12
düzgün planlaşdırmalarına, tədris ili ərzində istər sinifdə, istərsə də müstəqil
işlər zamanı onlarda sürətlə işləmək vərdişlərinin formalaşmasına müsbət təsir
göstərir. İşarənin mahiyyəti aydın olmadıqda isə şagirdlər onun fərqinə varmır,
öz işlərini əsas tapşırığı yerinə yetirməklə bitmiş hesab edir, digər tapşırıqları
yerinə yetirməyə səy göstərmirlər.
Dərslikdə istifadə olunmuş boşluq işarəsi ( ) mətndə və ya çalış-
ma larda buraxılmış sözlərin yerində işlənir. Əvvəlcədən bu işarə ilə tanışlıq
mətnlərin oxusu və çalışmalar üzərində iş zamanı necə hərəkət etmələrinə
şagirdləri hazırlamış olur. Belə ki, oxu prosesində şagirdlər boşluqların yerinə
cümlənin məzmunundan doğan sözlər artırmaqla həm özlərini sınamış olur,
həm də lüğət ehtiyatında olan sözləri fəallaşdırırlar.
Dərslikdə istifadə olunmuş digər işarələrlə şagirdlər əvvəlki siniflərdən
tanış olduqlarından müəllim onları yada salmaqla kifayətlənə bilər.
8-ci sinif üçün müəyyənləşdirilmiş standartların nəzərdən keçirilməsi
göstərir ki, müvafiq məzmun xətləri üzrə müəyyənləşdirilmiş alt-standartlar
sinifdən sinfə şagirdlərin dilə yiyələnmə bacarıqlarının inkişafını təmin etməyə
yönəlmişdir.Belə ki, dinləyib-anlama xətti üzrə əgər 7-ci sinifdə şagirdlər
“dinlədiyi mətnin hissələrini müəyyənləşdirmək”,” dinlədiyi mətndə əsas fakt
və hadisələri qruplaşdırmaq “ la dinlədiyi mətni anladığını nümayiş etdirirdisə,
8-ci sinifdə müvafiq olaraq “ dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcılığını
müəyyənləşdirmək” və “dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirmək”
şəklində reallaşdırılır.
«Oxu məzmun xətti 7-ci sinifdə «mətndəki əsas nitq hissələrini qram-
matik mənasına görə izah etmək», «səs tonu, temp və fasiləni gözləməklə
mətni oxumaq», müəyyənləşdirməyi nəzərdə tuturdusa, müvafiq məzmun
xətti 8-ci sinifdə «mətndəki söz və ifadələrin mənasını sintaktik vəzifəsinə
görə dəqiqləşdirmək», «əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi vurğudan
istifadə etmək», «mətndəki fikirlərə münasibət bildirmək» bacarığı ilə əvəz
olunur.
Göründüyü kimi, müxtəlif məzmun xətləri üzrə 8-ci sinifdə nəzərdə tu-
tulan təlim nəticələrinin reallaşdırılması rabitəli mətnlər üzərində işi zərurətə
çevirir. Təcrübələr göstərir ki, məzmun standartlarında nəzərdə tutulmuş bir
sıra zəruri bacarıqların şagirdlərdə formalaşdırılması rabitəli mətnlər üzərində
işlərlə daha səmərəli reallaşdırılır.
8-ci siniflər üçün hazırladığımız dərslikdəki tədris materialları müxtəlif
məzmun xətləri üzrə şagirdlərdə zəruri bacarıq və vərdişlərin formalaşdırılması
və inkişafına şərait yaratmaqla yanaşı, tədris prosesini səmərəli təşkil etmək
üçün müəllimə imkan verəcək, əlverişli təlim mühitinin yaradılmasını təmin
edəcəkdir.
Dərslik tərtib edilərkən, qeyd edildiyi kimi, nitq fəaliyyəti üzrə bütün
Çap üçün deyil