  da  qeyd  etməyə 
dəyər  ki,  Alimin  uğuru  tək  deyildir.  Bu  gün  Azərbaycanın  incəsənət  ustalarının  sorağı  dünyanın  ən 
müxtəlif ölkələrindən eşidilir. 
Fransada böyük bəstəkar Gektor Berliozun vətəni La Kont Sent-Andre şəhərində 7-ci Beynəlxalq 
Musiqi  Festivalında  Üzeyir  Hacıbəyov  adına  Azərbaycan  Dövlət  Simfonik  orkestrinin  böyük  qələbəsi 
ölkəmizdə böyük iftixar hissi ilə qarşılandı. Festivalda orkestrin ifasında digər sənət korifeyləri ilə yanaşı 
Üzeyir  Hacıbəyovun,  Fikrət  Əmirovun,  Qara  Qarayevin  də  əsərləri  səslənmişdi.  Tamaşaçılar  onların 
musiqisinə  heyran  qaldıqlarını  bildirmiş,  bu  böyük  sənət  korifeylərimizi  dünyanın  musiqi  dühaları  ilə 
müqayisə etmişdilər. O günlərin unudulmaz hadisələrindən biri də xalq artistimiz Fərhad Bədəlbəylinin 
Fransanın yüksək "Şevalye" Ədəbiyyat və İncəsənət ordeni ilə təltif edilməsi olmuşdu. Yeri gəlmişkən, 
möhtərəm  Prezidentimizin  şəxsi  göstərişi  ilə  Azərbaycan  nümayəndə  heyəti  üçün  xüsusi  təyyarə 
ayrılmışdı ki, Fransanın kütləvi informasiya vasitələrində bu hadisə Heydər Əliyevin mədəniyyətə böyük 
qayğısı kimi qiymətləndirilmişdi. 
Azərbaycan  incəsənət  ustalarının  "Ekspo-2000"  Ümumdünya  sərgisində  bənzərsiz  çıxışları 
müstəqil dövlətimizin  mədəniyyət sahəsində əldə etdiyi uğurlardan sayıla bilər. Almaniyanın Hannover 
şəhərində  Azərbaycan  Dövlət  Kamera  Orkestrinin,  Dövlət  Rəqs  Ansamblının,  Dövlət  Mahnı  Teatrının, 
Azərbaycanın  tanınmış  sənətkarları  xalq  artistləri  Qərinə  Kərimovanın,  Təranə  Muradovanın,  əməkdar 
artistlər Əli Əsgərovun, Bilal Əliyevin, Gülyaz və Gülyanaq Məmmədovaların çıxışları mədəniyyətimizə 
yeni  şöhrət  gətirdi.  Planetin  174  ölkəsinin  və  34  beynəlxalq  təşkilatının  təmsil  olunduğu  sərginin  Baş 
Komissarlığı  Azərbaycan  Respublikasının  mədəniyyət  proqramını  ayrıca  qeyd  edərək,  dünya  ölkələri 
arasında  ən  güclü  bədii  proqramlar  sırasına  daxil  etdi.  Sərginin  Təşkilat  Komitəsi  mədəniyyət 
xadimlərimizin istedadını xüsusi sertifikatla qiymətləndirdi. 
Azərbaycan  tarixində  ilk  dəfə  olaraq  Şirvanşahlar  Sarayı  və  Qız  Qalası  daxil  olmaqla  İçəri  Şəhər 
Dövlət Tarix Memarlıq Kompleksi YUNESKO- nun "Dünya mədəni irs siyahısına daxil edilmişdir. Bu, 
respublika rəhbərliyinin qayğısı ilə əhatə olunan Azərbaycan elminin və mədəniyyətinin böyük uğuru və 
qələbəsi sayıla bilər. 
Son  illərdə  mədəniyyətimizi  təbliğ  etmək  məqsədilə  Respublika  Mədəniyyət  Nazirliyi  xətti  ilə 
Azərbaycanda  fəaliyyət  göstərən  ayrı-ayrı  şirkətlərlə  müştərək  layihələr  də  yaradılır  və  həyata  keçirilir. 
Bakıda  yerləşən  "ASIR"  şirkəti  ilə  birgə  fəaliyyət  nəticəsində  2000-ci  ildə  Azərbaycan  musiqisi 
incilərindən  ibarət  "Küləklər  və  Odlar  musiqisi"  adlı  nəfis  tərtibatlı  kompakt-disk  buraxılmışdır. 
Musiqinin  müxtəlif  janrlarını  əhatə  edən  bu  diskdə  ilk  dəfə  olaraq  milli  mədəniyyətimizin  görkəmli 
nümayəndələri  -  Üzeyir  Hacıbəyov,  Müslüm  Maqomayev,  Qara  Qarayev,  Fikrət  Əmirov,  Cövdət 
Hacıyev,  Rauf  Hacıyev,  Tofiq  Quliyev,  Bülbül,  Rəşid  Behbudov,  Şövkət  Ələkbərova,  Rafiq  Babayev, 
Zeynəb  Xanlarova,  Fərhad  Bədəlbəyli,  Fidan  Qasımova,  Xuraman  Qasımova,  Alim  Qasımov  və  başqa 
sənətkarların yaradıcılığı bir yerdə sənətsevərlərə təqdim olunur. 
Türkiyənin  "Kaspian  Trans  KO  İNK"  firması  ilə  Mədəniyyət  Nazirliyi  üç  ildir  ki,  "Xalq 
yaradıcılığı  -  milli  sərvətdir"  devizi  ilə  xalq  sənətkarlarının  əl  işlərinə  Respublika  baxış  müsabiqəsini 
keçirir.  Məqsəd  ənənəvi  el  sənətlərini  yaşatmaq,  əhalini  bu  sahəyə  cəlb  etmək,  istedadlı  xalq 
sənətkarlarını  aşkara  çıxarmaqdır.  Artıq  bu  sahədə  müəyyən  işlər  görülmüşdür.  2000-ci  ildə  keçirilən 
üçüncü müsabiqənin yekun turunda respublikamızın 52 şəhər və rayonundan 569 nəfər el sənətkarı iştirak 
etmişdir. 
Bütün  deyilənlər  bir  daha  təsdiq  edir  ki,  qədim  tarixi  və  mədəniyyəti  olan  Azərbaycan  xalqı 
yenidən  müstəqillik  qazandıqdan  sonra  dünya  birliyində  öz  layiqli  yerini  tutmaq  üçün  digər  sahələrdə 
olduğu  kimi,  mədəniyyətin  inkişafı  sahəsində  də  çox  uğurlu  addımlar  atmışdır  və  XXI  əsrin  ilk 
onilliklərində dünyanın ən mədəni millətlərindən birinə çevrilmək əzmindədir. 
Prezidentimizin  bəstəkar,  yazıçı,  şair,  aktyor,  müğənni,  rəssam  əməyinə  verdiyi  yüksək  qiymət 
sayəsində ölkəmizin yüzlərlə sənətçisi xalq şairi, xalq yazıçısı, əməkdar incəsənət xadimi, əməkdar artist, 
əməkdar rəssam, əməkdar mədəniyyət işçisi kimi müxtəlif fəxri adlara layiq görülmüşdür. Heydər Əliyev 
sənətkarların qayğılarına hər zaman diqqətlə yanaşır, onlara maddi və mənəvi dayaq olur. Prezidentimiz 
ölkənin maliyyə çətinlikləri ilə üz-üzə durduğu bir vaxtda da sənət adamlarından öz qayğısını əsirgəmədi. 
Həyatını  milli  mədəniyyətimizin  və  elmimizin  inkişafına,  istedadını  və  ömrünü  xalqına  həsr  edən  60 
nəfərə  yaxın  görkəmli  mədəniyyət  və  incəsənət  xadimi  Prezidentimiz  tərəfindən  təsis  edilmiş  xüsusi 
təqaüdə layiq görüldü. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə