Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə14/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   10   11   12   13   14   15   16   17   ...   52

36
– Uşaqlar, gördüyünüz bu kadrlar sizə hansı hadisələri xatırladır?
Şagirdlərin fərziyyələri dinlənilir.
Tədqiqat sualı: 
  Necə  düşünürsünüz,  Mübariz  öz  ölümüylə  şəhidlik 
zirvəsinə yüksələ bildimi?
Tədqiqatın aparılması:  
Tədqiqat  dərslikdəki  “Mübarizi  olan  millət” 
şeirinin  oxusu  üzərində  aparılır.  Çalışma  1-in  şərtinə  (2.1.2.  alt-standartı) 
əsasən,  məntiqi  vurğudan  istifadə  etməklə  şeir  oxunur.  Şeirdəki  əsas  fikir 
müəyyənləşdirilir.  Müəllim  şeirin  məzmununu  mənimsətmək,  onun  möv-
zusu üzərində şagirdlər arasında fikir mübadiləsi yaratmaq məqsədilə 1.1.2. 
alt-standartına  və  2-ci  çalışmanın  şərtinə  uyğun  olaraq  böyük  qrupla  şeirin 
nə üçün “Mübarizi olan millət” adlandırılması fikrini müzakirə edib, düzgün 
variantın seçilməsinə kömək edir. Sonra sinif 5 kiçik qrupa (əgər sinifdə uşaq 
azdırsa, 4 qrupa) bölünür. Hər qrupa şeirin bir bəndinin məzmunu üzrə iş apar-
maq tapşırılır. Qrupa ikinci tapşırıq kimi 2.1.3. alt-standartına uyğun seçilmiş 
qrammatik çalışmalar tapşırılır. Buna görə 4,5,6,7,18-ci  çalışmalar məsləhət 
görülür. Qrupların işi üçün vaxt ayrılır. Təyin olunmuş vaxt bitdikdən sonra 
qrupların fəaliyyətləri qiymətləndirilir.
Sonra bütün qruplar 3-cü çalışmanı yerinə yetirərək 1.1.2. alt-standartını 
reallaşdırırlar.
Şagirdlər  9-cu  çalışmanı  yerinə  yetirməklə  mətndəki  fikirlərə 
münasibətlərini  bildirərək  3.1.3  alt-standartının  şərtinə  əməl  edərək  atalar 
sözlərinin  hissələrini  tapıb  uyğunlaşdırıb  yazırlar.  Sonra  müəllim  cütlərlə 
işləyərək 10,11,12,13,14,15,16,17-ci çalşmaların yerinə yetirilməsini tapşırır 
və bu zaman 2.1.1 alt-standartı reallaşdırılır.
Sonra  “Hikmət  xəzinəsi”  rubrikasında  verilmiş  aforizmlər  ətrafında 
bütün  qruplar  düşünür,  şagirdlərin  lüğət  ehtiyatlarının  zənginliyini,  tərcümə 
etmək bacarıqlarını inkişaf etdirmək məqsədilə iş aparılır.
Məlumat mübadiləsi:
 Şagirdlər şeirin məzmunu ilə tanış olduqdan son-
ra yerinə yetirilmiş çalışmalar əsasında fikir mübadiləsi aparırlar.
Nəticə:
  Mübariz  xalqımızın  igid,  qəhrəman  oğludur.  O,  şəhidlik 
zirvəsinə  yüksəlmişdir.  Onun  həyatı  bizim  gənclər  üçün  həyat  məktəbidir, 
qəhrəmanlıq  nümunəsidir.  Torpağın  altında  uyuyan  şəhidlərimizin  ruhu 
başımızın üstündə dolanır, demək istədikləri,lakin deyə bilmədikləri sözləri isə 
qulaqlarımızdadır. Şəhidlərin adı daim ürəyimizdə, əməlləri isə əməllərimizdə, 
fəaliyyətimizdə yaşayır.
Yaradıcı  tətbiqetmə: 
Mübariz  İbrahimov  haqqında  məlumat  toplayıb 
təqdimat hazırlamaq.
Qiymətləndirmə: 
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı: 
Şeirdən bir hissə əzbərləməyə çalışın.
Çap üçün deyil


37
§9. Arxadan güllə atmaq kişilik sayılmır
 (1 saat) 

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.2
Az.t. – 
1.3.1.; 
4.1.1.
Əd. – 
1.2.4.; 
3.1.2.
2 Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
2.1.3
3 Mətndəki fikirlərə münasibət bildirir.
3.1.3
Dərsin tipi: 
İnduktiv 
Dərsin forması:
 Kiçik qruplar və cütlərlə iş 
Dərsin üsulu:
 Beyin həmləsi, klaster, müzakirə
Resurslar:
 Dərslik, lövhə, şəkillər
Motivasiya:
 Müəllim lövhədə  “mərdlik”  sözünü yazır, şaxələnmə üsu-
lundan istifadə edir. Sonra şagirdlərdən soruşur:
– Bu söz sizdə hansı fikirləri yaradır? Bəs “namərdlik” dedikdə nə başa 
düşürsünüz?
Şagirdlər  müxtəlif  fikirlər  söyləyirlər.  Söylənilən  fikirlər  dairənin 
ətrafında qeyd olunur.
Tədqiqat sualı: 
Necə  düşünürsünüz,  niyə  arxadan  güllə  atmaq  kişilik 
sayılmır?
Tədqiqatın aparılması:
 Müəllim mətni rollar üzrə şagirdlərə oxutdurur 
və  səhnələşdirir.  Ən  yaxşı  iştirakçı  qiymətləndirilir.  Şagirdlər  “Sözlük”  və 
“Söz ehtiyatı”ndakı çətin sözləri tərcümə edərək cümlələrdə işlədirlər.
Müəllim  1-ci  çalışmanı  böyük  qrupla  işləyərək  şagirdlərin  fikirlərini 
öyrənir. Bu zaman 1.1.2 alt-standartı reallaşdırılır. 3-cü çalışmanı cütlərə pay-
layır. Cütlər suallar ətrafında fikir mübadiləsi aparırlar. Suallar cavablandırılır. 
Bu zaman 1.1.2 alt-standartı reallaşır. 2,4-cü çalışmalar kiçik qruplara tapşırılır. 
Onlar  mətndəki fakt və  hadisələri ümumiləşdirərək çalışmanın şərtinə əməl 
edirlər və bu zaman 2.1.3 alt-standartı reallaşdırılır.
Mətndəki  əsas  və  köməkçi  nitq  hissələrini  qrammatik  mənasına  görə 
izah etmək məqsədilə şagirdlərə 7,8-ci çalışmaları yerinə yetirmək tapşırılır. 
Çalışmalar  müxtəlif  qruplara  tapşırılır. Tapşırıqların  yerinə  yetirilməsi  üçün 
verilən vaxt bitdikdə qrupların təqdimatları müzakirə olunur, düzgün cavablar 
müəyyənləşdirilir və qiymətləndirilir. 9, 10, 11-ci çalışmaları yerinə yetirməklə 
şagirdlər məntiqi düşünmək bacarıqlarını nümayiş etdirirlər. 
Məlumat mübadiləsi: 
Mətnin  oxusu  və  çalışmalar  üzərində  iş  fikir 
mübadiləsinə imkan yaradır. Şagirdlər İsrafil ağanın hərəkətləri üzərində fikir 
Çap üçün deyil


38
mübadiləsi aparırlar.
Nəticə:
  Mətnin  məzmunu  və  çalışmalar  üzərində  aparılan  işlərin 
nəticəsində  şagirdlər  bu  qənaətə  gəlirlər  ki,  düşmən  də  olsa,  mübarizə 
mərdliklə  aparılmalıdır.  Əgər  insan  qorxaqdırsa  və  ya  qarşısında  dayanan-
dan qorxursa, deməli, o, arxadan zərbə vuracaqdır. Ancaq qoçaqlar, mərdlər 
üzbəüz vuruşmağı kişilikdən sayırlar. Mətndə həmçinin İsrafil ağanın xarak-
terinin müxtəlif cizgiləri açılır ki, burada da ibrət götürülməli cəhətlər çoxdur.
Yaradıcı tətbiqetmə:
 Qaçaq Kərəm haqqında kiçik esse yazın.
Qiymətləndirmə:
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
 Mətnin məzmununu danışmaq.
§10. Şərq şeirinin gəncəli ilahəsi
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1
Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
Dinlədiyi mətndə fakt və hadisələri 
ümumiləşdirir. 
1.1.1
1.1.2
Az.t. – 
4.1.1.; 
1.2.2.
Əd. – 
2.2.1.; 
3.1.2.
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
Mətnin hissələri arasında əlaqələri gözləməklə 
danışır.
2.1.1
2.1.4
3
Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
Mətndəki fikirlərə münasibət bildirir.
3.1.1
3.1.3
Dərsin tipi:
 İnduktiv 
Dərsin forması: 
Böyük qrupla iş 
Dərsin üsulu:
 Əqli hücum, müzakirə, təqdimat
Resurslar: 
Dərslik, dəftər, kompyuter, proyektor
Motivasiya: 
Müəllim  internet  şəbəkəsindən  istifadə  edərək    proyek-
tor  vasitəsilə  lövhədə  Məhsəti  Gəncəvinin  şəkillərini,  şeirlərinə  çəkilmiş 
miniatürləri canlandırır. Müəllim şagirdlərə sual verir:
– Ekranda gördüyünüz şairə xanım kimdir? Gördüyünüz kadrlardan şairə 
haqqında sizə nə məlum oldu?
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə