Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə11/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   7   8   9   10   11   12   13   14   ...   52

27
sərhədlərə malik olduğu aydın görünür. Bu gün isə torpaqlarımızın 20%-i işğal 
altındadır.
Bugünkü gənclər sabahın əsgərləridirlər. Sabahkı Vətən keşikçisi özündə 
məsuliyyət  hissi  tərbiyə  etməli,  borcunu  ləyaqətlə  yerinə  yetirməyə  hazır 
olmalıdır. Çünki gənclər Əliağa Şıxlinski kimi qorxmaz, cəsur döyüşçülərin 
nəvələridirlər.
Yaradıcı  tətbiqetmə:
  Əliağa  Şıxlinski  haqqında  daha  nə  bilirsiniz? 
Məlumatınızı genişləndirmək üçün axtarış aparın və fikirlərinizi yoldaşlarınızla 
bölüşün.
Qiymətləndirmə:
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır
Ev tapşırığı: 
Mətn üzrə plan tərtib etmək və məzmununu öyrənmək.
§ 3. Səməd bəy Mehmandarov Birinci Dünya 
müharibəsində (1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.2
Az.t. – 
1.2.1.
Əd. – 2.2.1.
2 Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
2.1.1
3 Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
3.1.1
4 Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı 
durğu işarələri qaydalarına əməl edir.
4.1.3
Dərsin tipi: 
İnduktiv
Dərsin forması:
 Böyük və kiçik qruplar, cütlərlə iş
Dərsin üsulu: 
Əqli hücum, müzakirə, BİBÖ, təqdimat
Resurslar: 
Dərslik, dəftər, proyektor, kompyuter
Motivasiya:
  Müəllim  proyektoru  işə  salır.  Internetin  köməyilə 
S.Mehmandarovun 1914-cü il müharibəsindəki fəaliyyətinin görüntüləri  olan 
sənədli filmi canlandırılır.
Müəllim sinfə sualla müraciət edir: “Bundan əvvəlki dərslərimizdə Siz 
məşhur  general  S.Mehmandarov  haqqında  öyrənmişdiniz.    Onun  haqqında 
necə düşünürsünüz?” Şagirdlərin cavabları dinlənilir.
Tədqiqat sualı: 
Müəllim lövhədə belə aforizm yazır. “Hər hansı bir or-
dunun dəyəri onun zabit və komanda heyətinin dəyəri ilə ölçülür”. (Mustafa 
Kamal Atatürk) Bu aforizmi izah etməyə çalışın.
Çap üçün deyil


28
Tədqiqatın aparılması: 
 Tədqiqat dərslik üzərində işlə başlanır. Müəllim 
“Səməd bəy Mehmandarov Birinci dünya müharibəsində” mətnini şagirdlərə 
oxutdurur.  “Sözlük”  və  “Söz  ehtiyatı”  ndakı  çətin  söz  və  ifadələrin  mənası 
izah  edilir,  bəzi  sözlər  cümlələrdə  işlədilir.  Sonra  mətnin  məzmununun 
mənimsədilməsi üzərində iş başlanır. Bu məqsədlə müəllim şagirdləri 3 qru-
pa bölür. 1.1.2 alt-standartının reallaşdırılması üçün 1-ci çalışmadakı sualları 
qrup lara  paylayır.  Cavab  aldıqdan  sonra  1.1.1  alt-standartına  əsasən  2-ci 
çalışmanı yerinə yetirərək faktlar məntiqi ardıcıllıqla göstərilir. Sonra şagirdlər 
3,4-cü çalışmaları yerinə yetirərək 1.1.2 alt-standartını reallaşdırırlar, 2.1.4 alt-
standartının reallaşdırılması üçün 5-ci çalışmanı yerinə yetirirlər: bu çalışmada 
bütün qrup üzvləri iştirak edirlər. Qruplar üçün müəyyən vaxt təyin edilir. Vaxt 
bitdikdə qrupların işləri yoxlanılır, fəaliyyətləri qiymətləndirilir.
6,11-ci  çalışmanın  icrası  kiçik  qruplara  tapşırılır.  Bu  zaman  4.1.2  alt-
standartı  reallaşdırılır.  Sonra  cütlərə  7,8,9,10,13-cü  çalışmaların  yerinə 
yetirilməsi  tapşırılır.  Bu  zaman  2.1.1  alt-standartı  reallaşdırılır.  Şagirdlər 
qiymətləndirilə bilərlər. 4.1.3 alt-standartından istifadə edərək müəllim böyük 
qrupa  12,14-cü  çalışmaların  icrasını  tapşırır.  Müəllim  3.1.1  alt-standartını 
reeallaşdırmaq  məqsədilə  15-ci  çalışmanı  böyük  qrupa  tapşırır.  Şagirdlərin 
tərcümə  bacarığını  inkişaf  etdirmək  məqsədilə  onlara  çalışma  16,  17-dəki 
mətnlər təqdim olunur. Mətnləri tərcümə etməklə şagirdlər S.Mehmandarov 
haqqında daha bir məlumat əldə etmiş olurlar.
Məlumat mübadiləsi: 
Şagirdlər “Səməd bəy Mehmandarov” haqqında 
debata qoşularaq, müzakirə aparırlar.
Nəticə:
  Görkəmli şair B.Vahabzadə yazır:
   
Yaşamaq yanmaqdır, yanasan gərək,
   
Həyatın mənası yalnız ondadır.
   
Şam əgər yanmırsa, yaşamır demək,
   
Şamın yaşamağı, yanmağındadır,
İnsan həyata gəldiyi gündən son nəfəsinə qədər mübarizə aparır. Hətta ən 
tənbəl və hər şeyə biganə olan adam belə, mübarizədən kənarda qala bilməz. 
Fərq, sadəcə, bu mübarizənin ümummilli məqsədlərə, xalq mənafeyinə xidmət 
edib-etməməsindədir.  Ona  görə  də,  insan  işıqlı  amallar,  aydın  məqsədlər 
uğrunda  mübarizə  aparmalı  və  nəsillərin  yaddaşında  əsrlər  keçsə  belə, 
yaşamalıdır, Səməd bəy Mehmandarov kimi.
Yaradıcı tətbiqetmə:
  Səməd  bəy  Mehmandarov  haqqında  əlavə 
məlumat toplayıb təqdimat hazırlamaq.
Qiymətləndirmə: 
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı: 
Mətnin məzmununu danışmaq.
Çap üçün deyil


29
§4. Əlvida, Lənkəran torpağı! (1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1
Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.1
1.1.2
Az.t. – 
1.2.1.; 
1.3.1.
Əd. – 
2.2.1.; 
3.1.2.
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
Mətnin hissələri arasında əlaqələri gözləməklə 
danışır.
2.1.1
2.1.4
3 Mətndəki fikirlərə münasibət bildirir.
3.1.3
4 Topladığı fakt və məlumatlara  münasibətini bildi-
rir.
4.1.1
Dərsin tipi:
 İnduktiv
Dərsin forması:
 Böyük və kiçik qruplarla iş, cütlərlə iş
Dərsin üsulu: 
Əqli-hücum, sual-cavab, təqdimat
Resurslar: 
Dərslik, dəftər, proyektor.
Motivasiya:
  Müəllim  proyektorda  internetin  köməyi  ilə  H.Aslanov 
haqqında filmi şagirdlərə nümayiş etdirir. 
Şagirdlərə sual verir: “Film kimin haqqındadır? Filmdə hansı müharibədən 
söhbət açılır?”
Şagirdlərin cavabları dinlənilir.
Tədqiqat sualı:
  İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqqında 
nə bilirsiniz?
Tədqiqatın aparılması: 
 Müəllim verdiyi suala cavab almaq məqsədilə 
tədqiqata “Əlvida, Lənkəran!”mətninin oxusu ilə başlayır. Şagirdlər nitqlərində 
məntiqi  vurğudan  düzgün  istifadə  etməklə  (2.1.1  alt-standartı)  mətni  oxu-
yurlar.  Mətn  dialoq  şəklində  oxunur.  Mətn  oxunduqdan  sonra  “Sözlük”  və 
“Söz  ehtiyatı”ndakı  sözlər  üzərində  iş  aparılır.  Verilmiş  sözlərə  sinonimlər, 
antonimlər tapılaraq əlavə cümlə daxilində işlədilir. Mətnin oxusu prosesində 
nitqdə tələffüzə düzgün əməl olunmasına xüsusi nəzarət edilir və bu istiqamət 
digər çalışmalar üzrə işlərdə də diqqət mərkəzində saxlanılır.
Şagirdlər  cütlərlə  işləyərək,  2-ci  çalışmanı  yerinə  yetirirlər.  Bu  zaman 
1.1.1 alt-standartı reallaşdırılır. Müəllim şagirdlərin tələffüzünə nəzarət edir, 
nitq qüsurları yerindəcə düzəldilir.
Böyük  qruplar  3,4-cü  çalışmaları  yerinə  yetirərək  1.1.2  alt-standartını 
re al laşdırırlar.  Çalışmanın  şərtinə  əsasən  şagirdlər  Nuşu  ananı  xarakterizə 
edir lər. Bu zaman Həzi Aslanovun uşaqlıq illəri ilə tanış olurlar. Onlar mü-
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə