16
dəki ardıcıllığın bərpa edilməsi məqsədilə də istifadə edilmişdir. Belə ki,
məsələn, mətn üzrə tərtib edilmiş suallardan bəziləri mətnin məzmununu
əks etdirmir, yaxud suallar mətnin ardıcıllığına uyğun gəlmir ki, belə hal-
larda şagirdlərə təklif olunur ki, suallara cavab verməklə yanaşı, onları həm
də mətndəki ardıcıllıq üzrə yenidən sıralasınlar. Bu istiqamətli işlər mətndən
götürülmüş cümlələrin mətnin məzmunu əsasında tamamlanmasını nəzərdə tu-
tan çalışmalarla da reallaşdırılır. Şagirdlər əvvəlcə cümlələri mətnin məzmunu
əsasında tamamlamalı, sonra onları mətndəki ardıcıllıq üzrə sıralamalı olurlar
ki, nəticədə həm də mətnin planı qurulmuş olur.
Dərslikdə istifadə edilmiş çalışmaların bir qrupu xüsusilə şagirdlərin
nitqlərində ahəng qanununa uyğun şəkilçi variantlarını düzgün seçmək
bacarığının formalaşdırılmasına istiqamətləndirilmişdir. Bu məqsədlə
Azərbaycan dilində təklif edilən çalışmalarla yanaşı, daha çox rus dilindən
tərcümə vasitəsilə müvafiq bacarıqların formalaşdırılması məqsədəuyğun
hesab edilmiş və demək olar ki, hər paraqrafda tərcümə çalışması verilmişdir.
Bu çalışmaların şərti dərslikdə nəzərdə tutulmuş, çalışma mətnləri isə
dərsliyin həcmi nəzərə alınaraq müəllim üçün metodik vəsaitdə xüsu-
si başlıq altında yerləşdirilmişdir. Dərslikdə özünəməxsus sistem təşkil
edən bu tərcümə çalışmaları da bir neçə məqsədə xidmət edir, müxtəlif alt-
standartların reallaşdırılmasına şərait yaradır. Belə ki, şagirdlər təklif edilən
mətn parçalarını tərcümə etməklə üzərində iş aparılan mətnlərlə əlaqədar
müəyyən əlavə məlumatlar əldə edir, həmin məlumatlardan mətnin müəyyən
hissələrində bir nümunə kimi istifadə etmək, onları mətnlə əlaqələndirmək
üzrə müvafiq bacarıqlara yiyələnirlər. Bu prosesdə, həmçinin tərcümə edilən
fikrin Azərbaycan dilinin qrammatik normalarına uyğun formalaşdırılması,
cümlədə sözlərin düzgün əlaqələndirilməsi, ahəng qanununa uyğun şəkilçi
variantlarından düzgün istifadə, orfoqrafik normalara əməl olunması tələb olu-
nur ki, bütün bunlar qarşıya qoyulan müəyyən təlim nəticələrinin reallaşmasına
imkan yaradır.
Dərslikdə şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi istiqamətinə
xüsusi yer ayrılmışdır. Mətndə işlənmiş müəyyən sözlərin, ifadələrin və
söz birləşmələrinin mənasının izahı üzərində iş mətnin qavranılması ilə pa-
ralel aparılır, eyni zamanda, mətnin sözlüyünün daha ətraflı izahı üçün xüsu-
si çalışmalardan, testlərdən də istifadə olunur. Nəzərə almaq lazımdır ki,
artıq şagirdlərin lüğət ehtiyatında müəyyən miqdar söz və ifadələr vardır.
Onlar oxuduqlarını başa düşür, anladıqlarını dəqiqləşdirmək üçün sual-
lar verir, fikirlərini istər şifahi, istərsə də yazılı formada ifadə edə bilirlər.
Bütün bunları nəzərə alaraq düşünürük ki, üzərində iş aparılan mətnlərin
və şeirlərin məzmununun başa düşülməsi üçün artıq onların cümlə-cümlə
tərcümə edilməsinə ehtiyac yoxdur. Elə bu səbəbdən də mətndə elə söz və
Çap üçün deyil