Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə5/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   2   3   4   5   6   7   8   9   ...   52

12
düzgün planlaşdırmalarına, tədris ili ərzində istər sinifdə, istərsə də müstəqil 
işlər zamanı onlarda sürətlə işləmək vərdişlərinin formalaşmasına müsbət təsir 
göstərir. İşarənin mahiyyəti aydın olmadıqda isə şagirdlər onun fərqinə varmır, 
öz işlərini əsas tapşırığı yerinə yetirməklə bitmiş hesab edir, digər tapşırıqları 
yerinə yetirməyə səy göstərmirlər. 
Dərslikdə  istifadə  olunmuş  boşluq  işarəsi  (              )  mətndə  və  ya  çalış-
ma  larda buraxılmış sözlərin yerində işlənir.  Əvvəlcədən bu işarə ilə tanışlıq  
mətnlərin  oxusu  və  çalışmalar  üzərində  iş  zamanı  necə  hərəkət  etmələrinə 
şagirdləri   hazırlamış olur. Belə ki, oxu prosesində şagirdlər boşluqların yerinə 
cümlənin məzmunundan doğan sözlər artırmaqla həm özlərini sınamış olur, 
həm də lüğət ehtiyatında olan sözləri fəallaşdırırlar. 
Dərslikdə istifadə olunmuş digər işarələrlə şagirdlər əvvəlki siniflərdən 
tanış olduqlarından müəllim onları yada salmaqla kifayətlənə bilər.   
8-ci  sinif  üçün  müəyyənləşdirilmiş  standartların  nəzərdən  keçirilməsi 
göstərir ki, müvafiq məzmun xətləri üzrə müəyyənləşdirilmiş alt-standartlar  
sinifdən sinfə şagirdlərin dilə yiyələnmə bacarıqlarının inkişafını təmin etməyə 
yönəlmişdir.Belə  ki,  dinləyib-anlama  xətti  üzrə  əgər  7-ci  sinifdə  şagirdlər 
“dinlədiyi mətnin hissələrini müəyyənləşdirmək”,” dinlədiyi mətndə əsas fakt 
və hadisələri qruplaşdırmaq “ la dinlədiyi mətni anladığını nümayiş etdirirdisə, 
8-ci sinifdə müvafiq olaraq “ dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcılığını 
müəyyənləşdirmək” və “dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirmək” 
şəklində reallaşdırılır.    
«Oxu məzmun xətti 7-ci sinifdə «mətndəki əsas nitq hissələrini qram-
matik  mənasına  görə  izah  etmək»,  «səs  tonu,  temp  və  fasiləni  gözləməklə 
mətni  oxumaq»,  müəyyənləşdirməyi  nəzərdə  tuturdusa,  müvafiq  məzmun 
xətti  8-ci  sinifdə  «mətndəki  söz  və  ifadələrin  mənasını  sintaktik  vəzifəsinə 
görə dəqiqləşdirmək», «əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi vurğudan 
istifadə  etmək»,  «mətndəki  fikirlərə  münasibət  bildirmək»  bacarığı  ilə  əvəz 
olunur.
Göründüyü kimi, müxtəlif məzmun xətləri üzrə 8-ci sinifdə nəzərdə tu-
tulan təlim nəticələrinin reallaşdırılması rabitəli mətnlər üzərində işi zərurətə 
çevirir. Təcrübələr göstərir ki, məzmun standartlarında nəzərdə tutulmuş bir 
sıra zəruri bacarıqların şagirdlərdə formalaşdırılması rabitəli mətnlər üzərində 
işlərlə daha səmərəli reallaşdırılır.
8-ci siniflər üçün hazırladığımız dərslikdəki  tədris materialları müxtəlif 
məzmun xətləri üzrə şagirdlərdə zəruri bacarıq və vərdişlərin formalaşdırılması 
və inkişafına şərait yaratmaqla yanaşı, tədris prosesini səmərəli təşkil etmək 
üçün müəllimə imkan verəcək, əlverişli təlim mühitinin yaradılmasını təmin 
edəcəkdir.  
Dərslik tərtib edilərkən, qeyd edildiyi kimi,  nitq fəaliyyəti üzrə bütün 
Çap üçün deyil


13
bacarıqların rabitəli mətnlər əsasında formalaşdırılmasına diqqət yetirilmişdir. 
Uşaqların praktik dil bacarıqları üçün nəzərdə tutulmuş mətnlər əsas vəzifə 
ilə yanaşı, onlarda məntiqi, yaradıcı və tənqidi təfəkkürün formalaşdırılmasını 
da nəzərdə tutur ki, bunlarsız dilin şüurlu mənimsənilməsini həyata keçirmək 
mümkün  deyildir.  Bu  mətn  və  şeirlər,  eyni  zamanda,  tərbiyəvi  əhəmiyyət 
daşıyır,  şagirdlərdə  dövlətçiliyə  hörmət  və  sədaqət  aşılanmasına,  milli-
mənəvi  dəyərlərin  qorunub-saxlanılmasına,  azərbaycançılıq  ideologiyasının 
mənimsənilməsinə,    bir  sözlə,  şagirdlərin  hərtərəfli  inkişafına  xidmət  edir. 
Mətn  və  tapşırıqlar  həmçinin  şagirdlərdə  bir  sıra  əxlaqi  keyfiyyətlərin 
formalaşdırılmasına  şərait  yaradır,  xalqın  tarixi  keçmişinə  maraq  oyadır, 
müstəqil Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlarla onları tanış edir, 
ölkənin sürətli inkişafı barədə aydın təsəvvür yaradır.
Dərslikdəki  hekayələr,  süjetli  şeirlərin  oxusu,  həmin  mətnlər  əsasında 
tərtib  edilmiş  çalışmalarda    nəzərdə  tutulan  tapşırıqların  yerinə  yetirilməsi 
şagirdlərin  dinlədiyi mətnin hissələrini müəyyənləşdirmək, dinlədiyi mətndə 
əsas fakt və hadisələri qruplaşdırmaq, nitqdə məntiqi vurğudan düzgün istifadə 
etmək,  müxtəlif  mövqeli  fikirləri  ümumiləşdirərək  təqdim  etmək,  mətnin 
hissələri arasında əlaqələri gözləməklə danışmaq, müzakirədə deyilən müxtəlif 
fikirlərə  münasibət  bildirmək,  müvafiq  nümunələrdən  mətnin  hissələrinə 
uyğun  istifadə  etmək,  mətndəki  cümlələr  və  abzaslar  arasındakı  əlaqələri 
müəyyənləşdirmək, sözlərin sintaktik vəzifələrini müəyyənləşdirmək kimi bir 
sıra bacarıqların formalaşdırılmasına, inkişafına və təkmilləşdirilməsinə im-
kan verəcəkdir.  
Rabitəli mətnlər əlverişli nitq situasiyaları ilə zəngin olduğundan sözün, 
ifadənin mənasının kontekstdə qavranılması üçün də münbit öyrənmə şəraiti 
yaradır. Odur ki, dərslikdəki çalışmaların böyük əksəriyyəti  məhz mətnlərdə 
işlənmiş    sözlərin  leksik  və  qrammatik  mənasının  mənimsənilməsini,  söz 
birləşmələri  və  cümlə  qurmaq  bacarıqlarının  təkmilləşdirilməsini    vəhdətdə 
həyata keçirməyi nəzərdə tutur. Bu isə dilin qrammatik quruluşunun praktik 
yolla mənimsənilməsini təmin edir. 
Təcrübələr  göstərir  ki,  şagirdlər  üçün  sözün  qrammatik  və  ya  leksik 
mənasının,  sintaktik  vəzifəsinin  mətndə  qavranılması  o  qədər  də  çətinlik 
törətmir və təlimə marağı artırır. Odur ki, dərslik hazırlanarkən mətnlərdəki 
hər bir imkandan maksimum istifadə edilmiş, hər bir mətn üzrə ən azı 9-10 
çalışma    tərtib  edilmişdir. Yeri  gəlmişkən  qeyd  edək  ki,  bəzən  çalışmaların 
sayının çoxluğu müəllimlərdə ciddi narahatlıq yaradır, onlar həmin çalışmaların 
hamısının  icra  edilməsinin  mümkünsüzlüyü  fikrini  irəli  sürürlər.  Bununla 
əlaqədar bir daha qeyd etməyi lazım bilirik ki, hər bir sinifdəki şagirdlər dilə 
praktik bələdlik səviyyələrinə görə müxtəlif  olurlar.  Hər bir sinifdə həm bu 
dilin  daşıyıcıları,  həm  də  digər  xalqların  nümayəndələri  təhsil  ala  bilərlər. 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə