Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   83   84   85   86   87   88   89   90   ...   101

154 
 
hallar  ona  görə  özünə  müəyyən  dərəcədə  də  olsa  yer  tapa bilmişdir  ki,  dövlət  başçımızın  çox  vaxtında 
gördüyü bu təhlükənin kifayət qədər çevikliklə qarşısının alınması üçün lazımi tədbirlər görülməmişdir. 
Azərbaycan  rəhbəri  Heydər  Əliyev  milli-mənəvi  dəyərlərimizə,  onların  öyrənilməsinə  və  təbliğ 
olunmasına  böyük  əhəmiyyət  verməklə  yanaşı,  Azərbaycan  mədəniyyətinin  dünya  sənət  xəzinəsinə 
verdiyi  töhfələrlə  başqa  xalqların  nümayəndələrini  tanış  etmək  məsələsini  daim  diqqət  mərkəzində 
saxlayır.  Məhz  müstəqillik  illərində  dahi  Azərbaycan  şairi  və  mütəfəkkiri  Füzulinin  dövlət  başçımızın 
təşəbbüsü  ilə  keçirilmiş  500  illik  yubileyi  bir  tərəfdən,  əsl  poeziya  bayramına,  milli  mədəniyyətimizin 
bayramına, digər tərəfdən isə Azərbaycan dövlətçiliyinin, Azərbaycan müstəqilliyinin bayramına çevrildi. 
Müxtəlif ölkələrdən, YUNESKO-dan bu yubileyə gələn insanlar Füzuli poeziyası vasitəsilə Azərbaycanı 
tanımış, onun xalqının milli-mənəvi dəyərlərini yüksək qiymətləndirmiş, bu xalqın həqiqətlərini dünyaya 
çatdırmaq üçün səylərini artırmışdılar. 
Əsrlərin  və  minilliklərin  qovuşduğu  2000-ci  ildə  Azərbaycan  Respublikası  türkdilli  dövlətlər 
başçılarının,  dünya  qorqudşünaslarının,  YUNESKO-  nun  iştirakı  ilə  möhtəşəm  "Kitabi-Dədə  Qorqud" 
dastanının  1300  illiyini də  qeyd  etdi.  Uzun  müddət  təqiblərə  məruz  qalmış  bu epos,  nəhayət  ki,  dövlət 
başçımızın təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikasında öz layiqli qiymətini aldı. Bu münasibətlə 
aprelin  9-da  "Respublika"  Sarayında  keçirilmiş  təntənəli  yubiley  mərasimində  Prezidentimiz  Heydər 
Əliyevin  nitqində  deyilmiş  aşağıdakı  sözlər  hər  bir  azərbaycanlıda  iftixar  hissi  doğurur:  "Biz  bu  gün 
böyük iftixar hissi keçiririk. Çünki bizim "Kitabi-Dədə Qorqud" kimi böyük tarixi abidəmiz vardır. Çünki 
bu  gün  biz  sərbəstik,  azadıq,  müstəqilik  və  öz  tarixi  keçmişimizi,  öz  mənəvi  dəyərlərimizi,  öz 
mədəniyyətimizi olduğu kimi təhlil edib xalqımıza, millətimizə və gələcək nəsillərə çatdırmağa qadirik". 
Milli-mənəvi  dəyərlərimizin  qorunması  naminə  bu  dahi  insanın  diqqət  və  qayğısı  sayəsində, 
şübhəsiz, gələcəkdə daha böyük işlər görüləcəkdir. 
 
 


155 
 
§ 4. Azərbaycançılıq və soykökə qayıdıĢ 
 
Hələ  XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  Rusiya  imperiyasında  baş  verən  ictimai-siyasi 
hadisələrin təsiri altında güclənməkdə olan azadlıq ideyaları tezliklə əsarət altında olan milli ucqarlarda, o 
cümlədən də Azərbaycanda geniş əks-səda doğurdu. Millətin qabaqcıl ziyalılarının milli mənlik şüurunda 
sanki  güclü  bir  oyanış,  təbəddülat  baş  verdi.  Avropada  və  Rusiyada  qabaqcıl  ideyalarla  tanış  olan  və 
təhsilini  başa  vurduqdan  sonra  Vətənə  dönən  istedadlı  gənc  mütəxəssislər  burada  həm  də  milli-
demokratik  hərəkatın  yaranmasında  və  inkişafında  böyük  rol  oynadılar.  Onlar  tədricən  dərk  etdilər  ki, 
böyük  ideyalara  qovuşmaq  üçün  ilk  növbədə  qan  yaddaşına  qayıtmaq,  özünü  dərk  etmək,  mənsub 
olduqları millətin tarixini, mənəvi dəyərlərini öyrənmək və araşdırmaq lazımdır. 
O  dövrdəki  milli  ziyalılarımızın  qabaqcıl  nümayəndələrindən  Həsən  bəy  Zərdabi,  Əli  bəy 
Hüseynzadə,  Əhməd  bəy  Ağayev,  Nəriman  Nərimanov,  Cəlil  Məmmədquluzadə,  Məhəmməd  Hadi, 
Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyov, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Əlimərdan bəy Topçubaşov, 
Firudin  bəy  Köçərli, Məmməd  Əmin  Rəsulzadə  və  başqaları  mətbuatda  müntəzəm  çıxış  etməklə  xalqın 
şüurunun  oyanmasında  və  millətin  formalaşmasında  mühüm  rol  oynayırdılar.  Bu  işdə  Həsən  bəy 
Zərdabinin  və  Məmməd  Əmin  Rəsulzadənin  millətçilik  və  dövlətçilik,  Cəlil  Məmmədquluzadənin 
demokratizm  və  azərbaycançılıq  ideyaları  misilsiz  təsir  gücünə  malik  olmuşdur.  Məsələn,  əsrin 
əvvəllərində "Molla Nəsrəddin" jurnalında verilmiş bir karikaturada azərbaycanlını yerə yıxıb, onun "Axı 
mənim doğma ana dilim var" fəryadlarına məhəl qoymadan ağzına bir tərəfdən ərəb dili, o biri tərəfdən 
fars  dili,  üçüncü  tərəfdən  isə  rus  dili  salmağa  çalışanların  ifşa  edilməsi  azərbaycançılıq  ideyası 
baxımından nə qədər də ibrətamiz və düşündürücü idi. 
O  dövrdə  formalaşan  milli  təfəkkürümüz  türk  dünyasının  görkəmli  nümayəndələri  -  İsmayıl  bəy 
Qaspıralı,  Əli  bəy  Hüseynzadə,  Yusif  Ağçuraoğlu,  Əhməd  bəy  Ağayev,  Ziya  Göyalp  və  başqalarının 
türkçülüyə  dair  fikirlərindən  bəhrələnirdi.  Onlar  obyektiv  olaraq  Azərbaycanın  milli  müstəqilliyini 
ümumtürk azadlığının tərkib hissəsi kimi qarşıya qoyurdular. Bu barədə Türkiyə Cümhuriyyətinin banisi 
Mustafa Kamal Atatürkün sözləri daha ibrətamizdir: "Müstəqilliyini əlindən vermiş hər hansı bir millət 
hansı həyat şəraitində yaşayırsa yaşasın, o, mədəni bəşəriyyətin gözündə yaltaq nökərdən başqa bir şey 
deyildir.  Azadlıq  şirin  nemətdir.  Lakin  bunu  heç  vaxt  iki  əllə  gətirib  xalqlara  vermirlər.  Azadlıq  qanla 
alınır". 
Rusiyada 1905-1907-ci illər inqilabı dövründə əsarət altında yaşayan türk və müsəlman xalqlarının, 
o  cümlədən  Azərbaycan  xalqının  arasında  milli  azadlıq  ideyaları  geniş  vüsət  almışdı  və  1905-1918-ci 
illərdə  Azərbaycan  milli  hərəkatının  nəzəriyyəçiləri  və  xadimləri  Azərbaycan  milli  dövlətinin 
ideologiyasını "azərbaycançılıq" ("türkçülük") ideyasını işləyib hazırlamışdılar. Bu ideya ölkədə yaşayan 
bütün xalqların hüquq bərabərliyinin tanınmasına əsaslanırdı. Onun fəlsəfi əsasını "türkçülük, islamçılıq 
və  müasirlik"  şüarı  təşkil  edirdi.  İndiki  təbirimizcə  "azərbaycançılıq,  islamçılıq  və  müasirlik"  kimi 
səslənən bu şüar "Müsavat" partiyasının və Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi doktrinası oldu. 
Beləliklə,  XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  Azərbaycanda  artıq  bir  çox  sahələrdə,  o 
cümlədən  mədəniyyət,  maarif  və  milli  mətbuat  sahələrində  olduqca  mühüm  nailiyyətlər  əldə  edilmişdi. 
Azərbaycanda  müasir  burjuaziya  təbəqəsi  formalaşıb  ölkənin  ictimai  həyatında  fəal  rol  oynamağa 
başlamışdı. Bu dövrdə Azərbaycan ziyalılarının müxtəlif sahələrdə göstərdiyi fəaliyyət milli dirçəliş, milli 
oyanış,  milli  ruhun  aşılanması  proseslərinə  xidmət  edirdi.  Bununla  da,  XIX  əsrdən  başlanan  mürəkkəb 
ictimai-siyasi  proseslərin  XX  əsrin  əvvəllərində  uğurla  davam  edən  gedişi  Azərbaycan  cəmiyyətində 
əsaslı  dəyişikliklərə  gətirib  çıxartdı,  yeni  mühitdə  formalaşan  görkəmli  ictimai  və  siyasi  xadimlərimiz 
əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. 
Azərbaycançılıq və soykökə qayıdış ideyalarının xalq içərisində geniş rəğbət qazanması sayəsində 
milli  özünüdərk  şüurunun  inkişafı,  həmçinin  Rusiyada  fevral  inqilabından  sonra  yaranmış  əlverişli 
ictimai-siyasi  şərait  müstəqil  dövlətçiliyimizin  qurulması  üçün  münbit  zəmin  yaratdı.  Beləliklə, 
Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  yeni  əsr  və  üçüncü  minillik  münasibətilə  Azərbaycan  xalqına 
müraciətində deyildiyi kimi, XX əsr Azərbaycan tarixinin birinci mərhələsindən ikinci mərhələsinə - ilk 
dəfə dövlət müstəqilliyi əldə etməsi dövrünə qədəm qoymağa imkan verdi. 
1918-ci  il  mayın  28-də  Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranmasının  dünyaya  bəyan  edilməsi 
Azərbaycan  xalqının  tarixində  böyük  və  əlamətdar  bir  hadisə  oldu.  Dövlət  başçımız  Heydər  Əliyevin 
böyük  iftixarla  qeyd  etdiyi  kimi,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  ən  böyük  nailiyyəti,  tariximizə 
yazılmış  qızıl  səhifəsi  ondan  ibarətdir  ki,  "çoxəsrlik  tariximizdə  ilk  dəfə  Azərbaycan  xalqı  dövlət 
müstəqilliyi  əldə  edə  bilmişdir,  müstəqillik  əhval-ruhiyyəsini  hiss  edə,  müstəqil  yaşamaq,  öz  taleyinin 
sahibi olmaq duyğularını dərk edə bilmişdir". 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə