Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə10/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   6   7   8   9   10   11   12   13   ...   52

24
§ 1. Vətənim (1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir
1.1.1
Az.t. – 
1.2.2.
Coğ. – 
3.2.1.
Əd. – 1.2.4. 
2 Mətnin hissələri arasında əlaqələri gözləməklə 
danışır
2.1.4
3 Mətndəki fikirlərə münasibət bildirir
3.1.3
4 Seçdiyi nümunələrlə yazısını zənginləşdirir
4.1.2
Dərsin tipi:
 İnduktiv
Dərsin forması: 
Böyük və kiçik qruplarla, cütlərlə iş
Dərsin üsulu:
 Beyin həmləsi, müzakirə
Resurslar:
 Dərslik, elektron lövhə, kompyuter.
Motivasiya:
  Müəllim  elektron  lövhədə  S.Vurğunun  “Azərbaycan” 
şeirinə çəkilmiş musiqili filmi nümayiş etdirir.
Müəllim şagirdlərə müraciət edir:
– Şeirin müəllifi kimdir?
Kiçik  yaşlarınızdan  Siz  Vətən  mövzusunda  çoxlu  şeirlər,  mahnılar 
eşitmisiniz. Yadınızda qalanları varmı?
Şagirdlərin cavabları dinlənilir.
Tədqiqat sualı: 
Məşhur müğənnilərin ifasında “Vətənim” mövzusunda 
mahnıları dinləyərkən hansı hisləri keçirirsiniz? Mahnılardakı sözlər insanda 
hansı hisləri oyadır?
Tədqiqatın  aparılması:
  Tədqiqat  sualına  cavab  tapmaq  məqsədilə 
müəllim  şagirdlərə  “Vətənim”  şeirini  oxutdurur.  Şeirin  bəndləri  müxtəlif 
şagirdlərə  oxutdurulur.  Müəllim  şagirdlərin  oxusu  zamanı  onların  məntiqi 
vurğudan  düzgün  istifadə  etmələrinə  nəzarət  edir.  Sonra  sözlüyün 
mənimsədilməsi üzərində iş aparılır. “Sözlük”dəki sözlərin mənası izah edilir, 
cümlələrdə işlədilir.
Şagirdlər  qruplara  bölünür.  Hər  qrup  3-cü  çalışmanın  şərtinə  əsasən, 
şeirin misralarında şairin Vətəninə sonsuz məhəbbətini təhlil edərək misranın 
məzmununu  genişləndirərək,  Azərbaycan  haqqında  danışırlar  (2.1.4.  alt-
standartı). Müəllim danışıq zamanı şagirdlərin nitqindəki qüsurları düzəldir. 
Şeirdəki  fikirlərin  məntiqi  ardıcıllığını  müəyyənləşdimək  məqsədilə  4-cü 
çalışmanı  yerinə  yetirir  (1.1.1.  alt-standartı).  Aşağı  siniflərdəki  biliklərini 
möhkəmləndirmək  məqsədilə  şagirdlər  5,6,7-ci  çalışmaları  yerinə  yetirirlər. 
Bu çalışmalar üzərində işi kiçik qruplarla təşkil etmək daha yaxşı səmərə verir.  
Çap üçün deyil


25
Qrup lar verilmiş çalışmalarda feilləri tapıb onların zaman və şəxs şəkilçilərinin, 
sifətlərin  müəyyənləşdirilməsi  üzərində,  köməkçi  nitq  hissələrinin  şeirdəki 
rolunu praktik yolla mənimsəyirlər. Çalışmalarda qoyulan tapşırıqlar, eyni za-
manda, həmin nitq hissələri ilə bağlı orfoqrafik və durğu işarələrindən istifadə 
üzrə  işlər  aparılmasına  da  imkan  verir.  Müəllim  8,9-cu  çalışmanın  yerinə 
yetirilməsini cütlərə tapşıraraq 4.1.2. alt-standartının reallaşdırılmasına şərait 
yaradır. Şeirdən götürülmüş sözlərin mənsubiyyətə və hallara görə dəyişməsi 
üzərində işləməklə şagirdlər tapşırıqda nəzərdə tutulan bacarıqların daha da 
təkmilləşdirilməsinə nail olurlar. 
Əvvəlki biliklərinə istinad edərək müəllim şagirdlərə Vətən mövzusunda 
atalar sözü yazmağı tapşırır. Sonra atalar sözü dinlənilir və qiymətləndirilir.
Məlumat mübadiləsi:
  Şagirdlər  “Vətənim”  şeirinin  əsas  ideyasını 
müzakirə edir və vətən mövzusunda yazılmış digər şeirlərlə müqayisəli şəkildə 
fikir mübadiləsi aparırlar.
Nəticə:
  Tədqiqat  sualına  cavab  axtaran  şagirdlər  öyrənirlər  ki,  Vətən 
haqqında  yazılan  minlərlə  şeir  və  nəğmə  Vətən  deyilən  torpağın  nə  qədər 
müqəddəs  və  sevimli  olmasının  bədii  təzahürüdür.  İnsanların  məskən  salıb 
min illər boyu qoynunda yuva qurduqları torpağa Vətən deməsi də bir sirli 
aləmdir. Nəyə görə bütün Yer kürəsinə yox, yalnız onun bir hissəsinə Vətən 
deyirik? Ona görə ki, bu Vətən dediyimiz torpaqda bizim babalarımız uyuyur. 
Bu yadigarı qorumaq, onu gələcək nəsillərə təhvil vermək isə bizim müqəddəs 
borcumuzdur.
Yaradıcı tətbiqetmə: 
11-ci çalışmanın şərtinə uyğun inşa yazaraq 4.1.2. 
alt-standartını reallaşdırmaq.
Qiymətləndirmə:
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
 Şeirdən istədiyiniz hissəni əzbərləyin.
§ 2. Milli Ordu quruculuğunda (1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir
1.1.1
Az.t. – 
1.2.2.; 
4.1.1.
Coğ. 3.2.1.
Əd. 3.1.2.
2
Mətnin hissələri arasında əlaqələri gözləməklə 
danışır.
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
2.1.4
2.1.1
4
Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı 
durğu işarələri qaydalarına əməl edir.
4.1.2
4.1.3
Çap üçün deyil


26
Dərsin tipi: 
İnduktiv
Dərsin forması:
 Kiçik qruplarla iş
Dərsin üsulu: 
Beyin həmləsi, təqdimat, müzakirə
Resurslar: 
Dərslik, elektron lövhə.
Motivasiya:
  Müəllim  ekranda  21  iyun  “Milli Azərbaycan  Ordusunun 
Yaranması Günü”nə həsr olunmuş hərbi paraddan görüntüləri nümayiş etdirir.
Müəllim soruşur:
–  Kadrlarda  Milli  Ordunun  çıxışını  gördünüz.  Bu  ordunun  yaranması 
haqqında nə bilirsiniz?
Şagirdlərin cavabları dinlənilir.
Tədqiqat sualı:
   “Vətəni qorumaq imandandır” ifadəsi kimə məxsusdur? 
Müəllim ifadənin Məhəmməd Peyğəmbərə (s.ə.s.) aid olduğunu elan edir və 
bu ifadənin nə üçün söyləndiyini soruşur.
Tədqiqatın aparılması: 
  Müəllim  şagirdləri  kiçik  qruplara  bölür. 
Tədqiqat  “Milli  Ordu  quruculuğunda”  mətninin  oxusu  ilə  başlanır.  Mətn 
hissə-hissə  qruplardakı  şagirdlərə  oxutdurulur,  məzmunun  və  “Sözlüy”ün 
mənimsədilməsi üzərində iş aparılır. “Sözlük” və “Söz ehtiyatı”nda olan söz 
və  ifadələrin  köməyi  ilə  mətn  tərcümə  edilir.  Şagirdlərin  öyrəndikləri  yeni 
sözləri qrup üzvləri cümlələrdə işlədirlər.
Müəllim  1-ci  çalışmanın  suallarını  qrup  üzvləri  arasında  bölüşdürərək 
cavabları  dinləyir.  Sonra  şagirdlər  2.1.4.  alt-standratına  əsasən  mətnin 
hissələri arasındakı əlaqələri gözləməklə mətni danışırlar. Müəllim 4,5,6,7,8-ci 
çalışmaları 3 qrup arasında bölərək tapşırığı icra etməyi tapşırır və vaxt təyin 
edir. Şagirdlər nümunələrdən mətnin hissələrinə uyğun istifadə edərək 4.1.2. 
alt-standartına əsasən çalışmaları yerinə yetirirlər. Belə çalışmalar şagirdlərin 
məntiqi düşünmə qabiliyyətinin formalaşmasına xidmət edir. Belə ki, hər bir 
suala  cavab  vermək  üçün  şagirdlər  fikirlərini  məhz  qoyulan  sual  ətrafında 
cəmləşdirirlər.
9,10,11,12,13-cü  çalışmaları  qrup  üzvləri  yerinə  yetirərkən  2.1.1.  alt- 
standartına uyğun olaraq söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara  uyğun  yerinə  yetirməyə  nail  olurlar.  14-cü  çalışmanı  yerinə  yetirərkən 
şagirdlər lüğət ehtiyatlarını zənginləşdirmiş olurlar. 
Məlumat mübadiləsi:
 Şagirdlər Əliağa Şıxlinski haqqında öyrəndiklərini 
müzakirə edir, tədqiqat sualı ətrafında fikir mübadiləsi aparırlar.
Nəticə:
  Vətən deyilən torpağın Vətən olması üçün onu qorumaq başlıca 
şərtdir. Çünki istər-istəməz tarixən bütün müharibələrin kökündə torpaq tələbi, 
ərazi iddiası dayanmışdır.
Şah İsmayıl Xətayinin yaratdığı vahid Azərbaycan dövlətinin xəritəsinə 
diqqətlə  baxanda  “Azərbaycan”  adlanan  ərazinin  necə  böyük  bir  coğrafi 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə