Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə28/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   24   25   26   27   28   29   30   31   ...   51

85
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Əziz uşaqlar, dilimizdə köməkçi vəzifə yerinə yetirən sözlərin bir qrupu qoşma 
(послелог) adlanır. Qoşmalar ismin adlıq, yiyəlik, yönlük, çıxışlıq halında işlənən 
sözlərə  qoşularaq  onlarda  müəyyən  məna  çaları  yaradan  sözlərdir:  çətir  kimi, 
quştək, sənin üçün, meşəyə tərəf, məktəbə qədər, evədək, dünəndən bəri, Cəfərdən 
başqa, bağa sarı, dostumdan savayı və s.  
Məsələn:  “Dərsdən  sonra Adil  Vəlinin  nənəsigilə  getdi”  cümləsində  işlənən  
“sonra” qoşması qoşulduğu sözə (dərsdən) zaman, “Uşağı lap dibçəkdəki  gül kimi 
saxlayırsınız”  cümləsindəki  “kimi” qoşması isə qoşulduğu sözə (gül) bənzətmə 
çaları vermişdir.
Azərbaycan dilində ən çox işlənən qoşmalar aşağıdakılardır: üçün, ilə (-la, -lə), 
qədər, kimi, tək, haqqında, barəsində, üzrə,  tərəf, sarı, doğru, -dək, -can, görə, dair, 
aid, qarşı,  əvvəl, sonra, qabaq, bəri, başqa, savayı, ayrı, qeyri, ötrü 

  Necə  düşünürsünüz,  mətndə  altından  xətt  çəkilmiş  sözlər  işləndiyi 
cümlələrdə necə bir  vəzifə yerinə yetirir? Həmin sözləri cümlələrdən çıxarsaq, 
nə baş verər? Fikrinizi əsaslandırın.

 Aşağıdakı tapmacaları oxuyun və cavablandırın. Cavablarda ifadə olu-
nan əşyaları təsvir edin.
Çoxlu tağ atar,    
 
 
O nədi ki, 
Torpaqda yatar,    
 
 
Otuz səkkiz paltar geyir, 
Qoyma yetişsin,    
 
 
Hamısı da düyməsiz. 
Kal-kal dər, apar. 
Üstü yaşıl məxmərdi, 
 
 
Babam oturub al çuxada
İçi şirin-şəkərdi.    
 
 
Kim soyundursa, gözü çıxar.
|
  Tapmacalarda  işlənmiş  isim,  sifət,  say,  əvəzlik,  feil  və  zərfləri  seçib 
ayrı-ayrı sütunlarda yazın. Sonra hər birinin qrammatik mənasını izah edin.
§ 22. SAAT
Tik-tak, tik-tak...
Bir divara bax:
Saat işləyir,
Elə bil, deyir:
Qiymətini bil,
hər dəqiqənin.
Getməsin hədər
Heç vaxtın sənin!
Vaxtında* işlə,
Vaxtında* dincəl!
Əməklə–işlə
Yaşa, art, yüksəl!
Durmaq istəsən,
Əgər lap erkən,
Zəngli saatı
Əvvəlcədən qur.
Vaxtı gələndə,
O, zəng çalacaq,
Bütün otağa
Haray salacaq:
– Vaxtdır!
Dur, dur!..
Hər saat sənə
deyir ucadan:
Çap üçün deyil


86
Bax, bir saat da
Keçdi həyatdan!..
Bu bir saatda
Min tonlarla* neft
Verdi ölkəyə
Neftçi yoldaşlar.
Bu bir saatda
Min tonlarla yük,
Minlərcə* minik
Aparıb getdi
Yüzlərlə qatar.
Bu bir saatda
Minlərcə kitab,
Dəftər* çap etdi
Nəşriyyatçılar.
Minlərcə doktor,
Alim, sənətkar
İş başındadır,
Hamı səninçün,
Qurur, yaradır!..
Hər saat sənə
Deyir ucadan:
– Bax, bir saat da
Keçdi həyatdan!..
Ey gənc vətəndaş,
Sən ey məktəbli,
Əlaçı yoldaş!
Sən nə edibsən?!
Saata bir bax:
– Tik-tak, tik-tak...
Saat işləyir,
O sənə deyir:
– Qiymətini bil,
hər dəqiqənin.
Getməsin hədər
Heç vaxtın sənin!
Vaxtında işlə,
Vaxtında dincəl!
Əməklə – işlə
Yaşa,
        art
             yüksəl!..
   
Mikayıl Rzaquluzadə
SÞZLÖK
  erkən – рано
nəşriyyatçı – издатель
çap etmək – печатать
artmaq – повышаться

 Bu şeirdə şair niyə məhz sizə – məktəblilərə müraciət edir? Şeirdən 
çıxartdığınız nəticə barəsində danışın. 

 Şeiri səs tonu və  tempi gözləməklə oxuyun.

  Vaxtın  hədər  getməməsi  üçün  şairin  məktəblilərə  tövsiyəsi  nədən 
ibarətdir? Fikrinizi öz sözlərinizlə izah edin.

 Necə düşünürsünüz, hədər gedən vaxtınız və bunun üçün təəssüflən di-
yiniz olubmu? Bu barədə fikirlərinizi yoldaşlarınızla bölüşün.

  Heç  düşünmüsünüzmü,  vaxtınızın  hədər  getməməsi  üçün  nə  etmək 
olardı? Fikirlərinizi yoldaşlarınızla bölüşün.

  Aşağıda verilmiş misraları şeirin məzmunu əsasında tamamlayın, son-
ra şeirdəki  ardıcıllıq üzrə sıralayın.
1) Saat işləyir və elə bil, deyir ki, hər dəqiqənin ... 
2) Sən ey gənc vətəndaş, ey məktəbli, əlaçı yoldaş ... ?!
3) Neftçi yoldaşlar bu bir saatda ölkəyə ...
4) Hər saat sənə ucadan deyir ki, bax bir saat da ...
5) Əgər lap erkən durmaq istəsən, zəngli saatı ...
6) Bu bir saatda minlərcə doktor, mühəndis, sənətkar ... və hamı ...
7) Vaxtında işlə, vaxtında dincəl, ...
Çap üçün deyil


87

 Aşağıdakı  sözlərin  içərisində  ismin  yönlük    halında  işlənən  üç  söz 
“gizlənmişdir”.  Həmin sözləri tapıb səsləndirin və fikrinizi əsaslandırın.
çadra, cücə, divara, çevrə, çağa, çərçivə, saata,  dairə, dayə, dəhrə, ölkəyə,  
dəfinə, gölməçə, xəstə

 Şeirdə işlənmiş miqdar saylarını seçib yazın. Sonra onların müəyyən 
miqdar sayı, qeyri-müəyyən miqdar sayı, yoxsa kəsr sayı olduğunu müəyyən-
ləşdirib qrammatik mənasını izah edin.

 Şeirdə bir qoşasaitli söz işlənmişdir.  Həmin sözün tələffüzü ilə bağlı 
qaydanı yadınıza salın və əlavə misallar göstərməklə izah edin. 

  Aşağıdakı  parçada  qara  hərflərlə  verilmiş  sözlərlə  bağlı  düzgün 
cavabları göstərin. 
   
Vaxtında işlə,   
 
Əməklə – işlə
   
Vaxtında dincəl! 
 
Yaşa, art, yüksəl!
1) hər ikisi isimdir, hər ikisində vurğu birinci hecadadır
2) birincidə vurğu ikinci, ikincidə isə vurğu birinci hecadadır
3) hər ikisi feildir, hər ikisində vurğu ikinci hecadadır
4) birincisi düzəltmə feildir, ikincisi qoşma ilə işlənmiş isimdir

 Necə düşünürsünüz, şeirdə qara hərflərlə verilmiş sözdə qoşma hansı 
məna çaları yaratmışdır? Mülahizənizi söyləyin və fikrinizi əlavə misallarla 
əsaslandırın.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Azərbaycan  dilində  işlənən  qoşmalar  qoşulduğu  sözlərdə,  əsasən,  aşağıdakı 
məna çalarlarını yaradır: 
1) birgəlik, vasitə (ilə, -la,- lə) – araba ilə, qələmlə, atamla, səninlə;
2) zaman (əvvəl, sonra, qabaq, bəri) – hücumdan sonra, dərsdən əvvəl;
3) məsafə (kimi, qədər, -dək, -can
2
) – sahiləcən, şəhərə qədər, məktəbə kimi ... 
4) istiqamət (tərəf, doğru, sarı, qarşı) – düşmənə qarşı, kluba doğru, evə sarı;
5) bənzətmə (kimi, qədər, tək) – gül kimi, sənin qədər, qultək, buz kimi;
6) fərqləndirmə (başqa, savayı, qeyri, özgə, ayrı) – bacımdan savayı, vətəndən 
ayrı, anamdan özgə, Süsəndən başqa;
7) səbəb-məqsəd, aidlik (üçün, ötrü, görə) – gecikdiyimə görə, dostumdan ötrü, 
vətənə dönmək üçün, bacım üçün, ağladığım üçün  və s. 

  Məsafə  və  fərqləndirmə  bildirən  qoşmaları  işlətməklə  cümlələr  qu-
rub yazın və yazdığınız cümlələrdə qoşmaların ismin hansı halına qoşulduğu 
üzərində müşahidə aparın.
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə