94
1) H.Z.Tağıyev Bakıda ilk qız məktəbinin açılmasını niyə istəmirdi?
2) Niyə III Aleksandrın onun xahişini rədd etməsi H.Z.Tağıyevin ürəyincə
oldu?
3) Məktəbin xərcini ödəmək üçün əvvəlcədən banka qoyduğu pulları
Tağıyev niyə geri götürür?
4) 1896-cı ildə qız məktəbi açmağa icazə veriləndə Tağıyev niyə məktəbin
binasını tikdirməkdən imtina edir?
5) Məktəbə niyə cəmi 35 qız qəbul edilir?
6) H.Z.Tağıyev niyə kasıb ailələrdən olan qızların geyim və yemək-
içməklərinin xərcini ödəməkdən imtina edir?
7) H.Z.Tağıyev niyə beşmərtəbəli dəyirman binasını dustaqxanaya bağış-
la maqdan imtina edir?
❸
Mətndə çoxlu faktdan istifadə olunmuşdur. Bu faktları neçə istiqamətdə
qruplaşdırmaq olar? Variantınızı təqdim edin.
❹
Mətndə bir neçə dəfə “məktəb” sözü işlənmişdir. Bu sözün mətndə
ismin hansı hallarında işləndiyini müəyyənləşdirin və fikrinizi əsaslandırın.
Sonra “məktəb” sözünü ismin digər hallarında da cümlələrdə işlədin.
❺
Mətndə qara şriftlə verilmiş qoşmaları məna növləri üzrə qruplaşdırın
və hər birinin qrammatik mənasını izah edin. Sonra həmin qoşmaları başqa
sözlərlə də işlədin.
❻
Müvafiq əvəzliklərdən istifadə etməklə mətn üzrə 10 sual cümləsi tərtib
edin. Sualların qrammatik normalar baxımından düzgünlüyünə diqqət yetirin
və cümlələrin sonunda müvafiq durğu işarələrindən istifadə etməyi unutmayın.
Çalışın ki, suallar daha çox faktların dəqiqləşdirilməsinə xidmət etsin.
❼
Aşağıdakı məlumatı oxuyun. Necə bilirsiniz, Musa Nağıyevlə H.Z.Tağı-
yevin taleləri arasında bir uyğunluq varmı? Fikrinizi faktlarla əsaslandırın.
Ağa Musa Hacı Nağı oğlu Nağıyev 1842-ci ildə Bakı quberniyasının
Biləcəri kəndində olduqca kasıb bir ailədə anadan olub. O, 10-11 yaşından
işləməyə başlayır. Əlinin qabarı, ayaqlarının döyənəkləri hesabına qazandığı
pulu qəpik-qəpik toplayaraq kiçik bir torpaq sahəsi alır. Amma o zaman ağlına
da gəlmirdi ki, bu bir parça torpaqda qazdırdığı quyudan su əvəzinə neft fon-
tan vuracaq və bir müddət sonra onu Bakının ən iri neft maqnatlarından birinə
çevirəcək.
|
İsmin mənsubiyyət şəkilçisi ilə işlənmiş sözləri müəyyənləşdirib hansı
şəxsdə olduğunu deyin.
❽
Aşağıdakı məlumatı oxuyun, sonra oxuduqlarınınz əsasında
A.M.Nağıyev və H.Z.Tağıyevin xidmətlərini faktlarla müqayisə edin. Necə
düşünürsünüz, “O, tarixdə milyonçu kimi deyil, böyük xeyriyyəçi kimi yaşadı”
Çap üçün deyil
95
fikrini hər iki milyonçuya eyni dərəcədə aid etmək olarmı? Debata qoşulun.
Musa Nağıyev Bakının ilk mülk sahiblərindın biri idi. Onun başqa mil-
yonçulardan fərqi də məhz köhnə Bakının memarlıq simasına ən çox töhfə
verməsidir.
M.Nağıyev Bakıda 98 bina tikdirib. Bunların içində ən çox seçilənləri
«İsmailiyyə» binası, 28 May küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə
qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının
yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası,
Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində
Qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları
və sair bu kimi şəhərin gözəgəlimli binalarıdır.
❾
Mətndəki cümlələr və abzaslar arasındakı əlaqələri müəyyənləşdirin.
Necə bilirsiniz, mətndə yerinə düşməyən, digər abzaslarla əlaqəsi olmayan
hissə varmı? Fikrinizi əsaslandırın.
❿
A.M.Nağıyev və ya H.Z.Tağıyevin tərcümeyi-halının mü hüm məqam-
ları ilə bağlı təqdimat hazırlayın və sinifdə oxuyun.
⓫
Mətnin axırıncı cümləsində işlənən zərfi tapıb səsləndirin, qrammatik
mənasını izah edin və onunla eyni yolla düzələn sözlər tapıb deyin.
⓬
Mətndə işlənmiş mürəkkəb sözləri tapıb səsləndirin. Hər birinin hansı
nitq hissəsinə aid olduğunu deyin və nə üçün bitişik və ya defislə yazılmasının
səbəbini izah edin.
⓭
Üzərində ulduz işarəsi qoyulmuş qaşasaitli və qoşasamitli sözlərin
tələffüzü ilə əlaqədar müvafiq qaydaları yada salın və həmin sözlərin necə
tələffüz olunacağını izah edin.
⓮
Mətndə altından xətt çəkilmiş cümlələrdə işlənmiş ifadələri tapın və
onları sinonim qarşılıqları ilə əvəz edib cümlələri oxuyun.
⓯
Mətndə göy şriftlə verilmiş sözün quruluşu ilə bağlı debat keçirin.
1) Dustaqxana düzəltmə sözdür. 2) Dustaqxana mürəkkəb sözdür.
⓰
Azərbaycanda neft sənayesinin inkişaf tarixi barədə nə bilirsiniz?
Aşağıdakı mətni oxuyun, bu barədə qısa məlumat əldə edin. Sonra mətndə
işlənmiş sayların qrammatik mənasını izah edin və onların yazılışında yol
verilmiş səhvləri müəyyənləşdirib, nə ilə bağlı olduğunu əsaslandırın.
Azərbaycanda “qara qızıl” qədim zamanlardan çıxarılmağa başlanmışdır.
Araşdırmalar nəticəsində məlum olub ki, hələ bizim eradan əvvəl 6-7-cı
əsrlərdə Abşeron yarımadasında neft çıxarılırmış. Mexaniki üsulla dünyada
ilk neft quyusu 1847-cu ildə Bibiheybətdə qazılmışdır. Sübut olunmuşdur ki,
dənizdə də ilk neft quyusu 18-cü əsrdə Abşeron yarımadasında – dənizdən 19
Çap üçün deyil
96
metr aralıda qazılmışdır. Sonralar Xəzər dənizinin qalxması nəticəsində həmin
neft kəhrizləri suyun altında qalmışdır.
1949-ci ildə əfsanəvi “Neft daşları” yatağı kəşf olundu. Bu hadisə dənizdə
neft hasilatının inkişafının əsasını qoydu.
1971-cu ildə Azərbaycanda milyardıncı ton neft çıxarıldı.
1994-ci ildə “Əsrin müqaviləsi” adı ilə tarixə daxil olmuş saziş imzalandı.
Bununla da Azərbaycanın neft sənayesi tarixində yeni eranın başlanğıcı qo-
yuldu.
|
BİBÖ cədvəlini doldurun.
§ 25. SİzİNLƏ İşLƏYƏCƏYƏM...
Qapıdan: “
Dükanda
xarici dillərdə danışılır” lövhəsi asılmışdı. Gənc
oğlan piştaxtanın arxasından bir nəfərin çıxdığını gördü.
– İstəyirsiniz, bu vazaların hamısını yuyub təmizləyim, – dedi. – Bu toz-
pas içində onları heç kim almaz.
Tacir heç nə söyləmədən gənc oğlana baxdı.
– Əvəzində yemək üçün mənə bir şey verərsiniz, danışdıq?
Adam dillənmirdi. Oğlan fikirləşdi ki, bir qərara gəlmək lazımdı.
Heybəsində çuxa vardı, səhrada ona
gərək
olmayacaqdı. Çuxanı çıxardı və
vazaları
silməyə
* başladı. Yarım saat içində vitrində olan bütün büllur qablar
par-par parıldayırdı. Bu müddət ərzində iki
müştəri
gəlib xeyli qab-qacaq aldı.
İşini qurtarandan sonra Santyaqo dükan sahibindən yemək istədi.
Büllur taciri qapıya bir lövhə asdı: ”Nahar fasiləsidir” və Santyaqonu
yoxuşun sonunda olan kiçik bir bara apardı. Barda olan yeganə
masaya
oturandan sonra büllur taciri gülümsəməyə* başladı:
– Əslində sənin o vazaları təmizləməyinə*
lüzum
yox idi. Quran buyurur
ki, ac adamları doyurmaq savabdır.
– Elə isə nə üçün məni işləməyə* qoydunuz?
–
çünki
büllur qablar
kirli
idi. Və hər ikimizin də beynimizdəki zir-zibili
təmizləməmiz lazımdı.
Yeməkdən sonra tacir oğlana tərəf döndü:
– İstəyirəm ki, mənim dükanımda çalışasan. Bu gün sən büllur qabları
silərkən iki müştəri gəldi: bu, yaxşı əlamətdi. – Hə, nə deyirsən, mənimlə
işləməyə razısanmı? – yenidən büllur taciri soruşdu.
– Dan sökülənə qədər qalan bütün qabları təmizləyərəm. Siz də
əvəzində
mənə Misirə getmək üçün lazım olan yol pulunu verərsiniz.
Dükan sahibi yenidən gülməyə* başladı:
– Dükandakı bütün büllur qabları il boyu silsən də, satılan hər şeydən öz
faizini alsan da, sənə bəs etməz. Misirə getmək üçün bir xeyli borca düşməlisən.
Çap üçün deyil
Dostları ilə paylaş: |