Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə91/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   87   88   89   90   91   92   93   94   ...   101

161 
 
Gənclər,  İdman  və  Turizm  Nazirliyinin  əsas  fəaliyyət  sahələrindən  biri  də  gənclərlə  iş  sahəsində 
beynəlxalq  əlaqələrin  qurulması  və  genişləndirilməsi  olmuşdur.  Azərbaycan  bu  məqsədlə  BMT,  o 
cümlədən YUNESKO, Avropa Şurası, Avropa Birliyi və s. beynəlxalq təşkilatların gənclər proqramına 
qoşulmuş,  MDB  və  digər  ölkələrin  gənclər  qurumları  ilə  əməkdaşlıq  əlaqələri  yaratmış,  Gürcüstan, 
Özbəkistan, Türkiyə və Moldova ilə qarşılıqlı əməkdaşlıq müqavilələri imzalamışdır. 
Çin Xalq Respublikası Ümumçin Gənclər İttifaqının dəvəti ilə Azərbaycan gənclərinin nümayəndə 
heyəti  1999-cu  il  noyabrın  12-25-də  Çində  rəsmi  səfərdə  olmuş  və  bir  sıra  faydalı  görüşlər  keçirmiş, 
2000-ci ilin aprelində isə Çin gənclərinin nümayəndə heyəti bir həftə ərzində respublikamızda olmuş və 
səfərin yekunu olaraq hər iki ölkənin gənclər təşkilatları arasında əməkdaşlıq haqqında niyyət protokolu 
imzalanmışdır. 
1999-cu  il  oktyabrın  20-30-da  ABŞ-ın  Honolulu  şəhərində  keçirilmiş  dünya  gənclərinin  minillik 
konqresində Azərbaycan gənclərinin 30 nəfərlik nümayəndə heyəti də iştirak etmişdir. 
1995-ci  ildən  başlayaraq  yeniyetmə  və  gənclər  arasında  narkomaniyanın  yayılmasının  qarşısını 
almaq  üçün  istər  nazirlik,  istərsə  də  Gənclər  Təşkilatları  Milli  Şurasının  xətti  ilə  mühüm  tədbirlər 
görülmüş,  Azərbaycanın  bir  sıra  şəhər  və  rayonlarında  zona  müşavirələri,  seminar  müşavirələr 
keçirilmişdir. Bu tədbirlərdə beynəlxalq təşkilatların da nümayəndələri fəal iştirak etmişlər. 
Göstərilən  müddətdə  yaradıcı  gənclərin  aşkar  edilməsi,  onlara  diqqət  və  qayğının  artırılması 
istiqamətində  görülmüş  işlər  də  diqqəti  cəlb  edir.  1999-cu  ilin  sentyabrında  Gənclər,  İdman  və  Turizm 
Nazirliyinin  kollegiyasında  "Yaradıcı  gənclər  üçün  mükafatların  təsis  edilməsi  haqqında"  məsələ 
müzakirə edilmiş və qəbul edilmiş qərara uyğun olaraq müxtəlif sahələr üzrə layiq görülmüş 21 istedadlı 
gəncə 2 fevral - Azərbaycan Gəncləri Günündə mükafatlar təqdim edilmişdir. 
1999-cu  ilin  mayında  gənc  rəssamların  əsərlərindən  ibarət  "Land  art"  mövzusunda  rəsm  sərgisi, 
sentyabrda  gənc  rəssamların,  oktyabrda  gənc  bəstəkarların  yaradıcılıq  simpoziumları,  respublika  Xarici 
İşlər  Nazirliyi  və  YUNESKO  ilə  birlikdə  məktəblilər  arasında  "Azərbaycan  uşaqları  da  rəsm  çəkir" 
mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. 
Gənc  ifaçıların  iki  ildən  bir  keçirilməsi  nəzərdə  tutulan  respublika  estrada-mahnı  müsabiqəsinin 
qalibləri  1997-ci  ildən  başlayaraq  "2  fevral-  Azərbaycan  Gəncləri  Günündə  "Respublika"  Sarayında 
keçirilən Qala konsertdə mükafatlandırılır. 
Gənc  yazıçı  və  şairlərin  qarşılaşdığı  problemlərin  qismən  də  olsa  aradan  qaldırılması  məqsədilə 
onların  bir  qrupunu  Azərbaycan  Prezidenti  Heydər  Əliyev  şəxsən  qəbul  edərək  onlarla  səmimi  söhbət 
etmiş, müvafiq nazirlik və təşkilatlara lazımi göstərişlər vermişdir. 
Yeniyetmə  və  gənclərlə  vətənpərvərlik  tərbiyəsi  işinin  gücləndirilməsi  istiqamətində  mühüm 
tədbirlər həyata keçirilmiş, bu məqsədlə Gənclər və İdman, Təhsil və Müdafiə nazirlikləri birgə 1998-ci il 
martın  4-də  "Gənclərin  vətənpərvərlik  tərbiyəsinin  daha  da  yaxşılaşdırılması  yolları"  mövzusunda 
respublika elmi-praktiki konfransı keçirilmişdir. 
Əsrin sonuna doğru uşaqlarla iş sahəsində dövlət siyasətini müəyyənləşdirən Milli Konsepsiyanın 
hazırlanması, 1996-cı ildə Respublika Uşaq Təşkilatının yaradılması bu sahədə işi xeyli yaxşılaşdırmağa 
imkan  vermişdir.  2000-ci  il  iyunun  1-də  Uşaq  hüquqlarının  müdafiəsi  günü  münasibəti  ilə  valideyn 
himayəsindən  məhrum  olmuş  uşaqlar  üçün  "Günəş"  festivalı,  iyunun  13-də  "Heydər  Əliyev  milli 
dövlətçilik ideologiyasının banisidir" və s. mövzularda konfrans, uşaqların yay istirahəti və asudə vaxtının 
təşkili ilə bağlı çoxsaylı tədbirlər keçirilmişdir. 
Gənclərin  Prezident,  Milli  Məclis  və  bələdiyyə  seçkilərində  fəal  iştirakının  təmin  olunmasında 
1998-ci  il  fevralın  24-də  Yeni  Azərbaycan  Partiyası Gənclər  Birliyinin  I  Ümumrespublika  toplantısında 
respublika  Prezidenti  Heydər  Əliyevin  nitqindən  irəli  gələn  vəzifələrin  öyrənilməsi  və  təbliği  gənclər 
təşkilatlarının  fəaliyyətində  mühüm  yer  tutmuşdur.  Bu  məqsədlə  "Heydər  Əliyev  siyasi  məktəbini 
öyrənirik" mövzusunda Bakı şəhəri üzrə gənc təbliğatçıların müntəzəm məşğələləri keçirilmişdir. 
Əlbəttə,  yuxarıda  deyilənlər  gənclərlə  iş  sahəsində  həyata  keçirilmiş  tədbirlərin  yalnız  müəyyən 
hissəsini  təşkil  edir.  Bu  tədbirlər  gənclərimizin  Heydər  Əliyev  tərəfindən  göstərilən  qayğı  və  diqqətlə 
əhatə olunmalarının parlaq təzahürü formasında Azərbaycan gəncliyinin müstəqil dövlət quruculuğunda 
fəal iştirakının artmasında mühüm rol oynamışdır. 
1994-2000-ci  illərdə  respublikada  gənclər  arasında  bədən  tərbiyəsi  və  idmanın  inkişafı  sahəsində 
də mühüm nailiyyətlər qazanılmışdır ki, bunlarda Gənclər, İdman və Turizm Nazirliyi ilə yanaşı gənclər 
təşkilatlarının da böyük əməyi olmuşdur. 
Hələ 1994-cü ildə bir neçə beynəlxalq yarışda iştirak edən Azərbaycan idmançıları ölkəyə 2 qızıl, 
15 gümüş və 22 bürünc medalların gətirilməsinə nail oldular. 
1995-ci  il  martın  5-də  Bakıda  Respublika  Əl  Oyunları  Sarayında  Azərbaycan  milli  yığma 
komandalarının  XXVI  Yay  Olimpiya  Oyunlarına  (Atlanta  şəhəri,  1996)  hazırlığını  nümayiş  etdirmək 


162 
 
məqsədilə  keçirilən  idman  baxışında  iştirak  edən  dövlət  başçısı  Heydər  Əliyev  yüksək  nailiyyətlər  əldə 
etmiş  idman  xadimlərinin, idmançıların  və  məşqçilərin  işinə  yüksək  qiymət  verərək  respublikada  bədən 
tərbiyəsi  və  idmanın  bütün  qayğılarını  öz  üzərinə  götürdüyünü  bəyan  etdi.  Bundan  ruhlanan  idman 
ictimaiyyəti, idmançılar və məşqçilər respublikada bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi uğrunda 
əsl mənada fəal mübarizəyə qoşuldular. Elə həmin il istər respublikada, istərsə də beynəlxalq yarışlarda 
müstəqil respublikamızın idmançıları ölkəyə 23 qızıl, 3 gümüş, 22 bürünc medal gətirdilər. 
Bu  nailiyyətlərə  prezident  Heydər  Əliyev  yüksək  qiymət  verdi.  O,  1995-ci  il  dekabrın  30-da 
beynəlxalq  yarışlarda  böyük  nailiyyətlər  qazanmış  idmançıları  və  məşqçiləri  qəbul  edərək  onlara  xoş 
arzularını  bildirmiş  və  mükafatlar  təqdim  etmişdi.  Heydər  Əliyev  idmançıların  əməyini  yüksək 
qiymətləndirərək hətta obrazlı bir müqayisə aparır və bildirir ki, yalnız Azərbaycanın  dövlət başçısı hər 
hansı  bir  ölkəyə  gələrkən  və  bir  də  ki,  idmançılarımız  beynəlxalq  yarışlarda  çempion  adı  qazanarkən 
Azərbaycan himni səslənir, Azərbaycanın dövlət bayrağı qaldırılır. 
XXVI  Yay  Olimpiya  Oyunlarına  hazırlığın  yekun  mərhələsi  1996-cı  il  iyunun  29-da  "Gənclik" 
beynəlxalq  turizm  mərkəzində  Prezident  Heydər  Əliyevin  idmançıların  yolasalma  mərasimi  ilə  başa 
çatmışdır. 
Ümumiyyətlə,  idmançılarımız  1996-cı  ildə  ayrı-ayrı  idman  növləri  üzrə  80-dən  çox  respublika 
yarışında, 70-dən çox beynəlxalq turnirdə iştirak etmiş, Avropa və dünya birinciliyi, kubok yarışlarında 
68 medal, o cümlədən 22 qızıl, 17 gümüş, 29 bürünc medal qazanmışlar. 
1997-ci  il  idmançılarımız  üçün  xüsusilə  fərəhli  oldu.  Həmin  il  idmançılarımız  müxtəlif  səviyyəli 
beynəlxalq yarışlarda 49 qızıl, 46 gümüş, 37 bürünc medal əldə etdilər. 
1998-ci ildə respublika Milli Olimpiya Komitəsinin (MOK) konfransının keçirilməsi, İlham Əliyev 
prezident olmaqla MOK-un yeni rəhbərliyinin seçilməsi ölkəmizdə idmanın inkişafına güclü təkan verdi. 
MOK-un  prezidenti  İlham  Əliyevin  başçılıq  etdiyi  nümayəndə  heyətinin  Avropa  Olimpiya 
Komitəsinin  məclisində  iştirakı,  orada  Beynəlxalq  və  Avropa  olimpiya  komitələrinin  rəhbərləri  ilə 
görüşlər  Azərbaycanın  Dünya  Olimpiya  hərəkatında  fəal  iştirak  etmək  arzusunda  olduğunu  beynəlxalq 
idman ictimaiyyəti qarşısında bir daha nümayiş etdirdi. 
MOK  ilə  Gənclər  və  İdman  Nazirliyinin  birgə  fəaliyyəti  nəticəsində  Yaponiyanın  Naqano 
şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında idmançılarımızın iştirakı təmin edildi. 
1998-ci ilin ən mühüm idman hadisələrindən biri də Sidneydə 2000-ci ildə keçiriləcək XXVII Yay 
Olimpiya Oyunlarına hazırlığın başlanması və bu məqsədlə hazırlıq proqramının qəbul edilməsi oldu. 
Həmin ildə Azərbaycan Prezidentinin imzaladığı və Milli Məclisin qəbul etdiyi "Bədən tərbiyəsi və 
idman haqqında" Qanunun qüvvəyə minməsi idmanın hüquqi bazasının təminatını gücləndirdi. 
1998-ci ildə idmançılarımız dünya, Avropa Kuboku yarışlarında və çempionatlarında uğurla çıxış 
edərək respublikamıza 168 medal, o cümlədən 60 qızıl, 45 gümüş, 63 bürünc medal gətirdilər. 
1999-cu  il  idmançılarımızın  əldə  etdiyi  nailiyyətlərin  artması  baxımından  daha  əlamətdar  oldu. 
Həmin  il  dünyanın  müxtəlif  ölkələrində  keçirilmiş  179  beynəlxalq  yarışda  Azərbaycanın  1200  nəfər 
idmançısı iştirak edərək 166 medala, o cümlədən Olimpiya idman növləri üzrə 15 qızıl, 14 gümüş və 21 
bürünc medala sahib olmuş, Olimpiya oyunlarına 12 lisenziya almışlar. 
2000-ci  ildə  respublikamızın  bütün  bölgələrini  əhatə  edən  Yeniyetmələrin  II  İdman  Oyunları 
keçirilmiş, 62 şəhər və rayondan gəlmiş 50 minə yaxın yeniyetmə yarışlarda iştiraka cəlb edilmişdi. 
2000-ci il avqustun 26-da  "Gənclik" istirahət bazasında olimpiyaçılarla keçirilmiş görüş yəqin ki, 
uzun  illər  xatirələrdə  yaşayacaqdır.  Həmin  gün  dövlət  başçımız  Avstraliyanın  Sidney  şəhərində 
keçiriləcək XXVII Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış 31 nəfər idmançımızı öz 
xeyir-duası ilə yola saldı. 
Fərəhlə  qeyd  etmək  olar  ki,  olimpiyaçılarımız  Heydər  Əliyevə  verdikləri  sözə  layiqincə  əməl 
etdilər.  Onlardan  iki  nəfəri  (Zemfira  Meftahəddinova,  Namiq  Abdullayev)  qızıl,  bir  nəfəri  (Vüqar 
Ələkbərov)  bürünc  medala  layiq  görüldülər.  Olimpiya  komandası  tərkibinə  daxil  olan  digər 
idmançılarımız  da  yüksək  nailiyyətlər  əldə  edərək  ümumi  komanda  hesabında 199  ölkə  arasında  34-cü 
yeri tutaraq ölkəmizin şərəfini ucaltdılar. 
Göstərilmiş nəticələrə yüksək qiymət verən Azərbaycan Prezidenti Heydər Əliyev oktyabrın 18-də 
Prezident sarayında olimpiyaçılarla görüşərək bir neçə idmançımızı orden və medallarla təltif etdi, onlara 
orden  və  medallarını,  pul  mükafatlarını  şəxsən  özü  təqdim  etdi.  Görüşdə  böyük  nitq  söyləyən  Heydər 
Əliyev  Azərbaycan  idmanının  yüksəliş  yolunda  olduğunu  bir  daha  qeyd  edərək,  idmançıları  yüksək 
nailiyyətlər əldə etmələri münasibətilə ürəkdən təbrik etdi. 
Görüşdə  Azərbaycan  MOK-un  prezidenti  İlham  Əliyev,  boks  üzrə  bürünc  mükafatçı  Vüqar 
Ələkbərov,  qızıl  mükafatçılar  Zemfira  Meftahətddinova,  Namiq  Abdullayev,  stend  atıcılığı  üzrə 
Azərbaycan yığma olimpiya komandasının baş məşqçisi Hafiz Cəfərov, MOK-un baş katibi, Azərbaycan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə