Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə12/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   8   9   10   11   12   13   14   15   ...   52

30
za kirədə deyilən bütün fikirlərə öz münasibətlərini bildirirlər ki, nəticədə alt-
standart  reallaşdırılır.  5,6,7,8,9,12-ci  çalışmalar  şagirdlərə  paylanılır.  Nitq 
his sələrinin  qrammatik  mənalarını  və  onlarla  bağlı  düzgün  tələffüz  və  ya zı 
qay   dalarının mənimsənilməsinə yönəlmiş çalışmaların icrasında 2.1.1 alt-stan  -
dartı reallaşdırılır. Qruplar ayrı-ayrılıqda mətndən götürülmüş sözlərin qram-
matik  mənasını  izah  edirlər.  Müəllim  qrupların  işlərini  qiymətləndirə  bilər. 
3.1.3 alt-standartının reallaşdırılması üçün şagirdlər kursivlə verilmiş sözlərin 
mənasını kontekstə uyğun olaraq qarşılığı ilə əvəz edərək mətni danışırlar və 
11-ci çalışmanı yerinə yetirilər.
Şagirdlər əldə etdikləri fakt və məlumatlara münasibət bildirərək 13,14-
cü çalışmaları yerinə yetirərək 4.1.1 alt-standartını reallaşdırırlar.
Məlumat mübadiləsi: 
Motivasiya  zamanı  göstərilən  kadrlar,  mətnin 
oxusu, səhnələşdirilməsi, çalışmalar üzərində iş əsasında şagirdlər Həzi Asla-
nov haqqında qismən məlumat əldə etmiş olurlar. Şagirdlər Həzi Aslanovun 
özünəməxsus xüsusiyyətləri üzərində fikir mübadiləsi aparırlar.
Nəticə: 
Şagirdlər  mövzu  ətrafında  işləyərək  maraqlı  məlumatlar  əldə 
edirlər.  Onlar  Həzinin  uşaqlığını,  onun  sözünün  üstündə  necə  mərdliklə 
dayandığını, anasının ona qarşı isti münasibətini öyrənirlər. Həzi kimi olmaq, 
onun  kimi  sözünün  üstündə  durmaq,  arzusuna  çatmaq  üçün,  hərbiçi  olmaq 
üçün qarşısına məqsəd qoymaq şagirdlərə bir nümunədir.
Yaradıcı tətbiqetmə:
 Həzi Aslanov haqqında məlumat toplamaq.
Qiymətləndirmə:
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı: 
Mətnin məzmununu danışmaq.
§5. Yadigar qalan innab ağacı
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1
Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.1
1.1.2
Az.t. – 
4.1.1.
Əd. – 1.2.4. 
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
2.1.1
2.1.2
3 Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
3.1.1
Çap üçün deyil


31
Dərsin tipi: 
İnduktiv
Dərsin forması:
 Böyük və kiçik qruplarla iş
Dərsin üsulu:
 Beyin həmləsi, BİBÖ, sual-cavab
Resurslar: 
Dərslik, dəftər, proyektor, kompyuter
Motivasiya: 
Müəllim  şagirdlərə  H.Aslanovun  Lənkəran  şəhərində 
yerləşən ev muzeyinin görüntülərini nümayiş etdirir. Evin qarşısında iri gövdəli 
bir ağac var.
Müəllim  şagirdlərə  müraciət  edir:  Kim  Lənkəran  şəhərində  olub? 
H.Aslanovun ev-muzeyi sizə necə təsir bağışladı?”
Şagirdlərin cavabları dinlənilir.
Tədqiqat sualı: 
Siz Həzi Aslanov haqqında birinci mətndə az da olsa, 
məlumat aldınız. Necə düşünürsünüz, mətndən tanış olduğunuz bu zərif,  sısqa, 
balaca oğlan qəhrəman olacaqmı?
Tədqiqatın aparılması: 
  Tədqiqat  dərslik  üzərində  işlə  başlanır. 
Müəllim “Yadigar qalan innab ağacı” mətnini şagirdlərə oxutdurur. “Sözlük” 
və  “Söz  ehtiyatı”nda  çətin  söz  və  ifadələrin  mənası  izah  edilir,  bəzi  sözlər 
cümlələrdə işlədilir. Sonra mətnin məzmununun mənimsədilməsi üzərində iş 
başlanır. Bu məqsədlə müəllim şagirdləri 3 qrupa bölür. 1.1.1. alt-standartının 
reallaşdırılması üçün müəllim qruplara 1,2,7-ci çalışmaların icrasını tapşırır. 
1-ci qrupun üzvləri mətndəki məntiqi ardıcıllığın pozulmasını araşdırır, 2-ci 
qrupun  üzvləri  mətndəki  hadisəyə  öz  münasibətlərini  bildirir,  3-cü  qrupun 
üzvləri isə 7-ci çalışmadakı mətn üzrə məntiqi ardıcıllığı bərpa edirlər.
Qruplar  üçün  müəyyən  vaxt  təyin  edilir. Vaxt  bitdikdə  qrupların  işləri 
yoxlanılır, fəaliyyətləri qiymətləndirilir.
Şagirdlərin rabitəli yazı vərdişlərinə yiyələndiklərini nümayiş etdirmələri, 
ahəng qanununa uyğun şəkilçi variantı seçməklə sözləri düzgün tələffüz et-
mə lə ri üçün müəllim cütlərlə iş üsulundan istifadə edir. 3,4,5,8-ci çalış  malar 
üzərində  iş  aparılır  və  1.1.2  alt-standartı  reallaşdırılır.  2.1.2  alt-standartının 
reallaşdırılması məqsədilə müəllim şagirdlərə 6-cı çalışmanı yerinə yetirməyi 
tapşırır. 2.1.1 alt-standartının reallaşması üçün müəllim cütlərə 9,11,12,13-cü 
çalışmaları yerinə yetirməyi tapşırır.
Şagirdlərin tərcümə bacarığını inkişaf etdirmək məqsədilə 8-ci çalışmanın 
yazılı şəkildə yerinə yetirilməsi məqsədəuyğundur. Bu mətni tərcümə edərkən 
şagirdlər Həzi Aslanov haqqında daha bir faktla tanış olurlar.
Məlumat mübadiləsi:
  Şagirdlər  müəllimin  tədqiqat  zamanı  verdiyi 
“Həzi Aslanov qəhrəman olacaqmı?” fikrini müzakirə edib, debata qoşulurlar.
Nəticə: 
Şagirdlər  H.Aslanov  haqqında  oxuduqlarından  belə  nəticəyə 
gəlirlər  ki,  orqanizmin  zəifliyi  yox,  iradənin  möhkəmliyi  daha  əsasdır. 
Uşaq yaşlarından qarşıya qoyulan məqsədə çatmaq üçün cəhd etmək, səylə 
çalışmağın  axırda  müsbət  nəticələr  verəcəyi  gözlənilir.  Əlbəttə,  Həzi  kimi 
Çap üçün deyil


32
uşaqlar sonda bir general olurlar.
Yaradıcı  tətbiqetmə: 
Həzi  Aslanovun  sonrakı  taleyi  haqqında  əlavə 
məlumat toplayıb təqdimat hazırlamaq.
Qiymətləndirmə: 
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
 Mətnin məzmununu danışmaq.
§6. Partizan Daşdəmirov  
(I hissə – 1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1
Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.1
1.1.2
Az.t. – 
1.2.2.; 
4.1.1.
Əd. – 3.1.2.
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir. 
Mətnin hissələri arasında əlaqələri gözləməklə danışır.
2.1.1
2.1.4
3
Əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi vurğudan 
istifadə edir.
Mətndəki fikirlərə münasibət bildirir.
3.1.2
3.1.3
4 Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
4.1.2
Dərsin tipi:
 İnduktiv
Dərsin forması:
 Kiçik qruplarla iş
Dərsin üsulu:
 Beyin həmləsi, təqdimat, müzakirə
Resurslar: 
Dərslik, elektron lövhə.
Motivasiya: 
Müəllim  elektron  lövhədə  Böyük  Vətən  müharibəsindən 
bəhs edən kadrları nümayiş etdirir.
Müəllim soruşur:  – Kadrlarda hansı müharibədən söhbət gedir?
Şagirdlərin fərziyyələri dinlənilir və nitqlərindəki nöqsanlar düzəldilir.
Tədqiqat sualı:
  1941-1945-ci  illərdə  Böyük  Vətən  müharibəsində 
Azərbaycanın rolu nədən ibarət olmuşdur?
Tədqiqatın aparılması:
 Müəllim şagirdləri qruplara bölür. Tədqiqat “Par-
tizan Daşdəmirov” mətninin oxusu ilə başlanır. Mətn hissə-hissə qruplardakı 
şagirdlərə oxutdurulur, məzmunun və sözlüyün mənimsədilməsi üzərində iş 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə