Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə7/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   2   3   4   5   6   7   8   9   10   ...   52

16
dəki  ardıcıllığın  bərpa  edilməsi  məqsədilə  də  istifadə  edilmişdir.  Belə  ki, 
məsələn,  mətn  üzrə  tərtib  edilmiş  suallardan  bəziləri  mətnin  məzmununu 
əks  etdirmir,  yaxud  suallar  mətnin  ardıcıllığına  uyğun  gəlmir  ki,  belə  hal-
larda şagirdlərə təklif olunur ki, suallara cavab verməklə yanaşı, onları həm 
də mətndəki ardıcıllıq üzrə yenidən sıralasınlar. Bu istiqamətli işlər mətndən 
götürülmüş cümlələrin mətnin məzmunu əsasında tamamlanmasını nəzərdə tu-
tan çalışmalarla da reallaşdırılır. Şagirdlər əvvəlcə cümlələri mətnin məzmunu 
əsasında tamamlamalı, sonra onları mətndəki ardıcıllıq üzrə sıralamalı olurlar 
ki, nəticədə həm də mətnin planı qurulmuş olur. 
Dərslikdə  istifadə  edilmiş  çalışmaların  bir  qrupu  xüsusilə  şagirdlərin 
nitqlərində  ahəng  qanununa  uyğun  şəkilçi  variantlarını  düzgün  seçmək 
bacarığının  formalaşdırılmasına  istiqamətləndirilmişdir.  Bu  məqsədlə 
Azərbaycan  dilində  təklif  edilən  çalışmalarla  yanaşı,  daha  çox  rus  dilindən 
tərcümə  vasitəsilə  müvafiq  bacarıqların  formalaşdırılması  məqsədəuyğun 
hesab edilmiş və demək olar ki, hər paraqrafda tərcümə çalışması verilmişdir. 
Bu  çalışmaların  şərti  dərslikdə  nəzərdə  tutulmuş,  çalışma  mətnləri  isə 
dərsliyin  həcmi  nəzərə  alınaraq  müəllim  üçün  metodik  vəsaitdə  xüsu-
si  başlıq  altında  yerləşdirilmişdir.  Dərslikdə  özünəməxsus  sistem  təşkil 
edən  bu tərcümə çalışmaları da bir neçə məqsədə xidmət edir, müxtəlif alt-
standartların reallaşdırılmasına şərait yaradır. Belə ki,  şagirdlər təklif edilən 
mətn  parçalarını  tərcümə  etməklə  üzərində  iş  aparılan  mətnlərlə  əlaqədar 
müəyyən əlavə məlumatlar əldə edir, həmin məlumatlardan mətnin müəyyən 
hissələrində  bir  nümunə  kimi  istifadə  etmək,  onları  mətnlə  əlaqələndirmək 
üzrə müvafiq  bacarıqlara yiyələnirlər. Bu prosesdə, həmçinin tərcümə edilən  
fikrin  Azərbaycan  dilinin  qrammatik  normalarına  uyğun  formalaşdırılması, 
cümlədə  sözlərin  düzgün  əlaqələndirilməsi,  ahəng  qanununa  uyğun  şəkilçi 
variantlarından düzgün istifadə, orfoqrafik normalara əməl olunması tələb olu-
nur ki, bütün bunlar qarşıya qoyulan müəyyən təlim nəticələrinin reallaşmasına 
imkan yaradır.
Dərslikdə  şagirdlərin  lüğət  ehtiyatının  zənginləşdirilməsi  istiqamətinə 
xüsusi  yer  ayrılmışdır.    Mətndə  işlənmiş  müəyyən  sözlərin,  ifadələrin  və 
söz birləşmələrinin  mənasının izahı üzərində iş mətnin qavranılması ilə pa-
ralel aparılır, eyni zamanda, mətnin sözlüyünün daha ətraflı izahı üçün xüsu-
si  çalışmalardan,  testlərdən  də  istifadə  olunur.  Nəzərə  almaq  lazımdır  ki, 
artıq  şagirdlərin  lüğət  ehtiyatında  müəyyən  miqdar  söz  və  ifadələr  vardır. 
Onlar  oxuduqlarını  başa  düşür,  anladıqlarını  dəqiqləşdirmək  üçün  sual-
lar  verir,    fikirlərini  istər  şifahi,  istərsə  də  yazılı  formada  ifadə  edə  bilirlər. 
Bütün  bunları  nəzərə  alaraq  düşünürük  ki,  üzərində  iş  aparılan  mətnlərin 
və  şeirlərin  məzmununun  başa  düşülməsi  üçün  artıq  onların  cümlə-cümlə 
tərcümə edilməsinə ehtiyac yoxdur. Elə bu səbəbdən də mətndə elə  söz və 
Çap üçün deyil


17
ifadələr  fərqləndirilmişdir  ki,  şagirdlər  əvvəlki  siniflərdə  həmin  söz  və  ya 
söz birləşmələri ilə tanış edilmişlər. Söz və ifadələrin mətndə xüsusi şriftlər 
və  rənglərlə  fərqləndirilməsi    sözlərin    ifadə  etdikləri  leksik  və  qrammatik 
mənalara bir daha diqqət yönəldir.  Bu iş müxtəlif yollarla həyata keçirilə bilər. 
Belə ki,  şagird  həmin dil vahidlərinin ifadə etdiyi mənanı başa düşdüyünü 
göstərmək üçün onu  rus dilinə tərcümə edə, sinonimlərini və ya antonimlərini 
səsləndirə,  yaxud da, sadəcə olaraq, mənalarını təsvir yolu ilə izah edə, həmin 
söz və ifadələri cümlə içərisində işlədə  bilər.  Bu yolla  həm  üzərində  iş 
aparılması nəzərdə tutulan mətnlərin mənası mənimsədilir, həm də şagirdlərin 
lüğətində olan bir sıra sözlərin mənaları dəqiqləşdirilir və fəallaşdırılır. 
Bunlardan  başqa,  məxsusi  olaraq  şagirdlərin  lüğət  ehtiyatının  zən-
ginləşdirilməsinə  imkan  yaradacaq  çoxsaylı  rəngarəng  çalışmalar  da  ha-
zır   lanmış  və  dərsliyə  daxil  edilmişdir.  Bu  istiqamətli  çalışmaların  yerinə 
yetirilməsi, bir tərəfdən, şagirdlərin lüğət ehtiyatını zənginləşdirir, digər tərəfdən 
isə onların mühakimə bacarıqlarını  inkişaf etdirir. Çalışma mətnlərinə daxil 
edilən belə sözlər əsas tədris  mətnlərindən seçilir və mətnin üzərində xüsusi 
işarələrlə  fərqləndirilir. Sözlərin  omonim mənaları, sinonimləri, məcazi məna 
imkanları, çoxmənalılığı, quruluşu, digər sözlərlə əlaqə və münasibətləri şərh 
yolu ilə mənimsənilir. Dərslikdəki bir sıra çalışmalarda  söz birləşmələrindən 
düzgün şəkildə istifadə edilməsi, sözlərin və söz birləşmələrinin bütövlükdə 
sintaktik  vəzifəsinin  müəyyənləşdirliməsi  üçün  nəzərdə  tutulan  çalışmalarla  
da şagirdlərdə lüğət ehtiyatına  şüurlu münasibər formalaşdırılır.  
Azərbaycan  dili  dərsliyində  ayrı-ayrı  dərslər  üçün  verilmiş  tədris 
materialları bir-birini təkrar etmir, ancaq həmin materiallar qoyulmuş mövzu 
baxımından bir-birini tamamlayır və şagirdlərin mövzu ilə əlaqədar problemləri 
müxtəlif tərəflərdən görmələrinə, dərk etmələrinə istiqamətləndirilir. Dinləyib-
anlama,  danışma,  oxu  və  yazı  üzrə  zəruri  bacarıqların  formalaşdırılması  işi 
forma və məzmunca son dərəcə rəngarəng, üslubca fərqli mətnlər üzrə aparılır. 
Bu materıalların içərisində bədii, elmi-kütləvi mətnlərlə yanaşı, uşaqların yaş 
və bilik səviyyələrinə uyğun nəzm nümunələri, xatirələr, aforizmlər,  tapma-
calar, atalar sözləri və dialoqların olması təsadüfi səciyyə daşımayıb dərslərdə 
əlverişli öyrənmə mühitini təmin etmək üçün düşünülmüşdür.
Dərslik dəsti hazırlanarkən varislik nəzərə alınmış, əvvəlki siniflərdəki 
məzmun xətləri üzrə şagirdlərin təlim nəticələri və bunlarla bağlı bacarıqların 
səviyyəsi təlim materiallarının xarakterində öz ifadəsini tapmışdır. 
Müəllim  üçün  metodik  vəsaitdə  şagirdlər  üçün  hazırlanmış  təlim 
materiallarının  xarakterik  xüsusiyyətləri  müəllimlərin  diqqətinə  çatdırılır, 
verilmiş tədris materialları üzrə işlərin təşkili yolları barədə müəyyən tövsiyələr 
verilir. 
Kurikulum  islahatının  həyata  keçirilməsi  sahəsində  məktəblərin  və 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə