10
seçilməsində isə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nda vurğulanan tələblərdən birinə (iqtisadi inkişaf məqsədlərinə
xidmət edən bilik və bacarıqları, səriştəni aşılayan məzmuna malik) əməl
olunmasına səy göstərilmişdir. Bununla yanaşı, bədii parçaların seçilməsində
şəxsiyyətin hərtərəfli formalaşdırılmasına müsbət təsiri ola biləcək şeir, tap-
maca, hekayə, mətn və s. üstünlük verilmişdir.
Dərslikdəki təlim materialları üzərində şagirdlərin məqsədyönlü işini
təşkil etmək üçün ilk növbədə dərsliyin metodik sistemi ilə tanışlıq tələb
olunur ki, burada onlardan bəziləri üzərində dayanmağı və müəllimlərin
diqqətinə çatdırmağı məqsədəuyğun hesab edirik. Dərsliklə tanışlıq forzas
səhifəsindən başlamalıdır. Burada bütün dərslik boyu istifadə olunan şərti
işarələr yerləşdirilmişdir. Mühüm əhəmiyyət kəsb etdiyindən müəllim, birin-
ci növbədə, şagirdlər həmin işarələrlə tanış etməli, onların mahiyyətinin
qavranılmasına diqqət yetirməlidir.
Dərslikdə bu işarələrdən ən çox sistemli şəkildə istifadə olunanı mətndəki
sözlərin üzərində qoyulan ulduz (*) işarəsidir. Bu işarədən dərslik boyu
tələffüzü üzərində iş aparılması nəzərdə tutulan sözləri fərqləndirmək üçün
istifadə olunmuşdur. Belə ki, artıq şagirdlər əvvəlki siniflərdə sözlərin və söz
formalarının tələffüzü ilə əlaqədar müəyyən orfoepik qaydalarla tanış olmuş,
onlarla həmin qaydaların möhkəmləndirilməsi istiqamətində praktik işlər
aparılmışdır. Öyrənilmiş qaydalarla əlaqədar bacarıqların vərdişə çevrilməsi
üçün bu istiqamətdə fasiləsiz işlər aparılmalı, bu işlər bir dərs olsa belə, diqqətdən
kənarda qalmamalıdır. Odur ki, tələffüz çalışmaları dərslikdə konkret mətn
və ya şeirlə, yaxud da hər hansı bir çalışma mətni ilə məhdudlaşdırılmamış,
dərsliyin metodik sistemində qırmızı xətt kimi keçərək oxu üçün nəzərdə tu-
tulan bütün tədris materiallarında öz əksini tapmışdır. Yalnız xüsusi məqsəd,
yəni bu və ya digər qaydanın möhkəmləndirilməsi üçün dərslikdə üzərində
ulduz işarəsi qoyulmuş sözlər əsasında çalışma mətni tərtib edilmişdir. Qalan
bütün hallarda üzərində ulduz işarəsi qoyulmuş sözlərin düzgün tələffüzü üzrə
zəruri vərdişlərin formalaşdırılması istiqamətində dərsliyin imkanlarından
səmərəli istifadə məsələsi müəllimin öhdəsinə buraxılmışdır. Ona görə də
dərs ilinin əvvəlində müəllim bu işarənin mahiyyətinin şagirdlər tərəfindən
düzgün qavranılmasına, ona şüurlu münasibətin formalaşmasına nail olmalıdır.
Təcrübələr göstərir ki, dərsliyin elmi-metodik sistemi bir çox hallarda
müəllimin özü tərəfindən dərk edilmədiyindən, dərslərin qarşısında qoyulan
metodik prinsiplərə də əməl olunmur və nəticədə qarşıya qoyulmuş məqsədlər
reallaşdırılmamış qalır.
Qeyd etməyi lazım bilirik ki, mətn və şeirlərdə ulduz işarəsi ilə
fərqləndirilmiş sözlərdən müxtəlif istiqamətli tələffüz çalışmaları kimi istifadə
oluna bilər (dərslikdə belə çalışma nümunələri verilmişdir). Belə ki, eyni bir
Çap üçün deyil