18
müəllimlərin artıq xeyli təcrübəyə malik olduqlarını nəzərə alaraq, metodik
vəsaitdə kurikulumla bağlı anlayışların şərhinə yer verilməsi məqsədəuyğun
hesab edilməmişdir.
Metodik vəsaitdə hər bir mövzu üzrə motivasiyanın qurulması
nümunəsi
verilmiş, müvafiq resurslara diqqət yönəldilmiş, seçilmiş alt-standartların
reallaşdırılmasına hansı didaktik materiallarla nail olmağın yolları müəy-
yənləşdirilmiş və tədris materialları bu baxımdan qruplaşdırılmaqla təqdim
olunmuşdur.
Metodik vəsaitin sonunda verilmiş “Özünüzü yoxlayın” rubrikası
summativ qiymətləndirmə aparmaq üçün nəzərdə tutulmuşdur. Hər bir
təkrar və qiymətləndirmə üçün ən azı 30 tapşırıq nümunəsi verilmişdir ki,
müəllimlər bunlardan sinfin səviyyəsinə uyğun şəkildə istifadə edə bilərlər.
Qiymətləndirmə üçün tərtib olunmuş materiallar dərslikdə məqsədli şəkildə
verilməmişdir. Bəzən şagirdlər həmin materiallarla əvvəlcədən tanış olur və
yoxlama formal xarakter daşıyır. Bunun qarşısını almaq və şagirdlərin təlim
nəticələrinin obyektiv qiymətləndirilməsini həyata keçirmək məqsədilə yox-
lama materiallarının dərslikdə deyil, müəllim üçün vəsaitdə verilməsi qərara
alınmışdır. Burada qeyd etməyi lazım bilirik ki, yoxlama məqsədilə tərtib
edilmiş bu tapşırıqlardan istifadə etməklə yanaşı, müəllimlər dərs dedikləri hər
bir sinfin səviyyəsinə uyğun yoxlama materialları tərtib etməkdə sərbəstdirlər.
Müəllimlər metodik vəsaitdə təklif olunmuş yoxlama və təkrar materiallarını
dərs dedikləri sinfin səviyyəsinə uyğunlaşdırmaqla da istifadə edə bilərlər
ki, bu da hər bir müəllimin məsələlərə nə dərəcədə yaradıcı yanaşmasından
asılıdır.
Vəsaitin sonunda həmçinin müəllimlərə kömək məqsədilə dərslikdə
verilmiş maraqlı şəxsiyyətlərin həyat və fəaliyyətləri barədə materiallar
verilmişdir ki, bu da dərslərin daha maraqlı keçməsini təmin etmək üçündür.
Ayrı-ayrı fənlər üzrə fənlərarası inteqrasiya yaradılması üçün müraciət edilmiş
məzmun standartlarının da verilməsi məqsədəuyğun hesab edilmişdir.
Çap üçün deyil