5
GİRİŞ
Müstəqil Azərbaycan dövlətinin əsas strateji hədəflərindən biri insan
kapitalının inkişafı olduğundan “Müasir təhsil sisteminin formalaşdırılması”
(“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası” (7.2”) priori-
tet bir məsələ kimi qarşıya qoyulur. Məlumdur ki, müasir təhsil sistemi-
nin formalaşdırılması isə bir sıra mühüm şərtlərlə yanaşı, ilk növbədə,
təh silin məzmununun yeniləşdirilməsi ilə mümkündür. Bu reallıq əsas tutul-
duğundandır ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nda birinci strateji istiqamətin səriştəyə əsaslanan şəxsiyyətyönlü
təhsil məzmununun yaradılmasına yönəldiyi qeyd edilmiş, bunun isə təhsilin
bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edəcəyi
göstərilmişdir.
Təhsil strategiyasında “şagirdlərin idrak fəallığını, ümumi inkişafını
ləngidən mövcud “yaddaş məktəbi”ndən “təfəkkür və düşüncə məktəbi”nə
keçidin təmin olunması məqsədi ilə sistemli tədbirlər görüləcəyi” xüsusi
vurğulanır. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması
isə şəxsin müasir bilik və bacarıqlara yiyələnməsi üçün vacib şərtdir. Çünki bu,
“insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tut-
maq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə
münasibətdə düzgün mövqe seçmək” imkanı verir.
Azərbaycanda təhsil islahatının başlanmasından keçən dövr göstərdi ki,
şagirdyönümlülük və inkişafyönümlülük istiqamətində qurulan və şagird şəx-
siyyətinin formalaşdırılmasında nəticəyönümlülüyü hədəf alan hazırkı təh sil
islahatı qarşıya qoyduğu əsas məqsədlərə addım-addım yaxınlaşmaqdadır.
Dövlətin təhsil siyasətinin hədəf aldığı nəticələrin reallaşdırılması, qeyd
edildiyi kimi, təhsilin məzmun və formasının, qiymətləndirmə mexanizmlərinin
yeni əsaslar üzərində qurulmasını şərtləndirir ki, bu isə öz növbəsində kuri-
kulum islahatının təhsilin bütün pillələrində, o cümlədən ümumi orta təhsil
səviyyəsində sistemli şəkildə davam etdirilməsini həyata keçirməklə yanaşı,
onun inkişafını da zərurətə çevirir.
Məlum olduğu kimi, Azərbaycan Respublikası öz müstəqilliyinin bər-
pasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-
iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət
kəsb etməyə başlamışdır.
Təsadüfi deyildir ki, 23 may 2012-ci il tarixli “Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçili-
yin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezi-
dentinin Sərəncamında Azərbaycan dilindən istifadə zamanı bir çox nöqsan-
lara yol verildiyi, ədəbi dilin tükənməz imkanlarından lazımınca və düzgün
istifadə edilməməsinə diqqət çəkilir və problemin həlli ilə əlaqədar müvafiq
Çap üçün deyil